Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7919/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli, 2(010)- 1124/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, ”Nikoyl” İKB ASC (“Yelo Bank”), Suraxanı rayon İcra və Probasiya Şöbəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.10.2019-cu il tarixli, 2(103)-3714/2018 saylı icra vərəqəsi əsasında Suraxanı rayon İcra və Probasiya Şöbəsinin 19.08.2019-cu il tarixli, 18-78045 saylı sifariş məktubu əsasında onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə hərraca dair 23.10.2019-cu il tarixli, № Y240/1 saylı hərracın nəticələri haqqında protokolun, onun əsasında "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 23.10.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqavilənin etibarsız sayılması və hərracın yenidən keçirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli, 2(010)-1124/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25.02.2021-ci il tarixli, 2(103)-3539/2021 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli, 2(010)-1124/2020 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan İddiaçı şikayət verərək ləğv edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05.11.2020ci il tarixli, 2(010)-1124/2020 saylı qətnaməsini 14.01.2021-ci il tarixdə əldə etmişdir. Məhkəmənin ona göndərdiyi qətnamənin zərfi hal-hazıra kimi onda vardır. Ona görə də hesab edir ki, məhkəmənin qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin müddətini keçirməmişdir. Qanunvericiliklə ona tanınmış müddətlər çərçivəsində apellyasiya şikayəti vermişdir. Bununla yanaşı, məhkəmənin apellyasiya şikayətini geri qaytarması barədə qərardadı alan kimi ünvanının yerləşdiyi poçta gedərək bir daha araşdırma aparmışdır. Poçt kitabında onun imzası olduğu qrafada müəyyən edilir ki, o, məhkəmənin ünvanına göndərdiyi SS679099252AZ ştrix kodlu zərfi 14.01.2021-ci il tarixdə rəsmi olaraq imza edib əldə etmişdir. Bu sübutlar onu göstərir ki, məhkəmənin qəbul etdiyi qərardad tamamilə əsassızdır və onun qanunla qorunan hüquqlarını pozur. Ona görə də hesab edir ki, qərardad ləğv edilməli, apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(010)- 1124/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X2 bildirdi ki, iddiaçının qətnaməni almasından sonra apellyasiya şikayəti vermə müddəti ötürülməyib. Hətta poçtdan da bu barədə arayış təqdim etdilər. Qətnaməni 14 yanvar 2021-ci il tarixdə almış, şikayəti də 11 fevral 2021-ci il tarixdə vermişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytararkən qənaətini belə əsaslandırmışdır ki, hazırda cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli qətnaməsi 10.11.2020-ci il tarixdə tərəflərə göndərilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 11.02.2021-ci il tarixdə məhkəməyə daxil olmuş, bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq prosessual müddət buraxılmışdır Əvvəla, apellyasiya şikayətini cavabdeh yox İddiaçı vermişdir. İkincisi, İddiaçı qətnamənin 10 noyabr 2020-ci il tarixdə göndərilməsinə dair işə reyestr əlavə edilsə də, qətnamənin İddiaçı tərəfindən alınması iş materialları ilə təsdiq olunmur. Bununla yanaşı, qətnamənin çatdırılması barədə qəbzdə mövcud deyildir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli, 2(010)- 1124/2020 saylı qərardadı ləğv edilməli, İddiaçı apellyasiya şikayəti vermək üçün müddət ötürülməmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli, 2(010)- 1124/2020 saylı qərardadı ləğv edilsin və həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti vermək üçün müddət ötürülməmiş hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7919/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7919/2021
03.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver