Məhkəmə qərarları › İş №2(103)-786/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-786/2022

13.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-786/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil oğlunun, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras əmlakda məcburi payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 2(007)-1866/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X2 miras qalan Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsində yerləşən 68 saylı evin 6 saylı mənzilinə dair birinci dərəcəli vərəsələr olan X8, Cavabdeh və onun məcburi payının müəyyən edilməsi, payın bərabər bölünməsi, həmin mənzil hərrac yolu ilə satıldığına görə əldə olunmuş pulun 1/3 hissəsinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsində yerləşən 68 saylı evin 6 saylı mənzili atası X3 adına verilmiş orderə əsasən onun mülkiyyətində olmuşdur. X13 30 avqust 1973-cü il tarixdə vəfat etmişdir. 2015-ci ilin yay aylarından isə ona məlum olmuşdur ki, atasının ölümündən sonra qardaşları Cavabdeh və X8 onun razılığı və məlumatı olmadan mübahisəli mənzili özəlləşdirərək adlarına çıxarış almışlar. Qardaşı Cavabdeh digər qardaşı Vaqif Hacıyevi aldadaraq ona təklif etmişdir ki, iki otaq onun adına, bir otaq isə Vaqif Hacıyevin adına özəlləşdirilsin, sonradan isə mənzili satanda pulları ikisinin arasında tam yarı bölsünlər. Vaqif Hacıyev böyük qardaş olduğundan Cavabdeh təklifi ilə razılaşmışdır. Mənzil özəlləşdikdən sonra Cavabdeh Vaqif Hacıyevə bildirmişdir ki, mənzilin 2/3 hissəsi özünündür, 1/3 hissəsi isə onun. Həmin vaxt qardaşı Vaqif Hacıyev anlamışdır ki, qardaşı Cavabdeh onun etibarından istifadə edərək onu aldatmışdır. Bundan sonra ona məlum olmuşdur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli 2(007)-339/2016 saylı icra sənədinə əsasən həmin mənzilin açıq hərracda satılması, əldə olunan pul vəsaitinin 2/3 hissəsinin Cavabdeh, 1/3 hissəsinin Vaqif Hacıyevə verilməsi qərara alınmışdır. 04 iyun 2018-ci il tarixdə həmin mənzilin satılması üçün “X5” MMC-yə sifariş verilmişdir. Mənzil 10 may 2019-cu il tarixli hərracın yekunları barədə protokolla satılmış və alıcı tələbkar Cavabdeh olmuşdur. Hərrac zamanı ödəniləcək 15167 manat pul Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin depozit hesabına köçürülmüş və bu barədə Vaqif Hacıyevə məlumat verilərək həmin məbləğin götürülməsi üçün hesabın təqdim olunması xahiş olunmuşdur. Qeyd edilənlərdən isə aydın olur ki, onun doğma qardaşı Cavabdeh həmin mənzildən ona çatacaq payı qanunsuz yolla əldə etmişdir. Bu səbəbdən də mirasda məcburi payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 2(007)- 1866/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun olmaqla qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulması ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 2(007)-1866/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri ünvan 1 ünvanı ünvan 286-cı il tarixli 4-465 saylı orderə əsasən X3 4 nəfər ailə üzvü ilə birlikdə istifadəsinə verilmişdir. Həmin order əsasında onun həyat yoldaşı ilə yanaşı üç övladı Cavabdeh, X8 və İddiaçı da mübahisəli mənzilə köçmüşlər. İddiaçı ötən əsrin 80-ci illərində nikaha daxil olaraq ailə qurmuş və hazırda ünvan 3 ünvanında pasport qeydiyyatındadır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 dekabr 1995-ci il tarixli 2-542 saylı qətnaməsi ilə mübahisələndirilən mənzilin kirayə müqaviləsinin dəyişdirilməsi və yaşayış sahəsi ilə bağlı ayrıca müqavilələrin bağlanılmasına dair X4 və Cavabdeh iddiaları üzrə mənzilin 17,6 kv.m sahəsi X4 və ailəsinin, digər 12,7 kv.m və 16,7 kv.m olan iki otaq hissəsi isə Cavabdeh və ailəsinin istifadəsinə verilmişdir. Bundan əlavə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli 2(007)-18/2019 saylı qətnaməsi ilə İddiaçı və digərlərinin cavabdehlər Cavabdeh, X6 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı mübahisəli evə dair 02 mart 2011-ci il tarixli ******* saylı çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Həmçinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 dekabr 2017ci il tarixli 2-1(82)4442/2017 saylı qərarı ilə X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı mübahisələndirilən mənzilə dair 02 mart 2011-ci il tarixli ******* saylı çıxarışın etibarsız hesab edilməsi, mənzilin onunla qardaşı Cavabdeh arasında bərabər bölüşdürülməklə yeni çıxarışın verilməsi tələbinə dair ərizəsi təmin edilməmişdir. Məhkəmə ona görə belə qənaətə gəlmişdir ki, mübahisəli mənzil tərəflər arasında Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 11 iyun 1996-cı il tarixli sərəncamına əsasən bölünmüş, mübahisəli mənzilin 2/3 hissəsi Cavabdeh, 1/3 hissəsi isə X4 mülkiyyəti hesab olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli 2(007)- 339/2016 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh iddia tələbi təmin edilmiş, mübahisəli mənzilin hərracda satılması və əldə olunan pul vəsaitinin 2/3 hissəsinin Cavabdeh, 1/3 hissəsinin isə X6 verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2016-cı il tarixli 2(103)- 4361/2016 saylı, kassasiya şikayəti isə Ali Məhkəmənin 14 fevral 2017-ci il tarixli 2(102)- 503/2017 saylı qərarları ilə təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün icra vərəqəsi verilmişdir. İcra işi üzrə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin qərarı ilə mənzilin qiymətləndirilməsi keçirilmiş və mənzilin hərracda ilkin satış dəyəri 65000 manat olmuşdur. İddiaçı ilə 10 may 2019-cu il tarixində “X5” MMC arasında “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Hərrac mərkəzi ilə bağladığı müqaviləyə uyğun olaraq Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsində yerləşən 68 saylı evin 6 saylı mənzilə dair tam pay-xüsusi mülkiyyət kimi Cavabdeh adına 17 may 2019-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı iddia tələbini Mülki Məcəllənin vərəsəliyə dair müddəaları ilə əsaslandırmışdır. Mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanının miras qəbul etmək barədə ərizə verikdə miras qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər açılan gündən 6 ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədiyi halda vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək üçün öz razılığını bildirə bilər. Bu müddət 3 aydan az olmadıqda isə həmin müddət 3 aya qədər uzadılır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin atası X9 30 avqust 1973-cü ildə ölmüşdür. (i.v.7) X4 və X1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanladıqları iyun 1995-ci il tarixli iddia ərizəsinin surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsində yerləşən 68 saylı evin 6 saylı mənzili Bakı şəhəri keçmiş Şaumyan rayon (indiki Xətai rayonu) XDS İcraiyyə Komitəsinin qərarına əsasən 12 yanvar 1966-cı il tarixli 41465 saylı orderlə X7 verilmişdir. (i.v.51-52) İş materiallarına həmin orderin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti əlavə olunmamışdır. İş materiallarında Bakı şəhər XDS İcraiyyə Komitəsinin 12 yanvar 1986-cı il tarixli 4-465 saylı orderinin surəti vardır. (i.v.33) Beləliklə, iddiaçının X13 30 avqust 1973-cü il tarixdə vəfat etdiyi gün vərəsəlik açılmışdır. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsində yerləşən 68 saylı evin 6 saylı mənzili heç vaxt Mahmud Hacıyevin mülkiyyətində olmamışdır. Həmin mənzil özəlləşdirilənə qədər dövlət mülkiyyətində olmuşdur. Bundan əlavə, İddiaçı atasının ölümündən sonra mirası qəbul etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən etibarnamə ilə təmsilçilik səlahiyyətləri verilmiş X8 həmin mənzillə bağlı uzun illər ərzində qardaşı Cavabdeh ilə məhkəmə çəkişmələrində olmuşdur. İddiaçı 2019-cu ildə qardaşları Vaqif və Cavabdehlərə qarşı mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası isə uğursuz olmuşdur. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, iddia açıq-aşkar əsassız olduğundan, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 2(007)- 1866/2021 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar