Məhkəmə qərarları › İş №2(103)-7784/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7784/2022

29.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7784/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-2382/2022 nömrəli qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evə (**********20000) əsassız olaraq borc kimi yazılmış olan 3553,75 manatın Cavabdeh İB tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçıya vurulmuş 990 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 2560,78 manat pulun, ümumilikdə 3550,78 manat və 55,51 manat ödənilmiş dövlət rüsumu əvəzinin cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçıya vurulmuş 990 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 2829,23 manat pulun, ümumilikdə 3819,23 manat və 55,51 manat ödənilmiş dövlət rüsumu əvəzinin cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(011)- 2382/2022 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, İddiaçı **********20000 saylı abonent hesabında mövcud olan borcdan 1843,20 manatın silinməsi, İddiaçı Cavabdeh İB-yə 467,03 manat məbləğində debitor borcu olduğunun müəyyən edilməsi qət edilmişdir. Cavabdeh İB-nin nümayəndəsi məhkəmənin həmin qətnaməsindən 26 sentyabr 2022-ci il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə müraciət edərək qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə Cavabdeh İB tərəfindən rəsmi qaydada alınsa da, o, ailə vəziyyəti ilə əlaqədar apellyasiya şikayətini vaxtında verə bilməmişdir. Bu səbəbdən də, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessual müddət 9 gün ötürülmüşdür. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-2382/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız olaraq yazılmış borcun qaz hesabından silinməsi” tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı “sayğac göstəricisi üzrə hesablanmış sərfiyyat borcunun ödənilməsi və dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(011)-2382/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə Cavabdeh İB-nin nümayəndəsinin ərizəsi rədd edilmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini və apellyasiya şikayətinə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlı olmasına baxmayaraq iclasa gəlməmişdir. Buna baxmayarq tərəflərindən prosessual müddətin bərpasına dair ərizəyə baxış iclasının təxirə salınması haqqında ərizə ilə müraciət edilmiş, lakin məhkəmə cavabdehin təxir ərizəsi olduğu halda iclas təxirə salınmadan cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmışdır. Bu səbəbdən hesab edirlər ki, məhkəmənin qərardadı əsassız və qanunsuzdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(011)- 2382/2022 qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, məhkəmənin qeyd edilən qətnaməsi 16 avqust 2022-ci il tarixdə elektron məhkəmə informasiya sistemində elektron imzalanmış, 16 avqust 2022-ci il tarixdə isə cavabdehin elektron kabinetinə yerləşdirilmiş və ona sənədin elektron sistemə yerləşdirilməsi ilə bağlı bildiriş göndərilmişdir. Lakin cavabdeh bir aylıq şikayət müddətini ötürməklə apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə 26 sentyabr 2022-ci il tarixdə müraciət etmişdir. Cavabdeh İB-nin nümayəndəsi ailə vəziyyəti ilə əlaqədar olaraq mübahisələndirilən qətnamədən verilmiş apellyasiya şikayəti üzrə müddətin ötürüldüyünü bildirmiş və bu halın üzrlü hesab edilərək ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ailə vəziyyəti ilə əlaqədar qanunla müəyyən edilmiş müddətin buraxılması halı üzrlü səbəb kimi qəbul edilə bilməz. Eyni zamanda tərəf ailə vəziyyəti ilə bağlı prosessual müddəti üzürlü səbəbdən ötürməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(011)-2382/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə Cavabdeh İB-nin nümayəndəsinin ərizəsi rədd edilmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-2382/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar