Məhkəmə qərarları › İş №2(103)-781/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-781/2021

17.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-781/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Ağababa qızının, onun nümayəndəsi və vəkili X5, İlk iddia və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiaları üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, Müstəqil tələb irəli sürən 3-cü şəxs X6 iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)-412/2020 saylı qətnaməsindən ilk iddia və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiaları üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ağababa qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mübahisəli evə, yəni Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi, ev 18-ə istifadə hüququna 7000 manat konpensansiya verilməsi və onun uşaqları və əmlakı ilə birlikdə evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ağababa qızı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsində yerləşən 18 nömrəli ev xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin ev DƏDRX-də onun xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş və ona çıxarış verilmişdir. Onun X4 Cavabdeh ilə 2003-cü il tarixində nikah qeydiyyatından keçib ailə qurmuşdur. Birgə nikahdan 2 övladları vardır. X32 2009-cu il tarixində avtomobil qəza nəticəsində vəfat etmişdir. Hal-hazırda Cavabdeh iddiaçının evində olması onun mülkiyyət hüququnu sərbəst şəkildə həyata keçirməyinə mane olur. Baxmayaraq ki, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində E.Qasımov küçəsi, ev 14 B-də 27 saylı mənzili vardır. Həmin evi kirayəyə vermiş, onun mülkiyyətində olan evə zorla girmiş, orada qeydiyyatı olmamasına baxmayaraq evi tərk etməmiş, o və onun anası mütəmadi olaraq mübahisələr salmış, hal-hazırda da həmin qalmaqallar davam edir. Cavabdeh dəfələrlə ona və anasına hücum edərək döymüşdür. Cavabdehin istifadə hüququna 7000 manat konpensasiya verilməklə onun xüsusi mülkiyyəti olan evdən çıxarılmalıdır. Qeyd edilənlərə əsasən, Cavabdeh mübahisəli evə, yəni Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi, ev 18-ə istifadə hüququna 7000 manat konpensansiya verilməsi və onun uşaqları və əmlakı ilə birlikdə evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi ev 18 üzərində uşaqları X2 Ağabala Həbib oğlu ilə birgə onun istifadə hüququnun tanınması, həmin evlə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışın və çıxarışın verilməsinə əsas olan vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin və L.Mehdiyevanın adına olan çıxarışın ləğv edilməsi, mərhum həyat yoldaşı X26 vərəsəliklə atasından miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi ev 18 və həmin evin altında yerləşən torpaq sahəsinin 1/4 hissəsi üzərində vərəsəlik paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılır ki, Qarabağ müharibəsi iştirakçısı və əlili olmuş mərhum həyat yoldaşı X32 ilə el adətinə uyğun 2004-cü ildə ailə qurmuş, mübahisəli evə gəlin gəlmişdir. Nikahları xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış və həmin nikahdan xx.xx.2005-ci il tarixdə qızı Aynur, xx.xx.2006-cı il tarixdə oğlu Ağabala anadan olmuşlar. Evə gəlin gəldikdən sonra onlara ayrı otaqlar verilmiş və həmin otaqda yaşamışlar. Qarabağ müharibəsi iştirakçısı və əlili olmuş həyat yoldaşı X32 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında (ünvan əvvəlki qaydalara əsasən Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi ev 14v sayılırdı) yerləşən fərdi yaşayış evinin sahibi qaynatası Həbib Mehdiyev o gəlin gəlməzdən əvvəl 2000-ci ildə vəfat etmişdir. Həyat yoldaşı X32 anadan olduğu 1972-ci ildən vəfat etdiyi günə kimi atası evində - ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Əvvəllər olduğu kimi həyat yoldaşı vəfat etdikdən sonra da o, qaynanasının hörmətini saxlamış, ona anası kimi münasibət göstərmişdir. Sonuncunun icazəsi olmadan evdən çıxmamış, heç bir işə onun xeyir-duası olmadan başlamamışdır. Buna baxmayaraq, qaynanasının nəvələrinə, yəni onun uşaqlarına və ona olan münasibəti dəyişdi və maddi tərəfdən ona heç bir köməklik etmədi. Yalnız onu bildirirdi ki, ata evindən, qardaşlarından al, gətir. Valideynləri olmadığı üçün, kasıb qardaşından hər dəfə çörək pulu almaq çətin idi. Uşaqlarının ac olduğunu görüb, məcburiyyət qarşısında qalıb, “Oriflame” şirkəti ilə əməkdaşlıq etmiş, onlardan mal götürüb, kənddə satmağa başlamışdır. Beləcə o, ayda 200-250 manat qazanmaqla, uşaqlarına çörək pulu vermişdir. Daha sonrakı dövrlərdə qaynanası uşaqları ilə, onunla ümumiyyətlə danışmadı, küsülü qaldı. Heç bir əsas olmadan uşaqlarına, ona ağır sözlər desə də, heç vaxt cavab verməyib, susmuş, hörmətini saxlamışlar. Bu bir valideyn olaraq ananın Qarabağ müharibəsi iştirakçısı və əlili olan mərhum övladına, onun uşaqlarına olan münasibətidir. Bütün bunlara baxmayaraq uşaqlarına həmişə demişdir ki, nənənizi sevin, onun hörmətin saxlayın. Bu azmış kimi baldızı İddiaçı saxta yollarla xx.xx.2018-ci il tarixdə evi ələ keçirən, çıxarışı alan kimi xx.xx.2018-ci il tarixdə onu polisə vermiş, onu əxlaqsızlıqda günahlandıraraq, evdən çıxmağını tələb etmişdir (bu barədə 31-ci Polis Bölməsinin arayışı işdə var). Qeyd olunmalıdır ki, 10 saylı Notariat Kontorunun vərəsəlik işində Ağabala Mehdiyevin övladları Ağahüseyn, Səkinə və Sədaqət mirasdan analarının xeyrinə deyil, kimin xeyrinə imtina etmələrini göstərmədən imtina etmişlər. Bu isə MM-nin 1262-ci maddəsinə əsasən həmin payların digər vərəsələrə keçməsi anlamına gəlir. Digər tərəfdən isə Səkinə və Sədaqətə mirasdan ümumiyyətlə pay düşə bilməzdi. Çünki onlar ataları vəfat etdikdən sonra mirası faktiki qəbul etməmiş və müəyyən edilmiş müddət ərzində notariusa müraciət etməmiş və bu hüquqlarından məhrum olmuşlar. Belə olan halda notariusa yalan məlumat verildiyi üçün mirasın düzgün bölünməsi ilə əlaqədar vərəsəlik şəhadətnaməsi, çıxarış, daha sonra bağlanmış bağışlama müqaviləsi və sonrakı çıxarış etibarsız hesab edilməlidir. Qeyd edilənlərə əsasən, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi ev 18 üzərində uşaqları X2 Ağabala Həbib oğlu ilə birgə onun istifadə hüquqlarının tanınması, həmin evlə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş ******* saylı xx.xx.2018-ei il tarixli çıxarışın və çıxarışın verilməsinə əsas olan vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin və L.Mehdiyevanın adına olan çıxarışın ləğv edilməsi, mərhum həyat yoldaşı X26 vərəsəliklə atasından miras qalmış Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi ev 18 və həmin evin altında yerləşən torpaq sahəsinin 1/4 hissəsi üzərində vərəsəlik payımızın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X16 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi, ev 18-lə bağlı anası X10 və ona 10 saylı Notariat kontoru tərəfindən verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi, onunla anası Mehdiyeva Lumuxanım arasında bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi, anası Mehdiyeva Lumuxanımla bacısı Babayeva (Mehdiyeva) Sədaqət arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, miras əmlak ilkin vəziyyətə gətirilməsi, mirası qəbul etmə faktının müəyyən edilməsi və miras əmlakdan vərəsəlik payının müəyyənləşdirilərək, həmin payla bağlı ona vərəsəlik şəhadətnaməsinin verilməsinin 10 saylı Notariat kontoruna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 iddiası onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, indiki İsrafil Quliyev küçəsi, ev 18 (köhnə Çaparidze küçəsi, ev 14) X54nın xüsusi mülkiyyəti olmuş və DƏDRX-də xüsusi mülkiyyət kimi onun adına qeydiyyatdan keçmişdir. Ev X54 ilə anası Mehdiyeva Lumuxanım birgə nikahları dövründə onlar tərəfindən tikilmişdir. Ata-anasının 4 övladı olmuşdur. X4, bacıları X20 və X27. Həmin evdə dünyaya gəlmiş və orada yaşamışlar. Bacıları ailə qurub ər evinə köçmüşlər. O, ata, anası və qardaşı Həbib mübahisəli evdə yaşamışlar. X54 2000-ci il tarixində vəfat etmişdir. Atasından sonra 2009-cu il tarixində X53 vəfat etmişdir. X58 veteranı kimi vəfatından əvvəl mənzil şəraiti pis olduğundan, yəni darısqal olduğu üçün ev növbəsinə durmuş və ölümündən dərhal sonra ona mənzil verilmişdir, lakin mənzili həyat yoldaşı Cavabdeh öz adına rəsmiləşdirmiş və köçüb orada yaşamışdır. Bir müddətdən sonra yeni aldığı 2 otaqlı mənzili kirayəyə verərək mübahisəli evə gəlmiş və yaşayışlarını cəhənnəmə döndərmişdir. O və anası fasiləsiz olaraq miras əmlakda yaşamış, atasının bütün dəfn mərasimlərini yerinə yetirmiş, miras əmlakı qəbul etmiş və onu yaxşılaşdırmağa çalışmışlar. 10 saylı Notariat kontoru tərəfindən ona verilmiş şəhadətnamə etibarsız hesab edilməli, onun əsasında verilmiş çıxarış ləğv edilməli, anası ilə aralarında bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilməli, onun əsasında verilmiş çıxarış ləğv edilməli, ana bacısı arasında bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilməli, onun əsasında verilmiş çıxarış ləğv edilməli, miras əmlak ilkin vəziyyətə gətirilməli, mirası qəbul etmə faktı müəyyən edilməli və miras əmlakdan ona çatası pay müəyyənləşdirilərək həmin miras payla bağlı mənə vərəsəlik şəhadətnaməsinin verilməsi 10 saylı Notariat kontoruna həvalə edilməlidir. Qeyd olunanlara əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi, ev 18-lə bağlı anası X10 və ona 10 saylı Notariat kontoru tərəfindən verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi, onunla anası Mehdiyeva Lumuxanım arasında bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi, anası Mehdiyeva Lumuxanımla bacısı Babayeva (Mehdiyeva) Sədaqət arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, miras əmlak ilkin vəziyyətə gətirilməsi, mirası qəbul etmə faktının müəyyən edilməsi və miras əmlakdan vərəsəlik payının müəyyənləşdirilərək həmin payla bağlı ona vərəsəlik şəhadətnaməsinin verilməsinin 10 saylı Notariat kontoruna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X21 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi, ev 18-lə, yəni miras əmlakla bağlı 10 saylı notariat kontoru tərəfindən ona və X1na verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların ləğv edilməsi, X16 ilə aralarında bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, onunla qızı Babayeva (Mehdiyeva) Sədaqət arasında bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında DƏDRX-dən verilmiş çıxarışın ləğv edilməsi, miras əmlak ilkin vəziyyətə gətirilməsi, miras əmlakın miras qoyanla birgə nikah dövründə əldə etdiyindən miras əmlakın 50%-nin onun mülkiyyətinə verilməsi, qalan 50%-dən payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X21 iddiasını onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, indiki İsrafil Quliyev küçəsi, ev 18 (köhnə Çaparidze küçəsi, ev 14) həyat yoldaşı Mehdiyev Ağabala ilə birgə nikah dövründə tikilmiş və DƏDRX-də xüsusi mülkiyyət kimi onun adına qeydiyyatdan keçmişdir. Birgə nikahlarından 4 övladı olmuşdur. X16, X32, X20 və X28. Qızları ailə qurub ər evinə köçmüş, həyat yoldaşı Mehdiyev Ağabala 2000-ci il tarixində vəfat etmiş, həyat yoldaşının vəfatından sonra o və X50 əmlakı faktiki olaraq qəbul etmiş və onu idarə etmişlər. Mənzil şəraiti darısqal olduğundan oğlu Həbib Qarabağ veteranı kimi ev növbəsinə durmuş və o, vəfat etdikdən sonra həyat yoldaşı Cavabdeh evi öz adına keçirmiş, bir müddət orada yaşamış, sonradan oranı kirayəyə verərək həyat yoldaşı Mehdiyev Ağabala ilə birlikdə birgə nikah dövründə tikdirdikləri yuxarıda göstərilən ünvana köçmüşlər. Cavabdeh hal-hazırda münaqişə aparır, rahat yaşamalarına imkan vermir. xx.xx.2018-ci il tarixində ərizə ilə 10 saylı Notariat kontoruna müraciət edərək mübahisəli evə dair vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Notariusda vərəsələrdən Meşədibəyova (Mehdiyeva) Səkinə Ağabala qızı və Babayeva (Mehdiyeva) Sədaqət Ağabala qızı ərizə yazaraq vərəsəlik paylarından imtina etmişlər. 10 saylı Notarius tərəfindən xx.xx.2018-ci il tarixində miras əmlaka dair ona və X1na bərabər paylara malik olmasına dair vəsəlik şəhadətnaməsi verilmişdir. X1 öz payını ona bağışlamışdır. O, xx.xx.2018-ci il tarixində öz adına mülkiyyət hüququna dair çıxarış almışdır və xx.xx.2018-ci il tarixində miras əmlakı qızı Babayeva (Mehdiyeva) Sədaqət Ağabala qızına bağışlamışdır. DƏDRX-dən mülkiyyət hüququna dair sənəd çıxarış almışdır. Qeyd olunanlara əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi, ev 18-lə, yəni miras əmlakla bağlı 10 saylı notariat kontoru tərəfindən ona və X1na verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların ləğv edilməsi, X16 ilə aralarında bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, onunla qızı Babayeva (Mehdiyeva) Sədaqət arasında bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında DƏDRX-dən verilmiş çıxarışın ləğv edilməsi, miras əmlak ilkin vəziyyətə gətirilməsi, miras əmlakın miras qoyanla birgə nikah dövründə əldə etdiyindən miras əmlakın 50%-nin onun mülkiyyətinə verilməsi, qalan 50%-dən payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)-412/2020 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Ağababa qızının ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı istifadə hüququna kompensasiya verməklə evdən uşaqlar və əmlakla birlikdə çıxarılması tələbinə dair iddiasının təmin edilməməsi, ilk iddia və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Ağababa qızına, cavabdehlər X11, 10 saylı Notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı qarşılıqlı iddiasının qismən təmin edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər Cavabdeh, X11, İddiaçı Ağababa qızına və 10 saylı Notariat Kontoruna qarşı (3-cü şəxs ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi) iddiasının təmin edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X8 cavabdehlər Cavabdeh, X7, İddiaçı Ağababa qızına və 10 saylı Notariat Kontoruna qarşı (3-cü şəxs ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi) iddiasının təmin edilməsi, Bakı şəhəri 10 saylı notariat kontoru tərəfindən X11 verilmiş xx.xx.2012-ci il tarixli, reyestrdə 2V-2-1110 № ilə qeydə alınmış V/971/2012 saylı vərəsəlik işi üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, X11 və X7 verilmiş xx.xx.2018-ci il tarixli, reyestrdə 2V-56 № ilə qeydə alınmış vərəsəlik işi üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bunun hüquqi nəticələri olaraq X16 ilə X21 arasında Bakı şəhəri 10 saylı notariat kontorunda reyestrdə 3M-30 № ilə qeydə alınaraq xx.xx.2018-ci il tarixdə bağlanmış vərəsəlik payının bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi, 14 və onun yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyət kimi X8 adına daşınmaz əmlakın dövlət reyestrində 426 nömrəli reyestr kitabının 39947 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, X21 ilə İddiaçı arasında Bakı şəhəri 10 saylı notariat kontorunda reyestrdə 4Ə-72 № ilə qeydə alınaraq xx.xx.2018-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi, 14 D (yeni qaydalarla Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi, ev 18) və onun yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 426 nömrəli reyestr kitabının 39947 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi, 18 nömrəli evin mülkiyyətçisi olan Ağabala Mehdiyevin xx.xx.2000-ci ildə vəfat etdikdən sonra, onun vərəsələri olan X21, X16 və X32 tərəfindən miras əmlak olaraq qəbul etmələri faktının müəyyən edilməsi, X22 2009-cu ildə vəfat etməsindən sonra onun Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi, 18 nömrəli evində payının irsi transmissiya qaydasında onun vərəsələri X21, Cavabdeh, X38 və X33 tərəfindən miras əmlak olaraq qəbul etmələri nəzərə alınmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi, 18 nömrəli evə və evin yerləşdiyi torpaq sahəsinə dair X8 payı 17/24 hissədə, Cavabdeh payı 1/24 hissədə, X29 payı 1/24 hissədə, X23 payı 1/24 hissədə, X6 payının 4/24 hissədə müəyyən edilməsi və həmin paylarla bağlı onlara qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin 10 saylı Notariat kontoruna həvalə edilməsi, qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)-412/2020 saylı qətnaməsinin ləğv edilməsini və İddiaçı, X6 və X8 iddialarının rədd, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılır ki, qətnamə əsassızdır və çoxsaylı prosessual pozuntulara yol verilməklə çıxarılmışdır. Cavabdeh mülki işlə tanış olduqdan sonra qətnamənin əsassızlığı ilə bağlı apelyasiya şikayətinə əlavə verəcəkdir. Əsas dəlili ondan ibarətdir ki, qarşı tərəflərin iddia müddətini ötürmələri ilə bağlı müddətin tətbiq edilməsi barədə ərizəsinə əhəmiyyət verilməmiş, məhkəmə çağırış sənədi ünvanına göndərilməmiş, məhkəmə iclası barədə ona 1 dəfə çağırış sənədi göndərilmiş və iş yekunlaşdırılmış, işin təxirə alınması ilə bağlı xahişləri təmin edilməmiş, yeni tərəflərin işə qoşulması ilə əlaqədar işə əvvəldən baxılmağa başlanılmamış, Ağabala Mehdiyevin övladları Ağahüseyn, Səkinə və Sədaqətin mirasdan imtina etmələri və MM-nin 1268.1-ci maddəsinə əsasən, vərəsənin mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürülə bilməməsi nəzərə alınmadan, həmin ərizə qüvvədə ola-ola A.Mehdiyevə pay ayrılmış, mərhum həyat yoldaşı Həbibin varisi kimi anası Lumuxanım Mehdiyeva da qanunsuz olaraq tanınmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı Ağababa qızı, onun nümayəndəsi və vəkili X17 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X16 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Müstəqil tələb irəli sürən üçüncü şəxs X21, qarşılıqlı və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası üzrə cavabdeh 10 saylı Notariat ofisi, qarşılıqlı iddia üzrə cavabdeh, müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası üzrə üçüncü şəxs ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Meşədibəyova (Mehdiyeva) Səkinə Ağabala qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, onlar tərəflər məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni tam olaraq mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçını, onun nümayəndəsini və vəkilini, cavabdehi, müstəqil tələb irəli sürən 3-cü şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)-412/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X60 ifadəsində göstərmişdir ki, o, tərəflərin qonşusudur. Mübahisəli evi mərhum Mehdiyev Ağahüseyn tərəfindən inşa edilmişdir. Ailə 6 nəfərdən ibarət olub. Cavabdeh mərhum həyat yoldaşı X18 uşaqlıqdan tanıyır. Cavabdeh mübahisəli evə gəlin köçüb, indiyə kimi orada yaşayır. Evdə hər hansı mübahisənin olduğunu eşitməyib. Halhazırda mübahisəli evdə Lumuxanım, Ağahüseyn, onlar daima bu evdə yaşamışlar, həmçinin mərhum qardaşı Həbibin həyat yoldaşı olan gəlinləri Aygün və sonuncunun övladları yaşayırlar. Aygün 2004-cü ildə evə gəlin köçdükdən sonra, sonuncunun uşaqları isə anadan olduqdan sonra bu evdə yaşayırlar. İşin mübahisəsiz halı ilə müəyyən olunur ki, Mehdiyev Ağabala ilə X12 arasında xx.xx.1960-cı il tarixdə nikah bağlanmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Caparidze 14 ünvanında yerləşən fərdi yaşayış evi Mehdiyev Ağabalanın adına xüsusi mülkiyyət hüququ kimi xx.xx.1992-ci il tarixdə qeydiyyata alınmışdır. Mehdiyev Ağabala xx.xx.2000-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X32 ilə X39 arasında xx.xx.2005-ci il tarixdə nikah bağlanmışdır. X32 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2000-ci ildə vəfat etmiş Mehdiyev Ağabalanın vərəsəsi Bakı şəhəri, Əmircan qəsəbəsi, Caparidze küçəsi, ev 14-də qeydiyyatda olan həyat yoldaşı X13r. İş materiallarında olan X6, İddiaçı və X3 xx.xx.2018-ci il tarixli ərizələrindən görünür ki, onlar ataları Ağabala Mehdiyevdən miras olaraq qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində vərəsəlik yolu ilə ona çatan payından anaları X8 xeyrinə imtina etmiş və hal-hazırda həmin paydan anası X8 xeyrinə imtina edirlər. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2018-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2000-ci ildə vəfat etmiş Mehdiyev Ağabalanın vərəsələri-Bakı şəhəri, Əmircan qəsəbəsi, Caparidze küçəsi, ev 14-də onlanlar X24, X1 və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli vərəsəlik payın bağışlanması müqaviləsindən görünür ki, X16 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi, 14 ünvanında yerləşən ümumi sahəsi 79.96 kv.m olan fərdi yaşayış evinində miras yolu ilə ona çatan payı X11 bağışlamışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi 14 və onun yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət kimi X8 adına daşınmaz əmlakın dövlət reyestrində 426 nömrəli reyestr kitabının 39947 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X21 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi, 14 ünvanında yerləşən ümumi sahəsi 79.96 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsini İddiaçı bağışlamışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi, 14 D (yeni qaydalarla Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi, ev 18) və onun yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 426 nömrəli reyestr kitabının 9947 nömrəli reyestr kitabının 39947 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Əmircan İcra Nümayənədəliyinin xx.xx.2018-ci il tarixli arayışından müəyyən olunur ki, mərhum Mehdiyev Ağabala həqiqətən xx.xx.1963-cü il tarixdən vəfatına kimi (xx.xx.2000-cı il) Əmircan qəsəbəsi, İsrafil Quliyev (keçmiş Caparidze) küçəsi 14 saylı evdə qeydiyyatda olub. Onunla birgə bu ünvanda həyat yoldaşı X25 xx.xx.1963-cü il tarixdən indiyə kimi qeydiyyatdadır. Onların birgə nigahdan bu övladları olub: Qızı - X47 q.-xx.xx.1987-ci il tarixdə qeydiyyatdan çıxıb. X15 o. - qeydiyyatdadır. Qızı - X45 q. - xx.xx.1989-cu il tarixdə qeydiyyatdan çıxıb. Oğlu - X51 o. - xx.xx.2009-cu il tarixdə vəfat edib, qeydiyyatdan çıxıb. İş materiallarında olan Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 108 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh övladları X34 və X33 ilə birgə Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov 14B, mənzil 27-də yaşayır. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)- 5061/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi, 18 nömrəli münasibətdə Cavabdeh 1/10 (onda bir) hissədə mirasda payı müəyyən edilməsi, miras qoyanın həyat yoldaşı X8 isə 4/10 hissədə mirasda payı müəyyən edilməsi, Cavabdeh özünə məxsus olan əşyaları ilə birlikdə Suraxal rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi, ev 18 ünvanda yerləşən fərdi yaşayış evindən 10/1 (onda bir) hissədə payının əvəzi olaraq 5000 (beş min) manat məbləğində mirasdan pul ödənilməklə çıxarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3608/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı dəyərləndirmə apararkən bu qənaətə gəlmişdir ki, mirasın miras qoyanın arvadı X8 və mərhum X22 qəbul etməsi mübahisəsiz və işin təsdiq olunan hallarıdır. X32 xx.xx.2009-cu il tarixdə vəfat etmiş, həmin tarixədək X32 həyat yoldaşı Cavabdeh və uşaqları ilə həmin evdə yaşamaqla mirası faktiki qəbul etmişlər. Ona görə X22 miras əmlakdan qəbul etmiş olduğu pay Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən irsi transmissiya yolu ilə onun vərəsələrinə keçmişdir. Cavabdeh və uşaqları mirasdan X26 çatan payı qəbul etdikləri üçün onlar həmin hissəyə mülkiyətçidirlər. Miras evə vərəsəlik şəhadətnaməsi verilməsi üçün müraciət edərkən, X21 və X16 mərhum X26 çatan payın onun vərəsələrinə çatmaması üçün bilərəkdən vərəsələrin siyahısında onların adını göstərməmişlər. Ona görə həmin vərəsəlik şəhadətnaməsi etibarlı deyil. Hazırkı işdə həmin şəxslərin mirası faktiki qəbul edib-etməmələri, mirasdan həqiqətən imtina edib-etməmələrini müəyyən etmək mümkün deyil. Çünki həmin məsələləri hazırkı iş üzrə irəli sürülmüş tələblər əsasında yoxlanılması mümkün deyil. Belə ki, Cavabdeh vərəsəlik şəhadətnaməsinin ləğvi barədə iddia irəli sürmüş, X21 ilə İddiaçı arasında xx xxx 2018-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsizlığını irəli sürməmişdir. Belə olan halda Sədaqət Mehdiyevanın adına verilmiş çıxarışın ləğv olunması məsələsini həll etmək, bundan sonra mirasın bölüşdürülməsinə dair vərəsəlik şəhadətnaməsinin qanuniliyini yoxalayaraq mirasda payları müəyyən etmək, bu zaman mirasın kimlər və hansı paydada, həcmdə qəbul etmələrini müəyyən etmək mümkün deyil. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6023/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından müəyyən olunur ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3608/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəqişdirilmədən qüvvədə saxlanmışdır. Qeyd olunmalıdır ki, miras əmlaka vərəsəlik şəhadətnaməsi verilməsi əqd deyil, mirasın rəsmiləşdirilməsinin qanundan irəli gələn formasıdır (Mülki Məcəllənin 1321-ci maddəsi). Çünki şəhadətnamə mirası qəbul edənlə notarius arasında və yaxud ölmüş şəxslə hüquq və vəzifələrə səbəb olmur, şəhadətnamə birtərəfli qaydada vərəsənin mirası mülkiyyətinə rəsmiləşdirməsi üçün əsas kimi çıxış edir. Mülki qanunvericilik (Mülki Məcəllənin 1243.3. maddəsi) mirasın qəbulunun iki üsulunu nəzərdə tutur: vərəsənin mirası qəbul etmək üçün notariusa müraciət etməsi, və yaxud əmlaka sahiblik və ya idarə etməyə başlama. Həmin hərəkətlər özlüyündə birtərəfli əqdlərə xas olan əlamətlərinə uyğun gəlsə də (birtərəfli iradə ifadəsi) özlüyündə birtərəfli əqd sayıla bilməz. Çünki Mülki Məcəllənin 324.3. maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Birtərəfli əqdin (məsələn: bağışlama müqaviləsi) qeyd olunan anlayışına uyğun olaraq şərh versək, miras əmlakın qəbulu üçün ərizə ilə notariusa müraciət edilməsi Məcəllədə əqd olaraq nəzərdə tutulmamışdır və normanın ikinci hissəsi isə tərəflərin razılaşmasını nəzərdə tutur ki, hazırkı halda belə razılaşmanın olması zəruri şərt deyil. Deməli, vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı vərəsənin notariusa müraciət etməsi əqd kimi dəyərləndirilə bilməz. Həmin məntiqlə çıxış etsək, onda hüquq əldə etmək üçün nəinki notariusa, digər orqanlara birtərəfli müraciətlərin hamısı əqd kimi dəyərləndirilməlidir. Mirasın qəbulu əqd deyil, hüquqların (ölənin hüquqlarının) vərəsəlik qaydasında keçməsidir (Mülki Məcəllənin 1133.1. maddəsi). Vərəsəlik şəhadətnaməsinin qanunsuz rəsmiləşməsinə istinad edən şəxs onun etibarsızlığını tələb etməlidir. Çünki şəhadətnamənin etibarsızlığına dəlalət edən hallar onun verilməsindən əvvəl mövcud olur. Hazırkı işdə qarşılıqlı iddia üzrə iddiaçının istinad etdiyi halların məhz şəhadətnamə verilməmişdən əvvəl mövcud olduğunu qeyd edir. Belə ki, o, vərəsələrin sayı, onların mirası şəhadətnamə verilənədək qəbul etmələri, cavabdehin digər vərəsələri gizlətmələrinə istinad edir. Amma, vərəsəlik şəhadətnamələrinin ləğvi, belə anlama gəlməyə əsas verir ki, həmin şəhadətnamələr verilərkən qanunun tələblərinə riayət edilmiş, lakin sonradan ortaya çıxan hallar həmin şəhadətnamələrin ləğv olunmasını şərtləndirir. Qarşılıqlı iddia üzrə iddiaçının öz tələbində istinad etdikləri hallar ikinci hala aid deyil. Eyni zamanda qeyd olunmalıdır ki, şəhadətnamələrin etibarsız hesab olunması ilə ləğv olunması fərqli hüquqi nəticələrə səbəb olur. Etibarsız hesab olunma halında şəhadətnamələr bağlandığı andan etibarsız hesab olunmaqla, onun bütün hüquqi nəticələri etibarsız hesab olunur, lakin, ləğv olunanda, həmin vaxtdan sonra öhdəliklərə xitam verilir, qarşılıqlı iddiaçının əldə etmək istədiyi nəticə-əmlakın əvvəlki vəziyyətə gətirilməsi və yenidən mirasın bölüşdürülməsi, şəhadətnamələrin etibarsız hesab olunmasından sonra baş verən hallardır və eyni zamanda məhz onun hüquqi nəticəsi olaraq çıxarış da ləğv oluna bilər. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən, xx.xx.2000-ci ildə vəfat etmiş Mehdiyev Ağabalanın vərəsəsi olaraq əsassız olaraq yalnız mərhumun həyat yoldaşı X21 nəzərə alınmışdır, halbuki, xx.xx.2000-ci ildə vəfat etmiş Mehdiyev Ağabalanın digər vərəsələri, o, cümlədən, övladları Ağahüseyn və Həbib Mehdiyevlər də olmuşlar, onlar mübahisəli evdə yaşayaraq, bununla da miras əmlakı vərəsə olaraq qəbul etmişlər. Lakin notariat orqanı tərəfindən Qanunun və Tələmatın tələbləri pozuluraq, göstərilən hallar, yəni vərəsələrin tam dairəsi nəzərə alınmamışdır. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, 2000-ci ildə vəfat etmiş Ağabala Mehdiyevin vərəsəsi- həyat yoldaşı X21 mübahisəli evdə yaşamaqda davam edərək, miras əmlakı faktiki olaraq qəbul etmiş, bundan başqa notariat kontoruna müraciət edərək, həyat yoldaşından qalmış fərdi yaşayış evinə dair vərəsəliyi qəbul etmişdir. Ağabala Mehdiyevin digər vərəsələri-X1 və X32 atalarının ölümündən sonra da mübahisəli evdə yaşamaqda davam edərək, miras əmlakı faktiki olaraq qəbul etmişlər. X14 və İddiaçı 1986 və 1989-cu illərdə ailə qurub, daimi olaraq ər evinə köçdüklərindən, miras əmlakı faktiki olaraq qəbul etməmişlər. Daha sonra X16, X14 və İddiaçı vərəsəlikdən anaları X8 xeyrinə imtina etmişlər. Bunun nəticəsi olaraq Bakı şəhəri, Əmircan qəsəbəsi, Caparidze (İ.Quliyev) küçəsi, 14 saylı, ümumi sahəsi 79.96 kv.m.olan 3 otaqdan ibarət fərdi yaşayış evi vərəsəlik əsasında Ağabala Mehdiyevin həyat yoldaşı X8 adına sənədləşdirilmişdir. xx.xx.2018-ci il tarixli vərəsəlik payın bağışlanması müqaviləsi ilə X16 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi, 14 ünvanında yerləşən ümumi sahəsi 79.96 kv.m olan fərdi yaşayış evinində miras yolu ilə ona çatan payı X11 bağışlamışdır. X8 adına evə dair mülkiyyət sənədi tərtib edilmişdir. xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə X21 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi, 14 ünvanında yerləşən ümumi sahəsi 79.96 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsini İddiaçı bağışlamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi, 14 D (yeni qaydalarla Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi, ev 18) və onun yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi, Ağabala Mehdiyev 2000-ci ildə vəfat edərkən, onun vərəsəsi olan oğlu X32 miras payından kənarda qalmışdır. Öz növbəsində, 2009-cu ildə vəfat etmiş X22 payı irsi transmissiya qaydasında sonuncunun vərəsələri olan anasına, həmçinin, həyat yoldaşına və iki azyaşlı uşaqlarına çatmalı olduğu halda, vəfat etmiş vərəsənin vərəsələri(arvadı və uşaqları) miras payından kənarda qalmışlar. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2018-ci il tarixli şəhadətnamənin, müstəqil tələb irəli sürən üçüncü şəxslər X6 və X8 xx.xx.2012-ci il tarixli və xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsinə dair iddiaları əsaslı hesab edilməlidir. Etibarsız hesab olunma halında şəhadətnamələr bağlandığı andan etibarsız hesab olunmaqla, onun bütün hüquqi nəticələri etibarsız hesab olunur. Belə olan halda bu şəhadətnamələr əsasında verilmiş çıxarışlar ləğv edilməli, şəhadətnamələrin hüquqi nəticələri olaraq bağlanmış müqavilələr etibarsız hesab olunmalıdırlar. Məhkəmə, qeyd etmişdir ki, müstəqil tələb irəli sürən 3-cü şəxslərin iddia tələbləri də Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi, ev 18-lə bağlı X10 10 saylı Notariat kontoru tərəfindən verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, bunun hüquqi nəticəsi olaraq verilmiş çıxarışın ləğv edilməsi, öz növbəsində, bunların hüquqi nəticələri olan bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi və onların əsasında verilmiş çıxarışların ləğv edilməsi ilə bağlıdır. Məhkəmə hesab etmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edildiyindən, onun hüquqi nəticələri olaraq verilmiş çıxarış ləğv edilməli, öz növbəsində, bunların hüquqi nəticələri olan bağışlanma müqavilələri etibarsız hesab edilməli və onların əsasında verilmiş çıxarışlar ləğv edilməli, miras əmlak ilkin vəziyyətə gətirilməli, mirasın hansı vərəsələr tərəfindən qəbul etməsi faktının müəyyən edilməli və miras əmlakdan vərəsəlik payları müəyyənləşdirilməlidir. Müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Bakı şəhəri, Əmircan qəsəbəsi, Caparidze (İ.Quliyev) küçəsi, 14 saylı, ümumi sahəsi 79.96 kv.m.olan 3 otaqdan ibarət fərdi yaşayış evi xx.xx.1992-ci il tarixli qeydiyyat şəhadətnamə əsasında İddiaçı Ağababa qızının atası Ağabala Mehdiyevin mülkiyyətində olmuşdur. Ağabala Mehdiyev ilə X25 1960-cı ildə nigah bağlamışlar. Beləliklə, mübahisəli ev Ağabala Mehdiyev ilə Lumuxanım Mehdiyevanın birgə nigahları dövründə əldə edilmişdir. Evin mülkiyyətçisi olan Ağabala Mehdiyev xx.xx.2000-ci ildə vəfat etdikdən sonra, onun vərəsələri olaraq həyat yoldaşı Lumuxanım, övladları Ağahüseyn, Həbib, Səkinə və Sədaqət qalmışlar. Səkinə Mehdiyeva 1986-cı ildə, Sədaqət Mehdiyeva isə 1989-cu ildə ailə quraraq, ər evinə köçmüşlər və mirası faktiki olaraq qəbul etməmişlər. Bu zaman mübahisəli evdə mərhumun həyat yoldaşı Lumuxanım Mehdiyeva, həmçinin övladları Ağahüseyn və Həbib Mehdiyevlər daimi olaraq yaşamışlar. Göstərilən hallar tərəflərin heç biri tərəfindən mübahisələndirilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-nin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-nin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-nin Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-nin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bu Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə qeyd etmişdir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür və yaxud da oarada yaşamaqda davam edir, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Belə olan halda, müəyyən edilir ki, Ağabala Mehdiyev xx.xx.2000-ci ildə vəfat etdikdən sonra, onun vərəsələri olaraq mərhumun həyat yoldaşı Lumuxanım Mehdiyeva, həmçinin övladları Ağahüseyn və Həbib Mehdiyevlər miras əmlakı faktiki olaraq qəbul etmiş, mərhumun digər övladları isə onun vəfatından əvvəl ailə quraraq, daimi olaraq ər evinə köçdüyündən, mirası əmlakı vərəsə olaraq qəbul etməmişlər. Mübahisə predmeti olan Bakı şəhəri, Əmircan qəsəbəsi, Caparidze (İ.Quliyev) küçəsi, 14 saylı, ümumi sahəsi 79.96 kv.m.olan 3 otaqdan ibarət fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi miras əmlak olaraq vərəsələr tərəfindən qəbul edilərkən, ev Ağabala və Lumuxanım Mehdiyevlərin birgə nigahları dövründə əldə edildiyindən, X9 mirasda payı 4/6 (evin 1/2 hissəsi + evin digər 1/2 hissəsinin 1/3 hissəsi = 4/6 hissə), müvafiq olaraq Ağahüseyn Mehdiyevin 1/6, Həbib Mehdiyevin 1/6 hissədə müəyyən olunmuşdur. Məhkəmə araşdırması ilə daha sonra müəyyən edilmişdir ki, X32 Cavabdeh ilə 2005-ci ildə nikaha daxil olmuş, onların birgə nigahlarından xx.xx.2005-ci il tarixdə qızları Aynur, xx.xx.2006-cı il tarixdə oğulları Ağabala anadan olmuşlar. Cavabdeh mübahisəli evə gəlin köçdüyü vaxtdan, uşaqlar isə anadan olduqları vaxtdan hazırki vaxtadək mübahisəli evdə yaşayırlar. X32 2009-cu ildə avtoqəza nəticəsidə vəfat etmişdir. Bu zaman mübahisəli evdə sonuncunun anası Lumuxanım Mehdiyeva, qardaşı Ağahüseyn Mehdiyev, həyat yoldaşı Cavabdeh və onun azyaşlı övladları yaşamışlar və hazırki vaxtadək də yaşayırlar. Göstərilən hallar da tərəflərin heç biri mübahisələndirilmir. MM-nin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. MM-nin 1159.1.1-ci və 1252-ci maddələrinə əsasən mərhum X22 qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbəli vərəsələri olan həyat yoldaşı Cavabdeh, 2 övladı və anası Lumuxanım Mehdiyeva miras əmlak olan evdə daimi olaraq yaşayaraq, X26 məxsus olan miras payı kimi evin 1/6 hissəsini irsi transmissiya qaydasında bərabər payda qəbul etmişlər. Belə olan halda mübahisə predmeti olan fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi miras əmlak olaraq vərəsələrə tərəfindən qəbul edilərkən, X9 mirasda payı 17/24 (özünə məxsus olan 4/6 hissə + Həbib Mehdiyevə məxsus 1/6 miras payının 1/4 hissəsi =17/24), müvafiq olaraq Cavabdeh miras payı 1/24 hissə, uşaqların - xx.xx.2005-ci il təvəllüdlü X29 və xx.xx.2006-cı il təvəllüdlü X23 hər birinin miras payları 1/24 hissədən ibarətdir. Həmçinin, Ağahüseyn Mehdiyevin 1/6, və ya 4/24 payı saxlanılmışdır. Beləliklə, işin faktiki halları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi miras əmlak olaraq yuxarıda adı çəkilən vərəsələr tərəfindən yuxarıda qeyd olunan xronoloji ardıcıllıqla vərəsələrə tərəfindən faktiki olaraq qəbul edilmiş, hazırda mübahisəli evə münasibətdə tərəflərin payları aşağıdakı qaydada müəyyən edilməlidir: X9 evdə və torpaq sahəsində payı 17/24 hissə; Cavabdeh evdə və torpaq sahəsində payı 1/24 hissə; X29 evdə və torpaq sahəsində payı 1/24 hissə; X23 evdə və torpaq sahəsində payı 1/24 hissə; X6 evdə və torpaq sahəsində payı 4/24 hissə. Məhkəmə, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddiasını Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi ev 18 üzərində uşaqları X2 Ağabala Həbib oğlu ilə birgə onun istifadə hüququnun tanınması hissəsində təmin etməyərək, mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh miras evə istifadə hüququnun tanınması tələbinin təmin olunmasına zərurətı yoxdur. Yuxarıda qeyd olunan qiymətləndirmə ona dəlalət edir ki, Cavabdeh və uşaqları mirası qəbul etdikləri vaxtdan onların mülkiyyətçisidirlər və istifadə hüququ mülkiyyət hüququnun tərkib ünsürü olduğu üçün, onun məhkəmə qaydasında tanınmasına lüzum yoxdur. Buna görə də, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X6 iddiası əsaslı olduğundan təmin edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddiası əsaslı olduğundan təmin edilməlidir. Buna müvafiq olaraq məhkəmə hesab etmişdir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Ağababa qızının ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “istifadə hüququna konpensasiya verməklə evdən uşaqlar və əmlakla birlikdə çıxarılması” tələbinə dair iddiaçı əsassız olduğundan təmin edilməməlidir. Kollegiya apellyatorun iddia müddəti ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, ilk iddia və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası üzrə cavabdeh, qarşılıqlı iddiaüzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X35 məhkəmədə vəsatət verərək göstərmişdir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Ağababa qızı, müstəqil tələb irəli sürən üçüncü şəxs X16, müstəqil tələb irəli sürən üçüncü şəxs X21 tərəfindən iddia müddəti ötürülmüşdür, bu səbəbdən iddia müddətinin tətbiq olunması və iddia tələblərinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti əsassız hesab edərək, qeyd etmişdir ki, məhkəmə araşırmasının nəticəsi olaraq X19 və X7 verilmiş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və X11 verilmiş xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız olduqları qənaətinə gəlinmişdir. Tərəflər arasında bağlanmış müqavilələr, bu müqavilələr əsasında verilmiş çıxarışlar özü-özlüyündə deyil, qeyd olunan qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsızlığının hüquqi nəticəli olaraq etibarsız hesab olunmalıdırlar. Belə olan halda, müqavilələrə dair iddia müddətinin tətbiqi üçün heç bir hüquqi əsas mövcud deyildir. Məhkəmə onu da nəzərə almışdır ki, vəsatət vermiş tərəfin özü də məhkəməyə ünvanladığı iddia ərizəsində Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi ev 18 ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışın və çıxarışın verilməsinə əsas olan vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin və L.Mehdiyevanın adına olan çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Kollegiya apellyatorun Ağabala Mehdiyevin övladları Ağahüseyn, Səkinə və Sədaqətin mirasdan imtina etmələri və MM-nin 1268.1-ci maddəsinə əsasən, vərəsənin mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürülə bilməməsi nəzərə alınmadan, həmin ərizə qüvvədə ola-ola A.Mehdiyevə pay ayrılması, mərhum həyat yoldaşı Həbibin varisi kimi anası Lumuxanım Mehdiyevanı da qanunsuz olaraq tanıması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edildiyindən, onun hüquqi nəticələri olaraq verilmiş çıxarış ləğv edilməklə, öz növbəsində, bunların hüquqi nəticələri olan bağışlanma müqavilələri etibarsız hesab edilmiş və onların əsasında verilmiş çıxarışlar ləğv edilməklə, miras əmlak ilkin vəziyyətə gətirilməklə, mirasın hansı vərəsələr tərəfindən qəbul etməsi faktı müəyyən edilməklə, miras əmlakdan vərəsəlik payları müəyyənləşdirilmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)- 412/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar