Məhkəmə qərarları › İş №2(103)-7806/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7806/2020

20.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7806/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı MMC-nin X1 iştirakları ilə İddiaçı MMC Cavabdeh qarşı alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3706/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindənverilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi və və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi və və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçı MMC-nin nümayəndəsi həmin qərardaddan şikayət ərizəsi verərək Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata götürülərək Nəsimi Rayon Məhkəməsində baxılmasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan müqavilənin daşınmaz əmlakın alqı-satqısına dair bağlanmış müqavilə olmasına istinad edilərək, MPM-nin 39.1-ci maddəsinə əsasən daşınmaz əmlakın yerləşdiyi yer üzrə baxılmalıdır. Həmin qərardaddan verilmiş şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmərək mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsində, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verildiyi təsbit olunmuşdur; “Şəxsiyyət vəsiqəsi məlumatları” haqqında elektron portaldan çıxarışdan görünür ki, cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsi 1, 2 ünvanında qeydiyyatdadır. Şikayətin dəlillərini də kollegiya əsassız hesab edir. Belə ki, hazırki iddia tələbi “tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında” deyil “...çıxarışın ləğv edilməsi, ....alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə” bağlı olduğu üçün məhkəmə hesab edir ki, iddia ərizəsinə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələbinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3706/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar