Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7799/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdeh və cavabdehin vəkili X7 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4395/2019 saylı, 18 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X17 küçəsi, 3 saylı evin 38 saylı mənzilindən Cavabdeh istifadə hüququna 20000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, sonuncunun 3 yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə həmin mənzildən çıxarılması, mənzildən çıxarılma ilə kompensasiyanın verilməsinin eyni vaxtda icra olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X17 küçəsi, 3 saylı evin 38 saylı mənzili onun mülkiyyətindədir. Cavabdeh onun oğlu X5 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və nikahdan üç uşaqları anadan olmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 11 may 2017-ci il tarixli qətnaməsi əsasında Cavabdeh mübahisə predmeti olan mənzilə istifadə hüququ tanınmış və sonuncu azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə qeydiyyata alınmışdır. Hal-hazırda cavabdeh uşaqları ilə birlikdə həmin mənzildə yaşayır və o, mülkiyyətində olan evə daxil ola bilmir. Münasibətləri normal olmadığından onların mənzildə birlikdə yaşamağı da mümkün deyildir və buna görə də o, faktiki olaraq mülkiyyətində olan yaşayış sahəsindən məhrum olunmuşdur. Hal-hazırda onun tərəfindən cavabdehlərə 20.000 manat məbləğində kompensasiya təklif olunur. Həmin məbləğ cavabdehlərə davamlı surətdə və uzun müddət ərizində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Bundan başqa o, Alatava qəsəbəsində yerləşən evinin yuxarı mərtəbəsində öz hesabına cavabdehin yaşaması üçün sahəsi 84 kv.m olan ev inşa etmiş, lakin sonuncu orada yaşamaqdan imtina etmişdir. Həmin yaşayış sahəsinin söküləcəyi təqdirdə sahə üçün veriləcək kompensasiya məbləği də bütünlükdə iddiaçıya veriləcəkdir. Cavabdeh İddiaçı qarşı “mənzilinə mülkiyyət hüququnun tanınması və qalıq borc olan 2.000 ABŞ dolları məbləğində pul vəsaitinin onlardan alınaraq İddiaçı ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ilk iddianın rədd edilməsi və İddiaçı ilə oğlu Rasif arasında olan şifahi müqaviləyə əsasən ödənilən pul məbləği nəzərə alınaraq Bakı şəhəri Binəqədi rayonu, 8- ci mikrorayon, X17 küçəsi, 3 saylı evin 38 saylı mənzilinə onların mülkiyyət hüququnun tanınması və qalıq borc olan 2.000 ABŞ dolları məbləğində pul vəsaitinin onlardan alınaraq İddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh qarşılıqlı iddia ərizəsinə əlavə təqdim etmiş, lakin faktiki olaraq iddianın predmetini dəyişərək İddiaçı ilə oğlu Rasif arasında olan şifahi müqaviləyə əsasən ödənilən pul məbləği nəzərə alınaraq Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X17 küçəsi, 3 saylı evin 38 saylı mənzilinin müqabilində 130.000 manat məbləğində pul vəsaitinin ödənilməsi və mənzilin boşaldılmasının eyni vaxtda həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X9 ilə ailə qurduqdan sonra Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X17 küçəsi, 3 saylı evin 38 saylı mənzilinə köçmüş və orada yaşamışdır. Həm qayınatası İddiaçı, həm də qayınlarının hər birinin ayrı - ayrılıqda evləri və torpaq sahələri vardır. Rasif ona bildirmişdir ki, qardaşı və atası ilə razılıq əldə etmiş ki, hallallıq kimi onlara 20.000 ABŞ dolları məbləğində pul göndərsin və mənzil onların mülkiyyətinə keçirilsin. 2012-2013cü illər ərzində Rasif Rusiya Federasiyasından həm onun adına, həm də atası Arifin və qardaşı Maarifin adına pul göndərmişdir. O, adına verilmiş pulları qayınatasına vermiş, sonuncu isə qəbzlərin arxasında hesablama və qeydlər aparmışdır. Rasif Rusiya Federasiyasından ümumilikdə təxminən 18.000 ABŞ dolları məbləğində pul göndərmiş, sonradan işlərində ciddi problemlər yarandığından qalan 2.000 ABŞ dolları məbləğində pulu göndərə bilməmişdir. Buna görə də onların arasında söz-söhbət olmuş və qaynı Maarifin təkidi ilə mübahisələrə zəmin yaranmışdır. Qayınatası Arif və qaynı Maarif Rasifin gönərdiyi pulla, qayınatasına məxsus evin üzərində ümumi sahəsi 90 kv.m olan yaşayış sahəsi inşa etdirmişlər və ona 30.000 manat məbləğində pul və həmin yaşayış sahəsində yaşamağı təklif etmişlər. Lakin o, bu təkliflə ona görə razılaşmamışdır ki, onun himayəsində psixoloji cəhətdən sağlam olmayan uşağı vardır. Bundan başqa, həmin tikili söküntü zonasına düşür və söküntü baş tutduğu zaman ona təklif olunacan kompensasiya məbləği 130.000 manatdan çox təşkil edəcəkdir. Ona təklif olunan 30.000 manat məbləğ də həmin məbləğə əlavə olunarsa, ümumilikdə 160.000 manat təşkil edir. Lakin o, hal-hazırda ona 130.000 manat verildiyi təqdirdə həmin mənzildən çıxmağa razıdır. Cavabdeh göstərilənlərə əsasən ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4395/2019 saylı, 18 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma barədə ilkin iddiasının təmin edilməsi, İddiaçı tərəfindən Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X17 küçəsi, 3 saylı evin 38 saylı mənzilindən istifadə hüququna xitam verilməsi, Cavabdeh 3 yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X17 küçəsi, 3 saylı evin 38 saylı mənzilindən çıxarılması və onların mənzildən çıxarılmasının kompensasiyanın verilməsi ilə eyni vaxtda icra edilməsi, Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddiasının rədd edilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir (sədrlik edən: Fərrux Qasımov). Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4395/2019 saylı, 18 oktyabr 2019-cuil tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh 2007-ci ildən mübahisəli mənzildə əri və övladları ilə yaşayır, hazırkı iş üzrə iddiaçı olan qayınatası həmin mənzili onlara vermiş və halallıq olması üçün 20.000 ABŞ dolları ilə razılaşmışlar. Onun əri həmin pulu ödəmək üçün Rusiya Federasiyasında işləməyə getmiş və 18.000 ABŞ dolları ödəmişdir. Lakin 2.000 ABŞ dollarını ödəmədiyi üçün aralarında mübahisə baş vermiş və iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Artıq 13 ildir ki, həmin mənzildə yaşayır, kommunal xərcləri ödəyir. Bakı Apelyasiya Məhkəməsinin qüvvəyə minmiş 10 fevral 2017-ci il tarixli qətnaməsi ilə onun mübahisəli mənzilə istifadə hüququ tanınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-817/2020 saylı, 17 yanvar 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4395/2019 saylı, 18 oktyabr 2019-cu il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və ilkin iddia tələbi təmin edilməmiş, qətnamənin apelyasiya şikayətinə münasibətdə qalan hissədə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılması, cavabdehə iddiaçıya ödədiyi pulla bağlı əsassız varlanma barədə iddia tələbi ilə ayrıca ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun iddiaçının özünə, apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilmısi qət edilmişdir (sədrlik edən: İkram Şirinov). Qətnamədən narazı qalan iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili Cəfərli Cəfər Südeyüb oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4022/2020 saylı, 19 avqust 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə olan 2(103)-817/2020 saylı, 17 yanvar 2020-ci il tarixli qətnaməsinin İddiaçı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissəyə yenidən baxılması üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (hakimlər İlqar Xələfov (sədrlik edən məruzəçi), Gündüz Quliyev və Zaur Əliyev). Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7711/2020 saylı, 03.11.2020-ci il tarixli qətnaməsi ilə, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6746/2019 saylı, 17 oktyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh apelyasiya şikayətinə əsasən qismən, ilkin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinin təmin edilməməsi, qətnamənin apelyasiya şikayətinə münasibətdə qalan hissədə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən: Qürbət Əsgərov). Həmin qətnamədən ilkin iddia üzrə İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-2407/21 saylı, 24 may 2021-ci il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7711/2020 saylı, 03.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin apellyasiya baxışına qaytarılması qərara alınmışdır (sədrlik edən: Aqil Abbasov). Tərəflərin izahatları: İşə yenidən apellyasiya qaydasında baxılan zaman kollegiya iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh və onun vəkili A.Əliyev apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. İşə yenidən apellyasiya qaydasında baxılan zaman kollegiya iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi M.Məmmədov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İlkin iddia üzrə iddiaçının nümayəndəsi M.Məmmədov məhkəmə iclasında ərizə təqdim edərək, 30000 manat kompensasiya verilərək cavabdehin mənzildən çıxarılması və istifadə hüququna xitam verilməsinə razı olduğunu bildirdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan, Seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X17 küçəsində yerləşən 3 saylı evin, 38 saylı mənzilinə dair çıxarış verilmiş və bu barədə daşınmaz əmlakın Dövlət reyesrtində 2603 nömrəli reyestr kitabının 242570 nömrəli vərəqində 16 fevral 2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 30 mart 2019-cu il tarixli, ******* №-li arayışından görünür ki, Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X17 küçəsi, 3 saylı evin 38 saylı mənzilində X13, X10, X8, X2, X14, X4 və X6 daimi qeydiyyatdadırlar. İş materiallarında olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001 )- 2633/2018 saylı, 04 may 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X17 küçəsi, 3 saylı evin 38 saylı mənzilindən Cavabdeh istifadə hüququna 15.000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi və azyaşlı uşaqları ilə birlikdə həmin mənzildən çıxarılması, Cavabdeh İddiaçı qarşı çıxarışın ləğv olunması və payların müəyyən edilməsi barədə qarşılıqlı iddiasının təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 8853/2018 şaylı, 25 iyul 2018-ci il tarixli, qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2633/2018 saylı, 04 may 2018-ci il tarixli qətnaməsi kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi hissəsində ləğv edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-346/2019 saylı, 22 yanvar 2019-cu il tarixli qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 8653/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hüquqi dəyərləndirmə: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, «…kompensasiyanın bazar qiymətinə uyğun olaraq nə qədər olmalı olması məhkəmələr tərəfindən müəyyən edilməmişdir. …Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına görə isə bu, mütləq şəkildə müəyyən edilməlidir.» İşə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman Ali Məhkəmənin göstərişlərinə müvafiq araşdırma aparılmış və məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 məhkəməyə ərizə təqdim edərək, 30000 manat kompensasiya verilərək, cavabdeh X1 3 uşağı ilə birlikdə mənzildən çıxarılması və istifadə hüququna xitam verilməsinə razı olduğunu bildirmişdir. Kollegiya işin hallarına, tərəflərin izahatlarına və Ali Məhkəmənin göstərişlərinə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı mübahisəli mənzilin qiymətləndirilməsi həyata keçirilmişdir. Həmin qiymətləndirmə rəyinə əsasən, sözügedən mənzilin real bazar dəyərinin 86.000 manat məbləğində olması müəyyən edilmişdir. Bundan əvvəl kompensaisya məbləğinin birinci instansiya məhkəməsi tərəfindən 20.000 manat müəyyən edilməsi, Cavabdeh ilə birlikdə həmin mənzildə 3 uşağın 2017-ci ildən qeydiyyatda olmaqla yaşaması, digər tərəfdən də İddiaçı mülkiyyətçi hüquqlarını nəzərə alaraq kollegiya hesab edir ki, Cavabdeh 30000 manat məbləğində kompensasiya verilməsi bazar qiymətinə uyğun hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-cı maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin huquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmə, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Kollegiya hesab edir ki, mülkiyyətçinin öz mülkiyyətində olan daşınmaz əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək hüquqları əsas götürülür. Həmçinin kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, iddiaçının Cavabdeh 30000 manat kompensasiya verməsi sonuncuya müəyyən müddət daxilində başqa yerdə əvvəlki şəraitə uyğun yaşamaq imkanı verir. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına görə bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. İddiaçı nümayəndəsi X6 30000 manat məbləğində kompensasiya verilməsinə öz yazılı ərizəsi ilə razılıq verdiyindən, 30000 manat məbləğində kompensasiyanın ödənilməsi qanunvericiliyin tələblərinə uyğundur. Kollegiya qeyd edilən hallara qiymət verərək hesab edir ki, İddiaçı nümayəndəsi X6 30000 manat kompensasiya verilərək, cavabdeh X1 3 uşağı ilə birlikdə mənzildən çıxarılması və istifadə hüququna xitam verilməsinə razı olduğunu bildirdiyindən və kompensasiyanın məbləği bazar qiymətinə uyğun olduğundan kompensasiyanın məbləği artırılmalıdır. Kollegiya sadalanan xüsusatları nəzərə alaraq hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh 30000 (otuz min) manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh 3 uşağı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X17 küçəsi, 3 saylı evin 38 saylı mənzilindən istifadə hüququna xitam verilməsi tərəflər üçün məqsədəmüvafiqdir. Nəticə: Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini və işin hallarını nəzərə alaraq müəyyən olunmuş kompensasiya məbləğinin artırılmasını işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4395/2019 saylı, 18 oktyabr 2019-cu il tarixli qətnaməsi kompensasiyanın məbləği hissəsində dəyişdirilsin. İddiaçı tərəfindən Cavabdeh 30000 (otuz min) manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh 3 uşağı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X17 küçəsi, 3 saylı evin 38 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7799/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7799/2021
08.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver