Məhkəmə qərarları › İş №2(103)-789/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-789/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-789/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi və vəkili X9, Cavabdeh LPO QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X7 iştirakları ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ciil tarixli, 2(009)-1030/2020 saylı qətnaməsindən cavabdeh LPO QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər ləğv prosesində olan QSC “xxxx” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, “X2 Mərkəzi” MMC-yə, Səbail rayon icra və probasiya şöbəsinə qarşı təkrar hərracın qanunsuz hesab edilməsi, ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar xx.xx.2020-ci il tarixli 639/19 və 640/19 nömrəli lotlar üzrə keçirilən təkrar hərracın qanunsuz hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 76,5 kv.m. ümumi, 48,8 kv.m.yaşayış, 27,7 kv.m. yardımçı sahədən ibarət 6 nömrəli binanın 5 saylı mənzili, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37,1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77/9, ümumi sahəsi 53,9 kv.m. olan qeyri-yaşayış sahəsinə dair ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-93/17 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər İddiaçı1, X10 və İddiaçı3 müştərək qaydada “xxxx” KB QSC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 160-00-169-14 saylı kredit müqaviləsi üzrə 112975,69 manat əsas, 21315,53 manat faiz, 400 manat cərimə, dövlət rüsumu üçün ödənilmiş 30 manat və 31 manat ipotekanın qeydə alınması üçün ödənilmiş məbləğin, cəmi 134.352,22 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 144.500 manat müəyyən edilməklə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 76,5 kv.m. ümumi, 48,8 kv.m.yaşayış, 27,7 kv.m. yardımçı sahədən ibarət 6 nömrəli binanın 15 saylı mənzilinə və ilkin satış qiyməti 60.000 manat müəyyən edilməklə İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 37,1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan əmlakların açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehlərin iddiaçıya olan borcunun ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin açıq hərracda satışından əldə olunmuş pul vəsaiti borc məbləğində artıq olarsa, İddiaçı1 və İddiaçı3 qaytarılması, ipoteka predmeti olan İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 76,5 kv.m., ümumi 48,8 kv.m.yaşayış, 27.7 kv.m. yardımçı sahədən ibarət 6 nömrəli binanın 15 saylı mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində İddiaçı1, X10, X14, X17 tərəfindən boşaldılaraq təhvil verilməsi və onların həmin mənzildən çıxarılması, ipoteka predmeti olan İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 37,1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi satıldıqdan sonra boşaldılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)- 3235/2018 saylı qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 2(009)-93/17 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin iddia tələbinin faiz borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən olunması hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan İddiaçı1 məxsus mənzilin ilkin satış dəyərinin 176.316 manat və ipoteka predmeti olan İddiaçı3 məxsus qeyriyaşayış sahəsinin 73.840 manat müəyyən edilməsi, cavabdehlər İddiaçı1, X10 və İddiaçı3 müştərək qaydada iddiaçı “xxxx” KB QSC-nin (ləğv prosesində olan) xeyrinə 16.159,95 manat faiz borcunun tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-1789/19 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-3235/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Səbail rayon Məhkəməsinin 2(009)-478/2019 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə “xxxx” KB QSC-nin iddia tələbinin qismən təmin edilməsi, “xxxx” KB QSC ilə X10 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 160/00G356/15 No-li Kredit Müqaviləsi üzrə yaranmış 84.614,79 ABŞ dolları əsas, 8.673,02 ABŞ dolları hesablanmış faiz, 10 ABŞ dolları dəbbə pulu, cəmi 93.297,81 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaitinin cavabdehlər X4, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutulub, iddiaçı “xxxx” KB QSC-nin hesabına köçürülməsi, ödəmənin “xxxx” KB QSC (ipoteka saxlayan) ilə İddiaçı2 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 160/00/356/15 saylı İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77/9-da yerləşən ümumi sahəsi 52,9 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 160.000,0 manat müəyyən edilməsi, qeyriyaşayış sahəsinin həmin ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində “xxxx” KB QSC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin cavabdeh İddiaçı2 verilməsi, ipoteka predmeti olan Nəsimi rayonu, Nizami küçəsi, 77/9-da yerləşən qeyri-yaşayış sahəsi açıq hərrac yolu ilə satıldıqdan sonra 1 ay ərzində boşaldılması, “xxxx” KB QSC tərəfindən iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin 20 manat hissəsi, eyni zamanda ipoteka bildirişinin qeydə alınması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsinin cavabdehlər X4, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutulub iddiaçı “xxxx” KB QSC-nin hesabına köçürülməsi, ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə- mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat vəsaitin 15 manat hissəsinin “xxxx” KB QSC-dən, 35 manat hissəsinin isə cavabdehlər T.İddiaçı2dan, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X5, KOD 21005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülməsi, “X21” MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat vəsaitin 70 manat hissəsinin “xxxx” KB QSC-dən, 130 manat məbləğində hissəsinin isə cavabdehlər X4, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutulub “X21” MMC-nin hesabına (VÖEN: **********; hesab N AZN: AZ69ATAZ********************; BANK: “Ata Bank” Dostluq filialı, VÖEN: **********; Müxbir hesab: AZ50NABZ********************; KOD: 512811; SWİFT: ATAZAZ22) köçürülməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi özünün xx.xx.2018-ci il tarixli qətnaməsi ilə “xxxx” KB QSC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinin təmin edilməməsi, Səbail rayon Məhkəməsinin 2(009)-478/2019 saylı, xx.xx.2017-ci il atrixli qətnaməsinin iddiaçı tərəfindən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanması, cavabdehlərin apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Nəsimi rayonu, Nizami küçəsi, 77/9-da yerləşən ümumi sahəsi 52,9 kv.m. olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 174.000 manat müəyyən edilməsi, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğlərinin tərəflərin özlərinə aid olunması qət edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayətinə baxan Ali Məhkəmənin Mülki Kollegiyası özünün xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin hər iki qətnaməsi icraya yönəldilmiş və hər iki icra vərəqəsi üzrə Bakı şəhər Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru X18 tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Daha sonra Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədlərində göstərilən əmlakların hərrac yolu ilə satışının təmin olunması üçün xx.xx.2019-cu il tarixli sifariş məktubları ilə “X2 Mərkəzi” MMC-yə müraciət olunmuşdur. Səbail rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli sifariş məktubları xx.xx.2019-cu il tarixdə “X2 Mərkəzi” MMC-yə daxil olmuşdur. “X2 Mərkəzi” MMC Bakı şəhər Səbail rayon İcra və Probasiya şöbəsinin sifariş məktubları əsasında sifarişdə göstərilmiş əmlakların açıq hərrac yolu ilə satılması üçün xx.xx.2019-cu il tarixli 1200 və 1201 nömrəli bildirişlərlə sifarişçiyə, tərəbkara və borclulara məlumat verilmiş, “Birja yenilikləri” və “Market” qəzetlərinin xx.xx.2019-cu il tarixli nəşrlərində LOT 639/19 nömrəsi ilə Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 76,5 kv.m. ümumi, 48,8 kv.m. yaşayış, 27,7 kv.m. yardımçı sahədən ibarət 6 nömrəli binanın 5 saylı mənzilinin 176.316 manat, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37,1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsinin 73.840 manata, Lot 640/19 nömrəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77/9, ümumi sahəsi, 53,9 kv.m. olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 174.000 manat olmaqla açıq hərraca çıxarıldığı və hərracın xx.xx.2020-ci il tarixdə, saat 11.00-da Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, Caspian Plaza,3-cü korpus, 6-cı mərtəbə ünvanında keçiriləcəyi bildirilmişdir. xx.xx.2020-ci il tarixdə həmin əmlaklar üzrə keçirilən açıq hərracda alıcı olmadığına görə “İpoteka haqqında” Qanununun tələbinə əsasən qeyd edilən əmlaklar barədə xx.xx.2020-ci il tarixli 21 və 22 nömrəli bildirişlərlə sifarişçiyə, tələbkara və borclulara məlumat verilmiş, “Market” qəzetinin xx.xx.2020-ci il tarixli nəşrlərində Lot 639/19/1 nömrəsi ilə Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 76,5 kv.m. ümumi, 48,8 kv.m. yaşayış, 27,7 kv.m. yardımçı sahədən ibarət 6 nömrəli binanın 5 saylı mənzilinin 149.868 manata, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37,1 kv.m. sahədən ibarət qeyriyaşayış sahəsinin 62.763 manat, Lot 640/19 nömrəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77/9, ümumi sahəsi 53,9 kv.m. olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 147.900 manat olmaqla təkrar hərraca çıxarıldığı və təkrar hərracın xx.xx.2020-ci il tarixdə, saat 12.00-da Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, Caspian Plaza, 3-cü korpus, 6-cı mərtəbə ünvanında keçiriləcəyi bildirilmişdir. xx.xx.2020-ci il tarixdə qeyd edilən əmlaklar üzrə təkrar hərrac keçirilmiş lakin, həmin əmlaklarla alıcı olmamışdır. “X2 Mərkəzi” MMC-yə məxsus olan ***-***-**-** nömrəli telefona xx.xx.2020-ci il tarixdə gününün ikinci yarısı zəng vurularaq hərracın nəticəsi barədə məlumat əldə etmək istədikdə deyilmişdir ki, həmin lotlar üzrə əmlaklara alıcı olmadığı üçün əmlaklar banka təklif olunacaqdır. Lakin, bundan sonra “X2 Mərkəzi” MMC “İpoteka haqqında” Qanununun tələblərini kobud şəkildə pozaraq, xx.xx.2020-ci il tarixli məktublarla (hansı ki, guya həmin məktub xx.xx.2020-ci il tarixli hərracın bir gün öncə göndərilmişdir) Səbail rayon İcra və Probasiya şöbəsinə müraciət etmiş və məktublarında göstərmişdir ki, əmlaklara baxış keçirib alıcı olmaq istəyən var. Borclu İddiaçı1 əmlaklara baxış keçirtməyə maneə olduğu üçün hərrac təxirə salınır. Əmlaklara baxış keçirtməyə şərait yaradılmasını xahiş etmişlər. Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli məktubla “X2 Mərkəzi” MMC-nin müraciətinə cavab olaraq bildirilmişdir ki, 50/1 nömrəli, xx.xx.2020-ci il tarixli və 49/1 nömrəli, xx.xx.2020-ci il tarixli məktubları şöbəyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Məktublar daxil olduqdan sonra borclularla əlaqə saxlanılmış, borclu tərəf qeyd olunan əmlaklara baxış keçirilməsi ilə bağlı hər hansı maneə yaratmadığını, istənilən vaxt qeyd olunan əmlaklara qanunvericiliyin tələblərinə uyğun baxış keçirilməsinə razı olduqlarını bildirmişlər. Bundan sonra “X2 Mərkəzi” MMC növbəti qanunsuzluğa əl ataraq üçüncü dəfə hərrac keçirilməsi barədə xx.xx.2020-ci il tarixli, 139 və 140 nömrəli bildirişlərlə sifarişçiyə, tələbkara və borclulara üçüncü dəfə məlumat verilmiş, “Market” qəzetinin xx.xx.2020-ci il tarixli nəşrlərində Lot 639/19/1 nömrəsi ilə Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 76,5 kv.m. ümumi, 48,8 kv.m. yaşayış, 27,7 kv.m. yardımçı sahədən ibarət 6 nömrəli binanın 5 saylı mənzilinin 159.868 manata, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37,1 kv.m. sahədən ibarət olan qeyri-yaşayış sahəsinin 62.764 manat, Lot 640/19 nömrəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77/9, ümumi sahəsi 53,9 kv.m. olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 147.900 manat olmaqla təkrar hərraca (təkrar hərrac dedikdə üçüncü dəfə keçirilmiş hərrac) çıxarıldığı və təkrar hərracın xx.xx.2020-ci il tarixdə, saat 12.00-da Bak şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, Caspian Plaza, 3-cü korpus, 6-cı mərtəbə ünvanında keçiriləcəyi bildirilmişdir. xx.xx.2020-ci il tarixdə qeyd edilən əmlaklar üzrə üçüncü dəfə təkrar hərrac adı ilə hərrac keçirilmiş, lakin yenə də həmin əmlaklara alıcı olmamışdır. Bundan sonra “X2 Mərkəzi” MMC xx.xx.2020-ci il tarixli 216 və 217 nömrəli məktublarla ipoteka predmetinin alğı-satqısı üçün müqavilə bağlanması barədə ƏSF LPO “xxxx” ASC-yə təklif göndərmiş və həmin təklifdə göstərilmişdir ki, xx.xx.2020-ci il tarixədək əmlakların alınmadığı halda iş sifarişçi icra şöbəsinə geri qaytarılacaqdır. ”X2 Mərkəzi” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə təkrar adı altında üçüncü dəfə hərracın keçirilməsi qanunsuz olmuşdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında imperativ şəkildə qeyd olunmuşdur ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. “X2 Mərkəzi” MMC xx.xx.2020-ci il tarixli məktublarda (hansı ki, guya həmin məktub xx.xx.2020-ci il tarixli məktubdan bir gün öncə göndərilmişdir) Səbail rayon İcra və Probasiya şöbəsi müraciət etmiş və məktublarında göstərmişdir ki, əmlaklara baxış keçirib alıcı olmaq istəyən var. borclu İddiaçı1 əmlaklara baxış keçirtməyə maneə olduğu üçün hərrac təxirə salınır. Əvvəla “X6 Mərkəzi” MMC tərəfindən göndərilən məktublar Mega Post Service sürətli poçt xidməti tərəfindən göndərilmişdir və həmin məktublara diqqət yetirdikdə göndərilən poçtların maksimum 3 gün ərzində tərəflərə çatdırıldığı aydın olur. Necə olur ki, xx.xx.2020-ci il tarixli məktub icra şöbəsinə bir həftə sonra, yəni xx.xx.2020-ci il tarixdə daxil olur. Bunun bir izahı var. “X6 Mərkəzi” MMC xx.xx.2020-ci il tarixdən sonra, yəni təkrar hərracdan sonra, qeyd edilən məktubu göndərmişdir. Hansı ki, həmin tarixdə həracın baş tutmadığı və banka təklif olunacağı telefon vasitəsilə bildirilmişdir. Lakin, üçüncü dəfə keçirilən hərraca hüquqi don geyindirməkdən ötrü xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir. İkincisi, hər iki məktubda borclu İddiaçı1 əmlaklara baxış keçirtməyə maneə olduğu üçün hərracın təxirə salındığı göstərilmişdir. İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 76,5 kv.m. ümumi, 48,8 kv.m. yaşayış, 27,7 kv.m. yardımçı sahədən ibarət 6 nömrəli binanın 5 saylı mənzilin mülkiyyətçisidir. Digər əmlakların mülkiyyətçiləri İddiaçı2 və İddiaçı3dır. Belə olan halda əgər İddiaçı1 tərəfindən öz mülkiyyətində olan əmlaka baxış keçirilməsinə maneə yaradılmışdısa (hansı ki, heç bir maneənin olmadığı İcra Şöbəsinin məktubu ilə də təkzib olunur), onda digər əmlaklarla bağlı hansı əsasla yenə də İddiaçı1 maneə yaratdığı göstərilmişdir. Bunun tək bir izahı var. Belə ki, həqiqətən də xx.xx.2020-ci il tarixdə “X2 mərkəzi” MMC tərəfindən təkrar hərrac keçirilmiş və həmin hərracda ƏSF LPO “xxxx” QSC-nin də nümayəndəsi iştirak etmişdir. Lakin, qeyd edilən tarixdə hərrac baş tutmadığına görə və 30 gün müddətində bank həmin əmlakı almaq üçün kiayət qədər maliyyə vəsaitinə malik olmadığına görə belə bir qanunsuzluğa əl atılmış və bankın həmin əmlakı alması üçün hərracın üçüncü dəfə keçirilməsi razılaşdırılmışdır və ƏSF LPO “xxxx” QSC hərracların keçirilməsi və alıcının olmaması səbəbinə görə hərracların baş tutmamasından kifayət qədər məlumatlı olmuşdur. Digər bir qanunsuz məqam ondan ibarətdir ki, hərracı keçirən təşkilat “İpoteka haqqında” Qanunun tələbinə uyğun olaraq birinci hərracın keçirildiyi gündən 20 gün gec olmayaraq, təkrar hərracı xx xxxxxx 2020-ci il tarixə təyin etmiş və həmin tarixə hərracı keçirmişdir. Qanunvericilikdə hərracın təxirə salınması anlayışı olmadığı halda həmin təşkilata nəyə əsasən və müddəti hansı qaydada hesablamaqla üçüncü hərracı xx.xx.2020-ci il tarixinə təyin etmişdir. Hərracı keçirən təşkilat olan “X2 Mərkəzi” MMC-nin elektron saytı olan http://herracmerkezi.az/ təkrar sayta nəzər saldıqda həmin saytda olan təkrar hərraca çıxarılan əmlakların xx.xx.2020-ci il tarixli siyahısına baxdıqda qeyd edilən əmlakların məhz qeyd edilən tarixdə təkrar hərracının keçirildiyi müəyyən olunur və həmin əmlaklar barəsində növbəti üçüncü hərrac barədə xx.xx.2020ci il tarixə hər hansı məlumat mövcud deyildir. Qeyd edilən qanunsuzluqlar ipoteka qoyulanların hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxartmışdır. İpoteka predmeti olan əmlaklar birinci və təkrar hərraclarda satılmadığından və təkrar hərracdan, yəni xx.xx.2020-ci il tarixdə keçirilən hərracdan sonra 30 gün ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədiyindən, ipoteka qoyanın tələbi ilə ipotekaya xitam verilməlidir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli 639/19 və 640/19 nömrəli lotlar üzrə keçirilən təkrar hərracın qanunsuz hesab edilməsi, İddiaçı1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37,1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 76,5 kv.m. ümumi, 48,8 kv.m. yaşayış, 27,7 kv.m. yardımçı sahədən ibarət 6 nömrəli binanın 5 saylı mənzilin, İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayoun, Nizami küçəsində yerləşən 77/9 saylı qeyri-yaşayış sahəsinin ƏSF LPO “xxxx” QSC-yə satılması haqqında xx xxxx 2020-ci il tarixli Y-35, Y-36 və Y-36/1 saylı protokolların və hərracın hüquqi nəticələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 76,5 kv.m. ümumi, 48,8 kv.m. yaşayış, 27,7 kv.m. yardımçı sahədən ibarət binanın 5 saylı mənzili, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37,1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77/9, ümumi sahəsi 53,9 kv.m. olan qeyri-yaşayış sahəsinə dair ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)-1030/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, xx.xx.2020-ci il tarixli 639/19 və 640/19 nömrəli lotlar üzrə keçirilən təkrar hərracın qanunsuz hesab edilməklə etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37,1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsinin, Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 76,5 kv.m. ümumi, 48,8 kv.m. yaşayış, 27,7 kv.m. yardımçı sahədən ibarət 6 nömrəli binanın 5 saylı mənzilin və Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən, sahəsi 52,9 kv.m olan 77/9 saylı qeyri-yaşayış sahəsinin Ləğv prosesində olan “xxxx” QSC-yə satılması haqqında xx xxxx 2020-ci il tarixli Y-35, Y-36 və Y-36/1 saylı protokollar və hərracın hüquqi nəticələri etibarsız hesab edilməklə ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 76,5 kv.m. ümumi, 48,8 kv.m. yaşayış, 27,7 kv.m. yardımçı sahədən ibarət binanın 5 saylı mənzili, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37,1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77/9, ümumi sahəsi 52,9 kv.m. olan qeyri-yaşayış sahəsinə dair ipotekalara xitam verilməsi qət edilmişdir. Qətnamədən cavabdeh LPO QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)-1030/2020 saylı qətnaməsinin ləğv edilərək, iddiaçının iddia tələblərinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Səbail rayon Məhkəməsi aşağıda qeyd olunanlara istinad edərək müəyyən etmişdir ki, iş üzrə “X2 Mərkəzi” MMC tərəfindən Səbail rayon icra və Probasiya şöbəsinə və ƏSF LPO “xxxx” KB QSC- yə ünvanlanmış 49/1 saylı və 50/1 saylı xx.xx.2020-ci il tarixli məktublarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 6 nömrəli binanın 5 saylı mənzilinə, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37.1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37.1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsinə baxış keçirib alıcı olmaq istəyən olduğuna görə borcu İddiaçı1 əmlaklara baxış keçirməyə maneə olduğu üçün hərrac təxirə salınmışdır. Əmlaklara baxış keçirməyə şərait yaradılmasını xahiş etmişdir. İş üzrə Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən “X2 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 97541/19-16-15-691 saylı məktubundan görünür ki, borclularla əlaqə saxlanılmış, borclu tərəf qeyd olunan əmlaklara baxış keçirilməsi ilə bağlı hər hansı maneə yaratmadığını, istənilən vaxt qeyd olunan əmlaklara qanunvericiliyin tələblərinə uyğun olaraq baxış keçirilməsinə razı olduqlarını bildirmişlər. İş üzrə “X2 Mərkəzi” MMC tərəfindən Səbail rayon İcra və Probasiya şöbəsinə, tələbkar ƏSF LPO “xxxx” KB QSC-yə, borclular İddiaçı1, X8, X11, X15, İddiaçı3, İddiaçı2 göndərilmiş xx.xx.2020-ci il tarixli 139 saylı və 140 saylı bildirişlərdən görünür ki, onlara Səbail rayon İcra və Probasiya Şöbəsinin 97541/xx-xx-15691 saylı və 97541/19-16-15 15961 saylı xx.xx.2020-ci il tarixli sifariş məktublarına əsasən, Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 6 nömrəli binanın 5 saylı mənzilinin satış qiyməti 149868 manata satılması ilə bağlı Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37.1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsinin satış qiyməti 62764 manata satılması ilə bağlı, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37.1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsinin satış qiyməti 147900 manata satılması ilə bağlı xx.xx.2020-ci il tarixdə təkrar hərracın keçirilməsi barədə məlumat verilmişdir. Göründüyü kimi, hərracın təxirə salınması barədə tələbin hərracın sifarişçisi olan Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmişdir. Bundan başqa, hərracın təşkilatçısı olan “X2 Mərkəzi” MMC ona sifarişçi tərəfindən tələb göndərildikdən sonra hərracın təxirə salınmasına dair qərar vermişdir və bu qərarı borclu şəxslə razılaşdırmışdırlar. Birinci instansiya məhkəməsi maddi normaları sadalasa da və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına istinad etsə də, Bankın pozulmuş hüquqları barədə heç bir şey qeyd etməmişdir. Halbuki, əmlakın ipoteka haqqında qanuna uyğun olaraq Banka təklif edilməsi Bankdan deyil, hərracı keçirən təşkilat tərəfdən asılıdır. Yəni Bank, əmlak ona nə vaxt təklif edilərsə, o zaman onu əldə etməyə razılıq bildirə bilər. Odur ki, Səbail rayon İcra və Probasiya şöbəsinin tələbi və təklifi ilə hərracın keçirilməsi təxirə salınmışdır. LPO QSC “xxxx” KB əmlaklar ona təklif olunanda razılıq bildirmişdir. xx xxxx 2020-ci il tarixli Y-35, Y-36 və Y-36/1 saylı protokolların və hərracın hüquqi nəticələrinin etibarsız hesab edilməklə ləğv edilməsi və ipotekalara xitam verilməsi Bankın vicdanlı əldə edən kimi hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Məhkəmə iddianı təmin edərkən öz qətnaməsində protokolların və hərracın hüquqi nəticələrinin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi nəticəsində vicdanlı alıcı olan Bankın hüquqlarının hansı yolla qorunacağı barədə heç bir qeyd göstərməmişdir. İddiaçının tələbi bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd etməlidir. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili X16 apellyasiya şikayətini qəbul etməyərək, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh LPO QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehlər “X2 Mərkəzi” MMC-yə, Səbail rayon icra və probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndələr məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən hesab etmişdir ki, hərrac təşkilatı təkrar hərracı alıcının olması və alıcının əmlaka baxış keçirmək imkanının yaradılması əsası ilə təxirə salsa da, bunu qanunsuz etmişdir. Belə ki, qanunun tələbinə əsasən hərracda iştirak etmək statusu o şəxs əldə edir ki, o hərracda iştirak etmək üçün beh ödəsin. Lakin göründüyü kimi əmlaka baxış keçirmək və onu əldə etmək istəyən şəxs hərracda iştirak etmək üçün hər hansı beh ödəməmiş və hərrac təşkilatı buna baxmayaraq onu alıcı kimi qəbul edərək təkrar hərracı təxirə salmışdır. Hərracın iştirakçısı olmaq arzusunda olan şəxsin əmlakı əldə etmək istəyinin hərrac təşkilatına bildirməsi və sonuncunun həmin istəyi nəzərə alaraq təkrar hərracı təxirə salması qanunla nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, hərrac təşkilatı tərəfindən mübahisəli ipoteka predmetlərinə dair hərrac keçirilərkən “İpoteka haqqında” AR Qanununun və AR Mülki Məcəllənin tələblərini pozulduğu üçün həmin hərrac etibarsız hesab edilməlidir. Hərrac etibarsız hesab olunduğu üçün həmin hərracın hüquqi nəticələri də ləğv edilməlidir. Belə ki, iş materiallarından görünür ki, hərrac təşkilatı tərəfindən hərrac baş tutmamış elan olunduğu üçün hərracın nəticələri haqqında Y-35, Y-36 və Y-36/1 saylı protokollar tərtib edilmiş və ipoteka predmeti olan əmlaklar “İpoteka haqqında” AR Qanununun 43.7-ci maddəsinə əsasən LPO “xxxx” QSC-yə satılmışdır. Konstiutsiya Məhkəməsinin yuxarıda göstərilən qərarına əsasən məhkəmə hesab edir ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra (xx.xx.2020-ci il), ipoteka saxlayanın həmin əmlakı 30 gün ərzində əldə etmək hüququ var. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, təkrar hərrac (xx.xx.2002-ci il tarixdə keçirilən hərrac təkrar hərrac hesab olunur. Üçüncü hərrac təkrar hərrac hesab olunmadığı üçün xx.xx.2020-ci il tarixdə keçirilən hərrac, təkrar hərrac hesab edilmir) baş tutmamış elan edildikdən ipoteka saxlayan 30 gün ərzində ipoteka predmetlərini əldə etmədiyindən, iddiaçılar ipotekaya xitam verilməsi ilə bağlı tələb irəli sürməkdə tam haqlı olmuşlar. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi ipoteka predmetlərinə xitam verilməsi hissəsində də əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-3235/2018 saylı icra vərəqəsinin kserosurətindən görünür ki, “xxxx” KB QSC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 160-00-169-14 saylı kredit müqaviləsi üzrə cavabdehlər İddiaçı1, X10 və İddiaçı3 müştərək qaydada 112.975,69 manat əsas borc, 16.159,95 manat faiz, 400 manat cərimə, dövlət rüsumu üçün ödənilmiş 30 manat və 31 manat ipotekanın qeydə alınması üçün ödənilmiş məbləğ, cəmi 129.596,64 manat məbləğində pul iddiaçı “xxxx” KB QSC-nin xeyrinə tutulmalı, tutma kredit müqaviləsinin təminatı olaraq ipotekaya qoyulmuş İddiaçı1 məxsus Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 6 nömrəli binanın 5 saylı mənzilə və İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 37,1 kv.m. sahəbən ibarət olan qeyri-yaşayış sahəsinə yönəldilməli, İddiaçı1 məxsus Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 6 nömrəli binanın 5 saylı mənzilin ilkin satış qiyməti 176.316 manat və İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 73.840 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, əmlakın satışından əldə olunan vəsait hesabına, ümumilikdə 129,596,64 manat məbləğində pul vəsaiti “xxxx” KB QSC-yə (ləğv prosesində olan) ödənilməli, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin açıq hərracda satışından əldə olunmuş pul vəsaiti borc məbləğindən artıq olarsa, İddiaçı1 və İddiaçı3 qaytarılmalı, ipoteka predmeti olan mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində İddiaçı1, X10, X14, X17 tərəfindən boşaldılaraq təhvil verilməli və onlar həmin mənzildən çıxarılmalıdırlar, ipoteka predmeti olan İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsiyby satıldıqdan sonra boşaldılması qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-7540/2018 saylı icra vərəqəsinin kserosurətindən görünür ki, “xxxx” KB QSC ilə X10 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 160/00/356/15 No-li kredit Müqaviləsi üzrə yaranmış 84.614,79 ABŞ dolları əsas, 8.673,02 ABŞ dolları hesablanmış faiz, 10 ABŞ dolları dəbbə pulu, cəmi 93.297,81 ABŞ dolları məbləğinin cavabdehlər X4, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutulub iddiaçı “xxxx” KB QSC-nin hesabına köçürülməli, ödəmə “xxxx” KB QSC (ipotea saxlayan) ilə İddiaçı2 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 160/00G356G15 No-li İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77/9-da yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 174.000 manat müəyyən edilməli, qeyri-yaşayış sahəsi həmin ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində “xxxx” KB QSC-yə ödənilməli, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi cavabdeh İddiaçı2 verilməli, ipoteka predmeti olan Nəsimi rayonu, Nizami küçəsi, 77/9-da yerləşən qeyri-yaşayış sahəsi açıq hərrac yolu ilə satıldıqdan sonra 1 ay ərzində boşaldılması qət edilmişdir. İş üzrə Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən “X2 Mərkəzi” MMC-yə, İddiaçı1, X8, İddiaçı2, QSC “xxxx” KB-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubların kserosurətlərindən görünür ki, İddiaçı1 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 6 nömrəli binanın 5 saylı mənzilinin, İddiaçı3 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 37,1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsinin, İddiaçı2 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77/9-da yerləşən ümumi sahəsi 52,9 kv.m. olan qeyri-yaşayış sahəsinin hərrac yolu ilə satışının keçirilməsi barədə sifariş göndərilmişdir. İş üzrə “X2 Mərkəzi” MMC tərəfindən Səbail rayon icra şöbəsinə, tələbkar ƏSF LPO “xxxx” QSC-yə, borclular İddiaçı1, X8, X11, X15, İddiaçı3, İddiaçı2 göndərilmiş xx.xx.2019-cu il tarixli 1200 saylı və 1201 saylı bildirişlərdən görünür ki, onlara Səbail rayon İcra və Probasiya Şöbəsinin 77121/19-16-15 6838 saylı və 97541/19-16-15 6839 saylı xx.xx.2019-cu il tarixli sifariş məktublarına əsasən Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsində yerləşən 76,5 kv.m. ümumi, 48,8 kv.m. yaşayış, 27,7 kv.m. yardımçı sahədən ibarət 6 nömrəli binanın 5 saylı mənzilinin ilkin satış qiyməti 176.316 manata satılması ilə bağlı, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 73.840 manata satılması ilə bağlı, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 174.000 manata satılması ilə bağlı xx.xx.2020-ci il tarixdə ilkin hərracın keçirilməsi barədə məlumat verilmişdir. İş üzrə “X2 Mərkəzi” MMC tərəfindən Səbail rayon icra şöbəsinə, tələbkar ƏSF LPO “xxxx” QSC-yə, borclular İddiaçı1, X8, X11, X15, İddiaçı3, İddiaçı2 göndərilmiş xx.xx.2020-ci il tarixli 21 saylı və 22 saylı bildirişlərdən görünür ki, onlara Səbail rayon İcra və Probasiya Şöbəsinin 77121/19-16-15 6838 saylı və 97541/19-16-15 6839 saylı xx.xx.2019-cu il tarixli sifariş məktublarına əsasən Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsində yerləşən 6 nömrəli binanın 5 saylı mənzilinin satış qiyməti 149.868 manata satılması ilə bağlı, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi 37,1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsinin satış qiyməti 62.764 manata satılması ilə bağlı, ünvan 3 ünvanında yerləşən 52,9 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin satış qiyməti 147.900 manata satılması ilə bağlı xx.xx.2020-ci il tarixdə təkrar hərracın keçirilməsi barədə məlumat verilmişdir. İş üzrə “X2 Mərkəzi” MMC tərəfindən Səbail rayon icra və probasiya şöbəsinə və ƏSF LPO “xxxx” QSC-yə ünvanlanmış 49/1 saylı və 50/1 saylı xx.xx.2020-ci il tarixli məktublarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 6 nömrəli binanın 5 saylı mənzilinə, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37,1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77/9 ünvanında yerləşən ümumi sahəsi 52,9 kv.m. ibarət qeyri-yaşayış sahəsinə baxış keçirib alıcı olmaq istəyən olduğuna görə borcu İddiaçı1 əmlaklara baxış keçirtməyə maneə olduğu üçün hərrac təxirə salınmışdır. Əmlaklara baxış keçirtməyə şərait yadarılmasını xahiş edilmişdir. İş üzrə Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən “X2 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 97541/19-16-15-691 saylı məktubundan görünür ki, borclularla əlaqə saxlanılmış, borclu tərəf qeyd olunan əmlaklara baxış keçirilməsi ilə bağlı hər hansı maneə yaratmadığını, istənilən vaxt qeyd olunan əmlaklara qanunvericiliyin tələblərinə uyğun olaraq baxış keçirilməsinə razı olduqlarını bildirmişlər. İş üzrə “X2 Mərkəzi” MMC tərəfindən Səbail rayon icra şöbəsinə, tələbkar ƏSF LPO “xxxx” QSC-yə, borclular İddiaçı1, X8, X11, X15, İddiaçı3, İddiaçı2 göndərilmiş xx.xx.2020-ci il tarixli 139 saylı və 140 saylı bildirişlərdən görünür ki, onlara Səbail rayon İcra və Probasiya Şöbəsinin 97541/xx-xx-15691 saylı və 97541/19-16-15 15691 saylı xx.xx.2020-ci il tarixli sifariş məktublarına əsasən Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsində yerləşən 6 nömrəli binanın 5 saylı mənzilinin satış qiyməti 149.868 manata satılması ilə bağlı,Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi 37,1 kv.m. sahədən ibarət qeyriyaşayış sahəsinin satış qiyməti 62.764 manata satılması ilə bağlı, ünvan 3 ünvanında yerləşən 52,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin satış qiyməti 147.900 manata satılması ilə bağlı xx.xx.2020-ci il tarixdə təkrar hərracın keçirilməsi barədə məlumat verilmişdir. İş üzrə “X2 Mərkəzi” MMC tərəfindən ƏSF LPO “xxxx” QSC-yə ünvanlanmış 216 saylı və 217 saylı xx.xx.2020-ci il tarixli ipoteka predmetinin alğı-satqısı üçün müqavilə bağlanılması barədə təkliflərinə əsasən İddiaçı2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77/9 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 174.000 manata hərraca çıxarılmış və həmin qeyri-yaşayış sahəsinin alıcısı olmadığı üçün təkrar hərracda 110.925 manata almaq üçün, İddiaçı1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 6 nömrəli binanın 5 saylı mənzili ilkin satış qiyməti 176.316 manata hərraca çıxarılmış və həmin mənzilin alıcısı olmadığı üçün təkrar hərracda 112.402 manata almaq üçün, İddiaçı3 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37,1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 73.840 manata hərraca çıxarılmış və həmin qeyri-yaşayış sahəsinin alıcısı olmadığı üçün təkrar hərracda 47.073 manata almaq üçün LPO “xxxx” QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təklif olunmuşdur. xx.xx.2020-ci il tarixədək əmlaklar qəbul edilmədiyi halda sifarişçi icra şöbəsinə qeri qaytarılması bildirilmişdir. İş üzrə LPO “xxxx” QSC KB tərəfindən “X2 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktublarına əsasən ipoteka predmeti olan təkrar hərracdakı ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətə, yəni Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77/9 ünvanında yerləşən 52,9 kv.m. qeyriyaşayış sahəsinin 110.925 manata, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 ünvanında 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37,1 kv.m. olan qeyri-yaşayış sahəsinin 47.073 manata, Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsində yerləşən 6 saylı evin 5 saylı mənzilinin 112.401,45 manat LPO “xxxx” QSC KB tərəfindən əldə olunması məqsədilə müvafiq alqı-satqı müqavilələrinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetlərinin LPO “xxxx” QSC KB-nin adına rəsmiləşdirilməsini xahiş etmişdir. İş üzrə “X2 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında Y-35 No-li, xx.xx.2020-ci il tarixli protokolun kserosurətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7540/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin 97541/xx-xx-156839 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 77/9 nömrəli evi ilkin satış qiyməti 174.000 manata hərraca çıxarılmış, keçirilən iki hərrac baş tutmadığına görə həmin əmlakı 110.925 manata ipoteka saxlayan “LPO “xxxx” QSC KB-yə satılmışdır. İş üzrə “X2 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında Y-36 No-li, xx.xx.2020-ci il tarixli protokolun kserosurətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3235/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin 77121/19-16-15 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən X1 mülkiyyətində olan Bakı şəhəri, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 73.840 manata hərraca çıxarılmış, keçirilən iki hərrac baş tutmadığına görə həmin əmlakı 47073 manata ipoteka saxlayan “LPO “xxxx” QSC KB-yə satılmışdır. İş üzrə “X2 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında Y-36/1 Noli, xx.xx.2020-ci il tarixli protokolun kserosurətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3235/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin 77121/19-16-15 6838 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 6 nömrəli binanın 5 saylı mənzili ilkin satış qiyməti 176.316 manata hərraca çıxarılmış, keçirilən iki hərrac baş tutmadığına görə həmin əmlakı 112.402 manata ipoteka saxlayan “LPO “xxxx” QSC KB-yə satılmışdır. İş materiallarında olan “Market” qəzetinin müxtəlif buraxılışında dərc olunmuş məlumatdan görünür ki, ipoteka predmetlərinin ilkin satış qiymətləri göstərilməklə, hərraca çıxarılacağı barədə kütləvi informasiya vasitələrində hərracın keçiriləcəyi yer göstərilməklə elan dərc edilmiş, ilkin hərrac baş tutmadığından, növbəti tarixlərdə təkrar hərraca çıxarılacağı barədə elan dərc edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin araşdırılmış halları ilə müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-cı il tarixli və xx.xx.2018-ci il tarixli qətnamələri qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və qətnamələrin icrası ilə bağlı, yəni tutmanın ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı icra şöbəsi tərəfindən “X3 Mərkəzi” MMC-yə sifariş verilmişdir. Hərrac mərkəzi tərəfindən ipoteka predmeti olan daşınmaz əmlakların açıq hərracdan satılması ilə əlaqədar “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq hərracda iştirak etmək hüququ olan şəxslərə, o cümlədən iddiaçılara bildirişlər göndərilmişdir. İddiaçılar həmin bildirişləri alsalar da, keçirilən hərracda iştirak etməmişlər. İlkin hərracda mübahisəli əmlakların alıcısı olmadığından hərrac baş tutmamış və bu səbəbdən hərrac mərkəzi tərəfindən təkrar hərrac təyin olunmuşdur. Təkrar hərracın xx.xx.2020-ci il tarixdə keçirilməsi təyin olunduqdan sonra “X2 Mərkəzi” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Səbail rayon icra və probasiya şöbəsinə və Ləğv prosesində olan “xxxx” QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra ƏSF LPO “xxxx” QSC) hərraca çıxarılan əmlakların alıcısı olduğu üçün, lakin İddiaçı1 əmlaklara baxış keçirtməyə maneə olduğu üçün hərracın təxirə salınması barədə məlumat vermiş və əmlaklara baxış keçirtməyə şərait yadarılması xahiş olunmuşdur. Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən “X2 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 97541/19-16-15-691 saylı məktubda göstərilmişdir ki, borclu tərəf qeyd olunan əmlaklara baxış keçirilməsi ilə bağlı hər hansı maneə yaratmır və istənilən vaxt qeyd olunan əmlaklara qanunvericiliyin tələblərinə uyğun olaraq baxış keçirilməsinə razıdır. Həmin məktub əsasında hərrac mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə təkrar hərracın xx.xx.2020-ci il tarixdə keçirilməsi ilə bağlı tərəflərə (ipoteka qoyanlara və ipoteka saxlayana) bildiriş göndərilmiş, xx.xx.2020-ci il tarixdə təkrar hərrac baş tutmamış elan edildikdən sonra, “X2 Mərkəzi” MMC tərəfindən ipoteka predmetləri ipoteka saxlayana təklif olunmuş, xx xxxx 2020-ci il tarixdə hərracın nəticəsi haqqında protokollar tərtib olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 416-cı və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hərracın keçirilməsinin ümumi qaydaları müəyyən edildiyi halda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə keçirilən hərracın xüsusiyyətləri nəzərə alınmaqla qaydalar müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata, (hərracın təşkilatçısına) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. , Həmin Qanunun 43.6-cı maddəsinə əsasən, təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, kollegiya belə qənaətə gəlir ki, ipoteka predmeti olmuş Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 76,5 kv.m. ümumi, 48,8 kv.m.yaşayış, 27,7 kv.m. yardımçı sahədən ibarət 6 nömrəli binanın 5 saylı mənzili, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 56 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 37,1 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77/9, ümumi sahəsi 53,9 kv.m. olan qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi məqsədilə “X2 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan “X2 Mərkəzi” MMC-nin qanunun tələblərinə riayət edilməklə xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə keçirilən hərraclarla bağlı ipoteka saxlayana, ipoteka qoyana məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. Bununla da, mübahisəsiz qaydada təsdiq olunur ki, hərracın təyin olunması və keçirilməsindən ipoteka qoyan və ipoteka saxlayanın kifayət qədər məlumatı olmuşdur. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Göründüyü kimi, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə keçirilən hərraclarla bağlı həm bildiriş, həm də kütləvi informasiya vasitələrində məlumat dərc edilməklə tərəflər məlumatlı olmuşlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014cü il tarixli qərarında imperativ şəkildə qeyd olunmuşdur ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Kollegiya qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, üçüncü hərracın keçirilməsi ilə bağlı iddiaçı tərəfin dəlili əsaslı hesab edilə bilməz. Belə ki, xx.xx.2020-ci il tarixə təyin edilmiş təkrar hərrac “X2 Mərkəzi” MMC-nin xx.xx.2020-ci il tarixli məktubu ilə təxirə salınmış, hərrac keçirilməmişdir. “X2 Mərkəzi” MMC tərəfindən sifarişçinin xx.xx.2020-ci il tarixli məktubundan sonra təkrar hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Bu barədə “Market” qəzetinin xx.xx.2020-ci il tarixli buraxılışında (i/v 115) LOT 639/19/2 və LOT 640/19 saylı məlumatlarından da müəyyən olunur ki, birinci hərrac xx.xx.2020-ci il tarixə təyin edilmiş, həmin hərrac baş tutmadığından təkrar hərrac xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Beləliklə kollegiya hesab edir ki, hərracın etibarsızlığı üçün əsaslar müəyyən olunmadığından, hərracın nəticəsi haqqında protokolların və hərracın etibarsızlığı, ipotekaya xitam verilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh LPO QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)- 1030/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar