Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7877/2022 29.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təbii qazın təchizatı, təbii qazdan istifadə qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. ünvan 1 ünvanında İddiaçı Cavabdeh abonentidir və ona **********00010 abonent kodu verilmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı iddia tələbi qismən təmin edilmiş, təbii qazdan qeyri-qanuni istifadəyə görə 150,48 manat məbləğində zərərin və 2,50 manat dövlət rüsumunun ondan tutularaq Cavabdeh İB-nin xeyrinə ödənilməsi qət edilmişdir.
3. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, ünvan 3 ünvanında təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunması aşkar olunaraq bu barədə müxtəlif vaxtlarda “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilməklə ümumilikdə 3245,30 manat dəymiş ziyan hesablanmış, xx.xx.2021-ci il tarixdə məhkəmə qərarının icrası olaraq hesabından 1686,52 manat silinmişdir. xx.xx.2022-ci il tarixə sayğac göstəricisi 639 m3 olmaqla borcu 1309,85 manatdır və onun tərəfindən ödənilməlidir.
4. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli akta görə, ünvan 3 ünvanında sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmiş, istehlakçı İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 820,80 manat həcmində ziyan dəyməsi müəyyən olunmuşdur.
5. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli akta görə, ünvan 3 ünvanında sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmiş, istehlakçı İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 273,60 manat həcmində ziyan dəyməsi müəyyən olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, cavabdeh tərəfindən ona əsassız olaraq hesablanmış 1686,52 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2020-ci ildə “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən evinə baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulma müəyyən edilmiş və bu səbəblə fərqli vaxtlarda aktlar tərtib olunmuş, həmin aktlara əsasən 1837 manat borc hesablayaraq (xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 820,80 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 136,80 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 401,30 manat) onu məhkəməyə vermişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və təbii qazdan qeyri-qanuni istifadəyə görə 150,48 manat məbləğində zərər və 2,50 manat dövlət rüsumunun ondan tutularaq "Azəriqaz" İB-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamədən görünür ki, onun qanunsuz qaz xəttinə qoşulması yalnız 2 gözlü qaz plitəsinə olmuş və qətnamənin əsaslandırıcı hissəsində buna dair ədalətli hesablama aparılmışdır. Cavabdehlə aralarında məhkəmə çəkişməsi 2020-ci ilin iyul ayında başlamış və xx.xx.2020-ci il tarixdə yekun məhkəmə aktı qəbul olunaraq bitmişdir. Cavabdeh məhkəməyə verməmişdən əvvəl icazəsiz qaz xəttinə qoşulmanı ləğv etmişdir. Lakin “Azəriqaz" İB qanunsuz qoşulma xəttinin ləğv edilməsini, başqa belə bir xəttin olmamasını və həmçinin məhkəməyə qədər hesabladığı yekun məbləğ 1837 manat olmasına baxmayaraq məhkəmə çəkişməsi zamanı yenidən özbaşına cərimələr tətbiq etmiş, avqust 2020-ci il və sentyabr 2020-ci il tarixlərdə müvafiq olarq 820,80 manat və 273,60 manat borc hesablamışdır. Cavabdeh təşkilat qaz xəttinə qanunsuz qoşulma aşkar etdikdə xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmalı idi, lakin cavabdeh təşkilatın əməkdaşları hər ay sadəcə akt tərtib edərək uydurma rəqəmlərlə borc hesablamışlar. Bundan başqa qanunsuz qoşulmuş xətti çəkdikdən sonrada məhkəmə gedən zamanda yenidən 2020-ci ilin avqust və sentyabr aylarında borc hesablamışlar. Əgər belə bir hal var idisə məhkəmə zamanı iddia həcminin artırılmasına dair ərizə təqdim edə bilərdilər. Belə bir ərizə təqdim etməmələri onu subut edir ki, “Azəriqaz" İB vətəndaşları incidərək boş-boşuna borc hesablayır, işləri düz olsa idi məhkəmə gedə-gedə, həmçinin qanunsuz qoşulma olmaya-olmaya yenidən borc hesablamazdılar. Qeyd etdikləri ilə əlaqədar “Azəriqaz" İB-yə rəsmi müraciət etmiş, ona cavab məktubu göndərilərək bildirilmişdir ki, ümumi 3245,30 manat dəymiş ziyan olmuş, xx.xx.2021-ci il tarixli məhkəmə qərarının icrası ilə əlaqədar olaraq 1686,52 manat borc silinmiş, xx.xx.2022-ci il tarixə 1309,85 manat borc qalmışdır. Cavabdeh İB məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi olmasına baxmayaraq, yenidən eyni hala görə əsassız yerə 1309,85 manat borc hesablamışdır.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, ünvan 3 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********00010 olan) hesablanmış 1309,85 (min üç yüz doqquz manat 85 qəpik) manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 30 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə köçürülməsi qət olunmuşdur.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə məhkəmə qərarının icrası olaraq İddiaçı hesabından 1686,52 manat silinmiş, xx.xx.2022ci il tarixə sayğac göstəricisi 639 m3 olmaqla iddiaçıya 1309,85 manat borc hesablanmış, lakin bu borcun yaranmasına əsas olan və iddiaçının təqsiri üzundən baş verən halların mövcüdluğu cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Cavabdeh tərəfindən iddiaçının təqsiri sübut olunmadığından, cavabdeh düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz.
10. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.2-ci, 4.6-cı, 4.7-ci, 4.8-ci, 4.9-cu bəndlərinə, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə istinad etmişdir.
11. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
12. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış Cavabdeh İB nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
14. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
15. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
“Qaz təchizatı” haqqında Qanun
16. Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
17. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
18. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
19. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
23. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı şikayət verməmiş, cavabdeh isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir. Bu o deməkdir ki, iddia tələbinin təmin edilməmiş hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
27. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə qismən razılaşır.
28. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, 2020-ci ilin avqust və sentyabr aylarında tərtib olunmuş aktlara görə hesablayıb tələb etdiyi məbləğ (cəmi 1094,4 manat) baxımından cavabdeh bunu sübut edə bilməmişdir. Həmin aktlar iddiaçının və mübahisədə marağı olmayan şəxslərin iştirakı olmadan tərtib olunduğundan mötəbər sayıla və onlara əsasən hesablanmış borc məbləği qanuni hesab edilə bilməz.
29. Bununla belə kollegiyanın qənaətinə görə, xx.xx.2022-ci il tarixinə iddiaçıdan tələb olunan 1309,85 manatın 1094,4 manatdan artıq olan hissəsi sayğac göstəricisi əsasında yaranmış borc olmaqla, məhkəmə həmin borcu da silməklə səhvə yol vermişdir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5366/2022 saylı iş üzrə 05 oktyabr 2022-ci il tarixli qətnaməsi “ünvan 3 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********00010 olan) hesablanmış 1309,85 (min üç yüz doqquz manat 85 qəpik) manat məbləğində borcun silinməsi” hissəsində dəyişdirilsin. ünvan 3 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********00010 olan) hesablanmış 1094,4 (min doxsan dörd manat 40 qəpik) manat məbləğində borc silinsin. Qətnamə qalan hissədə dəyişdirilmdən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov