Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-789/2025 17.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdehlər Cavabdeh2, Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X10 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) mülki iş üzrə Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakda payların müəyyən edilməsi X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X14 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X19, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdehlər Cavabdeh2, Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X10 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-1480/2024 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X11 ilə X12 arasında xx.xx.1949-cu il tarixdə nikah bağlanmış, bundan sonra ərə Yunusov, arvada Yunusova soyadı verilmişdir. Həmin nikahdan X13, Cavabdeh2 və X10 doğulmuşdur. X1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rəhman Əşrəfov küçəsi, döngə 1, ev 19 (Yeni qaydalarla: AZ1041, ünvan 1 ünvanında yaşamışdılar. X11 xx.xx.1978-ci il tarixdə, X15 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir.
2. X13 xx.xx.1996-cı il tarixdə Sultanova (Yunusova) Şəfiqə Sahib qızı ilə nikaha daxil olmuşdur. Həmin nikahdan İddiaçı1 və İddiaçı3 doğulmuşdur. X13 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2188/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı2 qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 ünvan 2 ünvanında yerləşən 19 saylı evə köçürülmüşdür. Həmin qətnamədən cavabdeh İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-594/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilmişdir. Bu qətnamədən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2404/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. xx.xx.2023-cü il tarixdə yuxarıda göstərilən 19,70 kv.m. fərdi yaşayış evinə və onun yerləşdiyi 0,039630 kv.m torpaq sahəsinə dair X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli, 2V-60 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 miras qalmış (həmin fərdi yaşayış evi və torpaq sahəsi) əmlakdan Cavabdeh2 1/2 payı müəyyən edilmiş (½ hissə isə açıq saxlanılmışdır) və sonuncu xx.xx.2023-cü il tarixdə öz payına dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdehlər Cavabdeh2, Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X10 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adına açılmış xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (Reyestr № 2V-60, vərəsəlik işinin nömrəsi: V-26/2023) etibarsız hesab edilməsi, ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən həmin şəhadətnamə əsasında Cavabdeh2 adına verilmiş qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı Şəhər Ərazi idarəsi tərəfindən ünvan 3 (yeni qaydalarla:AZ1041, ünvan 1 ünvanda yerləşən X4 adına xüsusi mülkiyyət növünə aid olan, ümumi sahəsi 19.70 kv.m, torpaq sahəsinin ölçüsü (hektarla) 0.039630 ha təşkil edən miras əmlakla bağlı onların 5/6 hissədə, Cavabdeh2 Məmmədli oğlunun isə 1/6 hissədə paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçılar tələbini onunla əsaslandırmışdırlar ki, ünvan 3 ünvanda yerləşən mübahisəli yaşayış evi (əri və ataları) Yunusov Mirsoqulinin atası X11 və anası X15 tərəfindən birgə nikah dövründə inşa olunmuşdur. Həmin evdə onların özləri və övladları Yunusov Mirsoquli, qızı Yunusova Anaxanım və Cavabdeh2 yaşamışlar. 1950-ci il təvəllüdlü Yunusova Anaxanım valideynlərinin sağlığında 1970-ci ildə ailə həyatı quraraq daimi yaşamaq üçün başqa ünvana köçmüş, hazırda ünvan 4oldaşı və uşaqları ilə birlikdə yaşayır. Ata - Yunusov Məmmədəli 1978-ci ildə vəfat etmiş və həmin vaxt mübahisəli evdə onun arvadı Yunusova Firuzə, oğulları Yunusov Mirsoquli və Cavabdeh2 yaşamışlar. Müvafiq olaraq da atadan qalmış miras payının, yəni mübahisəli evdən atanın payına düşən 1/2 hissədən ibarət mirası arvadı Yunusova Firuzə, oğulları Rzaqulu və Mirsoqulu faktiki qəbul edərək yiyələnmişlər. Mübahisəli evin 1/2 hissəsinin ananın mülkiyyətində olması nəzərə alındıqda, atadan qalmış 1/2 paya ana, oğulları Cavabdeh2 və Yunusov Mirsoqulunun hüquqları müəyyən edilməklə, ananın payının 4/6 hissədə, Rzaqulu və Mirsoqulinin hər birinin payının isə 1/6 hissədə olması müəyyən olunur. 1990-1991-ci illərdə Cavabdeh2 Bakı şəhəri, Binə qəsəbəsi, Bolluq yaşayış massivi, 2-ci sahədə yerləşən ünvanda özünə ev tikərək həyat yoldaşı X32 (xx.xx.1964) və qızı Mirzəyeva (Yunusova) Xəyalə Rzaqulu qızı (xx.xx.1987) ilə birlikdə birdəfəlik mübahisəli evdən köçüb getmiş, mübahisəli evdə isə Yunusova Firuzə və onun oğlu (mərhum əri) Mirsoquli ilə birlikdə yaşamaqda davam etmişlər. Həyat yoldaşı X5 xx.xx.2021-ci il tarixdə vəfat etməsindən sonra Cavabdeh2 iddia qaldıraraq ünvan 2 ünvanında yerləşən 19 saylı evə köçürülməsini tələb etmiş və nəticədə onun iddiası təmin edilməmişdir. Həmin icraat zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 və onun arvadı X32, uşaqları Mirzəyeva (Yunusova) Xəyalə Rzaqulu qızı, X16, X22, X17 və X21 ünvan 6 ünvanda qeydiyyatda olsalar da, 31 ildən artıq bir müddətdir ki, orada yaşamırlar. xx.xx.1996-cı il tarixdə X15 da vəfat etmiş və sonuncudan qalan miras payını yalnız mərhum əri Mirsoquli faktiki qəbul edərək yiyələnmişdir. 1996-cı ildə Mirsoquli onunla ailə həyatı qurduqdan sonra o, həmin evə gəlin köçüb Mirsoquli ilə birgə orada yaşamışdır. Ananın payının 4/6 hissədə, Mirsoqulinin payının isə 1/6 hissədə olması nəzərə alındıqda, sonuncu anasının payını da qəbul etməklə, nəticədə onun payı 5/6 hissə təşkil etmişdir. xx.xx.2021-ci il tarixdə həyat yoldaşı Yunusov Mirsoquli da vəfat etmiş və ondan qalan miras payını ailə üzvləri sonuncu ilə birgə nikahından olan övladları, yəni iddiaçlar 1997-ci il təvəllüdlü İddiaçı1 və 1999-cu il təvəllüdlü İddiaçı3 faktiki qəbul edərək yiyələnmişdirlər. Lakin bütün qeyd olunanlara baxmayaraq, cavabdeh xx.xx.2023-cü il tarixdə qanunsuz olaraq atasının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Həmin Çıxarış əsasında əmlakın ½ hissəsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisi tərəfindən qanun üzrə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, qalan ½ hissə isə açıq saxlanılmışdır (Reyestrdə 2V-60 №-ilə qeyd edilib, Vərəsəlik işinin nömrəsi:V-26/2023). ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən ünvan 3 (yeni qaydalarla: AZ1041, ünvan 1 ünvanda X4 adına xüsusi mülkiyyət növünə aid olan, ümumi sahəsi (kvadratmetrlə) 19.70 kv.m, torpaq sahəsinin ölçüsü (hektarla) 0.039630 ha təşkil edən, payı tam olmaqla qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən ünvan 3 (yeni qaydalarla: AZ1041, ünvan 7 ünvanda Cavabdeh2 adına, payı ½ hissədə olmaqla qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, X4 payının ½ hissəsi açıq saxlanılmışdır. Əvvəla, qeyd olunmalıdır ki, ölmüş şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi qanunla mümkün deyil, yəni bunun hüquqi bazası yoxdur. Lakin, mövcud təcrübəyə görə, bir çox hallarda notariusun məktubu əsasında reyestr xidməti orqanı ölmüş şəxsin adına çıxarış verir ki, vərəsəlik işi aparıla bilsin və bu zaman “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi rəhbər tutulur. Hazırki halda isə, göstərilənlərin ziddinə olaraq, Cavabdeh2 mərhum atanın adına çıxarış almış və birinci dərəcəli vərəsə olaraq 1/2 paya şəhadətnamə almışdır. Əgər mübahisəli evin tikildiyi vaxtdan mərhum atanın mülkiyyəti olmasını qəbul etsək (hansı ki, qeydiyyat orqanı məhz belə hesab etdiyi üçün çıxarış vermişdir), onda mirasın açıldığı vaxt xx.xx.2023-cü il (çıxarış alındığı tarix) deyil, atanın öldüyü vaxtdan, yəni 1978-ci il qəbul olunmalı və yuxarıda qeyd etdiyim qaydada mirasın faktiki qəbulu ilə bağlı ardıcıllıq qaydasında vərəsələr arasında bölünməlidir. Yox əgər mirasın açıldığı vaxt xx.xx.2023-cü il hesab olunarsa, onda miras əmlak miras qoyanın üç vərəsəsi: yəni mərhum əri Yunusov Mirsoquli, qızı Yunusova Anaxanım və Cavabdeh2 arasında bərabər paylarla bölünməlidir. Hər bir halda onlar olaraq, mərhum atanın adına xx.xx.2023-cü il tarixdə çıxarış verilməsini mübahisələndirmirlər, amma, bununla yanaşı, istəyirlər ki, bu tarix mirasın açıldığı tarix kimi qiymətləndirilməsin. Tələbləri ondan ibarətdir ki, mirasın açıldığı vaxt mərhum Yunusov Məmmədəlinin öldüyü tarix hesab olunmaqla və miras evin sonuncu ilə mərhum arvadının birgə mülkiyyəti olması nəzərə alınmaqla, məhz həmin tarixdən indiyə kimi mirasın faktiki qəbulu ilə bağlı baş verənlər nəzərə alınmaqla paylar müəyyən olunsun. Miras əmlakla bağlı yuxarıda göstərdiyi qayda tətbiq olunduqda, onlar, yəni İddiaçı2, Yunusov Lamiyə və İddiaçı3 payı 5/6, Cavabdeh2 payı isə 1/6 hissədə müəyyən olunmalıdır.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)- 1480/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X3 miras qalmış ünvan 3 (yeni qaydalarla: AZ1041, ünvan 1 ünvanda yerləşən əmlaka 1/6 hissədə İddiaçı2, 1/6 hissədə İddiaçı1 və 1/6 hissədə İddiaçı3 miras paylarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X34).
8. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, mübahisəli hüquq münasibəti 1978-ci ildən yarandığından hazırkı mübahisəyə 2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Belə ki, miras qoyan tərəfindən vəsiyyətnamə tərtib edilməmişdir. Belə olan halda isə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilir. Belə ki, X11 xx.xx.1978-ci il tarixdə öldüyü zaman sağ olan övladları onun qanun üzrə vərəsəsi sayılır. Tərəflər məhkəməyə Məmmədəli Yunusovun vərəsələrinin dairəsi ilə bağlı hər hansı bir sübut təqdim etməsə də, işdə iştirak edən şəxlərin məhkəmədə verdiyi izahatlarından onun vərəsələrinin mərhum X6 xx.xx.1978-ci ildə öldüyü vaxt sağ olan övladları olması müəyyən edilir. Eyni zamanda vərəsə X5 vərəsələri, yəni İddiaçı2, İddiaçı1 və İddiaçı3dur. Belə ki, mərhum X13 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində öldüyündən həyat yoldaşı İddiaçı2, qızı İddiaçı1 və oğlu İddiaçı3 ondan miras qalmış payı tələb etmək hüquqları yaranmışdır. İşin mübahisəsiz halıdır ki, miras qoyanın 3 övladı olmuşdur. Hazırda övladı Cavabdeh2 vərəsəliyi qəbul etməklə ondan miras qalan əmlaka ½ hissədə qanun üzrə vərəsəlik şəhadətnaməsi alınmışdır. Digər vərəsə X13 xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən, onun həyat yoldaşı İddiaçı2, qızı İddiaçı1 və oğlu İddiaçı3 mirası faktiki qəbul etməklə mirasda pay hüququ əldə etmişlər. Miras qoyanın digər övladı X10 isə öldüyü vaxtdan hazıradək notariat orqanına mirası qəbul etmək barədə ərizə verməmiş və mirası faktiki qəbul etməmişdir.
9. Eyni zamanda məhkəmə iddiaçıların iddia ərizəsində və onların nümayəndəsi və vəkilinin izahatında “1990-1991-ci illərdə Cavabdeh2 Bakı şəhəri, Binə qəsəbəsi, Bolluq yaşayış massivi, 2-ci sahədə yerləşən ünvanda özünə ev tikərək həyat yoldaşı X32 (xx.xx.1964) və qızı Mirzəyeva (Yunusova) Xəyalə Rzaqulu qızı (15.09.87) ilə birlikdə birdəfəlik mübahisəli evdən köçüb getməsi, mübahisəli evdə isə ana Yunusova Firuzə və oğlu mərhum əri Mirsoquli birlikdə yaşamaqda davam etdiyini, cavabdehin miras əmlakı qəbul etməməsi” barədə dəlillərinə qiymət verərək hesab etmişdir ki, iddiaçıların iddia ərizəsində və onların nümayəndəsi və vəkilinin izahatında qeyd edilənləri onlar yalnız formal mülahizələrə əsaslanmışlar və bu barədə sübutları məhkəməyə təqdim etməmişdirlər. Sonuncuların göstərdiklərinin məhkəmə araşdırması zamanı işin faktiki hallarına uyğun olmaması müəyyən edilmişdir. Buna görə də, məhkəmə iddiaçıların iddia ərizəsində və onların nümayəndəsi və vəkilinin izahatında qeyd ediklərini inandırıcı hesab etməmişdir. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, miras qoyanın üç övladı olduğundan, övladlarından biri müraciət etmədiyindən ½ pay almaq hüququ olmuşdur. Belə olan halda, notariat orqanı tərəfindən mirasqoyanın ölümü ilə bağlı hazırki iş üzrə iddiaçı və cavabdehə ½ hissədə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilən zaman qaunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə hər hansı pozuntuya yol verilməmişdir.
10. Məhkəmə iddiaçıların miras əmlakdan payı ilə bağlı qeyd etmişdir ki, miras mənzil və torpaq sahəsi üzərində mərhum X4 arvadı İddiaçı2, eləcə də övladları İddiaçı1 və İddiaçı3 ayrı-ayrılıqda miras əmlakda payları mövcuddur. Belə ki, arvadı İddiaçı2, eləcə də övladları İddiaçı1 və İddiaçı3dur. X13 miras açıldıqdan sonra (xx.xx.1978) məcburi payı tələb etmək hüququnu həyata keçirmədən ölmüş və mirasdan pay almaq hüququ onun vərəsələri arvadı İddiaçı2, eləcə də övladları İddiaçı1 və İddiaçı3 keçmişdir. Belə ki, iddiaçılar ərizə ilə notariat orqanına müraciət etməsələr də mübahisəli əmlakı idarə etməklə mirası faktiki qəbul etmişlər. Məhkəmə hesab etmişdir ki iddiaçılar mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməsələr də, mübahisəli əmlakı faktiki qəbul etdiklərindən onların həmin əmlakdan pay almaq hüquqları vardır və iddia həmin hissədə əsaslıdır.
11. Məhkəmə hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olan) 527-528-ci, 530-cu, 532-533-cü, 552-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-78-ci, 80-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Həmin qətnamədən İddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.
13. İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tələbinin atasından miras qalmış həmin yaşayış sahəsi ilə bağlı deyil, qeyd edilən ünvanda yerləşən torpaq sahəsində sonradan inşa edilmiş iki otaqlı yaşayış sahəsi ilə bağlı olduğunu, payına düşən torpaq sahəsində tikdirdiyi evinin adına rəsimləşdirilməsini istədiyini bildirmişdir. Onun həmin torpaq sahəsində yeni yaşayış evi tikdirməsi və ailə üzvləri ilə birlikdə qeyd olunan ünvanda yaşamasına dair izahatında göstərilənlər isə həqiqətə uyğun deyil. Bundan başqa, məhkəmə iddianın təmin edilməyən hissəsində iddia ərizəsində göstərilən dəlillərə düzgün hüquqi qiymət verməmiş və qeyd edilənlərin yalnız formal mülahizələrə əsaslanılmasını, bu barədə sübutların məhkəməyə təqdim edilmədiyini, həmin xüsusatların işin faktiki hallarına uyğun olmaması nəticəsinə gəlmişdir. Bundan başqa, məhkəmə qeyd olunan qətnamə ilə miras əmlak üzərində payları müəyyən edərkən Mülki Məcəllənin 1261-ci maddəsinin tələbini də nəzərə almamışdır. Belə ki, hazırki iddia tələbi üzrə mülki işə baxılarkən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 nümayəndəsi X38 izahatında babasından miras qalmış həmin əmlakdan qanun üzrə miras payını əldə etmədiyini, pay tələb etmək fikrində olmadıqlarını, onun və övladlarının orada yaşamalarını bildirməklə miras payından faktiki olaraq onların xeyrinə imtina etmişdir. Məhkəmə ölmüş şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin qanuni olub-olmamasına hüquqi qiymət verməmişdir. Halbuki, ölmüş şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi hər hansı bir qanunla tənzimlənməmişdir. Məhkəmə mübahisəli evin 1/2 hissəsinin ananın mülkiyyətində olmasını, atadan qalmış 1/2 paya ana, oğulları Cavabdeh2 və Yunusov Mirsəqulunun hüquqları müəyyən edilməklə, ananın payının 4/6 hissədə, Rzaquluvə Mirsəqulunun hər birinin payının isə 1/6 hissədə olmasını nəzərə almamışdır. Müvafiq olaraq da atadan qalmış miras payının, yəni mübahisəli evdən atanın payına düşən 1/2 hissədən ibarət mirası ana Yunusova Firuzə, oğulları Rzaqulu və Mirsəqulu faktiki qəbul edərək yiyələnmişlər. Bundan başqa, məhkəmə qeyd olunan qaydada payları müəyyən etməklə nəzərə almamışdır ki, onlar miras əmlaka faktiki sahiblik etməklə yanaşı miras əmlakı faktiki idarə edirlər. Miras əmlakın kütləsi kimi mübahisəli yaşayış sahəsi faktiki qəbul olunmaqla həmin yaşayış sahəsinin saxlanılması, dağılmaması üçün o və övladları olan digər iddiaçılar kifayət qədər maddi vəsait xərcləyib əsaslı təmir etdirmişdirlər. Göründüyü kimi, məhkəmə tərəfindən vərəsələr arasında payların bölünməsi düzgün müəyyən edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətini qəbul etməmiş, miras əmlakdan başqa həmin torpaq sahəsi üzərində sonradan başqa bir tikilinin də inşa edildiyini, həmin tikilidə də onun payının olduğunu bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən iddiaçılar İddiaçı1, İddiaçı3, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10 məhkəmə iclasına gəlməmiş, cavabdeh Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə həmin iddiaçıların, üçüncü şəxsin və cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin xx.xx.1965-ci il tarixdə qüvəyə minmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR-nin Mülki Məcəlləsinin: 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur; 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar; 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur; 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır.
19. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159-cu və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd etmişdir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi xahiş olunduğundan qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işdə iştirak etmiş tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməyərək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.
26. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən və bu sahəni tənzimləyən digər aidiyyəti müddəalarına istinadən ilk növbədə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyrirəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
27. Qanunvericiliyin mənasına görə miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı).
28. Vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsızlığı məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır.
29. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, hazırki iş üzrə iddiaçılar İddiaçı2, habelə İddiaçı1 və İddiaçı3 müvafiq olaraq X5 arvadı və uşaqlarıdır. Mübahisə predmetini təşkil edən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rəhman Əşrəfov küçəsi, döngə 1-də yerləşən 19 saylı (Yeni qaydalarla: AZ1041, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Nizami Abbasov küçəsi, ev 167), 19,70 kv.m ölçüdə fərdi yaşayış evi və onun yerləşdiyi 0,039630 ha torpaq sahəsi sonuncunun atası X8 məxsus olmuş, əmlak olaraq onunla X9 (nikah xx.xx.1949-cu il tarixdə bağlanmış) birgə nikahda olan dövrdə əmələ gəlmişdir. Bu baxımdan həmin əmlak üzərində onların hər birinin ½ hissədə pay hüququ yaranmışdır. Onlar, birgə nikahlarından olmuş X13, Cavabdeh2 (bundan sonra cavabdeh) və X10 ilə birlikdə həmin əmlakda yaşamışdılar.
30. X11 xx.xx.1978-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt mübahisəli əmlakda X15 (arvadı), X13 (oğlu) və Cavabdeh2 (oğlu) yaşamışdır. X10 həmin vaxt artıq bu əmlakda yaşamamış, nikahda olmuş, öz ailəsi ilə birlikdə başqa ünvanda yaşamışdır. Hüquqi nəticə etibarı ilə X4 ölümündən sonra onun arvadı və uşaqlarından ikisi (X13 və Cavabdeh2) ondan miras qalmış əmlakı faktiki qəbul etmiş vərəsə hesab edilməli və onların hər birinin miras əmlakda payı müəyyən edilməlidir. X10 əmlakı faktiki qəbul etməmişdir. İşə birinci instansiya məhkəməsində baxılan zaman üçüncü şəxs qismində işə cəlb edilmiş X10 (nümayəndəsi (oğlu) X38 vasitəsi ilə) miras payı əldə etmədiyini, miras əmlakdan onların (iddiaçılar və cavabdehin) pay almasına etiraz etmədiyini bildirmişdir. Bununla belə, X4 ölümündən sonra ondan miras qalmış əmlakdan (1/2 hissə) onun vərəsələrinin hər birinin (arvadı X15 + 2 oğlu = 3 vərəsə) 1/6 hissədə pay almaq hüququ yaranmışdır.
31. X15 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Həmin vaxt bu əmlakda yalnız X13 yaşamış, digər oğlu, yəni cavabdeh bu tarixdən əvvəl arvadı və uşaqları ilə birlikdə artıq başqa ünvana köçmüş və bugünədək həmin ünvanda yaşayır. Bu hal onunla X5 arvadı, hazırki iş üzrə iddiaçı arasında mübahisəli əmlaka köçürülməsi tələbinə dair mülki işə baxılan zaman da öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh İddiaçı2 qarşı mübahisəli əmlaka köçürülməsi tələbinə dair iddia qaldırmışdır. Onun iddiası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2188/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilsə də, iddiaçının apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-594/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə bu qətnamə ləğv edilmiş və iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi də 2(102)- 2404/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin nəticəsi ilə razılaşmışdır. Həmin icraat çərçivəsində İddiaçı2 cavabdehin 1991-ci ildən ailə üzvləri ilə birlikdə mübahisəli əmlakdan köçdüyünü və 31 ildən artıq müddətdir ki, Bakı şəhəri, Binə qəsəbəsi, Bolluq massivi, 2-ci sahədə yerləşən ünvanda yaşamağa başladığını bildirmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi də məhz bu halları, o cümlədən Cavabdeh2 mübahisəli əmlakda yaşamamasını, uzun illər ərzində bu əmlaka köçürülməsi ilə bağlı təşəbbüsünün olmamasını, daimi əsaslarla yaşamaq üçün başqa yaşayış sahəsinə sahib olmaqla köçüb orada yaşamasını müəyyən edərək iddianı rədd etmişdir. Bununla belə, cavabdeh nə həmin, nə də ki, hazırki icraatda anası X15 vəfat etdiyi vaxt mübahisəli əmlakda yaşadığını sübuta yetirə bilməmişdir. İşdə olan sənədlərlə də bu hal öz təsdiqini tapmır.
32. Bununla belə, X9 ölümündən sonra ondan miras qalmış əmlakı (ona məxsus 3/6 + ərindən miras qalmış 1/6 = 4/6 hissə) faktiki olaraq həmin əmlakda yaşayan onun oğlu X13 qəbul etmiş, bununla da onun əmlakdan 5/6 hissədə pay almaq hüququ yaranmışdır. Bundan sonra X13 xx.xx.1996-cı il tarixdə iddiaçı Sultanova (Yunusova) Şəfiqə Sahib qızı ilə nikaha daxil olmuş, həmin nikahdan da iddiaçılar İddiaçı1 və İddiaçı3 doğulmuşdur. Həmin vaxtdan da bügünədək onlar mübahisəli əmlakda yaşayırlar. Bu hal 31-ci bənddə göstərilən məhkəmə mübahisəsi çərçivəsində də öz təsdiqini tapmışdır. X13 xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış əmlakdan (5/6 hissə) məhz həmin vaxt bu əmlakda yaşayan onun birinci növbəli vərəsələrinin pay almaq hüququ yaranmışdır.
33. Buna baxmayaraq, cavabdehin təşəbbüsü ilə mübahisəli əmlak xx.xx.2023-cü il tarixdə onun mərhum atasının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bundan sonra cavabdehin müraciəti əsasında Əmlak Xidmətləri məkanında 12 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən ona bu miras əmlakın ½ hissəsinə vərəsəlik hüququ (irs almaq hüququ) tanınmış, ½ hissəsinə isə pay açıq saxlanlmışdır. Şəhadətnamə əsasında da bu əmlakın ½ hissəsinə xx.xx.2023-cü il tarixdə cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda da mülkiyyətindədir.
34. Birinci instansiya məhkəməsi də miras qoyanın (ata, daha sonra ana) öldüyü vaxt miras əmlakı faktiki olaraq qəbul edən şəxslərin dairəsini düzgün müəyyən etməmiş və nəticədə miras qalmış əmlakdan onunla X9 birgə nikahından olmuş X5 və Cavabdeh2 hər birinin ½ hissədə pay almaq hüququnun yaranması qənaətinə gələrək, iddiaçıların yalnız bu əmlakın ½ hissəsinə hər birinin 1/6 hissədə miras paylarını müəyyən etmişdir.
35. Halbuki, yuxarıda göstərilənlər cavabdehə verilmiş xx.xx.2023-cü il tarixli, 2V-60 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsini, həmin şəhadətnamə əsasında miras qalmış əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini, miras qalmış əmlakın 5/6 hissəsi üzərində iddiaçıların (hər birinin payı 5/18 hissə olmaqla), 1/6 hissəsi üzərində isə cavabdehin payının tanınmasını şərtləndirir. Belə ki, hüquqi nəticə etibarı ilə iddiaçıların hər biri payının müəyyən edilməsini tələb edir və bu baxımdan onların miras əmlakda hər birinin payı müəyyən edilməlidir.
36. Məhkəmə kollegiyası bu qənaətə gələrkən mübahisəli əmlakda hazırda məhz iddiaçıların yaşamasını, X5 ölümündən sonra məhz iddiaçıların ondan miras qalmış əmlakı faktiki olaraq onun birinci növbəli vərəsələri kimi qəbul etməsini, onların arasında bu məsələ üzrə hər hansı mübahisənin olmamasını, vərəsəlik hüquqularını ümumi mövqedən çıxış edərək mübahisələndirmələrini, hazırda İddiaçı2 da ümumi əmlak maraqlarından çıxış etməsini, habelə digər iddiaçıların da mirasda paylarının müəyyən edilməsinin zəruriliyini və hüquqi nəticə etibarı ilə miras əmlakdan onlara çatmalı olan payın miqdarını nəzərə almış və nəticədə iddiada tələb edildiyi kimi ümumi olaraq deyil, onların hər birinin həmin əmlakın 5/18 hissəsi üzərində payını tanımışdır.
37. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, X3 miras qalmış əmlaka (fərdi yaşayış evi və torpaq) dair cavabdehə verilmiş xx.xx.2023-cü il tarixli, 2V-60 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında bu əmlakla bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilməli, həmin əmlakın 5/18 hissəsi üzərində İddiaçı2, 5/18 hissəsi üzərində İddiaçı1, 5/18 hissəsi üzərində İddiaçı3, 1/6 hissəsi üzərində isə cavabdehin payı tanınmalı, iddia qalan hissədə rədd edilməlidir. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tələb edilmədiyindən İddiaçı2 aid edilməlidir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1480/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. X3 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rəhman Əşrəfov küçəsi, döngə 1, 19 saylı (ümumi sahə 19,70 kv.m) evə (yeni qaydalarla: AZ 1041, ünvan 1 və həmin fərdi yaşayış evinin yerləşdiyi ümumi sahəsi 0,039630 ha olan torpaq sahəsinə dair Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisi tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli, 2V-60 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilsin. Həmin şəhadətnamə əsasında bu əmlakla bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilsin. X3 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rəhman Əşrəfov küçəsi, döngə 1, 19 saylı (ümumi sahə 19,70 kv.m) evin (yeni qaydalarla: AZ 1041, ünvan 1 və həmin fərdi yaşayış evinin yerləşdiyi ümumi sahəsi 0,039630 ha olan torpaq sahəsinin 5/18 hissəsi üzərində İddiaçı2, 5/18 hissəsi üzərində İddiaçı1, 5/18 hissəsi üzərində İddiaçı3, 1/6 hissəsi üzərində isə Cavabdeh2 payı tanınsın. İddia qalan hisədə rədd edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları İddiaçı2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.