Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-784/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(010)-1596/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərərin və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış xx xxxxxxx 2018-ci il tarixli MAS-512 saylı “Daxili Lizinq müqaviləsi”nin ləğv olunması, Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx xxxxxxx 2018-ci il tarixli MAS-512 saylı saylı “Daxili Lizinq” müqaviləsinə əsasən, lizinq obyektinin yararsız vəziyyətə düşdüyü xx xxxxxxxx 2019-cu il tarixə 8640,23 manat əsas məbləğ və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X7 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli MAS-512 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən X1 ilə 2013-cü il buraxılışlı, “RENAULT-TONDAR” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1207201 ban, ağ rəngli avtomobil 10600 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. “Daxili Lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən X7 illik 17% hesablanmaqla, 36 aylıq müddətə hər ay sabit olaraq 377,92 manat, ümumilikdə 13605 manat lizinq şirkətinə ödəməyi öz öhdəsinə götürmüşdür. Ödənilməli olan 13605 manatın 10600 manatını əsas məbləğ təşkil edir. xx xxxxxx 2019-cu il tarixdə X7, Cavabdeh və İddiaçı MMC arasında MAS-512 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmışdır və xx xxxxxxx 2018-ci il tarixli MAS-512 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “RENAULT-TONDAR” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxxxx 2019-cu il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobil tam yararsız vəziyyətdədir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxxxxxx 2019-cu il tarixdə 378 manat olmuşdur. Cavabdeh lizinq şirkətinə ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərq xx xxxxxxxx 2019-cu il tarixə 8640,23 manat olmuşdur. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(010)-1596/2020 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, xx.xx.2018-ci il tarixli, MAS-512 saylı “Daxili lizinq müqaviləsi” ləğv edilməsi, Cavabdeh xx.xx.2018-ci il tarixli, MAS-512 saylı “daxili lizinq müqaviləsi” üzrə lizinq obyektinin yararsız vəziyyətə düşdüyü xx.xx.2019-cu il tarixə 8640,23 manat (səkkiz min altı yüz qırx manat iyirmi üç qəpik) məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, İddiaçınə ödənilməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(010)-1596/202020 saylı qətnaməsinin ləğv edilərək, təqdim olunmuş sübutlar əsasında iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli iş № 2(010)-1596/2020 saylı qətnaməsi əsassız və qanunsuzdur: 1.İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli etibarnamədən görünür ki, İddiaçı MMC tərəfindən X4 2013-cü il buraxılışlı, “RENAULT-TONDAR” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1207201 ban, ağ rəngli avtomobili idarə etməklə bağlı səlahiyyət verilmişdir: 2. Bakı şəhəri, Səbail RPİ-nin xx xxxxxxxx 2019-cu il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarından görünür ki, yol-nəqliyyat hadisəsi X6 tərəfindən törədilib və buna görə Nurlan Hüseynli AR İXM-nin 327.1-ci və 328.2-ci maddələrinə uyğun olaraq məsuliyyətə cəlb edilib; 3. Bakı şəhəri Suraxanı rayon Məhkəməsində işə baxılarkən nəzərə almamışlar yol-nəqliyyat hadisəsi törədilərkən 2013-cü il buraxılışlı, “RENAULT-TONDAR” markalı ** PD *** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD ******* ban, ağ rəngli avtomobil cavabdehin sahibliyində və istifadəsində olmamışdır; 4. Bakı şəhəri Suraxanı rayon Məhkəməsində işə baxılarkən nəzərə almamışlar İddiaçı MMC ilə X7 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli MAS-512 saylı “Daxili Lizinq” müqaviləsinin şərtləri onun tərəfindən deyil, əksinə İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli etibarnamə əsasında X4 müvafiq səlahiyyət verildikdən sonra pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X8 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - İddiaçı” MMC ilə X7 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli MAS-512 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən X1 ilə 2013-cü il buraxılışlı, “RENAULT-TONDAR” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1207201 ban, ağ rəngli avtomobil 10600 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. -xx xxxxxx 2019-cu il tarixdə X7, Cavabdeh və İddiaçı MMC arasında MAS-512 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmışdır və xx xxxxxxx 2018-ci il tarixli MAS-512 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Lizinq Şirkəti ilə Cavabdeh arasında imzalanmış yeni ödəniş cədvəlinə əsasən o, illik 17% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit olaraq 377,92 manat, ümumilikdə 13605 manat lizinq şirkətinə ödəməyi öz öhdəsinə götürmüşdür. -Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “RENAULT-TONDAR” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxxxx 2019-cu il tarixdə istifadəyə yararsız vəziyyətə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobil tam yararsız vəziyyətdədir. -AD seriyalı 357455 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “RENAULT-TONDAR” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin adına qeydiyyatdan keçmişdir. -xx.xx.2020-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki,cavabdeh xx xxxxxxx 2018-ci il tarixli MAS-512 saylıdaxili maliyyə lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün yaranmış borcunun ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı barədə İddiaçı MMC tərəfindən xəbərdar olunmuşlar; -Maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixə 8640,23 manat (əsas borc-8425,15 manat, mükafat borcu-200,63 manat, cərimə-14,45 manat, cəmi-8640,23 manat) borcu vardır; - Ödəniş tapşırığından görünür ki, iddia ərizəsi üzrə iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-nin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 422.1, 427.3, 442, 445.2, 448.1, 747.1, 748-1.12, 748-2.1, 748-10.1, 748-10.2, 748-10.4-cü maddələrinə istinad edərək, müəyyən etmişdir ki, İddiaçı MMC ilə X7 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, MAS-512 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən X1 ilə 2013-cü il buraxılışlı, “RENAULT-TONDAR” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1207201 ban, ağ rəngli avtomobil 10600 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. xx xxxxxx 2019-cu il tarixdə X7, Cavabdeh və İddiaçı MMC arasında MAS-512 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmışdır və xx xxxxxxx 2018-ci il tarixli MAS-512 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Lizinq Şirkəti ilə Cavabdeh arasında imzalanmış yeni ödəniş cədvəlinə əsasən o, illik 17% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit olaraq 377,92 manat, ümumilikdə 13605 manat lizinq şirkətinə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “RENAULT-TONDAR” markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxxxx 2019-cu il tarixdə istifadəyə yararsız vəziyyətə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobil tam yararsız vəziyyətdədir. Cavabdeh lizinq şirkətinə ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərq xx xxxxxxxx 2019-cu il tarixə 8640,23 manat olmuşdur. Göründüyü kimi, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Lizinq alan Cavabdehlizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan qaydada və həcmdə ödəmədiyindən, lizinq verən İddiaçı MMC-yə yaranmş borc məbləğini ödəməlidir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Kollegiya apellyatorun X2 məsuliyyət daşıması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, cavabdeh müqavilə tərəfi olmaqla, öz üzərinə öhdəlik götürdüyündən, o da, iddiaçı qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(010)- 1596/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-784/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-784/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver