Məhkəmə qərarları › İş №2(103)-7814/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7814/2021

28.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7814/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndəsi Nümayəndə, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTKya qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh MTK-nın qarşılıqlı iddiaçı cavabdeh ilkin iddia üzrə iddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qarşı “pul tələbi”nə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3334/2021 saylı, 29 iyun 2021-ci il tarixli qərardadından ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Cavabdeh MTK-ya qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh MTK Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh MTK-nın nümayəndəsi məhkəməyə iddianı təmin etmə tədbiri barədə ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanda Cavabdeh MTK tərəfindən inşa edilmiş tikinti obyektinin üzərinə həbs qoyulması, habelə həmin tikinti obyektinə dair hər hansı sərəncam verilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3334/2021 saylı, 29 iyun 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin 08 iyul 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi şikayətə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessualhüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Bu mənada nəzərə almaq lazımdır ki, iş materiallarından görünür ki, üzərinə həbsin qoyulması tələb edilən tikinti obyekti qanunsuz tikilidir və qanunsuz tikilinin üzərinə həbsin qoyulması və ona dair cavabdehə və 3-cü şəxslərə sərəncam verilməsinin qadağan edilməsi məqsədəuyğun olmadığından, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh MTK-nın nümayəndəsi tərəfindən verilmiş ərizə təmin edilməməsi barədə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla hazırda qanunsuz tikili ilə bağlı iddia təmin tədbiri qismində tikilinin üzərinə həbsin qoyulması və ona dair cavabdehə və 3-cü şəxslərə sərəncam verilməsinin qadağan edilməsi əsas yaratmır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3334/2021 saylı, 29 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar