Məhkəmə qərarları › İş №2(103)-7875/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7875/2022

09.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7875/2022 09.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “daşınmaz əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hər bir vərəsənin payına uyğun məcburi pay hüququnun təmin edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh1 şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, Cavabdeh1 tərəfindən verilmiş, apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə geri qaytarılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin edilə bilməz. Belə ki, hazırkı iş üzrə Nərimanov RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunub. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Nərimanov RMnin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılıb. Geri qaytarılmaya səbəb apellyasiya şikayətinin məzmununa dair qanunvericiliyin tələbinin pozulması olub. Bundan sonra cavabdeh yenidən qətnamədən apellyasiya şikayəti verib, eyni zamanda apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün ərizə verib. Nərimanov RM-nin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin ərizə təmin edilməyib. Cavabdeh bu qərardaddan şikayət verib, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət rədd olunub, Nərimanov RM-nin qərardadı dəyişdirilmədən saxlanılıb. Bundan sonra cavabdeh yenidən apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün ərizə verib. Nərimanov RM düzgün olaraq həmin ərizənin geri qaytarılmasını qərara alıb. Belə ki, müddətin bərpası barədə ərizəyə artıq baxılıb, müddətin bərpasından imtina edilib, bu barədə olan qərardad qanuni qüvvəyə minib. Odur ki, Mülki-Prosessual Məcəllənin 133-cü maddəsinin mənasına görə, müddətin bərpası barədə ərizəyə yenidən baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar