Məhkəmə qərarları › İş №2(103)-7835/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7835/2022

06.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7835/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-725/2022 saylı 18 oktyabr 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-725/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X1 küçəsi, ev 74 (74A) saylı fərdi yaşayış evi üzrə (abonent kodu **********10000) İddiaçı hesablanmış 2028 manat məbləğində borcun silinməsi, 40,28 manat məbləğində dövlət rüsumunun və ekspert tədqiqatının dəyəri kimi hesablanmış 100 manat məbləğində xərcin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Hazırda cavabdeh apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə cavabdeh Birlik tərəfindən rəsmi qaydada alınsa da, Birliyin Xətai Rayon Məhkəməsində hüquqlarını təmsil etməyinə baxmayaraq ailə vəziyyəti ilə əlaqədar apelyasiya şikayətini vaxtında verə bilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-725/2022 saylı 18 oktyabr 2022-ci il tarixli qərardadı ilə qətnamədən apellyasiya şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan cavabdehin verdiyi şikayət məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, müvafiq qətnamə xx.xx.2022-ci il tarixdə cavabdehin elektron kabinetə yerləşdirilmişdir. Qətnamədən elektron qaydada verilmiş apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh tərəf qətnaməni vaxtında əldə etdiyini bildirmiş, müddətin buraxılmasının üzrlü səbəbi kimi nümayəndə ailə vəziyyəti ilə bağlı apelyasiya şikayətini vaxtında verə bilmədiyini göstərmişdir. Məhkəmə haqlı olaraq bu halı üzrlü hesab etməmiş və göstərmişdir ki, müddətin ötürülməsi cavabdehin iradəsindən kənar baş verməmişdir. Cavabdeh hüquqi şəxsdir və digər nümayəndə vasitəsi ilə apelyasiya şikayətinin verilməsi istisna deyildir. Belə olan halda həmin nümayəndənin ailə vəziyyəti ilə bağlı apelyasiya şikayətini vaxtında verə bilməməsi müddətin bərpası üçün üzrlü səbəb kimi nəzərə alına bilməz. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Prosessual müddətin ötürülməsi üzrlü səbəbdən baş verməmişdir. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır, şikayətin dəlilləri əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-725/2022 saylı 18 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar