Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-779/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 30.09.20-ci il tarixli, 2(010)-1702/20 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Suraxanı rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona (iddiaçıya) məxsus ticarət obyektinin yaxınlığında olan qanunsuz tikintiyə cəhd edən insanları dayandırmaqdan ötəri qanunsuz tikilinin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 05 mart 2013-cü il tarixli 2(103)-39/2013 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Suraxanı rayon İcra və Probasiya şöbəsinin qanuna zidd əməlləri nəticəsində 7 ildir ki, həmin qərar icra olunmamışdır. Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elxan Məmmədov 3-cü şəxsin xeyrinə cinayət əlaqəsinə girərək işi yenidən qanunsuz saymışdır. Həmin qərardan şikayətə Bakı İnzibati Məhkəməsində baxılaraq mümkünsüz sayılmışdır. Üçüncü şəxs Bülbülə qəsəbəsi 4b ünvanında yaşayan İbrahimov Füzuli və onun tanıdığı şəxslər həmin qanunsuz tikilini saxlayaraq 16.02.2020-ci il tarixdə başa çatdırıb və defakto olaraq qərar icra olunmuşdur. Lakin yenidən qanunsuz olaraq həmin ərazidə tikintini davam etməyə cəhd göstərmişdir və onun tanışı olan Vidadi adlı şəxs daş baltasını götürərək onu (iddiaçını) öldürməyə cəhd göstərmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 30.09.20-ci il tarixli, 2(010)-1702/20 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 30.09.20-ci il tarixli, 2(010)-1702/20 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Möhtərəm hakimin qətnamədə sübut təqdim edilməmişdir qeyd etməsi fikri tam yanlışdır. Belə ki, Apelyasiya məhkəməsinin 05 mart 2013 tarixində 2(103)-39/2013 saylı qətnaməsinin icrası ilə bağlı icra məmurunun xitam qərarı və onun qanuni qüvvəyə minmiş ləğv qərarları ilə icraat davam etmişdir.İcra məmurunun icra sənədinin icrasının mümkünsüz hesab olunması barədə qərarının məhkəmə tərəfindən ləğv edilməsi sübut sayılmalıdır.Məhkəmə bunları sübut kimi qəbul etməmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin məzmunununa uyğun izahat verərək, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 30.09.20ci il tarixli, 2(010)-1702/20 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı X4 iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası tərəfi dinləyərək, iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 30.09.20-ci il tarixli, 2(010)-1702/20 saylı qətnaməsi ləğv edilməli və iddia tələbi İddiaçı Cavabdeh1 qarşı iddiaçıya məxsus ticarət obyektinin yaxınlığında olan qanunsuz tikilinin dayandırılması hissədə rədd edilməlidir.( Bakı Apellyasiya Məhkəməsinin 30.06.2021-ci il tarixli Qərardadı ilə iddia tələbinin Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə qarşı qanunsuz tikilinin dayandırılması hissəsində iş üzrə icraata xitam verilmişdir.) Belə ki, iş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 05 mart 2013cü il tarixli, 2(103)-39/2013 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 30.01.2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş və ünvan 2 ünvanda yerləşən qanunsuz fəaliyyət göstərən ticarət obyekti Cavabdeh1 hesabına sökülməsi qət olunmuşdur. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 2-1(103)-1397/2020 saylı qərarı ilə İddiaçı apelyasiya şikayəti qismən təmin olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 15.08.2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş və Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən 1000(bir min) manat mənəvi zərərin əvəzi tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.(Qeyd edilən qərardan görünür ki, həmin qərar Bakı Apelyasiya Məhkəməsinin 05 mart 2013-cü il tarixli, 2(103)-39/2013 saylı qətnaməsini Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra etməməsi ilə bağlı yaranmış mübahisə üzrədir.) Daha sonra müəyyən olunur ki, Bakı Apelyasiya Məhkəməsinin 05 mart 2013-cü il tarixli, 2(103)-39/2013 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilərək ünvan 2 ünvanda yerləşən qanunsuz fəaliyyət göstərən ticarət obyektinin Cavabdeh1 hesabına sökülməsi qət olunub icraya yönəldilsə də, həmin tikili sökülmüş və yerində 3 mərtəbəli, mansardlı qeyri-yaşayış sahəsi inşa olunmuşdur. Hazırkı iş üzrə Bakı şəhəri Suraxanı rayon məhkəməsi isə 30.09.20-ci il tarixli, 2(010)- 1702/20 saylı qətnaməsi ilə iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, “Məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi təklif olunsa da, o iddia tələbini dəqiqləşdirməmiş və Bakı Apelyasiya Məhkəməsinin 05 mart 2013-cü il tarixli 2(103)-39/2013 saylı qətnaməsi ilə onun iddia tələbinin təmin olunduğunu, lakin həmin qətnamənin Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən icra edilmədiyini və buna görə də hal-hazırkı iddia tələbinin təmin olunmasını xahiş etmişdir.İddiaçı tərəfindən mübahisələndirilən qanunsuz tikintinin nədən ibarət olması, ona hansı qaydada maneçilik törətməsi, iddia tələbinin forma və məzmununda dəqiqləşmə aparılmadığını, tələbin əsaslı hesab edilməsi üçün sübut təqdim olunmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia tələbi təmin edilə bilməz.” Lakin qeyd edildiyi kimi, iddiaçı Bakı Apelyasiya Məhkəməsinin 05 mart 2013-cü il tarixli, 2(103)-39/2013 saylı qətnaməsi ilə ünvan 2 ünvanda yerləşən qanunsuz fəaliyyət göstərən ticarət obyektinin Cavabdeh1 hesabına sökülməsi qət olunub icraya yönəldilsə, həmin tikilinin sökülüb, lakin yerində inşa edil’n 3 mərtəbəli, mansardlı qeyri-yaşayış binasının inşasının dayandırılmasını hazırkı iddia ərizəsində tələb edir. Hazırkı Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 23.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuş 18.06.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanda yerləşən ərazinin müəyyənləşdirilməsi ilə bağlı idarənin mühəndis-inventarlaşdırıcısı keçirilmiş texniki baxışda (iddiaçının da iştirakı ilə) iştirak etmişdir.Müəyyən olunmuşdur ki, həmin ərazidə 3 mərtəbəli, mansardlı qeyri-yaşayış binası inşa olunmuşdur.İdarənin elektron-baza məlumatlarına əsasən sözügedən ərazidəki qeyri-yaşayış binası ********** qeydiyyat nömrəsi ilə X2 mülkiyyətindədir. Beləliklə, müəyyən edilmişdir ki, hazırkı iş üzrə İddiaçı tikintisi dayandırılması tələb etdiyi tikili ünvan 2 ünvanda yerləşən 3 mərtəbəli, mansardlı qeyri-yaşayış binasıdır və həmin qeyri-yaşayış binası ********** qeydiyyat nömrəsi ilə X2 mülkiyyətindədir. İddiaçı inşası dayandırılmasını tələb etdiyi tikili ünvan 2 ünvanda yerləşən 3 mərtəbəli, mansardlı qeyri-yaşayış binasının mülkiyyətçisinin X4 olduğunu bildiyini qeyd etmiş, lakin birinci instansiya məhkəməsində ona qarşı tələb irəli sürməmiş, nə də ki, X2 tikiliyə dair hüquqmüəyyənedici sənədlərini müvafiq icraat qaydasında mübahisələndirməmişdir. Apellyasiya baxışı zamanı X4 iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. «xxxx» ASC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 18.10.2017-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 5-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir.Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 30.09.20-ci il tarixli, 2(010)-1702/20 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi İddiaçı Cavabdeh1 qarşı X4 iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla iddiaçıya məxsus ticarət obyektinin yaxınlığında olan qanunsuz tikilinin dayandırılması hissədə rədd edilsin. (Bakı Apellyasiya Məhkəməsinin 30.06.2021-ci il tarixli Qərardadı ilə iddia tələbinin Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə qarşı qanunsuz tikilinin dayandırılması hissəsində iş üzrə icraata xitam verilmişdir.) Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-779/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-779/2021
30.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver