Məhkəmə qərarları › İş №2(103)-7802/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7802/2023

25.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7802/2023 25.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2506/2023 saylı, 06 dekabr 2023ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı istehlakçı hüquqularının bərpa edilməsi, mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2506/2023 saylı, 06 dekabr 2023ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytararkən qənaətində göstərib ki, vergi ödəyicilərinin məlumatları haqqında elektron arayışından görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı AZ-1025, ünvan 1l rayon Məhkəməsinə aid deyil. Qərardaddan İddiaçı şikayət verərək ləğv edilməsini və işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş edib şikayətində göstərib ki, məhkəmənin cavabdehin təzyiqi ilə ərizənin ərazi aidiyyəti üzrə Səbail Məhkəməsində yox, Xətai Məhkəməsində baxılmalı olduğunu qərara alması qanunsuzdur. Məhkəmə MPM-in 152.1.3 maddəsini düzgün tətbiq etməyib. Ona görə ki, Səbail rayonu, Neftçilər prospekti-153 ünvanında yerləşən cavabdehə qarşı iddianın həmin məhkəməyə aid olması sübuta ehtiyacı olmayan faktdır. Cavabdehin ünvanını internet resurslarından götürüb. Cavabdeh MMC ünvanını dəyişibsə, bu barədə özünün saytında məlumat yerləşdirməlidir. Vergi ödəyicisinin elektron arayışını məhkəməyə təqdim edib ki, Səbaildəki ünvandan Xətaidəki ünvana köçüb. Məhkəmə də bu məlumatı əsas tutub. Bu qərardad qanunsuzdur və ləğv edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2506/2023 saylı, 11 dekabr 2023ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdeh MMC tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə ünvanlanmış şikayətə yazılı etirazında qərardad qanuni və əsaslı olduğundun dəyişdirilmədən saxlanılması xahiş edilmiş və etiraz bununla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin hüquqi ünvanı, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 113-dür. Buna görə də, MMC-yə qarşı verilmiş iddia cavabdehin olduğu yer üzrə, yəni Xətai Rayon Məhkəməsinə verilməli idi. İddiaçı şikayətində göstərir ki, "xxxx" MMC hüquqi ünvanı barədə sənədi məhkəməyə təqdim edib. Bununla bağlı bildirirlər ki, "xxxx" MMC tərəfindən məhkəməyə hələlik heç bir sənəd təqdim edilməyib. Məhkəmə özü Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin e-taxes.gov.az saytına daxil olub, hüquqi ünvanı müəyyən edib. Həmin məlumat açıq informasiyadır və istənilən şəxs həmin sayta daxil olmaqla məlumatları əldə edə bilər. İddianın aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı iddiaçının yazdıqlarını da əsassız hesab edirlər. Belə ki, MPM-nin 152.1.3-cü maddəsinə müvafiq olaraq əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, məhkəmə iddiaçının iddia ərizəsini geri qaytarmaqla qanuni və əsaslı qərar qəbul etmişdir. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı “etiraz” başlıqlı ərizəsində Cavabdeh MMC-yə qanunsuz etirazına, süründürməçiliyinə görə cərimə tətbiq edilməsini, şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin iddia ərizəsini geri qaytararkən gəldiyi nəticə düzgün olmuşdur. İddiaçı isə birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşmayaraq qərardaddan şikayət vermişdir. Lakin iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanı aradan qaldıraraq yenidən iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək əvəzinə qərardaddan şikayət verməsi əsaslı hesab edilə bilməz. Çünki, iddiaçı nail olmağa çalışdığı məqsəd üçün düzgün vasitə (yol) seçmir. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.3-cü maddəsinin tələbinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki işin ərazi aidiyyəti üzrə də məhz Xətai Rayon Məhkəməsində baxılmalı olmaması mübahisəsiz olmalıdır. Başqa sözlə, qeyd olunan norma məhkəməyə ərazi aidiyyətinə əməl edilməməsinə görə iddia ərizəsini geri qaytarmağa imkan verir. Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 7azi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin yurisdiksiyasına aiddir. Şərh olunanlara əsasən, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2506/2023 saylı, 06 dekabr 2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2506/2023 saylı, 06 dekabr 2023ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar