Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7811/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaka payın müəyyən olunması və mülkiyyət hüququnun tanınması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 aprel 2021-ci il il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaka payın müəyyən olunması və mülkiyyət hüququnun tanınması” barədə qarşılıqlı iddia tələbləri Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (məhkəmə) 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə təmin olunmamış, həmin qətnamədən tərəflərin verdikləri apellyasiya şikayətləri əsasında mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş həmin şikayətin vaxtında verilib-verilmədiyi, yaxud müddətin üzrlü səbəbdən ötürülüb-ötürülmədiyi məsələsinə qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, İddiaçı məhkəmənin 19 aprel 2021-ci il tarixli qətnaməsindən 07.06.2021-ci il tarixdə verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 17.06.2021-ci il tarixli qərardadı ilə rüsum ödənilməməsi əsas göstərilməklə qeyri-mümkün hesab edilmiş, 12 iyul 2021-ci il tarixində onun növbəti dəfə verdiyi şikayət məhkəməyə daxil olmuş, məhkəmə isə İddiaçı ikinci dəfə şikayət verərkən müddəti ötürübötürmədiyinə qiymət vermədən, əgər ötürmüşdürsə bunun üzrlü haldan baş verdiyini araşdırmadan şikayəti iş materialları ilə birlikdə yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Kollegiya hesab edir ki, İddiaçı qətnamədən şikayət vermə müddətini ötürübötürmədiyi, əgər müddət otürülmüşdürsə bunun üzrlü səbəblərdən baş verib-vermədiyi məsələsinə qiymət verilmədən, müddət ötürülməmişdirsə buna münasibət bildirilmədən apellyasiyanı mümkün hesab etmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaka payın müəyyən olunması və mülkiyyət hüququnun tanınması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 aprel 2021-ci il il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş, apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyi məsələsinə qiymət verilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7811/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7811/2021
22.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver