Məhkəmə qərarları › İş №2(103)-7911/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7911/2022

22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7911/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2590/2022 saylı iş üzrə 01 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Hüseyn-zadə Çingiz Muxtar oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən 3 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 200 kv.m (çıxarışa əsasən 174 kv.m) sahədən ibarət olan qeyri-yaşayış sahəsinə dair Hüseyn-zadə Çingiz Muxtar oğlu ilə "xxxx" MMC arasında bağlanmış 408 saylı, 13 yanvar 2016-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" MMC ilə Hüseyn-zadə Çingiz Muxtar oğlu arasında bağlanmış 408 nömrəli, 13 yanvar 2016-cı il tarixli müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən 3 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 200 kv.m (çıxarışa əsasən 174 kv.m) ibarət olan qeyri-yaşayış sahəsi ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən 3 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 200 kv.m (çıxarışa əsasən 174 kv.m) ibarət olan qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2590/2022 saylı iş üzrə 01 iyul 2022ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, hazıki halda iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2590/2022 saylı iş üzrə 01 iyul 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməklə yanaşı müddətin bərpası barədə ərizə vermiş olsa da, birinci instansiya məhkəməsi həmin ərizəyə hüquqi qiymət vermədən apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Kollegiya qeyd edir ki, hazırkı halda prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş müddətin bərpası barədə ərizəyə baxaraq hüquqi qiymət verməli və ərizənin nəticəsindən asılı olaraq apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2590/2022 saylı iş üzrə 01 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməli, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş müddətin bərpası barədə ərizə hüquqi qiymət verməlməsi üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2590/2022 saylı iş üzrə 01 iyul 2022ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilsin. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş müddətin bərpası barədə ərizəyə hüquqi qiymət verilməsi üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar