Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-790/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Paşa Sığorta ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-790/2023 (Açar sözlər: “subroqasiya qaydasında pul tələbinə dair”) Bakı şəhəri 23 yanvar 2023-cü il Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X2 və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3502/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 23 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qala Sığorta ASC-də avtomobillərin kompleks sığortası növündə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtomobilə xx.xx.2020-ci il tarixdə Suraxanı rayonu Hövsan yolunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəyən ziyanın məbləği 33842,73 manat, sığorta ödənişi 33842,73 manat təşkil edir.
2. Qala Sığorta ASC ilə Paşa Sığorta ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli subroqasiya tələbinin güzəşt edilməsi barədə 93 saylı müqavilədən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli MV-C(Q) 00048-20 saylı sığorta müqaviləsi üzrə sığortalanmış İveco Crealis markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi üzrə Qala Sığorta ASC tərəfindən BakuBus MMC-yə 33842,73 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş, Qala Sığorta ASC-nin 33842,73 manat məbləğində sığorta ödənişinə əsasən malik olduğu subroqasiya hüququnu Paşa Sığorta ASC-yə güzəşt etmişdir.
3. xx.xx.2020-ci il tarixli ƏN-V № 176006 saylı etibarnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan ** ZU *** dövlət qeydiyyat nişanlı Azsamand minik markalı avtonəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabdeh1 etibar etmişdir.
4. Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, ** ZU *** dövlət qeydiyyat nişanlı Azsamand minik markalı avtonəqliyyat vasitəsi Xalq Sığorta ASC tərəfindən icbari sığorta növündə sığortalanmışdır.
5. Suraxanı RPİ DYPŞ-nın xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli İXP3558200 saylı inzibati protokola baxılaraq Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir.
6. Paşa Sığorta ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktından müəyyən olunur ki, Qala Sığorta ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növündə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtomobilə xx.xx.2020-ci il tarixdə Suraxanı rayonu Hövsan yolunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəyən ziyanın məbləği 33842,73 manat təşkil edir.
7. BakuBus MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli zərər aktından müəyyən olunur ki, ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealıs markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi məbləği 28680,28 manat, ƏDV 5162,45 manat təşkil edir.
8. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan ** ZU *** dövlət qeydiyyat nişanlı Azsamand minik markalı avtonəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən Cavabdeh1 törətdiyi yol nəqliyyat hadisəsində BakuBus MMC-nin mülkiyyətində olan ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir.
9. AzərTürk Bankın xx.xx.2021-ci il tarixli 3859 saylı ödəniş tapşırığından müəyyən olunur ki, MVC0074\21 (99JH114-xx.xx.2020) MVC0093/21 (99JH235-xx.xx.2020) MVC0094/21 (99JH976-xx.xx.2020) saylı akta əsasən 33902,74 manat BakuBus MMCnin bank hesabına ödənilmişdir.
10. Elektron çıxarışdan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixində Xalq Sığorta ASC tərəfindən sığorta aktına əsasən sığorta ödənişi olaraq 5000 manat ödənilmişdir.
11. Paşa Sığorta ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtomobilə vurulan ziyanla bağlı 5000 manatın Xalq Sığorta ASC tərəfindən ödənilməsi, qalan 28842,73 manatın 15 təqvim günü ərzində Paşa Sığorta ASC-nin bank hesabına ödənilməsi cavabdehlərdən xahiş edilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5208 saylı rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan zərər aktı məlumatlarına əsasən 2014-cü il buraxılışlı İveco Crealis markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtobusun təmir-bərpa xərci hadisə baş verən tarixə, yəni 2020-ci ilin iyun ayına təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 28433,58 manat. O cümlədən dəyişilməli hissələrin qiyməti 27033,58 (24213,42+2820,16) manat, təmir-bərpa işlərinin qiyməti 1400 manat müəyyən edilir. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 20924,16 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 19524,16 (16704+2820,16) manat və təmirbərpa işlərinin qiyməti 1400 manat təşkil edir.
13. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir.
14. Məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspeti X1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5208 saylı rəyini müdafiə edərək ifadəsində göstərmişdir ki, apardığı tədqiqat nəticəsində qərarda qeyd olunan avtobusun təmir-bərpa xərcinin müəyyən edilməsi zamanı iş materiallarında olan zərər aktında qeyd edilən zədələnmiş və dəyişməyə ehtiyacı olan hissələr nəzərə alınmaqla Bakı şəhəri avtohissələr satışı bazarlarında (mağazalarında) və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə olunmuşdur. Yekun qiymətin müəyyənləşdirilməsi meyarlarını, qiymətin satış məntəqələrində və servis müəssisələrində sabitliyi toplam stabil qiymətlərin ortalaşdırılması təşkil etmişdir. Metodika üzrə qeyd edilən avtobusların bir illik istismarına 5%-7%-dək aşınma nəzərdə tutlmuşdur. Bu hesaba 6 il (2020-2014) istismara təxminən 36% (2 il x 6%) amortizasiya aşınması müəyyən olunur. Həmin aşınma tətbiq edilməklə dəyişilməli hissələrin qalıq qiyməti 16704manat müəyyən olunur. Beləliklə, 2014-cü il buraxılışlı İveco Crealis markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtobusun təmir-bərpa xərci hadisə baş verən tarixə, yəni 2020-ci ilin iyun ayına təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 28433,58 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 27033,58 (24213,42+2820,16) manat, təmir-bərpa işlərinin qiyməti 1400 manat müəyyən edilir. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 20924,16 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 19524,16 manat və təmir-bərpa işlərini in qiyməti 1400 manat təşkil edir. Apardığı hesablama zamanı ƏDV nəzərə alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı Paşa Sığorta ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
16. Məhkəmə iclasında iddiaçı Paşa Sığorta ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh2 mülkiyyətində olan Cavabdeh1 tərəfindən etibarnamə əsasında idarə olunan ** ZU *** dövlət qeydiyyat nişanlı Azsamand markalı avtonəqliyyat vasitəsi ilə Qala Sığorta ASC tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealıs markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2020-ci il tarixdə TP3970942 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və Cavabdeh1 təqsirli hesab edilmişdir. Paşa Sığorta ASC tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmək məqsədi ilə sığortalı avtonəqliyyat vasitəsi təmir olunması üçün təmir mərkəzinə yönləndirilmişdir. BakuBus MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealıs markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi məbləği 28680,28 manat, ƏDV 5162,45 manat müəyyən edilmişdir. Paşa Sığorta ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 33842,73 manat məbləğində sığorta ödənişinin avtonəqliyat vasitəsinin təmiri üçün BakuBus MMCnin elektron qaiməsinə əsasən, hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Köçürülmə həyata keçirildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini Məhkəmə iclasında iddiaçı Paşa Sığorta ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh2 mülkiyyətində olan Cavabdeh1 tərəfindən etibarnamə əsasında idarə olunan ** ZU *** dövlət qeydiyyat nişanlı Azsamand markalı avtonəqliyyat vasitəsi ilə Qala Sığorta ASC tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealıs markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2020-ci il tarixdə TP3970942 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və Cavabdeh1 təqsirli hesab edilmişdir. Paşa Sığorta ASC tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmək məqsədi ilə sığortalı avtonəqliyyat vasitəsi təmir olunması üçün təmir mərkəzinə yönləndirilmişdir. BakuBus MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealıs markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi məbləği 28680,28 manat, ƏDV 5162,45 manat müəyyən edilmişdir. Paşa Sığorta ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 33842,73 manat məbləğində sığorta ödənişinin avtonəqliyat vasitəsinin təmiri üçün BakuBus MMC-nin elektron qaiməsinə əsasən, hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Köçürülmə həyata keçirildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığortası olan Xalq Sığorta ASC şirkəti tərəfindən 5000 manat məbləğində vəsait Paşa Sığorta ASC-nin bank hesabına köçürülmüşdür. Sığorta tərəfindən sığortalıya ödənilmiş qalıq məbləğ olan 28842,73 manat məbləğində vəsaitin Paşa Sığorta ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş lakin, cavabdehlər dəymiş zərər məbləğini ödəməkdən yayınmışlar. Mülki hüquq pozuntusu Cavabdeh1 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında iddiaçı Paşa Sığorta ASC-nin xeyrinə dəymiş ziyana görə 28842,73 manat sığorta ödənişinin və ödənilmiş 176,53 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir.
17. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Cavabdeh2 mülkiyyətində olan ** ZU *** dövlət qeydiyyat nişanlı İveco Crealıs markalı avtonəqliyyat vasitəsini xx.xx.2020- ci il tarixdə mülkiyyətçinin etibarnaməsi əsasında Bahar qəsəbəsindən Hövsana gedən yolda idarə edərkən fikirli olduğundan və stop işarəsini görmədiyindən eyni istiqamətdə qarşısında hərəkətdə olan BakuBus ilə toqquşmuşdur. Maddi imkanı olmadığından iddiaçının tələb etdiyi məbləği ödəyə bilməz. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir.
18. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh1 ** ZU *** dövlət nömrəli avtonəqliyyat vasitəsini qanunvericiliyin müəyyən etdiyi qaydada və qanuni qüvvədə olan etibarnamə əsasında idarə etmiş və onun sürücülük hüququ mövcud olmuşdur. Belə olan halda hazırki iddia tələbi üzrə cavabdeh qismində avtonəqliyyat vasitəsinin mülkiyətçisinin işə cəlb edilməsi qanunsuz, iddiaçının Cavabdeh2 qarşı tələbi əsassızdır. Ona görə də iddia ərizəsinin Cavabdeh2 münasibətdə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.
19. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
20. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3502/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi, Cavabdeh1 maddi ziyana görə 15924,16 manat, dövlət rüsumuna görə 176,53 manat olmaqla cəmi 16100,69 manat Paşa Sığorta ASC-nin xeyrinə tutulması, Cavabdeh1 iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 60 manat dövlət nəfinə tutulması, iddia ərizəsi qalan hissədə təmin edilməsi qət olunmuşdur.
21. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspeti X1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5208 saylı rəyini müdafiə edərək ifadəsində göstərmişdir ki, apardığı tədqiqat nəticəsində qərarda qeyd olunan avtobusun təmir-bərpa xərcinin müəyyən edilməsi zamanı iş materiallarında olan zərər aktında qeyd edilən zədələnmiş və dəyişməyə ehtiyacı olan hissələr nəzərə alınmaqla Bakı şəhəri avtohissələr satışı bazarlarında (mağazalarında) və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə olunmuşdur. Yekun qiymətin müəyyənləşdirilməsi meyarlarını, qiymətin satış məntəqələrində və servis müəssisələrində sabitliyi toplam stabil qiymətlərin ortalaşdırılması təşkil etmişdir. Metodika üzrə qeyd edilən avtobusların bir illik istismarına 5%-7%-dək aşınma nəzərdə tutlmuşdur. Bu hesaba 6 il (2020-2014) istismara təxminən 36% (2 il x 6%) amortizasiya aşınması müəyyən olunur. Həmin aşınma tətbiq edilməklə dəyişilməli hissələrin qalıq qiyməti 16704manat müəyyən olunur. Beləliklə, 2014-cü il buraxılışlı İveco Crealis markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtobusun təmir-bərpa xərci hadisə baş verən tarixə, yəni 2020-ci ilin iyun ayına təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 28433,58 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 27033,58 (24213,42+2820,16) manat, təmir-bərpa işlərinin qiyməti 1400 manat müəyyən edilir. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 20924,16 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 19524,16 manat və təmir-bərpa işlərinin qiyməti 1400 manat təşkil edir. Apardığı hesablama zamanı ƏDV nəzərə alınmışdır.
22. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq Qala Sığorta ASC tərəfindən sığortalanmış BakuBus MMCyə məxsus nəqliyyat vasitəsinə ziyan vurmaqda təqsirli bilinmiş, ziyanı ödəyib subroqasiya hüququ əldə edən sığorta şirkəti malik olduğu subroqasiya hüququnu Paşa Sığorta ASCyə güzəşt etmiş, həmin ziyandan iddiaçıya Xalq Sığorta ASC tərəfindən 5000 manat ödənilmişdir.
24. Məhkəmə araşdırması zamanı daha sonra iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə 2014-cü il buraxılışlı İveco Crealis markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişməli hissələrinə köhnəlmə təbiq edilməklə həmin hissələrin qalıq dəyərinin 16704 manat, təmir olunmuş hissələrin dəyərinin 2820,16 manat, təmirbərpa işlərinin dəyərinin 1400 manat olmaqla ümumilikdə vurulmuş ziyanın təxminən 20924,16 manat olması müəyyən edilmişdir.
25. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçıya güzəşt edilən subraqasiya hüququ üzrə ziyanın məbləğinin 20924,16 manat olması, ziyanın əvəzi olaraq iddiaçıya 5000 manatın ödənilməsi, sığorta hadisənin baş verməsində yüksək təhlükə mənbəyini etibarnamə əsasında idarə edən Cavabdeh1 təqsirinin sübuta yetməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddiaçı Paşa Sığorta ASC-nin xeyrinə subroqasiya qaydasında dəymiş ziyana görə 15924,16 manat Cavabdeh1 tutulmalı iddia ərizəsi qalan hissədə təmin edilməməlidir.
26. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1ci, 1099-cu, 1114-cü, 1108-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
27. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3502/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qətnamə üzrə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
28. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə keçirilən ekspertizanın rəyi ilə razı deyildir.Rəy ilə müəyyən olunmuş zərər məbləği qüsur aktına əsasən müəyyən olunmuşdur.Zərər və təmir xərci şişirdilmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Prosses iştirakçılarının izahatları
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
31. Məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh iştirak etməmişdir.Məhkəmə Kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
32. 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarı:
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarına əsasən, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir.
38. 104.3. Alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
41. Maddə 384.0.1. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlaya bilər.
42. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya baxışının hədləri
45. Apellyasiya şikayətində qətnamə iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
46. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq Qala Sığorta ASC tərəfindən sığortalanmış BakuBus MMCyə məxsus nəqliyyat vasitəsinə ziyan vurmaqda təqsirli bilinmiş, ziyanı ödəyib subroqasiya hüququ əldə edən sığorta şirkəti malik olduğu subroqasiya hüququnu Paşa Sığorta ASCyə güzəşt etmiş, həmin ziyandan iddiaçıya Xalq Sığorta ASC tərəfindən 5000 manat ödənilmişdir.
49. Məhkəmə araşdırması zamanı daha sonra iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə 2014-cü il buraxılışlı İveco Crealis markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişməli hissələrinə köhnəlmə təbiq edilməklə həmin hissələrin qalıq dəyərinin 16704 manat, təmir olunmuş hissələrin dəyərinin 2820,16 manat, təmirbərpa işlərinin dəyərinin 1400 manat olmaqla ümumilikdə vurulmuş ziyanın təxminən 20924,16 manat olması müəyyən edilmişdir.
50. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5208 saylı rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan zərər aktı məlumatlarına əsasən 2014-cü il buraxılışlı İveco Crealis markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtobusun təmir-bərpa xərci hadisə baş verən tarixə, yəni 2020-ci ilin iyun ayına təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 28433,58 manat. O cümlədən dəyişilməli hissələrin qiyməti 27033,58 (24213,42+2820,16) manat, təmirbərpa işlərinin qiyməti 1400 manat müəyyən edilir. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 20924,16 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 19524,16 (16704+2820,16) manat və təmirbərpa işlərinin qiyməti 1400 manat təşkil edir.
51. Birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspeti X1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5208 saylı rəyini müdafiə edərək ifadəsində göstərmişdir ki, apardığı tədqiqat nəticəsində qərarda qeyd olunan avtobusun təmir-bərpa xərcinin müəyyən edilməsi zamanı iş materiallarında olan zərər aktında qeyd edilən zədələnmiş və dəyişməyə ehtiyacı olan hissələr nəzərə alınmaqla Bakı şəhəri avtohissələr satışı bazarlarında (mağazalarında) və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə olunmuşdur. Yekun qiymətin müəyyənləşdirilməsi meyarlarını, qiymətin satış məntəqələrində və servis müəssisələrində sabitliyi toplam stabil qiymətlərin ortalaşdırılması təşkil etmişdir. Metodika üzrə qeyd edilən avtobusların bir illik istismarına 5%-7%-dək aşınma nəzərdə tutlmuşdur. Bu hesaba 6 il (2020-2014) istismara təxminən 36% (2 il x 6%) amortizasiya aşınması müəyyən olunur. Həmin aşınma tətbiq edilməklə dəyişilməli hissələrin qalıq qiyməti 16704manat müəyyən olunur. Beləliklə, 2014-cü il buraxılışlı İveco Crealis markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtobusun təmir-bərpa xərci hadisə baş verən tarixə, yəni 2020-ci ilin iyun ayına təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 28433,58 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 27033,58 (24213,42+2820,16) manat, təmirbərpa işlərinin qiyməti 1400 manat müəyyən edilir. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 20924,16 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 19524,16 manat və təmir-bərpa işlərini in qiyməti 1400 manat təşkil edir.Apardığı hesablama zamanı ƏDV nəzərə alınmışdır.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarına əsasən, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.
53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
54. Qanunun mənasından müəyyən olunur ki, yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Qanunverici tərəfindən belə fəaliyyət nəticəsində zərərin ödənilməsindən azad edilməyi yalnız zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəlməsinin sübuta yetirildiyi hallarda mümkün olduğunu müəyyən etmişdir. Eyni zamanda qanunverici yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində dəymiş zərərin əvəzini ödəməli olan şəxslərin dairəsini də müəyyənləşdirərək bu vəzifənin yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoymuşdur.
55. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçıya güzəşt edilən subraqasiya hüququ üzrə ziyanın məbləğinin 20924,16 manat olması, ziyanın əvəzi olaraq iddiaçıya 5000 manatın ödənilməsi, sığorta hadisənin baş verməsində yüksək təhlükə mənbəyini etibarnamə əsasında idarə edən Cavabdeh1 təqsirinin sübuta yetməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddiaçı Paşa Sığorta ASC-nin xeyrinə subroqasiya qaydasında dəymiş ziyana görə 15924,16 manat Cavabdeh1 tutulmalıdır.
56. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh şikayətində maddi zərərin məbləği ilə razılaşmadığını bildirsə də avtomobilin hansı detalının hansı qiyməti ilə razılaşmadığının səbəbini göstərməmiş, yaxud zərərlə bağlı hər hansı müstəqil qiymətləndirici rəyi təqdim etməmiş, iş materiallarından (i/v-104) müəyyən edildiyi kimi birinci instansiya məhkəməsinin iclasında iştirak etməsinə baxmayaraq dinlənilmiş ekspertin izahatı, yaxud Rəyi ilə razılaşmadığı və ya yenidən ekspertiza təyin olunması barədə vəsatət verməmişdir, hazırda şikayətində ümumi sözlərlə zərərin məbləğinin şişirdildiyini göstərmişdir.
57. Bundan başqa məhkəmə iclasının protokolundan görünür ki, birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdeh maddi imkanı olmadığını əsas gətirərək iddianı qəbul etmədiyini bildirmişdir.
58. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3502/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.