Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7906/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi X4, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(010)- 2378/2021 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdeh "xxxx" ASC tərəfindən onun yaşadığı ünvan 1 ünvanındakı sayğaca qanunsuz hesablanmış 1987 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən evinə quraşdırılmış elektrik sayğacı "xxxx" ASC-nin əməkdaşları tərəfindən dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Lakin cavabdeh "xxxx" ASC tərəfindən onun yaşadığı ünvan 3 ünvandakı evinin elektrik sayğacına (abunə kodu: **********00000) əsassız 1987 manat cərimə yazılmışdır. Bundan əlavə, "xxxx" ASC-nin əməkdaşları öz qanunsuz hərəkətlərini davam etdirərək onun evinə gələn elektrik enerjisini kəsmişlər. Artıq neçə gündür ki onun yaşadığı evə elektrik enerjisinin verilməsi onlar tərəfindən qanunsuz olaraq dayandırılmışdır. Onlar qanunsuz yazılmış cərimə borcunun dəyəri ödənilməyənə qədər evə elektrik enerjisinin bərpa edilməyəcəyini bildirmişlər. Bu isə tamamilə qanunsuz və əsassızdır. Cavabdeh "xxxx" ASC tərəfindən onun yaşadığı ünvan 4 ünvanındakı evinin sayğacına hesablanmış 1987 manat cərimə borcu qanunsuz və əsassız olduğu üçün silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(010)- 2378/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesablanmış 1987 (min doqquz yüz səksən yeddi) manat borcun onun hesabından silinməsi qət olunmuşdur. Qətnamədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2378/2021 saylı iş üzrə 18.05.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 18.05.2021-ci il tarixli qətnaməsini əsassız hesab edirlər. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə Suraxanı rayon məhkəməsi tərəfindən "xxxx" ASC-yə rəsmi məlumat (məhkəmə bildirişi və ya SMS bildiriş) verilməmiş və bu səbəbdən məhkəmə iclası cavabdehin nümayəndəsi olmadan keçirilmişdir. İşin faktiki halları ondan ibarətdir ki, 14 sentyabr 2020-ci il tarixdə abonent İddiaçı məxsus ünvan 5 ünvanında quraşdırılmış elektrik sayğacına "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı sayğacın qoşulma sxeminin səhv olması, kənar mənbədən “sıfır” verməklə sayğacı xüsusi açar vasitəsilə istənilən vaxt dövrədən kənarlaşdırılması halı aşkar edilmişdir. Aşkar olunmuş faktla bağlı "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentin nümayəndəsi Yunusov Təbrizin iştirakı ilə müvafiq olaraq NDM № 019958 nömrəli 14.09.2020-ci il tarixli akt tərtib edilmişdir. Həmçinin onuda qeyd edirlər ki, abonentə məxsus sayğaca baxış zamanı aşkarlanmış faktın "xxxx" ASC-nin əməkdaşları tərəfindən videoçəkilişi aparılmışdır, (videogörüntü apellyasiya şikayətinə əlavə edilir) Sonradan "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair 16.09.2020-ci il tarixli qərarına əsasən itirilmiş 18068 kvts itirilmiş elektrik enerjisinin dəyəri hesablanaraq 1987.55 manat məbləğində müəyyən edilməklə abonentin abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Hesab edirlər ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarının pozuntusuna yol verməklə tam əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 14.09.2020-ci il tarixli, AKT NDM 019958 nömrəli aktdan görünür ki, abonent İddiaçı məxsus elektrik sayğacına baxış keçirilmiş və EEİQ-yə uyğun baxış keçirilərkən məlum olmuşdur ki, fərdi yaşayış evinin elektrik sayğacının qoşulma sxemi səhvdir. Kənar mənbədən sıfır verməklə sayğac xüsusi açar vasitəsilə istənilən vaxt dövrəyə qoşulur, istənilən vaxt dövrədən kənarlaşdırılır. Baxış zamanı sayğac dövrədən kənarlaşdırılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş **********60012 kodlu abonentin saldosundan görünür ki, abonentə 17.09.2020-ci il tarixdə EİQ pozulmasına görə 1987.48 manat məbləğində borc hesablanmışdır. Birinci instansiya məhkəməsinin araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş 18.09.2020-ci il tarixli, AKT NDM 019958 nömrəli Akta əsasən elektrik enerjisi uçotu və “X2 Qaydaları”na (EEİQ) riayət olunması yoxlanılmış və müəyyən edilmişdir ki, fərdi yaşayış evinin elektrik sayğacının qoşulma sxemi səhvdir. Sayğac xüsusi açar vasitəsilə istənilən vaxt dövrəyə qoşulur, istənilən vaxt dövrədən kənarlaşdırılır. Baxış zamanı sayğac dövrədən kənarlaşdırılmışdır. Daha sonra, cavabdeh orqan tərəfindən iddiaçıya EEİQ pozulmasına görə cəmi 1987.48 manat məbləğində borc hesablanmışdır. Bundan sonra, İddiaçı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdeh "xxxx" ASC tərəfindən onun yaşadığı ünvan 1 ünvanındakı sayğaca qanunsuz hesablanmış 1987 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “X2 qaydalarının” 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. qanunvericilikdə nəzərdə tutlmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerji təchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir (Qaydaların 8.15-ci bəndi). Məişət abonent tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur (Qaydaların 8.33-cü bəndi). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Cavabdeh təşkilatın əməkdaşları istehlakçı tərəfindən X2 qaydalarının 8.32-ci maddəsinin pozulması səbəbindən akt tərtib edərkən özləri həmin qaydaların 8.33-cü maddəsinin tələblərini pozaraq hal şahidlərinin iştirakı olmadan akt tərtib etmişlər. Bundan başqa, məhkəməyə təqdim edilən və məhkəmə iclasında araşdırılan abonentin saldosundan da göründüyü kimi yeni sayğac quraşdırıldıqdan sonra əvvəlki aylarla müqayisədə iddiaçının elektrik enerjisi sərfiyyatında əhəmiyyətli bir artma və ya azalma müşahidə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməmiş, ümumiyyətlə sayğaca müdaxilə edilməsində iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Cavabdeh təşkilat məhkəməyə işıq sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməmişdir. Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya həmin akta əsasən əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, cavabdeh təşkilatın əməkdaşları X2 qaydalarının tələblərini pozaraq, qanunsuz əldə edilmiş sübutlara istinad edərək mübahisələndirilən aktı tərtib etmişlər və iddiaçıya əlavə məbləğdə borc hesablamışlar. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçınun iddiası təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı hesablanmış 1987 manat borc onun hesabından silinməlidir. Bu hissədə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən müvafiq akta əsasən 1987.48 manat borc hesablansa da iddiaçı bu borcun 1987 manatının silinməsini xahiş etdiyindən məhkəmə iddia tələbindən kənara çıxmır və iddia tələbində göstərilmiş məbləğdə borcun silinməsi nəticəsinə gəlir. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı hesablanmış 1987 (min doqquz yüz səksən yeddi) manat borcun onun hesabından silinməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, iddia məbləği 2000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 404-.1-ci maddəsinə əsasən (Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 404.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(010)- 2378/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7906/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7906/2021
29.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver