Məhkəmə qərarları › İş №2(103)-78/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-78/2025

07.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-78/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı3, İddiaçı1 oğunun və İddiaçı2 Cavabdeh qarşı daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılması, evlərin və torpaq sahəsinin qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: “daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılması, evlərin və torpaq sahəsinin qaytarılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1 və Vəkil4, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Üçüncü şəxs DİN-in Baş Mühafizə İdarəsinin Katibliyinin nümayəndəsi X32, Sabunçu Rayon Məhkəməsinin 2(008)-238/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılması, evlərin və torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şossesi 9 ünvandakı onlara və ailə üzvlərinə vərəsəlik üzrə şəxsi mülkiyyət hüququ ilə məxsus olan evin və torpaq sahəsinin qaytarılmasına, evə və torpaq sahəsinə giriş-çıxışa manenin aradan qaldırılmasına, evdən və torpaq sahəsindən istifadə hüququnun bərpa edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Daha sonra İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, eyni zamanda, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şossesi ünvanında yerləşən 9 saylı evlə bərabər, ünvan 2vanında yerləşən 3820 kv.m torpaq sahəsi və həmin sahədə yerləşən 38 kv.m fərdi yaşayış evinə münasibətdə istifadəyə yaradılmış maneələrin aradan qaldırılması – polis naryadının götürülməsi və sözügedən daşınmaz əmlak obyektlərinin iddiaçıya qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Daha sonra İddiaçı1 oğu və İddiaçı2 məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində yerləşən, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şossesi 9 ünvanında yerləşən daşınmaz əmlaka, ünvan 3nda yerləşən, üzərində birmərtəbəli yaşayış evi inşa olunmuş 3330 kv.m ölçüdə torpaq sahəsinə, ünvan 4 ünvanında yerləşən, üzərində birmərtəbəli yaşayış evi inşa olunmuş 3000 kv.m ölçüdə torpaq sahəsinə münasibətdə Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılmasına – polis naryadının götürülməsinə, onlara məxsus həmin əmlakların özlərinə qaytarılmasına, torpaq sahəsinin qaytarılmasına və həmin əmlaklara girişçıxışlarına maneçilik törədilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

4. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon X14 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şossesi ünvanında yerləşən 9 saylı ev anaları X4 məxsusdur. Cavabdeh bir neçə dəfə onların və ailə üzvlərinin evdə olmamalarından istifadə edərək, sözügedən evə - vərəsəlik hüququ ilə onlara məxsus daşınmaz əmlaka basqın etmiş, evlərini əllərindən almış və evə giriş-çıxışları qadağan edilmişdir. Belə ki, evin qapısına cavabdeh tərəfindən polis naryadı cəlb edilmiş və naryad üçün müqavilənin cavabdehlə bağlanıldığı bildirilmişdir. Cavabdeh tərəfindən qanunsuz hərəkətlərə yol verilərək, iddiaçılar və ailə üzvlərinin əmlak hüquqları pozulmuş, şəxsi mülkiyyət hüququ ilə onlara məxsus evdən və ərazidən qanunsuz olaraq çıxarılmışlar. Sabunçu Rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən icra hərəkətlərinin keçirilməsi barədə xəbər aldıqları üçün onlar da həmin əraziyə getmiş, lakin icra hərəkətlərində iştirak üçün oraya buraxılmamış, onların hərəkətlərini uzaq məsafədən müşahidə etməli olmuşlar. Bir müddət sonra icra hərəkətlərinin başa çatdığı bildirilmiş, dörd nəfər polis əməkdaşı posta qoyulmuş, əraziyə və şəxsi evlərinə girişləri qadağan edilmişdir. Rəsul Quliyevin yaxın qohumu – Gələcək Azərbaycan Partiyasının sədri, iş üzrə Cavabdeh (Şakiroğlu) onları öz evlərinə buraxmır, mühafizə polisi vasitəsilə maneçilik törədir. Bu səbəbdən də, hazırkı tələblərlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

5. Sabunçu Rayon Məhkəməsinin 2(008)-238/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Həqiqət Mahmudova) ilə iddia tələbi təmin edilməmişdir.

6. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

7. İddiaçı3 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iddia tələbinin birinci hissəsinə münasibətdə (mübahisə predmeti olan mənzil) məhkəmə bu qənətə gəlmişdir ki, iddiaçılar, o cümlədən mən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şosesi, ev 9, yaşayış sahəsi 64 kv m, köməkçi sahə 33.6 kv m. 3 otqadan ibarət yaşayış evinə münasibətdə mülkiyyət hüquqlarının pozulması tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamışam. İlk növbədə qeyd olunmalıdır ki, iş materiallarına ünvan 5 ünvanladığı xx.xx.2021-ci il tarixli 606 nömrəli məktubu əlavə edilmişdir. Həmin məktubda K.Camalovanın vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyən edildiyi, iddiaçıların onun vərəsəsi kimi qeydə alındığı və ondan miras qalmış Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şosesində yerləşən 9 nömrəli evin iddiaçıların mülkiyyətinə verilməsi ilə bağlı evə dair yüklülük arayışının və ya yeni çıxarışın verilməsi istənilmişdir. Göründüyü kimi məhkəmə yuxarıda sözügedən sənədi nəzərə almamış və ya əhəmiyyət verməmişdir ki, bu da özlüyündə kobud pozuntu olmaqla qanunsuz və əsassız qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Digər tərəfdən evə dair qeydiyyat vəsiqəsinin 2005-ci ildə veridiyi və ondan sonra evin mülkiyyətçisinin dəyişib-dəyişmədiyinin məhkəməyə aydın olmaması ilə bağlı məhkəmənin qənaəti də anlaşılan deyildir. Belə ki, daşınmaz əmlaka münasibətdə dövlət reyestrindən çıxarışın əldə edilməsi vətəndaşın vəzifəsi deyil, hüququdur və qanunvericilikdə mütləq şəkildə daşınmaz əlmaka münasibətdə reyetsrdən çıxarış əldə olunması ilə bağlı hər hansı imperativ tələb yoxdur. Başqa sözlə evin mülkiyyətçisinin dəyişib-dəyişmədiyi ilə bağlı məhkəmədə şübhələr var idisə, bununla bağlı məhkəmə öz təşəbbüsü ilə aidiyyəti üzrə sorğu verib şübhəli məqamları aydınlaşıra bilərdi. Digər tərəfdən nəzərə alınmalıdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5953/2021 saylı qətnaməsi ilə Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şosesi, 9 ünvanında yerləşən mənzilin Kübra Camalova məxsus olması bir daha təsdiqini tapmışdır. İddia predmetinin ikinci hissəsinə (mübahisə predmeti olan torpaq sahələri) münasibətdə məhkəmə həmin torpaq sahələrinə mülkiyyət hüququnu təsdiq edən sənədin olmaması səbəbindən iddiaçıların iddia qaldırmaqda subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. Sözügedən mövqedən də məlum olduğu kimi rayon məhkəməsi mülkiyyət hüququna dar mənada yanaşmış və iddiaçıların mübahisə predmeti olan torpaq sahələrinə münasibətdə gözlənilən hüquqlarının olmasını nəzərə almamışdır.

8. İddiaçılar İddiaçı1, İddiaçı2 apellyasiya şikayəti verərək qeyd etmişlər ki, rayon məhkəməsi tərəfindən işin faktiki halları düzgün müəyyənləşdirilməmiş, tam və obyektiv araşdırma aparılmamış, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Rayon məhkəməsində işə baxılarkən, ilk əvvəldən məhkəmə tərkibləri tərəfindən iddiaçılara qarşı subyektiv mövqe tutulmuşdur, heç bir əsas olmadan işə baxılması yubadılmış, tez-tez məhkəmə tərkibləri dəyişdirilmiş, əsassız qərardadlar qəbul edilmiş, 2021-ci ilin oktyabr ayından başlayan işə 2023-cü ilin mart ayının sonunda yekun vurulmuş, əsassız bir qətnamə çıxarılmışdır. Bu səbəbdən də qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişlər.

9. Apellyasiya icraatı zamanı Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi, Sabunçu rayon İcra Hakimiyyəti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi, Bilgəh qəsəbə İnzibati Ərazi İdarəsi üzrə nümayəndəliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Tərəflərin izahatı:

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək və onu müdafiə edərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı3 digər nümayəndəsi və vəkili Vəkil4 eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək iddiaçıların tələblərinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi və göstərdi ki, iddiaçılara torpaq sahələri ayrılan vaxt həmin torpaq sahələrinin yerləşdiyi ərazilər Abşeron rayonunun inzibati ərazisinə aid olub, bu fakt işdə olan səlahiyyətli dövlət orqanlarının yazılı məlumatları və iş üzrə keçirilmiş ekspert rəyləri ilə də təsdiq olunur, həmin torpaq sahələrinin ayrılmasına dair 2007-ci ilə aid bələdiyyə qərarları və müvafiq alqı-satqı müqavilələrinin etibarlılığı heç vaxt mübahisələndirilməmişdir və qüvvədədir, eləcə də həmin ünvanda yerləşən iddiaçıların analarına məxsus evə dair də çıxarış məhz Abşeron rayon MHQİ tərəfindən verilmişdir, iddiaçılar analarından qalan mirası qəbul etmişlər, qarşı tərəfə sonradan verilmiş sənədlər isə Bakı şəhərinin müvafiq orqanları tərəfindən verilmişdir ki, bu da onu göstərir ki, həmin sənədlər inzibati ərazisi başqa rayona aid olduğundan Bakı şəhərinin müvafiq orqanları tərəfindən belə bir sənəd verilə bilməzdi, ona görə də həmin sənədlər qanunsuz və əhəmiyyətsizdir, eyni zamanda da ekspert rəyləri ilə də müəyyən olunmuşdur ki, iddiaçılara vərəsəlik qaydasında mərhum anaları K.Camalovadan keçmiş ev də həmin torpaq sahəsində yerləşir. Belə olan halda isə məlum olur ki, iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmamasına dair rayon məhkəməsinin qənaəti aşkar səhv olmuşdur.

12. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və bildirdi ki, rayon məhkəməsi işə səthi baxmış, sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual normaların tətbiqində və təfsirində səhvə yol vermiş, mübahisələndirilən torpaq sahələrinin Abşeron rayonunun inzibati ərazisinə aid olmasını təsdiq edən rəsmi sənədlərin və ekspert rəylərinin olmasına baxmayaraq, cavabdehlərin adına, həm də sonradan hansı yollarlasa tərtib olunmuş sənədlərin, buna səlahiyyəti olmadığı halda, Bakı şəhərinin müvafiq orqanları tərəfindən verilməsiniə aydınlıq gətirməmiş, iddiaçıların analarından qalmış mirası qəbul etməklə həmin əmlakın mülkiyyətçisi olmalarına, eləcə də onlara ayrılmış və mübahisəsiz olan torpaq sahələrinə münasibətdə də onların “gözlənilən” mülkiyyət hüquqlarının olmasına düzgün qiymət verməmiş, habelə hazırkı iddiaçıların tərəf olmadıqları Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli başqa bir iş üzrə mövcud qətnaməsinin və onun icrası ilə bağlı olan icra hərəkətlərinin bu iş üzrə məcburi olmasına dair səhv qənaətə gəlmiş, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətlərlə razı olmadığını, onların təmin edilməməsini xahiş etdi və bildirdi ki, hazırkı iddiaçılar əslində bu iddianın tərəfi deyil, əslində bu iddianı əvvəlki işləri uduzmuş Qalib Salahzadə qaldırıb, o bundan əvvəlki prosesləri uduzub, indi də iddiaçıların adından istifadə edir, iş üzrə toplanmış çoxsaylı müraciət və yazışmalar da bunu sübut edir, Q.Salahzadə əvvəlki prosesləri uduzub, evləri və torpaq sahəsini özü könüllü olaraq icraçılara təhvil verib, həmin torpaq sahələri Quliyevlərə aiddir, onların çıxarışları var, o özü Quliyevləri təmsil edir və onların nümayəndəsi kimi həmin torpaq sahəsi ilə bağlı işləri aparır, ona həmin sahəni məhkəmə qərarına əsasən icra məmurları saxlanca vermişdir, bu sahəni Quliyevlər iddiaçılardan pulla almışlar, həmin sahədə əvvəllər iddiaçıların anasının adına olan və qeydiyyatdan keçmiş ev olmuş, lakin həmin ev hazırda mövcud deyil, həmin evin sahəsi rəsmi sənədlərə əsasən 60-70 kv.m. olmuşdur, onu söküb yerində yeni daha böyük evlər tikilib, demək ki, iddiaçıların anasından miras kimi qalan ev artıq yoxdur, hesab edir ki, bu iddiaya bir dəfə baxılıb və münasibət bildirilib, yenidən onun baxılması qanunsuzdur, buna görə də rayon məhkəməsi mahiyyət etibarı ilə düzgün olaraq iddianı rədd etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və Vəkil3 apellyasiya şikayətləri ilə razılaşmayaraq onların təmin edilməməsini xahiş etdi və cavabdehin bildirdiklərinə uyğun izahat verərək göstərdi ki, rayon məhkəməsi mahiyyət etibarı ilə düzgün olaraq iddia tələblərini təmin etməmişdir, çünki artıq eyni tələbə bir dəfə baxılıb və həmin tələb üzrə iddianın rədd edilməsinə dair Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi apellyasiya və kasassiya qaydasında dəyişdirilmədən saxlanılmışdır, əvvəlki işdə iddiaçı Q.Salahzadə olsa da, bu işdə də iddiaçılar formal şəxslərdir, əslində bu işin tərəfi də elə Q.Salahzadədir, hazırda mübahisələndirilən torpaq sahələrini o, vaxtilə Quliyevlərə satmış, sonradan yaranmış vəziyyətdən istifadə edərək həmin əmlaklara yiyələnmək istəyir, rayon məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıların həmin əmlaklarla bağlı hüquqları heç yerdə qeydə alınmayıb. Bu işdə də iddiaçılar əvvəl baxılan işdəki eyni faktiki hallara istinad edirlər, hansı ki, bundan əvvəl baxılan işdə həmin hallara qiymət verilmişdir, odur ki, hesab edir ki, rayon məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.

15. Üçüncü şəxs DİN-in Baş Mühafizə İdarəsinin Katibliyinin nümayəndəsi X48 izahatında cavabdehlə bağlanmış müqaviləyə əsasən mübahisəli sahənin mühafizəsini həyata keçirdiklərini, mübahisənin həllinin isə məhkəmənin mülahizəsinə uyğun həll edilməsini bildirdi.

16. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

17. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

18. Abşeron rayon X14 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsindən görünür ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şosesində yerləşən yaşayış sahəsi 64 kv.m, köməkçi sahəsi 33.6 kv.m olan, üç otaqdan ibarət 9 nömrəli fərdi yaşayış evi X3 adına mülkiyyət hüququ əsasında Abşeron rayon 1 saylı DNK-ın xx.xx.2005-ci il tarixli, 4ə/2450 saylı alqı-satqı müqaviləsinə əsasən qeydə alınmışdır.

19. Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 075 nömrəli qərarına əsasən Bilgəh qəsəbəsi ərazisində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində Zaqulba şosesi, ev 1a ünvanında yerləşən 3820 m2 torpaq sahəsinin əvəzi ödənilməklə İddiaçı3 mülkiyyətinə verilməsi qərara alınmış və topağın alqı-satqısına dair xx.xx.2007-ci il tarixli akt tərtib edilmişdir.

20. Sabunçu rayonu Bilgəh Bələdiyyəsi və İddiaçı1 arasında xx.xx.2007-ci il tarixdə tərtib edilmiş akta əsasən, Bilgəh qəsəbəsi ərazisində 3000 m2 torpaq sahəsinin sonuncuya satılması barədə xx.xx.2007-ci il tarixli, 091 saylı qərar qəbul edilmişdir.

21. Sabunçu rayonu Bilgəh Bələdiyyəsi və İddiaçı2 arasında xx.xx.2007-ci il tarixdə tərtib edilmiş akta əsasən, Bilgəh qəsəbəsi ərazisində 3330 m2 torpaq sahəsinin sonuncuya satılması barədə xx.xx.2007-ci il tarixli, 082 saylı qərar qəbul edilmişdir.

22. Ali Məhkəmənin mülki kollegiyasının xx.xx.2010-cu il tarixli, 2(102)-2308/2010 saylı qərarından məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2010-cu il tarixli, 2(103)-879/2010 saylı qətnaməsinə əsasən, iddiaçılar X54-qulu qızının, X18, X26, Bağırova (Quliyeva) Xanım Rəsul qızının və X40 cavabdeh X27 qarşı bağ sahəsindən çıxarılma, qanuni icarədarların istifadə hüquqlarının bərpa edilməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddialarının rədd edilməsinə dair Sabunçu Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(008)-883/2009 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, həmin qətnamə ləğv edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, icra hakimiyyəti başçısının sərəncamına əsasən, İdarə tərəfindən müvafiq orderlərlə ayrı-ayrılıqda onlara ayırılmış 1926, 1927, 1928, 1929 və 1931 nömrəli bağ sahələrindən cavabdeh Q.Salahzadənin çıxarılması, həmin bağ sahələri üzərində iddiaçıların icarə və istifadə hüquqlarının bərpa edilməsi, həmin bağ sahələrinin iddiaçılara verilməsi qət edimişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sözügedən qərarı ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.

23. MA ******* seriya nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 1926 saylı bağ sahəsinin üzərində X18, MA ******* seriya nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 1927 saylı bağ sahəsinin üzərində X28, MA ******* seriya nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 1928 saylı bağ sahəsinin üzərində X26, MA ******* seriya nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 1929 saylı bağ sahəsinin üzərində X6, MA ******* seriya nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 1931 saylı bağ sahəsinin üzərində X40 xüsusi mülkiyyət hüquqları xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

24. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5953/2021 saylı qətnaməsinə əsasən, iddiaçı X23 Cavabdeh qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində yerləşən, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şosesi, 2, 3 və 9 ünvanlarına münasibətdə cavabdeh tərəfindən pozulmuş əmlak hüquqlarının bərpa olunması, şəxsi evlərdən istifadəyə maneənin aradan qaldırılmasına dair iddiası təmin edilməmişdir.

25. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-1571/2022 saylı qətnaməsinə əsasən, iddiaçılar X23, X7 və X8 Cavabdeh qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində yerləşən, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şossesi, 1, 2 və 3 ünvanlarına münasibətdə cavabdeh tərəfindən şəxsi evlərdən istifadəyə yaradılmış maneənin aradan qaldırılması, şəxsi evlərin və torpaq sahəsinin özlərinə qaytarılması barədə iddiası təmin edilməmişdir.

26. Həmin məhkəmə qətnamələrindən və xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli icra sənədi üzrə borclu X41 xx.xx.2021-ci il tarixdə mübahisəli bağ sahəsinin açarlarını şöbəyə göndərmiş, mobil telefon əlaqəsi saxlayaraq bağ sahəsini könüllü təhvil verdiyini bildirmişdir, icra sənədinin icrasını təmin etmək məqsədilə bağ sahəsinə gedilmiş, borclunun təqdim etdiyi açarlarla bağ sahəsinə daxil olunmuşdur. Bağ sahəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, evin tam boşaldılmadığı müəyyən edildikdən sonra borclu Qalib Salahzadə ilə əlaqə saxlanılmış, o, boşaldılmamış əmlakın uzun müddət istifadə olunmadığını və bəzilərinin yararsız olduğunu bildirmişdir.

27. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi icra olunmuş, icra prosesində Sabunçu rayon İcra Şöbəsinin icra məmurları, Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini, Bilgəh qəsəbəsi üzrə ərazi dairə nümayəndəsi, hal şahidləri iştirak etmiş və xx.xx.2021-ci il tarixli aktla rəsmiləşdirilmişdir.

28. Həmin aktdan görünür ki, bağ sahəsi borclu X41 tərəfindən icra məmurlarına xx.xx.2021-ci il tarixdə könüllü təhvil verilmiş, eyni tarixli aktla Sabunçu rayon mühafizə idarəsinə təhvil verilmiş, tələbkarların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X43 bağ sahələrini və bağ sahələrində yerləşən evləri qəbul etməyə hazır olduğunu bildirmiş, həmin bağ sahələri, üzərlərində yerləşən biri üçmərtəbəli, biri ikimərtəbəli evlər, həmin evlərdə olan əmlaklar siyahıya alınaraq saxlanc üçün X33 təhvil verilmiş, bağ sahələrinin girişində yerləşən, xüsusi mülkiyyətdə olmayan, təqribi ölçüsü 0,80 ha olan torpaq sahəsi Bilgəh qəsəbəsi üzrə ərazi nümayəndəsi X44 təhvil verilmiş və beləliklə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi tamamilə icra olunmuşdur.

29. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6232 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, naturada yeri müəyyən edilmiş 2 nömrəli fərdi yaşayış evinin MA seriyalı, ******* saylı çıxarışla, X6 mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin daxilində yerləşdiyi, müəyyən edildi. Həmçinin qeyd olunur ki, Abşeron rayon X14 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqələrinə əsasən X41 və X8 mülkiyyətində olan Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zuğulba şosesində yerləşən 1 və 3 saylı yaşayış evləri faktiki vəziyyətdə mövcud olmadığına və Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 15 dekabr 2002-ci il tarixli 016 saylı qərarı ilə X11 ayrılmış Zuğulba şosesi ev 3 ünvanında yerləşən 3000 m2 torpaq sahəsinin eskiz sxeminə əsasən naturada yerini müəyyən etmək mümkün olmadığına görə, həmin tikililərin və torpaq sahəsinin, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X18 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 1926 sayh, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X28 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 1927 saylı, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X26 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 1928 saylı, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X9 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 1929 saylı, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X40 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 1931 saylı bağ sahələrinin hüdudları daxilində yerləşib yerləşmədiyini müəyyən etmək mümkün olmadı.

30. Məhkəmənin xx.xx.2023-cü il tarixli yerli baxış protokolundan görünür ki, mübahisəli ərazi Bilgəh qəsəbəsində Azərbaycan Daxili İşlər Nazirliyinin İstirahət evinin yaxınlığında yerləşir. Dəmir darvazadan içəri daxil olduqda daş hasarın içərisində həyətin sol tərəfində qaraj və gözətçi postu inşa edilmişdir. Digər tərəfdə isə ağaclar əkilmiş həyətyanı sahə və beton örtüklə örtülmüş həyətyanı sahə vardır. Ağaclar əkilmiş torpaq sahəsinin orta hissəsindən mübahisəli tikililər olan əraziyə daxil olmaq üçün beton örtüklə örtülmüş yol vardır. Beton örtüklə örtülmüş həyətyanı sahədən keçdikdən sonra dəmir darvaza və daş hasara alınmış ərazi yerləşir. Həmin darvazadan içəri daxil olduqdan sonra həyətin sol tərəfində daşla tikilmiş, fasadı qırmızı rəngli üzlüklə üzlənmiş üçmərtəbəli ev, bir mərətəbə tikili olan qapalı hovuz yerləşir. Həyətin sağ tərəfində isə daşla tikilmiş, fasadı qırmızı rəngli üzlüklə üzlənmiş ikimərtəbəli ev yerləşir. Həmin evlərin qarşı tərəfində isə, dəmir barmaqlıqlarla hasarlanmış həyətin aşağı hissəsinə eniş üçün sağ və sol tərəfdən pilləkən yerləşir. Həyətin aşağı hissəsindən pilləkənlərin sağ və sol tərəflərində dörd ədəd ayrı-ayrılıqda zirzəmi tipli yarımtikililər yerləşir. Həmin yarımtikililərin qarşısındakı həyətyanı sahə daş hasarla hasarlanmışdır.

31. Apellyasiya instansiyasında işə baxılarkən 19 noyabr 2024-cü il tarixində iş üzrə aparılmış yerində müayinə zamanı mübahisəli sahədə iki evin və yarımtikililərin olduğu müəyyən olunmuş, iddiaçı tərəf bu sahənin, eləcə də sahədə olan evlərin iddiaçılara aid olduğunu bidirmiş, cavabdeh tərəf isə bu sahənin və tikililərin onlara aid olduğunu bildirmişdir. Yerində müayinə zamanı iddiaçı tərəf həmin torpq sahələrinin iddiaçılara, üzərindəki evlərin isə iddiaçıların mərhum analarından miras qalmış ev olduğunu bildirmiş, cavabdeh tərəf isə həmin sahələrin Quliyevlərə aid olduğunu, onlara çıxarışların verildiyini, evlərin isə iddiaçıların analarına məxsus olmadığını, çünki iddiaçıların anasına məxsus olmuş evin sahəsinin 60-70 kv.m. olduğu halda, bu tikililərin daha böyük olduğunu bildirmişdir. İddiaçı tərəf təsdiq etmişdir ki, iddiaçıların analarından miras qalmış ev köhnə olmuş, onu söküb yerində yeni ev inşa edilmişdir. Yerində müayinə zamanı həyətdə olan iki ayrı tikili evin eyni- qırmızı rəngli kərpiclə və eyni qaydada üzləndiyi müəyyən olunmuşdur. Eyni zamanda müəyyən olunmuşdur ki, sahələrə girişə və sahələrə nəzarəti və faktiki sahibliyi cavabdeh tərəf həyata keçirir.

32. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/7522 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən müəyyən olur ki, sözügedən mübahisəli torpaq sahəsində iddia edilən, Abşeron rayon X14 və Mülkiyyət hüquqlarının İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinə əsasən, X27, X13 və X10 mülkiyyətində olan Sabunçu rayonu Bilgəh qəsəbəsi, Zağulba şosesi 1, 2 və 3 saylı yaşayış evləri və Sabunçu rayon Bilgəh Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 016 saylı qərarı ilə X12 ayrılmış Zağulba şosesi ev 3 ünvanında yerləşən 3000,0 kv.m torpaq sahəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahələrinə verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən, X18 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1926 saylı, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən, X28 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1927 saylı, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən, X26 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1928 saylı, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən, X9 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1929 saylı, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən, X40 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1931 saylı bağ sahələrinin hüdudları daxilində göstərir. Ərazidə yaşayış evləri və köməkçi tikililər mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan ərazi yuxarıda göstərilən şəxslərin adına qeydiyyatdan keçmişdir. Təqdim edilmiş texniki pasportların baş planlarında dəqiq istinadlar, istinad məsafələri qeyd edilmədiyindən sənədlərin göstərilən sahəyə aid olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Sahə bağlar massivi olmaqla hazırda Bilgəh Zəfəran sovxozovun ərazisi kimi Abşeron rayon İcra Hakimiyyətinin istifadəçiliyində olan yerlərdir. Təqdim edilmiş texniki pasportların baş planlarında dəqiq istinadlar, istinad məsafələri qeyd edilmədiyindən sənədlərin göstərilən sahəyə aid olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Sahə bağlar massivi olmaqla hazırda Bilgəh Zəfəran sovxozovun ərazisi kimi Abşeron rayon İcra Hakimiyyətinin istifadəçiliyində olan yerlərdir. Yuxarıda göstərildiyi kimi vahid elektron kadastr baza məlumatlarına əsasən sahə bağlar massivi olmaqla hazırda X42 ərazisi kimi Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində olan yerlərdir.

33. Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3- 30/2-10315/2025 saylı mütəxəssis rəyinə əsasən mərhumə X29 Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 046 saylı qərarı ilə ayrılmış (sənədlər təqdim edilməyib) və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış Bilgəh qəsəbəsi ərazisində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində Zaqulba şosesi ev 9 a ünvanında yerləşən 3400.0 kv.m torpaq sahəsi və Bilgəh Bələdiyyəsinin xx.xx.2007- ci il tarixli 075 nömrəli “Torpaq sahəsinin ayrılması” barədə qərarı ilə İddiaçı3 ayrılmış (sənədlər təqdim edilməyib) və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış Bilgəh qəsəbəsi ərazisində, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində Zaqulba şossesi ev 1 a ünvanında yerləşən 3820.0 kv.m torpaq sahəsi, Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 082 nömrəli “Torpaq sahəsinin ayrılması” barədə qərarı ilə İddiaçı2 ayrılmış və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış Bilgəh qəsəbə ərazisində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində Zaqulba şosesi ev 2 a ünvanında yerləşən 3330.0 kv.m torpaq sahəsi, Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 091 nömrəli “Torpaq sahəsinin ayrılması” barədə qərarı ilə İddiaçı1 ayrılmış (sənədlər təqdim edilməyib) və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış Bilgəh qəsəbə ərazisində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində Zaqulba şossesi ev 3 a ünvanında yerləşən 3000.0 kv.m torpaq sahəsi əsasən, X19 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1926 saylı, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X28 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1927 saylı, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X26 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1928 saylı, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X9 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1929 saylı, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X40 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1931 saylı bağ sahələri ilə göstərilən vəziyyətdə üst-üstə düşür. X5 adına mülkiyyət hüququ əsasında Abşeron rayonu 1 saylı DNK-nın xx.xx.2005-ci il tarixli 4ə/2450 saylı alqı-satqı müqaviləsinə əsasən qeydə alınmış və buna dair Abşeron rayon X14 və Mülkiyyət hüquqlarının İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinə əsasən, X18 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1926 saylı, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X28 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1927 saylı, xx.xx.2011ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X26 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1928 saylı, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X9 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1929 saylı, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X40 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1931 saylı bağ sahələrinin hüdudları daxilində göstərilir. X18 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1926 saylı, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X28 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1927 saylı, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X26 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1928 saylı, xx.xx.2011ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X9 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1929 saylı, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X40 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1931 saylı bağ sahələrinin yerləşdiyi ərazi indiki halda elektron baza məlumatlarına əsasən Abşeron rayon ərazisidir. Vahid elektron kadastr məlumat bazasında son sərhəd məlumatlarına əsasən faktiki torpaq sahəsi Abşeron rayon inzibati ərazi vahidinin hüdudları daxilindədir (Bilgəh Zəfəran sovxozu).

34. Məhkəmə Ekspertizası Mərkəzinin 10/10178 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən mərhumə X29 Bilgəh Bələdiyyəsi xx.xx.2005-ci il tarixli 046 saylı qərarı ilə ayrılmış (sənədlər təqdim edilməyib) və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış Bilgəh qəsəbəsi ərazisində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində Zaqulba şosesi ev 9a ünvanında yerləşən 3400.0 kv.m. torpaq sahəsi və Bilgəh Bələdiyyəsi xx.xx.2007-ci il tarixli 075 nömrəli “Torpaq sahəsinin ayrılması” barədə qərarı ilə İddiaçı3 ayrılmış və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış Bilgəh qəsəbəsi ərazisində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində Zaqulba şosesi ev 1a ünvanında yerləşən 3820.0 kv.m. torpaq sahəsi, Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 082 nömrəli “Torpaq sahəsinin ayrılması” barədə qərarı ilə İddiaçı2 ayrılmış və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış Bilgəh qəsəbə ərazisində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində Zaqulba şosesi ev 2a ünvanında yerləşən 3330.0 kv.m. torpaq sahəsi, Bilgəh Bələdiyyəsinin xx.xx.2007- ci il trixli 091 nömrəli “Torpaq sahəsinin ayrılması” barədə qərarı ilə İddiaçı1 ayrılmış və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış Bilgəh qəsəbə ərazisində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində Zaqulba şosesi ev 3a ünvanında yerləşən 3000.0 kv.m torpaq sahəsi Bakı şəhəri,Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1931 saylı bağ sahələri ilə göstərilən vəziyyətdə üst-üstə düşür. Ekspert rəyinə əsasən vahid elektron məlumat bazasında son sərhəd məlumatlarına əsasən faktiki torpaq sahəsi Abşeron rayon inzibati ərazi vahidinin hüdudları daxilindədir (Bilgəh Zəfəran sovxozu).

35. “X51 və Ekspertiza Mərkəzi” MMC tərəfindən təqdim edilən 134 nömrəli, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən olur ki, “Google Yer” proqramının ortofoto görüntülərinə və X42 sxeminə əsasən dəqiqləşdirildi. 01.2002-ci il üzrə ortofoto görüntülərində təqdim edilən torpaq sahəsində iddiaçılar tərəfindən inşa edilmiş fərdi yaşayış evlərinin olduğu müşahidə olunur. Ümumi hasar daxilində olan torpaq sahəsində həmin fərdi yaşayış evlərinə gediş-gəliş yolu mövcuddur. 01.2009-cu ilə aid görüntülərdə isə həmin evlərin yanında digər fərdi yaşayış evinin inşa edildiyi və əvvəl inşa edilmiş evlərin dam örtüklərinin dəyişdirildiyi müşahidə olunur. Araşdırma nəticəsi olaraq aşağıdakılar müəyyən olunmuşdur:

1. Mübahisələndirilən ərazidə yerləşən torpaq sahəsində iddiaçılar tərəfindən inşa edilmiş fərdi yaşayış evlərinin “Google Yer” proqramının illər üzrə görüntülərinə əsasən 2002-ci ilin yanvarınadək inşasının başa çatdığı müəyyən olunmuşdur.

2. xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X28, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X26, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X18, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X6, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X40 və xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X20 mülkiyyətində olan torpaq sahələrinin çıxarışları tam şəkildə iddiaçılara məxsus fərdi yaşayış evlərinin üzərinə işlənilmişdir.

3. xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X28, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X26, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X18, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X6, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X40 və xx.xx.2011- cil il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X20 mülkiyyətlərinə verilmiş torpaq sahələri həmin çıxarışlar işləndiyi dövrdə Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən bağların ərazisinə aid deyil, X42 ərazisinə aid olmuşdur.

36. Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********92 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şossesi, 1, 3, 9 ünvanlarında yerləşən torpaq sahəsinə İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilmişdir. Faktiki 1,1531 ha torpaq sahəsi ümumi hasar daxilindədir. Sözügedən mübahisəli torpaq sahəsi daxilində qeydiyyatdan keçmiş torpaq sahələri və fərdi yaşayış evləri mövcuddur.

37. Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vahid elektron kadastr bazasına əsasən mübahisələndirilən 1,1531 ha torpaq sahəsi ümumi hasar daxilində olmaqla, 0,72 ha hissəsi digər fiziki şəxslərin adına dövlət qeydiyyatına alınmışdır. Qalan 0,4331 ha torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Qeyd olunan ərazi bağlar massivi olmaqla hal-hazırda X42 Abşeron rayon inzibati ərazisi daxilində qalan hissəsində yerləşir.

38. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 05 iyun 2009-cu il tarixli 148 nömrəli məktubunda qeyd olunmuşdur ki, mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman məlum olmuşdur ki, sözügedən torpaq sahəsi Abşeron rayon keçmiş X42 ərazisinə aiddir.

39. Apellyasiya icraatı zamanı Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəsisi X49 izahatında xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-10315/2025 nömrəli rəyin əsaslı olduğunu və tədqiq etdiyi sübutlara uyğun əsaslandırdığını bildirərək verdiyi rəyini təsdiq etdi.

40. ABŞ-ın Florida Ştatında xx.xx.2021-ci il tarixdə X61 Departamentinin möhürü ilə təsdiq edilmiş və Ştat katibliyi tərəfindən apostil edilmiş 2021-4647 nömrəli etibarnaməyə əsasən, X15, X53, X45, X34, X46, X47 tərəfindən Cavabdeh yuxarıda adları qeyd olunan şəxslərin bütün daşınmaz əmlakı üzərində sərəncam vermək və bununla bağlı istənilən müqaviləni bağlamaq, müqavilə imzalamaq, həmin müqaviləni bağlamazdan əvvəl və bağladıqdan sonra öz hüquqlarının və öhdəliklərinin icrası ilə bağlı bütün müvafiq orqanlarda, dövlət müəssisələrində, polisdə, məhkəmələrdə və s. yuxarıda qeyd olunan şəxsləri təmsil etmək, sənədləri qəbul etmək, təqdim etmək, dəyişdirmək və digər zəruri hərəkətləri yerinə yetirmək, alışlar və satışlar zamanı pulu qəbul etmək, eyni zamanda onların adından imzalamaq üçün etibarnamə verilir. Etibarnamə 20 il müddətinə verilir, 11 yanvar 2041-ci ilə qədər etibarlıdır. Tətbiq edilən maddi hüquq normaları:

41. Azərbaycan Respublikasinin Konstitusiyası

42. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

43. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır.

44. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

45. İİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

46. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

48. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

49. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər;

50. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir.

51. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.

52. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, ...mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

53. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

56. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

57. Maddə 54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

60. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

61. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

62. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

63. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

64. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

65. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

66. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

67. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

68. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

69. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

70. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

71. “Azərbaycan Respublikasının mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016cı il tarixli qərarı. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

73. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıların şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

74. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi başqa əsasla təmin edilməməlidir.

75. Rayon məhkəməsi iddia tələblərini təmin etməyərək, öz mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarında Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şosesində yerləşən 9 nömrəli ev üzərində X3 mülkiyyət hüququnun Abşeron rayon 1 saylı DNK-ın xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qeydə alınmasına dair Abşeron rayon X14 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsi olsa da, iddiaçıların iddia etdikləri kimi, X3 övladları olmaları, habelə onun vərəsələri olmaları, eləcə də, həmin evə dair hüquq müəyyənedici sənədlərinin olması barədə hər hansı sübut iş materiallarında mövcud deyildir, eyni zamanda məhkəmə iclaslarında təqdim edilməmişdir. Həmçinin sözügedən qeydiyyat vəsiqəsinin 2005-ci ildə verildiyini nəzərə alaraq, həmin tarixdən sonra evin mülkiyyətçisinin dəyişibdəyişməməsi məhkəməyə aydın olmamış və evin mövcud hüquqi vəziyyətinə dair təsdiqedici sənəd məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçıların sözügedən - Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şosesində yerləşən 9 nömrəli ev üzərində mülkiyyətçi kimi hüquqları yaranmamış və onlar mövcud olmayan hüququn pozulması barədə iddia qaldırmaqda haqlı olmamışlar.

76. Eyni zamanda Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 5953/2021 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şosesində yerləşən 9 saylı ev həmin məhkəmə baxışının da predmeti olmuş, qeyd olunan qətnaməyə əsasən, iddiaçı X23 Cavabdeh qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində yerləşən, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şosesi, 2, 3 və 9 ünvanlarına münasibətdə cavabdeh tərəfindən pozulmuş əmlak hüquqlarının bərpa olunması, şəxsi evlərdən istifadəyə maneənin aradan qaldırılmasına dair iddiası təmin edilməmişdir. Sözügedən qətnamədən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra iddiaçılar İddiaçı3, İddiaçı1 oğunun və İddiaçı2 eyni cavabdehə qarşı eyni evə münasibətdə eyni iddianı qaldırmaları özü-özlüyündə hazırkı iddianın əsassızlığına dəlalət edir.

77. İddia tələbinin digər hissəsinə - Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şosesi ünvanında yerləşən 1 saylı evin 3820 m2 torpaq sahəsi və həmin sahədə yerləşdiyi iddia olunan 38 m2 fərdi yaşayış evinə, ünvan 12 ünvanında yerləşən, üzərində evin inşa edildiyi iddia olunan 3330 m2 torpaq sahəsinə, habelə ünvan 13 ünvanında yerləşən, üzərində evin inşa edildiyi iddia olunan 3000 m2 torpaq sahəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

78. İlk növbədə, bununla bağlı nəzərə alınmalıdır ki, iş materiallarında olan MA ******* seriya nömrəli çıxarışa əsasən, sahəsi 0,12 ha olan 1926 saylı bağ sahəsinin üzərində X18, MA ******* seriya nömrəli çıxarışa əsasən, sahəsi 0,12 ha olan 1927 saylı bağ sahəsinin üzərində X28, MA ******* seriya nömrəli çıxarışa əsasən, sahəsi 0,12 ha olan 1928 saylı bağ sahəsinin üzərində X26, MA ******* seriya nömrəli çıxarışa əsasən, sahəsi 0,12 ha olan 1929 saylı bağ sahəsinin üzərində X6, MA ******* seriya nömrəli çıxarışa əsasən, sahəsi 0,12 ha olan 1931 saylı bağ sahəsinin üzərində X40 xüsusi mülkiyyət hüquqları xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Lakin iddiaçılar iddia predmeti olan daşınmaz əmlaklara dair mülkiyyət hüquqlarının pozulduğunu iddia etsələr də, həmin əmlakara dair öz adlarına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları təqdim edə bilməmiş, yalnız bələdiyyə aktlarına və qərarlarına istinad etmişlər.

79. Bu səbəbdən də rayon məhkəməsi belə qənaətə gəlmişdir ki, həmin daşınmaz əmlaklara münasibətdə iddiaçıların mülkiyyət hüquqları mövcud olmadığından, onların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları müəyyən edilmir.

80. Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsinin hazırkı iş üzrə gəldiyi bu qənaət aşkar əsassız olmuş və iş üzrə tədqiq olunmuş sübutlara, eləcə də müəyyən olunmuş münasibətlərə tətbiq olunmalı maddi hüquq normalarının tələblərinə zidd olmuşdur.

81. Belə ki, rayon məhkəməsinin iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə qənaəti əsassızdır o səbəbdən ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

82. Avropa Məhkəməsi özünün bir çox qərarlarında, o cümlədən də «Önəryıldız Türkiyəyə qarşı» işi üzrə xx.xx.2004-cü il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil;..müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə də «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən də mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olan tələblərini də əhatə edə bilər.

83. «Akimova Azərbaycana qarşı» işində də (iş № 19853/03.xx.xx.2008-ci il) Avropa Məhkəməsi ərizəçinin mənzilə köçməsinə dair verilmiş orderə məhz bu konteksdən yanaşaraq, onun Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı ilə əhatə olunduğunu və həmin maddənin təsiri altına düşdüyünü müəyyən etmişdir.

84. «Axverdiyev Azərbaycana qarşı» işində də (iş № 76254/11. xx.xx.2015-ci il) Avropa Məhkəməsi göstərmişdir ki, ərizəçi torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də o, torpağa müdaxilə zamanı formal olaraq mülkiyyət hüququna malik olmamışdır. Bu zaman ərizəçinin torpağa mülkiyyət hüququnun əldə olunmasına dair «hüquqi gözləntisi» olmuşdur, torpağın “mülkiyyət” qismində tanınması üçün kifayət qədər «mülki marağa» malik olmuşdur.

85. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, ...mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir.

86. Həmçinin Qərarda göstərilir ki, əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.

87. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ qanunla qorunur.

88. «İnsan hüquqlarının Ümumi Bəyannaməsinin» 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

89. Hazırkı işdə iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılması, evlərin və torpaq sahəsinin qaytarılması” tələbi ilə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir.

90. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçıların cavabdehə qarşı “daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılması, evlərin və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddiaları təmin edilməmişdir. Rayon məhkəməsi iddiaçıların həmin əmlaklara dair öz adlarına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları təqdim edə bilməmələri, yalnız bələdiyyə aktlarına və qərarlarına istinad etmələrinə əsaslanmışdır. Bu səbəbdən rayon məhkəməsi belə qənaətə gəlmişdir ki, həmin daşınmaz əmlaklara münasibətdə iddiaçıların mülkiyyət hüququ mövcud olmadığından, onların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları müəyyən edilmir.

91. Halbuki iddiaçıların təqdim etdikləri torpaqların ayrılmasına dair qərarlar, alqısatqı müqavilələri və fərdi yaşayış evinin qeydə alınmasına dair reyestr xidməti tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən, eləcə də notariat ofisində açılmış vərəsəlik işindən görünür ki, mübahisəli torpaq sahələri və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi iddiaçılara məxsusdur.

92. Belə ki: 1) Abşeron rayon DTİ və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş № 6298 A saylı reyestr kitabında qeyd edilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Bilgəh qəsəbəsi, Bilgəh-Zaqulba şosesi, ev 9, yaşayış sahəsi 64.0 kv.m., köməkçi sahəsi 33.6 kv.m. olan üç otaqlı yaşayış evi xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, X3 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

93. 2) Bilgəh Bələdiyyəsinin 27 avqust 2007-ci il tarixli torpaq sahəsinin ayrılması barədə 75 saylı Qərarına və torpaqların alqı-satqısına dair aktına əsasən, Bilgəh bələdiyyə ərazisində, Bigəh qəsəbəsi ərazisində Azərbaycan Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində, Zaqulba şosesi ev 3a ünvanda 3820 kv.m. torpaq sahəsi İddiaçı3 satılmışdır. Həmin alqı-satqıya əsasən, xx.xx.2007-ci il tarixli 835149 saylı kassa mədaxil orderinin qəbzinə əsasən alıcı tərəfindən 38.200 manat bələdiyyənin hesabına ödənilmişdir.

94. 3) Bilgəh Bələdiyyəsinin 27 avqust 2007-ci il tarixli torpaq sahəsinin ayrılması barədə 75 saylı Qərarına və torpaqların alqı-satqısına dair aktına əsasən, Bilgəh qəsəbəsi ərazisində Azərbaycan Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində, Zaqulba şosesi ev 3a ünvanda 3330 kv.m. torpaq sahəsi İddiaçı2 satılmışdır. Həmin alqı-satqıya uyğun olaraq xx.xx.2007-ci il tarixli 835168 saylı kassa mədaxil orderinin qəbzinə əsasən alıcı tərəfindən 33300 manat bələdiyyənin hesabına ödənilmişdir.

95. 4) Bilgəh Bələdiyyəsinin 27 avqust 2007-ci il tarixli torpaq sahəsinin ayrılmasın barədə 91 saylı Qərarına və torpaqların alqı-satqısına dair aktına əsasən, Bilgəh qəsəbəsi ərazisində Azərbaycan Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində, Zaqulba şosesi ev 3a ünvanda 3000 kv.m. torpaq sahəsi İddiaçı1 satılmışdır. Həmin alqı-satqıya uyğun olaraq 27.08 2007-ci il tarixli, 835177 saylı mədaxil orderinin qəbzinə əsasən alıcı tərəfindən 38.200 manat bələdiyyənin hesabına ödənilmişdir.

96. Bakı şəhər 17 sayli notariat ofisini tərəfindən DƏDRX-in Bakı şəhər ərazi idarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli № 606 saylı məktubdan görünür ki, iddiaçılar birlikdə 17 saylı notariat ofisinə müraciət edərək xx.xx.2010-cu il tarixində ölmüş anaları X2 miras qalmış Bilgəh qəsəbəsi, Bilgəh-Zaqulba şosesi 9 ünvanda yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Onların ərizəsinə əsasən həmin notariat ofisində vərəsəlik işi açılmışdır. Notarius S.Məmmədov tərəfindən xx.xx.2021-ci ildə DƏDRX-nə müraciət edərək qeyd edilən əmlakın üzərində yüklülüyün olub-olmaması barədə müvafiq arayışın verilməsi xahiş olunmuşdur.

97. Apellyasiya instansiyasında işə baxılarkən 19 noyabr 2024-cü il tarixində iş üzrə aparılmış yerində müayinə zamanı mübahisəli sahədə iki evin və yarımtikililərin olduğu müəyyən olunmuş, iddiaçı tərəf bu sahənin, eləcə də sahədə olan evlərin iddiaçılara aid olduğunu bildirmiş, cavabdeh tərəf isə bu sahənin və tikililərin onlara aid olduğunu bildirmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, sahələrə girişə və sahələrə nəzarəti və faktiki sahibliyi cavabdeh tərəf həyata keçirir.

98. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, istənilən mülki mübahisənin düzgün həlli ilk növbədə iddia tələbinin qanuni əsasının tapılmasından keçir.

99. Hazırkı halda iddiaçıların iddia tələblərinin qanuni əsasını MM-in birlikdə götürülmüş 157.1., 157.2., 164.1. və 1255-ci maddələri təşkil edir. MM-in 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

100. Baxılan işin mübahisəsiz olan halı kimi müəyyən olunmuşdur ki, Abşeron rayon DTİ və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş № 6298 A saylı reyestr kitabında qeyd edilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Bilgəh qəsəbəsi, Bilgəh-Zaqulba şosesi, ev 9, yaşayış sahəsi 64.0 kv.m., köməkçi sahəsi 33.6 kv.m. olan üç otaqlı yaşayış evi xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, X3 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Mülkiyyətçi K.Camalova xx.xx.2010-cu ildə ölmüşdür. Həmçinin də müəyyən olunur ki, iddiaçılar birlikdə 17 saylı notariat ofisinə müraciət edərək xx.xx.2010-cu il tarixində ölmüş anaları X1 miras qalmış Bilgəh qəsəbəsi, Bilgəh-Zaqulba şosesi 9 ünvanda yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Onların ərizəsinə əsasən həmin notariat ofisində vərəsəlik işi açılmışdır. Notarius S.Məmmədov tərəfindən xx.xx.2021-ci ildə DƏDRX-nə müraciət edərək qeyd edilən əmlakın üzərində yüklülüyün olub-olmaması barədə müvafiq arayışın verilməsi xahiş olunmuşdur.

101. Bununla da müəyyən olunur ki, miras qoyanın birinci növbə vərəsəsi olan hazırkı iddiaçılar analarından miras qalmış əmlakı qəbul etmişlər, demək ki, MM-in 1255-ci maddəsinin tələbinə görə də onlar miras açıldığı gündən, yəni xx.xx.2010-cü il tarixindən həmin əmlakın mülkiyyətçiləridirlər.

102. İddiaçıların torpaq sahələri ilə bağlı tələblərinə gəldikdə isə qeyd edilməlidir ki, həmin torpaq sahələrinin onlara qanuni əsaslarla ayrılması, iddiaçıların həmin torpaq sahələrini əvəzi ödənilməklə alqı-satqı müqavilələrinə əsasən əldə etmələri işin mübahisələndirilməyən hallarındandır. Belə olan halda Avropa Məhkəməsinin yuxarıda istinad olunan qərarları baxımından həmin torpaq sahələrinin də iddiaçıların “mülkiyyət”i olması müəyyən olunur.

103. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02.06. 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında təsbit olunmuş hüquqi mövqe baxımından yanaşıldıqda da iddiaçılar tələb etdikləri həmin torpaq sahələrinin qanuni sahibləri hesab olunurlar.

104. Məhkəmə kollegiyası onu da xüsusi olaraq qeyd edir ki, cavabdeh tərəf həm rayon məhkəməsində verdiyi izahatında, həm də apellyasiya icraatı zamanı verdiyi izahatında həmin torpaq sahələrini Quliyevlər tərəfindən iddiaçılardan əvəzi ödənilməklə alqı-satqı müqaviləsi əsasında alındığını bildirmişlər. Düzdür, cavabdeh tərəf bununla bağlı məhkəmələrə hər hansı sübut verməmişdir, bununla belə, həmin izahatları ilə cavabdeh tərəf həmin torpaq sahələri və üzərində olan fərdi yaşayış evinin məhz iddiaçılara məxsus olduğunu təsdiq etmişdir.

105. Bununla da müəyyən olunur ki, iddiaçılar onlara məxsus torpaq sahələri, eləcə də onun üzərində yerləşən və analarından miras qalmış evin mülkiyyətçisi kimi hazırkı iddianı qaldırmaq hüququna sahibdir.

106. İddianı təmin etməyən birinci instansiya məhkəməsi qətnaməsində həm də Sabunçu Rayon Məhkəməsinin qüvvədə olan xx.xx.2021-ci il tarixli, 2(008)-5953/2021 nömrəli qətnaməsinə əsaslanaraq qeyd etmişdir ki, həmin qətnamənin mövcudluğu özözlüyündə hazırkı iddianın əsassızlığına dəlalət edir.

107. Məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsinin bu mövqeyi də əsassız olmuşdur. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi və müvafiq olaraq da ilk növbədə rayon məhkəməsi tərəfindən istinad olunan qətnamənin MPM-in 82.3-cü maddəsinin tələbləri baxımından hazırkı mübahisəyə tətbiqinin mümkünlüyünün yoxlanılmasını zəruri hesab edir. MPM-in 82.3-cü maddəsinin hazırda qüvvədə olan mətninin tələbi belədir: bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

108. “Azərbaycan Respublikasının MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

109. MPM-in istinad olunan normaları və Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında təsbit olunanlara əsasən rayon məhkəməsinin baxılmış başqa işə istinad etməsi üçün, yəni həmin məhkəmə aktının bu işdə preyudisial əhəmiyyətli olması üçün, baxılan əvvəlki işlə hazırkı işdə tərəflərin eyni olması, başqa sözlə desək, hazırkı iddiaçıların həmin işdə iştirak etmələri mütləq şərtdir. Halbuki hazırkı işdəki iddiaçılar rayon məhkəməsinin istinad etdiyi həmin işdə nəinki tərəf olmamış, ümumiyyətlə həmin işdə iştirak etməmişlər.

110. Belə olan halda isə müəyyən olunur ki, rayon məhkəməsinin iddianı rədd edərkən həm də Sabunçu Rayon Məhkəməsinin qüvvədə olan xx.xx.2021-ci il tarixli, 2(008)-5953/2021 nömrəli qətnaməsinə istinad etməsi əsassız olmuşdur.

111. Bundan başqa, cavabdeh tərəfin iddiaya etirazının bir dəlili də ondan ibarət olmuşdur ki, həmin torpaq sahələri və onun üzərində olan ev onlara başqa məhkəmə aktının icrası qaydasında icra məmurunun qərarına əsasən təhvil verilmişdir.

112. Məhkəmə Kollegiyası cavabdeh tərəfin həmin dəlili ilə bağlı qeyd edir ki, onların istinad etdikləri həmin məsələnin, yəni iddiaçılara məxsus olan torpaq sahəsi və evin onlara başqa qətnamənin icrası qaydasında icra məmurunun qərarına əsasən verilməsinin hazırkı mübahisənin həlli baxımından hər hansı hüquqi əhəmiyyəti ola bilməz.

113. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il Qərarında qüvvədə olan məhkəmə qərardadının hansı hallarda mahiyyət üzrə işə baxılmasında MPM-in 82.3-cü maddəsinin tələbi baxımından əhəmiyyətli olmasına aydınlıq gətirilmişdir.

114. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, ....Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının preyudisiallığı ilə bağlı əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqedən çıxış edərək aşağıdakıların qeyd edilməsini vacib hesab edir. 115.Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 116.Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). 117.Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. 118.Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. 119.Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.

120. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə uyğun olaraq preyudisiallıq işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur:

121. konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qərar ilə müəyyən edilmiş olmalıdır;

122. bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır.

123. Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və yalnız prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Preyudisiallığın obyektiv hədlərini isə qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri təşkil edir.

124. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Bunun üçün məhkəmə qərardadı aşağıdakı vacib şərtlərə cavab verməlidir: qərardad müstəqil məhkəmə icraatı çərçivəsində çıxarılmalı; həmin qərardad ilə hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilməli; tərəflərin məhkəmə baxışında iştirakı təmin edilməli; baxış çəkişmə prinsipinə əməl edilməklə aparılmalı; belə qərardadın yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi imkanı olmalıdır.

125. Həmçinin qeyd edilməlidir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir.

126. Hazırkı işdə rayon məhkəməsi tərəfindən Sabunçu Rayon Məhkəməsinin qüvvədə olan xx.xx.2021-ci il tarixli, 2(008)-5953/2021 nömrəli qətnaməsinin preyudisiya kimi qiymətləndirilməsinin aşkar əsassız olduğuna yuxarıda aydınlıq gətirilmişdir.

127. Belə olan halda müəyyən olunur ki, həmin məhkəmə aktının icrası ilə bağlı icra məmurunun hərəkətləri (qərarları) müstəsna olaraq prosessual məsələlərlə bağlı olmuş, başqa sözlə desək, həmin hərəkətlərlə (qərarlarla) maddi-hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilməmişdir. Bu isə, öz növbəsində, Konstitusiya Məhkəməsinin istinad olunan qərarında müəyyənləşdirilmiş hüquqi mövqe baxımından icra məmurunun həmin hərəkətlərinin, yəni başqa məhkəmə aktına əsasən torpaq sahələri və üzərindəki evin cavabdeh tərəfə təhvil verməsinin baxılan bu işlə bağlı preyudisiallığını və hüquqi əhəmiyyətini istisna edir. Bununla da cavabdeh tərəfin iddiaya qarşı etirazının bu dəlilinin də əsassız olduğu müəyyən olunur.

128. Bütün qeyd olunanlarla, yəni hazırkı mülki işin faktiki hallarının düzgün müəyyən edilməməsi, eləcə də maddi hüquq normasının tətbiqi və təfsirində səhvə yol verilməsi ilə yanaşı, rayon məhkəməsi hazırkı işə baxarkən qətnamənin ləğvinə səbəb olan prosessual pozuntuya da yol vermişdir.

129. Belə ki, iddiaçıların iddia ərizəsi və məhkəmə iclaslarında verdikləri izahatlar, eləcə də onların müxtəlif ünvanlara yazdıqları çoxsaylı ərizə və şikayətlərdən, habelə cavabdehin özünün izahatlarından müəyyən olunur ki, Cavabdeh təmsilçi olaraq həmin torpaq sahəsinə çıxarışı olan şəxslər - Quliyevlərin adından hərəkət edir və onların tapşırıqlarını yerinə yetirir. Belə olan halda müəyyən olunur ki, qanunvericiliyə əsasən Quliyevlər Cavabdeh verdikləri həmin səlahiyyət və tapşırıqdan istənilən vaxt imtina edə bilər və bunun üçün Cavabdeh razılığı tələb olunmur, eyni qaydada Cavabdeh da həmin etibarnamədən istənilən vaxt imtina edə bilər (MM, maddə 365.1.3., 365.1.4. və 365.2.). Bu isə o anlama gəlir ki, iddiaçıların mülkiyyət hüquqlarının pozulmasında iddia etdikləri hərəkətlərin həyata keçirilməsinin iradə ifadəçisi təmsil edən kimi Cavabdeh deyil, onun təmsil etdiyi şəxslər, yəni Quliyevlərdir. Başqa sözlə desək, Cavabdeh iddiaçılara məxsus sahəyə onları buraxmaması, həmin sahəyə sahiblik və nəzarət etməsi onun təmsil etdiyi Quliyevlərin istəyi və iradəsinə bağlıdır.

130. MPM-in 50.3-cü maddəsinin mənasına görə cavabdeh iddiaya cavab verə bilən, daha doğrusu, cavab vermək imkanı və iqditarında olan şəxsdir. Hazırkı halda isə müəyyən olunur ki, iddiaçıların cavabdeh kimi müəyyən etdikləri Cavabdeh belə imkan və iqtidara sahib olan şəxs deyildir. Demək ki, o hazırkı iddia tələblərinə cavab verməli əsl cavabdeh deyildir. Bununla da müəyyən olunur ki, hazırkı mülki iş üzrə iddiaçılar tələblərini əsl olmayan cavabdehə qarşı irəli sürmüşlər.

131. MPM-in 54.1-ci maddəsinin tələbinə görə iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə məhkəmə işin məhkəmədə baxılması yekunlaşana qədər iddiaçının razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Rayon məhkəməsinin iclas protokollarından məlum olur ki, əsl olmayan tərəfin- cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsi birinci instansiya məhkəməsində işa baxılarkən müzakirə etməmişdir.

132. MPM-in 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

133. Qeyd edilən normaların mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir.

134. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan iddiaçının məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı.

135. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

136. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

137. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbləri əsl olmayan cavabdehə qarşı irəli sürülməsi əsası ilə təmin edilməməlidir.

138. (Məhkəmə kollegiyası iddiaçı tərəfin həm rayon məhkəməsində, həm də apellyasiya icraatı zamanı mübahisələndirilən torpaq sahələrinə dair cavabdehin təmsil etdiyi Quliyevlər ailəsinə verilmiş çıxarışların qanunsuz əldə edilməsi, həmin torpaqların Abşeron rayonunun inzibati ərazisi olduğu halda, onlara, buna səlahiyyəti olmadığı halda Bakı şəhəri müvafiq orqanları tərəfindən əsassız olaraq çıxarışların verilməsi, bu səbəbdən də həmin çıxarışların etibarsız və əhəmiyyətsiz olması barədə çoxsaylı ərizə və müraciətlərində, eləcə də məhkəmə iclaslarında verdikləri izahatlarında bildirdikləri ilə bağlı qeyd edir ki, mübashisələndirilən torpaq sahələrinin Abşeron rayonunun inzibati ərazisinə aid olması mülki iş materiallarında olan səlahiyyətli dövlər orqanlarının rəsmi sənədləri və ekspert rəyləri ilə müəyyən olunur. Bunula belə, Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iddiaçıların etibarsız olduğunu bildirdikləri həmin şəxslərin adına torpaq sahələri ilə bağlı verilmiş mülkiyyət hüququna dair çıxarışların qanunuliyinin yaxlanılması MPM-in 149.1-ci maddəsinin və 218.3-cü maddəsinin tələblərinə əsasən hazırkı icraat daxilində araşdırla və baxıla bilməz).

139. Məhkəmə kollegiyası həmçinin də hesab edir ki, iddiaçılara hazırkı tələbləri ilə bağlı həmin tələblərə cavab verməli olan şəxslərə - əsl cavabdehlərə qarşı ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüqunun olması izah olunmalıdır.

140. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

141. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir.

142. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məjəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunsun. Sabunçu Rayon Məhkəməsinin 2(008)-238/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi başqa əsasla (əsas olmayan cavabdehə qarşı verilməsi əsasına görə) təmin edilməsin. İddiaçılara izah olunsun ki, onlar hazırkı tələbləri ilə bağlı həmin bu tələblərə cavab verməli olan şəxslərə - əsl cavabdehlərə qarşı ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilərlər. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 150 (50+50+50) manat məbləğində pul iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq X17, Kod: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar