Məhkəmə qərarları › İş №2(103)-7861/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7861/2020

10.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7861/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı «alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-2990/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı «alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən vahid əmlak kimi Cavabdeh1 mülkiyyətinə verilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Q.Qarayev küçəsi 38 saylı fərdi yaşayış evinə və evin yerləşdiyi ümumi ərazisi 0,0443 ha olan torpaq sahəsinə münasibətdə ümumi sahəsi 36,3 m2 olan bir yaşayış otağından, ayaqyolundan və alaqapıdan ayaqaltı adlanan sahəyə qədər olan məsafədə ümumi sahəsi 50 m2 olan həyətyanı sahədən ibarət ayrıca tikilinin ona satılmasına dair Cavabdeh1 və əri X1 ilə onun arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 2990/2020 saylı qərardadı ilə (hakim Səadət Səlimova) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırki 2(103)- 7861/2020 saylı mülki iş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «evdən çıxarılma» tələbinə dair 2(103)- 4936/2020 saylı mülki işlə (sədrlik edən İkram Şirinov) birlikdə baxılması üçün birləşdirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. MPM-in 43.2-ci maddəsinin tələbinə görə bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Mülki işlər üzrə tərəflər, iddiaların əsası və predmeti, irəli sürülmüş iddia tələbləri arasında əlaqə və bağlılığın olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mülki işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirməlidir. Həmçinin, qeyd edilməlidir ki, 2(103)-4936/2020 saylı mülki iş daha əvvəl icraata qəbul olunmuş və hazırki mülki işlə bağlı icraatı dayandırılmışdır (Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı). Bu səbəbdən də, hazırki mülki iş həmin işə birləşdirilərək birlikdə baxılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 169, 263-264 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Hazırki mülki iş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «evdən çıxarılma» tələbinə dair 2(103)4936/2020 saylı mülki işlə birlikdə baxılmaq üçün bir icraatda birləşdirilsin. Qərardaddan müstəqil qaydada şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar