Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7913/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı əsassız yazılmış borcun sislinməsi və qanunsuz tutulmuş pul məbləğinin qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(010)-929/2021 saylı qətnaməsindən cavabdeh Azəriqaz İB-nin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindən onun yaşadığı ünvan 1 ünvanında yerləşən evinin sayğacına (Abonent kodu: **********00000) 2700 manat qanunsuz yazılmış borcdan qalan 669 manat qalıq borcun silinməsi və həmin qanunsuz yazılmış borca görə ödədiyi məbləğlərdən qanunsuz tutulmuş 2031 manat ödədiyi pul məbləğinin cavabdeh Azəriqaz İB-dən tutulub ona (iddiaçıya) qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda onun adına olan torpaq sahəsində ev inşa etmişdir. Onun evinə quraşdırılmış mexaniki qaz sayğacına (Abonent kodu: **********00000) «Azəriqaz» istehsalat Birliyinin əməkdaşları tərəfindən qanunsuz 669 manat cərimə qalıq borc yazılmışdır. Belə ki, həmin ünvanda sayğac üç dəfə Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən dəyişdirilmişdir. Lap öncədən həmin əsassız borc 2700 manat olmuşdur. Lakin əsassız borcun yazılmasından bütün bu illər ərzində onun xəbəri olmamışdır. Ödədiyi məbləğlərdən həmin pul məbləği ondan gizli olaraq tutulmuşdur. Lakın sonuncu dəfə sayğac dəyişdirildikdən sonra 669 manat əsassız borc yazıldığını öyrənmişdir. Həmin yazılmış qanunsuz 669 manat borcla bağlı araşdırma apararkən “Azəriqaz” İB tərəfindən ümumilikdə 2700 manat cərimə borc yazıldığı üzə çıxmışdır. Belə ki, onun bütün bu illər ərzində qazdan istifadəyə görə ödədiyi məbləğdən hissə-hissə həmin əsassız borca görə pul tutulmuşdur. Bu isə tamamilə qanunsuz və əsassızdır. Əssasız tutulmuş pul müraciət etsə də, onlar həmin borcu silməkdən imtina etmişlər. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən onun yaşadığı ünvan 3 ünvandakı evə hesablanmış 2700 manat əsassız borcdan qalan qalıq 669 manat borcun silinməsi və həmin əsassız yazılmış borca görə etdiyi ödənişlərdən qanunsuz olaraq tutulmuş 2031 manat məbləğin cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova) iddia ərizəsinin qismən təmin edilməsi, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı (kod **********100000) qaz sərfiyyatına görə tələb olunan 1358,90 manat silinməsi, hesablanmış borca görə ödənilən 658,30 manat məbləğində pul vəsaiti «Azəriqaz» İB-dən tutularaq İddiaçı verilməsi, “Azəriqaz” İB-dən 30 manat dövlət rüsumu dövlət nəfinə tutulması iddia ərizəsi qalan hissədə təmin olunmasınqət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh “Azəriqaz” İB apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının mənzilində 29.06.2020-ci il tarixdə G-4 markalı **********9 zavod nömrəli qaz sayğacı əvvəlki qaz sayğacı ilə əvəz edilmişdir. Göstərilən qaz sayğacının əvəz edilməsinə səbəb əvvəl quraşdırılmış qaz sayğacının qusurla işləməsi olmuş və istifadə zamanı iddiaçı tərəfindən 2700 manat dəyərində təbii qazdan istifadə etmişdir. Bu istifadəyə görə ödəniş aparılmamışdır. Abonent saldosuna nəzər yetirilərkən (GASREP) iddiaçı 2020-ci ilin iyun ayından sayğacı əvəz edilən günədək yəni 8 ay ərzində ödəniş etməmişdir. Mənzildə təbii qazdan istifadə edilməsinə baxmayaraq təbii qazın dəyəri tam ödənilməmiş və borc yaranmışdır. Burada dəymiş ziyan əsasında heç bir borc yaranmamış yalnız istifadə nəticəsində yaranmış borcdan söhbət gedir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh “Azəriqaz” İB apellyasiya şikayətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2(010)-929/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı və cavadbeh Azəriqaz İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsini iş üzrə toplanmış sübutlarla əlaqələndirmişdir. Belə ki, iş materiallarında olan 29.06.2020-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, iddiaçının yaşadığı ünvan 2 ünvanda quraşdırılmış köhnə sayğacın istismar müddəti bitdiyi üçün zenner markalı G-4 nömrəli **********9 saylı sayğacı ilə dəyişdirilmişdir. İş materiallarında olan abonent saldosundan müəyyən olunur ki, abonent İddiaçı məxsus evdə quraşdırılmış sayğaca əsasən 2012-ci ildə 2272.90 manat borc yaranmışdır. İş materiallarında olan 29.06.2020-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəsiçi arasında qazın alqı-satqısı barədə müqaviləsindən görünür ki, “Azəriqaz” İstehsalat Birliyinin ünvan 4 ünvanında yaşayan İddiaçı arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən “Azəriqaz” İstehsalat Birliyinin Bakı RQSD müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İddiaçı evini keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyinin Bakı RQSD tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan istehlakçı hesabında yaranmış borcun açıqlaması haqqında arayışdan müəyyən olunur ki, 2010-cu ilin iyun ayından 2012-ci ilin aprel ayınadək (22 ay ərzində) hesabatı aparılmamış təbii qazdan istifadə nəticəsində sayğac üzərində yığılmış lakin, hesaba işlənməmiş 22729 m3 yəni 2272,90 manat hesaba işlənmiş və bununla da 2276,93 manat (qaçqın limiti 32 manat çıxıldıqdan sonra) borcu yaranmışdır. Nəzərinizə çatdırırq ki, istehlakçı hesabından birlik tərəfindən 914 manat silgi aparılmışdır. Borca görə ödənişdən tutulmalara görə 658,3 manat təşkil etmişdir Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış mexaniki qaz sayğacı 2012-ci ilin iyun ayında smartkart tipli qaz sayğacı ilə əvəz edilmişdir. 2010-cu ilin iyun ayından 2012-ci ilin aprel ayınadək (22 ay ərzində) hesabat aparılmamış və 2272,90 manat borc yaranmışdır. Həmin borcdan «Azəriqaz» İstehsalat Birliyi tərəfindən 914 manat silinmə aparılmış və 658,3 manat ödənişlərdən tutulma aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək, istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməsi cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirməyərək 2010-cu ilin iyun ayından 2012-ci ilin aprel ayınadək (22 ay ərzində) hesabatı aparılmamış təbii qazın sonradan hesabatını aparmış və abonentə sonradan 2272,90 manat borc hesablamış və həmin borcu abonentin hesabına yükləmişdir. Sonradan istehlakçının hesabından birlik tərəfindən borcdan 914 manat silgi aparılmış, yaranmış borca görə 658,3 manat ödənişdən tutulmalar aparılmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1ci hissəsinə əsasən, bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamı qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra “Qaydalar”ın) 3.1ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə məcmu halda dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri faktlar nöqteyinəzərdə qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(010)-929/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(010)- 929/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7913/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7913/2021
13.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver