Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7817/2023 28.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı X8 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 15.000 manat məbləğində kompensasiya ödənilməklə onun, habelə uşaqlar - xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X5 onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31, 74 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh, habelə uşaqlar - xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X5 həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31, 74 saylı mənzilin tərəflərin ümumi mülkiyyəti hesab edilməsi, həmin əmlakda Cavabdeh 2/3 hissədə, İddiaçı 1/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, ilk iddia üzrə cavabdehlər Cavabdeh, X7 və X5 Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31, 74 saylı mənzilindən 15.000 (on beş min) manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, ilk iddia üzrə cavabdehlər Cavabdeh, X7 və X5 Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31, 74 saylı mənzilindən çıxarılması və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Bundan sonra ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və prossesual müddətin bərpa olunaraq apellyasiya şikayətinin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində isə qətnamənin ləğv edilməsini, ilk iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ərizəsi təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və apellyasiya şikayəti 2(011)-112/2022 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X8 şikayət verərək, qərardadın ləğv edilməsini, əks halda şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X4 şikayəti təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3168/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ilk iddia üzrə iddiaçı, qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, mülki iş iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi, yəni məhkəmə kollegiyası tərəfindən göstərilən halların araşdırılması təmin edilməklə apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə rədd edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və apellyasiya şikayəti 2(011)- 112/2022 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X8 şikayət verərək, qərardadın ləğv edilməsini, əks halda şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X4 şikayəti təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5649/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ilk iddia üzrə iddiaçı, qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi, yəni məhkəmə kollegiyası tərəfindən göstərilən bütün halların araşdırılması təmin edilməklə apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və apellyasiya şikayəti 2(011)- 112/2022 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X8 şikayət verərək, qərardadın ləğv edilməsini, əks halda şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X8 şikayətini onunla əsaslandırmışdır ki, “Elektron məhkəmə” informasiya sistemi mükəmməl yaradılmış və heç bir problem olmadan işləyir. Bu sistemin yaradılmasının mahiyyəyi, əhəmiyyəti, vacibliyi və xüsusiyyətləri ondan ibarətdir ki, bu kimi qanunsuz və əsassız olan halların qarşısını alsın. Cavabdeh əsassız arqumentlər gətirməklə məhkəmə qətnaməsinin icra edilməsinə maneəçilik törətmək istəyir. Cavabdeh məhkəmə qətnaməsi barədə məlumatı icra məmurundan əldə edildiyini bildirmişdir. Əgər cavabdeh məhkəmə qətnaməsi barədə həqiqətən də məlumatlı deyildirsə məhkəməyə ərizə verib, qətnaməni götürməli idi. Lakin iş materiallarında belə bir ərizə yoxdur. Belə olan halda, qətnamənin cavabdeh tərəfindən alınmasının hesablanması tarixi də sual yaradır. Belə ki, bu hal da bəlli deyil. Bundan əlavə, qətnamənin “Elektron məhkəmə” informasiya sistemindəki elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilməsi barədə cavabdehin vəkilinin də məlumatı olmuşdur. Hansı ki, həmin vəkil Bakı şəhəri Xətai Rayon Məhkəməsində xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında, həmçinin Bakı Apellyasiya Məhkəməsində iştirak etmişdir. İşə baxan hakim bu hallara da diqqət yetirməmişdir. Qətnamə xx.xx.2022-ci il tarixdə cavabdehə məxsus elektron kabinetə yerləşdirilməklə, rəsmi qaydada verilmiş hesab olunmuş, həmin tarixdən də müvafiq prosessual müddətin axımı başlanmışdır. Apellyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə, yəni qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət keçdikdən sonra verilmişdir. Apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Belə olan halda, məhkəmə cavabdehin ərizəsini rədd etməli olduğu halda, qanunsuz olaraq heç bir hüquqi əsası olmadan bərpa etmişdir. Məhkəmə qanunsuz qərardad qəbul etməklə faktiki olaraq elektron məhkəmə sisteminin fəaliyyətini şübhə altına almışdır. Bu qərardadın qüvvədə qalması məhkəmə təcrübəsinin yaranmasına və gələcəkdə cavabdehin əsassız olaraq gətirdiyi arqumentlərdən digər şəxslərin də istifadə etməklə şikayət vermək imkanlarına şərait yaratmış olacaqdır. Göstərilənlərin nəzərə alınmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X4 şikayəti təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Bundan sonra hər iki tərəf ayrı-ayrılıqda, məhkəmə tərkibinə etiraz verərək, baxılması üçün şikayətin başqa tərkibin icraatına verilməsini xahiş etmişdir. Həmin etirazlar əsassız olduğundan baxılmamış saxlanılmışdır. Eyni zamanda, Cavabdeh işə məhkəmə iclasında baxılması barədə vəsatəti də təmin edilməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir; 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 227.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Bununla belə, qanunvericiliyin tələbləri baxımından bu tərəfin qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin axını 22 noyabr 2022-ci il tarixdən başlamış və xx.xx.2022-ci il tarixdə bitmişdir. Lakin Cavabdeh həmin müddət ərzində qeyd edilən qətnamədən apellyasiya şikayəti verməmişdir. Bundan sonra isə xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, elektron kabinetinin işləmədiyini, kabinetinə daxil ola bilmədiyini bildirmiş və qətnamənin rəsmi qaydada verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə isə apellyasiya şikayətini elektron məhkəmə informasiya sistemində yerləşdirmiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə təqdim etmişdir. Həmin ərizədə də qətnaməni xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinetini bərpa etdikdən sonra əldə etdiyini bildirmişdir. Məhz bu məsələlərə aydınlıq gətirilməsinin, o cümlədən qətnamənin xx.xx.2022-ci il tarixdə Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirildiyi bir halda, onun bu sənədi almamasının səbəblərinin araşdırılmasının təmin edilməsi məqsədi ilə Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi müddətin bərpası barədə birinci instansiya məhkəməsinin müvafiq qərardadları iki dəfə ləğv edilmiş və iş birinci instansiya məhkəməsinə göndərilmişdir. Aparılmış araşdırma çərçivəsində birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İnformasiya texnologiyaları və innovasiyalar İdarəsinin Əməliyyatlar və texniki xidmət şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməklə ona məxsus elektron kabineti yaradılmış və işlək vəziyyətdədir. Qeyd edilən iş üzrə xx.xx.2022-ci il tarixli qətnamə xx.xx.2022-ci il tarixdə elektron imza ilə imzalanmaqla şəxsin elektron kabinetinə yerləşdirilmiş, lakin qeydiyyat məlumatlarında elektron poçt ünvanı barədə informasiya göstərilmədiyi üçün onun elektron poçt ünvanına bu barədə bildiriş göndərilməmişdir. Birinci instansiya məhkəməsi də bu məktubda göstərilənləri nəzərə alıb, habelə “Elektron məhkəmə” İnformasiya Sistemində olan “Elektron Kabinetdən istifadə Qaydaları”na istinad edib, düzgün olaraq Cavabdeh “Elektron Məhkəmə” İnformasiya Sistemində elektron kabinetinin olmasına baxmayaraq, qətnamənin yerləşdirilməsindən məlumatsız olması və nəticədə qətnaməni əldə etməməsi, bu səbəbdən qətnamədən şikayət vermə müddətini üzürlü səbəddən ötürməsi qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İnformasiya texnologiyaları və innovasiyalar İdarəsinin Əməliyyatlar və texniki xidmət şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunun da məzmunu nəzərə alınmaqla, qətnamənin Cavabdeh həmin sistemdə yaradılmış “elektron kabinet”ində xx.xx.2022-ci il tarixdə yerləşdirilməsi barədə məlumatın ona həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılması öz təsdiqini tapmır. Halbuki, Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinin tələbləri baxımından qeyd edilən qaydada sənədlərin, o cümlədən məhkəmə aktlarının yerləşdirilməsi barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılmalıdır. Qeyd edilən qətnamə onun vəkili və nümayəndəsinin elektron kabinetinə isə ümumiyyətlə yerləşdirilməmişdir. Belə olan halda, onun elektron kabinetə vaxtında daxil olmaması və nəticədə apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddəti ötürməsi üzürlü hesab edilməklə, bərpa edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7817/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7817/2023
28.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver