Məhkəmə qərarları › İş №2(103)-7780/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7780/2021

04.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7780/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh2 və onun nümayəndəsi (vəkili) X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(006)-1179/2021 saylı qərardadından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rafael qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "alqı-satqı müqaviləsinin ləğv edilməsi və verilmiş çıxarışın ləğvi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X4 05 aprel 2021-ci il tarixində Nəsimi Rayon Məhkəməsinə müstəqil tələb irəli sürən şəxs qismində işə cəlb edilməsinə dair ərizə verərək X3 ilə Cavabdeh1 arasında bağlanmış 12 mart 2019-cu il tarixli alqı-satqı müqaviləsinin və Cavabdeh1 ilə X9 arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim R.Xəlilov, iş № 2(006)-1179/21) ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan X4 şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı ona göndərməmişdir. Hətta, ona üçüncü şəxs qismində cəlb edildiyi bildirilmiş, lakin qətnaməni əldə etmək istədikdə ona qərardad verilmişdir. Hakim 2 ay ərzində qərardadı və qərardadda göstərilən sənədləri geri qaytarmamışdır. Qərardad arxa tarixə qəbul olunmuş və tələsik yazılmışdır. Hakim vurğulamışdır ki, guya işdə iştirak edən hər iki tərəfin nümayəndələri və vəkilləri onun işə cəlb olunma məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxmışlar. Halbuki, iş üzrə iddiaçı olan qohumu İddiaçı onun işə cəlb olunmasına razılıq vermişdir. Eyni zamanda ərizənin geri qaytarılmasının səbəblərindən biri icraata qəbul ediləcəyi təqdirdə əlavə işin uzadılmasına səbəb olmasıdır. Halbuki, qərardad 05.04.2021-ci il tarixdə qəbul olunandan 1,5 ay sonra iş üzrə yekun qərar qəbul olunmuşdur. Bundan başqa, hakim tələblər arasında əlaqə uyğunluğunun olmadığını qeyd etmişdir, halbuki həm iddiaçıda, həm də onda, həm tələb, həm də cavabdehlər eynidir. Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh2 və nümayəndəsi (vəkili) R.Mustafayev məhkəmə kollegiyasının iclasında şikayəti qəbul etməyərək rədd olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, cavabdehin və nümayəndəsinin izahatını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 05 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, birinci instansiya məhkəməsində hazırkı iş üzrə icraat başa çatmış və artıq yekun qərar qəbul edilmişdir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin iş üzrə 18 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1179/21 saylı iş üzrə 05 aprel 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar