Məhkəmə qərarları › İş №2(103)-7919/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7919/2022

26.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7919/2022 26.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “qeydiyyat vəsiqəsinin ləğv edilməsi, alğı-satqı müqavilələrinin etibarsızlığı, çıxarışların ləğv edilməsi, torpağın və evin ilkin vəziyyətə qaytarılması” hakimlər X14 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil1, cavabdeh X15 və cavabdeh X4 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “Yaqub Meybalı oğlunun adına DƏDRX- dən verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi, 4 saylı Asan Xidmət mərkəzinin notariusu tərəfindən Cavabdeh2 ilə X15 arasında xx.xx.2019-cu il tarixində bağlanmış 4ə-429 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında DƏDRX-dən verilmiş çıxarışın ləğv olunması, Cavabdeh3 ilə X15 arasında 4 saylı Asan Xidmət mərkəzinin notariusu tərəfindən bağlanmış xx.xx.2019-cu il tarixli 4ə-774 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında DƏDRX-dən verilmiş çıxarışın ləğv olunması və torpağın və evin ilkin vəziyyətə qaytarılması” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-23/2022 saylı işi üzrə 12 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı Yaqub Meybalı oğlunun adına DƏDRX-dən verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi, 4 saylı Asan Xidmət mərkəzinin notariusu tərəfindən Cavabdeh2 ilə X15 arasında xx.xx.2019-cu il tarixində bağlanmış 4ə-429 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında DƏDRX-dən verilmiş çıxarışın ləğv olunması, Cavabdeh3 ilə X15 arasında 4 saylı Asan Xidmət mərkəzinin notariusu tərəfindən bağlanmış xx.xx.2019-cu il tarixli 4ə-774 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında DƏDRX-dən verilmiş çıxarışın ləğv olunması və torpağın və evin ilkin vəziyyətə qaytarılması barədə (tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi üzrə) iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-23/2022 saylı işi üzrə 12 may 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 119.1; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 340.2, 390.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2in(82)- 1993/2012 saylı, xx.xx.2012-cı il tarixli qərarı ilə Bakı şəhəri, Orconikidze rayon X24 İcraiyyə Komitəsinin xx.xx.1954-cü il tarixli 51 saylı qərarı ilə fərdi ev tikmək üçün iddiaçı X9 ayrılmış 400 kv.m torpaq sahəsinin cizgisinin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan üçüncü şəxs X16 tərəfindən şikayət verilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2021 saylı, xx.xx.2021-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-697/2022 saylı, xx.xx.2022-cı il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2021 saylı, xx.xx.2021 -cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardadla müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubda qeyd olunmuşdur ki, ünvan 1 ünvanı və ünvan 2 eyni olması barədə idarənin arxiv və elektron bazasında məlumat aşkar olunmamışdır. Bundan əlavə keçirilmiş ekspertiza rəyinə əsasən sözügedən 400.0 m2 torpaq sahəsinin ümumi ərazinin hansı hissəsində yerləşdiyini iddiaçı göstərməmiş və ümumi əraziyə iddia edərək bildirmişdir ki, 400.0 m2 sənəd üzrə və yerdə qalan hissə onların istifadəsində olmuşdur. Bu səbəbdən 400.0 m2 torpaq sahəsinin cavabdehlərin hansına aid torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı tərəf həmin 400.0 m2 torpaq sahəsinin onun anasına ayrılmasını və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1993/2012 saylı, xx.xx.2012-cı il tarixli qərarına istinad edərək torpaq sahəsinin cizgisinin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını əsas gətirsə də, həmin torpaq sahəsinin harada yerləşməsi, ona dair cizgi sənədlərinin və ilkin torpaq ayırmaya dair sənədləşməni təqdim etməmiş və hazırda iddiaçının istinad etdiyi məhkəmə qərarı ləğv edilmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı ünvan 1 ünvanı və ünvan 3 düşməməsi müəyyən olunmuşdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Mülki qanunvericiliyə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.Normanın məzmunundan müəyyən olunur ki, hər bir şəxs öz seçdiyi tərəflə məzmununu sərbəst müəyyənləşdirdiyi qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilir. Bir qayda olaraq müqavilə şərtləri tərəflərin razılaşması əsasında müəyyən edilir. İddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. İddiaçının tələbi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2021 saylı, xx.xx.2021-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmadığından və bununla bağlı olaraq artıq qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcud olduğundan, iş üzrə müəyyən edilmiş faktlar başqa məhkəmə prosesində mübahisələndirilmədiyindən və iddiaçı tərəfindən iş üzrə başqa mötəbər sübutlar təqdim olunmadığından, həmçinin iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin qanunla müəyyən olunmuş qaydada əldə edilməsi və onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı sübut təqdim olunmadığını nəzərə alaraq, İddiaçı cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması, torpağın və evin ilkin vəziyyətə qaytarılması” tələbinə dair iddia tələbi təmin oluna bilməz.

2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)- 1993/2012 saylı, xx.xx.2012-cı il tarixli qərarı ilə Bakı şəhəri, Orconikidze rayon X24 İcraiyyə Komitəsinin xx.xx.1954-cü il tarixli 51 saylı qərarı ilə fərdi ev tikmək üçün iddiaçı X9 ayrılmış 400 kv.m torpaq sahəsinin cizgisinin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır; - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-824/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə Suraxanı (əvvəlki Orconikidze) rayon X36 İcraiyyə komitəsinin fərdi ev tikmək üçün torpaq sahələrinin ayrılmasına dair xx.xx.1954-cü il tarixli 51 saylı qərarının Əmircan qəsəbəsi, M.F.Axundov (hazırda Neftçi) küçəsi, 40A nömrəli sahədə 400 kv.m torpaq sahəsinin mərhum anası X9 ayrılması hissəsində İddiaçı adına dəyişdirilməsi barədə sərəncam verilməsi vəzifəsi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır; - Suraxanı rayonu İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən verimiş xx.xx.2014-cü il tarixli aktından müəyyən olunur ki, Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 86 nömrəli sərəncamı ilə vətəndaş İddiaçı adına dəyişdirilmiş 400,0 kv.m torpaq sahəsinin mövcud istifadə vəziyyətində cizgisi tərtib edilmişdir ; - Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubu ilə, Əmircan qəsəbəsi, Neftçi küçəsi, dalan 2,3 saylı fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi (0.10181ha) ilkin olaraq Yaqub Meybalı oğlunun adına qeydiyyatdan keçmişdir, 4 saylı Asan Xidməti mərkəzinin notariusu tərəfindən bağlanmış 4Ə-429 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən ünvanın yerləşdiyi torpaq sahəsindən 0.02 ha torpaq sahəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və yeni ünvan almışdır (ünvan 4 saylı fərdi yaşayış evi və 0.08181 ha torpaq sahəsi isə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 4 saylı Asan Xidmət mərkəzinin notariusu tərəfindən bağlanmış xx.xx.2019-cu il tarixli 4ə-774 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 Cavabdeh1 0.0186 ha hissəsini almış və yeni ünvan verilmişdir (ünvan 53 saylı fərdi yaşayış evi və 0.006321 ha torpaq sahəsi isə Cavabdeh1 mülkiyyətində qalmışdır; - Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İHB Əmircan qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən, Cavabdeh2 Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, ev 28 ünvanında qeydiyyatdadır; - ölüm haqqında şəhadətnaməyə əsasən, X17 xx.xx.2012-ci ildə ölmüşdür ; xx.xx.2012-ci il tarixli İddiaçı verilmiş arxiv çıxarışı ilə, Bakı şəhəri Orconikidze rayon X36 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1954-cü il tarixli 51 saylı protokoldan müəyyən olunur ki, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, 40A nömrəli sahədə 400 kv.m torpaq sahəsi Pikəxanım Meybalı qızının adına ayrılmışdır; - Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 86 nömrəli sərəncamından müəyyən olunur ki, Suraxanı (əvvəlki Orconikidze) rayon X36 İcraiyyə komitəsinin xx.xx.1954-cü il tarixli 51 saylı protokolunun Əmircan qəsəbəsi, M.F.Axundov (hazırda Neftçi) küçəsi, 40A nömrəli sahədə 400.0 kv.m torpaq sahəsinin mərhum anası X9 ayrılması hissəsində İddiaçı adına dəyişdirilmişdir; -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X25 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X25 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, dalan 2, 3 saylı fərdi yaşayış evi və torpaq sahəsi Yaqub Meybalı oğlunun adına xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmişdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X25 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X25 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, dalan 2, 3 saylı fərdi yaşayış evi və 010181 ha torpaq sahəsi X5 adına xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir; xx.xx.2018-ci il tarixli Vərəsəlik payın bağışlama müqaviləsi ilə, Xeyransa Əliağa qızı, X22 və X23 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, dalan 2, 3 saylı fərdi yaşayış evindən və torpaq sahəsindən vərəsəlik yolu ilə onlara çatan payı qızı (bacısı) X8 bağışlamışlar; -xx.xx.2018-ci il tarixli, 524882 nömrəli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə, xx.xx.1971 -ci ildə vəfat etmiş Yaqub Meybalı oğlunun vərəsələri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircanqəsəbəsi, Neftçi küçəsi, dalan 2, ev 3-də qeydiyyatda olanlar, həyat yoldaşı- Xeyransa Əliağa qızı, qızı- X15, qızı- X22, ünvan 6 ünvanında qeydiyyatda olan qızı- X23 və onların hər biri miras əmlakdan bərabər hissədə pay almalıdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X25 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X25 daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 524882 nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, dalan 2, 3 saylı fərdi yaşayış evi və 0.08181 ha torpaq sahəsi X5 adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir; - xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surəti ilə, X1 rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, dalan 2, ev 3 ünvanında yerləşən ümumi sahəsi 0.10181 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0.02 ha torpaq sahəsini Cavabdeh2 satmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X25 daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 566369 nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 2-ci dalan 3F saylı sahə Cavabdeh3 adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir ; - xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surəti ilə, X1 rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, ev 3, dalan 2, ünvanında yerləşən ümumi sahəsi 0.08181 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissədən 0.0186 ha torpaq sahəsini Cavabdeh3 satmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X25 daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 558169 nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 2-ci dalan 3C saylı sahə Cavabdeh2 adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, İddiaçı cavabdehlərin mülkiyyətindnə olan ümumi 1018,1 m2 torpaq sahəsinə iddia edərək bildirir ki, orada onun anasının adına 400.0 m2 torpaq sahəsi olub. Sözügedən 400.0 m2 torpaq sahəsinin ümumi ərazinin hansı hissəsində yerləşdiyi iddiaçı göstərməmişdir və ümumi əraziyə iddia edərək bildirmişdir ki, 400.0 m2 sənəd üzrə və yerdə qalan hissə onların istifadəsində olub. Bu səbəbdən 400.0 m2 torpaq sahəsinin cavabdehlərin hansına aid torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən edilməsi mümkün olmamışdır. Cavabdehlərdən Cavabdeh2 mülkiyyətində olan 200.0 m2 torpaq sahəsindən əlavə olaraq 50,0 m2 torpaq sahəsi istifadəsindədir. Digər cavabdehlərin əlavə torpaq sahələri yoxdur; -Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1915 saylı rəyindən müəyyən olunur ki, İddiaçı cavabdehlərin mülkiyyətində olan ümumi 1018,1m2 torpaq sahəsinə iddia edərək bildirir ki, orada onun anasının adına 400.0 m2 torpaq sahəsi olub. Sözügedən 400.0 m2 torpaq sahəsinin ümumi ərazinin hansı hissəsində yerləşdiyi iddiaçı göstərməmiş və ümumi əraziyə iddia edərək bildirmişdir ki, 400.0 m2 sənəd üzrə və yerdə qalan hissə onların istifadəsində olmuşdur. Bu səbəbdən torpaq sahəsinin cavabdehlərin hansına aid torpaq sahəsi ilə üst-üstə düşməsinin müəyyən edilməsi mümkün olmamışdı; - Suraxanı rayonu İcra Hakimiyyətinın xx.xx.2021-ci il tarixli 90 nömrəli məktubundan müəyyən olunur ki, ünvan 1 ünvanı və ünvan 8şkil etmir və fərqli ünvanlardır (ı cild. iş səh. 11, 14,17, 18, 20, 22, 34, 38, 90, 97, 98, 99, 100, 101, 103, 104, 106, 274 ll cild.2, 41). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

3. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)- 23/2022 saylı 12 may 2022 -ci il tarixli qətnaməsinin tamamilə ləğv edib, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.3; Torpaq Məcəlləsinin 10, 55; Mülki Məcəllənin 337.1, 337.2, 337.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Orconikidze RXDS İK-nirC8.05.1954-cü il tarixli 51 saylı iclasının Protokolu ilə Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, tikinti aparılan sahə N°40-a da 20X20=400 kv.m fərdi evin tikintisi üçün PikəXanım Meybalı qızına ayrılmış və eyni Protokolla ona təzə yaşayış evinin tikintisi üçün 10000 manat ssuda verilmiş və tikinti işlərinin aparılması ilə əlaqədar 16 iyun 1954-cü il tarixli müqavilə bağlanmışdır (Protokoldan çıxarışlar-torpağın və ssudanın ayrıması, müqavilə tikinti işlərinin aparılması barədə sənədlərin notariat qaydada tədiq edilmiş surətləri və arxiv arayışları məhkəməyə təqdim olunmuşdur). Qeyd olunan sənədlərin həqiqiliyi tərəflər arasında mübahisələndirilmir. İddiaçı anası PikəXanım Meybalı qızı 2012-ci ilin oktyabrın 16-da vəfat etmişdir. PikəXanım Meybalı qızı vəfat etməmişdən öncə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyytinə qarşı “torpaq sahəsinin cizgisnin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsininin 2in(82)-1993/2012 saylı, xx.xx.2012-cı il tarixli qərarı ilə Bakı şəhəri, Orconikidze rayon X24 İcraiyyə Komitəsinin xx.xx.1954-cü il tarixli 51 saylı qərarı ilə fərdi ev tikmək üçün iddiaçı X9 ayrılmış 400 kv.m torpaq sahəsinin cizgisinin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-824/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə Suraxanı (əvvəlki Orconikidze) rayon X36 İcraiyyə komitəsinin fərdi ev tikmək üçün torpaq sahələrinin ayrılmasına dair xx.xx.1954-cü il tarixli 51 saylı qərarının Əmircan qəsəbəsi, M.F.Axundov (hazırda Neftçi) küçəsi, 40A nömrəli sahədə 400 kv.m torpaq sahəsinin mərhum anası X9 ayrılması hissəsində İddiaçı adına dəyişdirilməsi barədə sərəncam verilməsi vəzifəsi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin2-1(112)-4482/2021 saylı 02 noyabr 2021-ci il tarixli Qərardadı ilə ünvan 9 ünvanında yerləşən torpaq sahəsinə cizginin verilməsi tələbi üzrə iddiaçı X18 iddiası mümkünsüz hesab olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-697/2022 saylı, xx.xx.2022-cı il tarixli qərardadı ilə İddiaçı qız tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2021 saylı, xx.xx.2021-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda göstərilən işin halları yəni torpağa dair PikəXanım Meybalı qızının adına verilmiş sənədlər və preyudisial hüquqi qüvvəyə malik olan mövcud məhkəmə aktları tərəflər arasında mübahisə döğurmur. Bütün bunlar müvafiq sənədlər və məhkəmə aktları ilə müəyyən edilir. Cavabdehlər tərəfindən, mütəxəssis və ekspert rəylərində də həmin sənədlərin mübahisə edilmir. 400 kv.metr torpaq sahəsinin cavabdehlərdən X4 adına sonuncu dəfə çıxarışla rəsmiləşdirilmir. Torpaq sahəsinin hüqudlarında olduğu sübut edilir. Belə ki, cavabdeh X4 mülkiyyətində qalan torpaq sahəsinin üzərində tikilmiş ev iddiaçının anasının götürdüyü ssuda hesabına tikilməsi və bu ünvanda sağikən onun qeydiyyatda olması mülki işin materialları ilə sübut edilir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş qeyd olunan sübutlara düzgün qiymət verməmiş tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.Qarşı tərəf məhkəməyə torpağın ilkin ayrılması barədə hər-hansı bir sənəd təqdim edə bilməmişdir. Buna baxmayaraq, məhkəmə cavabdehin (cavabdehərin) xeyrinə tərəflərindən mübahisələndirilən qətnaməni qəbul etmişdir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi tərəflər arasında ünvanla bağlı mübahisələr yaranmışdır. Həmin sənədlərin həqiqiliyi və mövcudluğu ilə bağlı hər-hansı mübahisə yoxdur. Bakı şəhəri Orconikidze RXDS İK-nin xx.xx.1954-cü il tarixli 51 saylı iclasının Protokolunda qeyd olunmuşdur ki, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, tikinti aparılan sahə N40-a da 20X20=400 kv.m fərdi evin tikintisi üçün Pikəxanım Meybalı qızına ayrılmışdır. Torpağın ayrılması barədə həmin protokolda Pikəxanım Meybalı qızının ev ünvanı Əmircan qəsəbəsi, Komsolskaya küçəsi, Dalan 2, ev 6 qeyd olunmuşdur. X12 792 saylı, xx.xx.2007-ci il tarixli yaşayış yeri üzrə arayışından görünür ki, digər Əmircan qəsəbəsi, Neftçi küçəsi, Dalan 2, ev 3 ünvanında X17 1965-ci il tarixdə, onun qardaşı qızı Cavabdeh1 1978-ci il tarixdə, digər qohumları sonrakı tarixlərdə bu yaşayış sahəsinə qeydiyyata düşərək burada yaşamış, ev PikəXanım Meybalı qızına məxsus olmuşdur, Yaqub Meybalı oğlunun isə göstərilən ünvanda ümumiyyətlə qeydiyyatı olmamışdır(arayış mülki işin materiallarına əlavə olunmuşdur). Məhkəmə adı çəkilən sənədi tədqiq edilən materialların sırasına daxil etməmiş və bununla bağlı araşdırma aparmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-697/2022 saylı, xx.xx.2022-cı il tarixli qərardadla ona görə apellyasiya şikayəti təmin olunmamış və Bakı İnzibati məhkəməsinin qərardadı qüvvədə saxlanmışdır ki, X2 RİH-nə 2012-ci ildəetdiyi müraciətdə “fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsi, M.Axundov küçəsi, 40A nömrəli sahədə ayrılmış 400,0 kv.m torpaq sahəsinin çizgisinin verilməsinə köməklik göstərilməsi” xahiş etmişdir. Yəni hazıkı işdə mərhum iddiaçının cavabdeh Bakı şəhəri Suraxanı RİH-nə qarşı “istifadəsində olan ünvan 10 ünvanında yerləşən torpaq sahəsinə cizginin verilməsi” tələbinə dair iddiası ilə bağlı rəsmi qaydada müraciət etməsi halı müəyyən olunmur. Əksinə müəyyən olunur ki, müraciət ünvan 9 ünvanı ilə deyil, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, 40 A ünvanı ilə bağlı olmuşdur. İşdən göründüyü kimi iddiaçıya torpaq ayrılması barədə sənədlərdə mərhum Pikəxanım Meybalı qızına Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, tikinti aparılan sahə N°40-a da fərdi evin tikintisinə icazə verilmişdir. Yəni, həmin sənədlərdə M.F.Axundov küçəsi göstərilsə də torpağın 40A sahəsində yerləşdiyi qeyd olunmuşdur. X19 tərəfindən ev inşa olunmuş, ancaq Daşınmaz Əmlakda qeydiyyatdan keçməmiş və özəlləşdirilməmişdir. Göstərilən halda isə Pikəxanım Meybalı qızına aid sənəddəki torpaq sahəsinin üzərində inşa olunmuş evin ünvanının DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin arxiv və elektron bazasında məlumatın aşkar edilməməsi istina edilmir. Məhkəmə işə baxarkən Pikəxanım Meybalı qızına məxsus sənədlərdə qeyd olunmuş, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, 40A sahəsi, ünvan 9 ünvanı və Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, 40A ev ünvanlarının fərqinə varmamışdır. Belə ki, M.F.Axundov küçəsi, 40A sahəsi, M.F.Axundov küçəsi, 40A ev və Neftçilər küçəsi dalan 2, ev 3 ünvanları göründüyü kimi başqabaşqa olsalar da M.F.Axundov küçəsi, 40A sahəsi tam geniş məfhum olmaqla sahə dedikdə həmin sahədə müxtəlif küçə adlarının, həmin küçə adının və həmin sahə adlanan nömrədə ev nömrəsinin olmasını istisna etmişdir. Bundan başqa məhkəmə tərəfindən Dövlət Arxivinə Bakı şəhəri, Suraxanı rayonu, M.F.Axundov küçəsi, 40A nömrəli sahədə, 400,0 kv.m torpaq sahəsinin İddiaçı mərhum anası X6 adına verilməsi barədə sərəncamın və sair sənədlərin, 1 saylı Bakı şəhər Ərazi İdarəsinə Bakı şəhəri, Suraxanı rayonu, Əmircanqəsəbəsi, Neftçi küçəsi, dalan 2, ev 3 saylı fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin ilkin olaraq kimin adına özəlləşdirlməsi və daha sonra kimlərin adına özgəninkiləşdirlməsi barədə sənədlərin təqdim edilməsi xahiş edilmişdir. 1 saylı Bakı şəhər Ərazi İdarəsi özünün xx.xx.2020-ci il tarixli məktubu ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, dalan 2, ev 3 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin ilkin olaraq Yaqub Meybalı oğlunun adına özəlləşdirildiyini və digər şəxslərin mülkiyyətlərinə keçdiyini bildirmiş və həmçinin müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Təqdim edilmiş sənədərə əsasən torpağın ayrlması barədə ilkin sənədlərin olmadığı, texniki pasporta əsasən özəlləşmənin həyata keçirildiyi, texniki pasportun üzərində Yaqub Meybali oğlunun adının yazılmasına baxmayaraq, pasporta əlavədə izahedici qeydlərdə Pikəxanım Meybalı qızının adı yazılmışdır. Məhkəmə isə buna heç bir əhəmiyyət verməmiş, işə səthi yanaşmışdır, belə bir sual yaranır ki, əgər mərhum anasının adına torpağın ayrılması üçün təqdim edilmiş sənədlər mübahisələndirilən torpaq sahəsinə aid deyildirsə, mütəxəsis tərəfindən ona nəyə görə belə bir sual verilir? Əslində isə onlar, yerində baxışa gedərkən məhkəmə baxışa getməmiş, qarşı tərəf ona təzyiq göstərərək, içəri buraxmamışdır. Belə olan halda isə o, baxışdan kənarda qalmış, məhkəməyə o bunu bildirsə də məhkəmə təkrar etkspertiza keçirməmiş və hüquqları pozulmuşdur.Halbuki, yuxarıda qeyd olunan işin hallarından göründüyü kimi və təqdim edilmiş sənədlərlə sübut olunur ki, torpaq sahəsi mərhum anasının adına ayrılmış, ssuda götürülümüş və tikinti işlərinin aprlması ilə bağlı tərəflər arasında bu barədə müvafiq müqavilə bağlanmışdır.Mərhum anası torpaq sahəsində 2 mərtəbəli 1-ci və 2-ci mərtəbələrdə eyni formada 2 otaq, qabağında balkon və mətbəx tikdirmiş, həyətdə isə hovuz inşa etdirmişdir. Torpaq sahəsi sənədlə 400 kv.m ayrılsa da faktiki olaraq 1000 kv.m çox olmuşdur. Torpaq sahəsində inşa olunmuş evə Əmircan qəsəbəsi, Nefçi küçəsi, Döngə 2, ev 3 ünvanı verilmiş, anası 1965-ci il tarixdə, onun qardaşı qızı Cavabdeh1 1978-ci il tarixdə, digər qohumları sonrakı tarixlərdə bu yaşayış sahəsinə qeydiyyata düşərək burada yaşamış, ev X31 məxsus olmuşdur, Yaqub Meybalı oğlu bu ünvanda heç vaxt qeydiyyatda olmamışdır. Anası 2012-ci ildə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək torpaq sahəsinin cizgisinin verilməsi vəzifəsinin cavabdeh Suraxanı RİH-ninüzərinə qoyulmasını xahiş etmişdir. Onun bu iddiası təmin olunmuşdur. 2012-ci ilin oktyabrın 16-da anası vəfat etmişdir. Mübahisələndirilən yaşayış sahəsində anası 1973-cü ilədək o isə buradan gəlin köçənədək bir yerdə yaşamışlar. Anasının vəfatından sonra tərəfindən miras əmlaklarla bağlı notariusda vərəsəlik işi açılmış, ancaq göstərilən ünvandakı yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən adına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsi anasına ayrılmış 400 kv.m və faktiki əlavə olaraq istifadələrində olmuş sənədsiz 600 kv.m çox olan torpaq sahəsinə anasının qardaşı Yaqub Meybalı oğlunun adına Nefçi küçəsi, Dalan 2, ev 3 ünvanına 0.10181 ha torpaq və 176.1 kv.m.yaşayış sahəsinə xx.xx.2017-ci il tarixli Na ******* ÇİXARİŞ verilmişdir. Yaqub Meybalı oğlu 1971-ci ildə vəfat etmiş, o, vəfat edən günədək onun adına torpağın ayrılması haqqında heç bir hüquqmüəyyənedici sənəd-qərar və sair olmamışdır, DƏDRX-də bu aşkar olunmamışdır. 11 yanvar 2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhumun Yaqub Meybalı oğlunun həyat yoldaşı-Xeyransa, qızları- Sədaqət, Validə, Mətanət miras əmlaklardan bərabər hissələrlə pay almışlar. Ev və torpaq sahəsinə tam mülkiyyət hüququ Cavabdeh1 keçdikdən sonra o, həmin torpaq sahəsindən xx.xx.2019-cu il tarixdə 4 saylı “ASAN XİDMƏT” Mərkəzi Notariat Ofisində 0.02 ha hissədə Cavabdeh2 satmış və onun adına həmin torpağa DƏDRX-ti tərəfindən Əmircan qəsəbəsi, Neftçi küçəsi, Dalan 2, ev 3 C ünvanı verilmişdir. xx.xx.2019-cu il tarixdə 4 saylı “ASAN XİDMƏT” Mərkəzi Notariat Ofisində 0.0181 ha hissədə X3 və onun adına həmin torpağa DƏDRX-ti tərəfindən Əmircan qəsəbəsi, Neftçi küçəsi, Döngə 2, ev 3 F ünvanı verilmişdir. Tərəflərindən yuxarıda göstərilən məsələlər Bakı şəhəri Suraxanı rayon məhkəməsində mübahisələndirilmiş və yuxarıda qeyd olunan sənədlərin etibarsız sayılması və sair tələblər irəli sürülmüşdürİş üzrə məhkəmə tərəfindən eksperyiza təyin edilmişdir. "xxxx" MMC özünün **********33 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə iş üzrə mütəxəssis rəyini təqdim etmişdir. Təqdim edilmiş mütəxəssi rəyində göstərilmişdir ki, o, anasına məxsus 400 kv.m torpaq sahəsinin mübahisələndirilən torpaq sahəsinin hansı hissəsinə düşdüyünü guya göstərə bilməmişdir. Halbuki, yuxarıda qeyd etdiyi tərəfindən təqdim edilən sənədlərlə tam sübut olunur ki, 400 kv.m torpaq sahəsi mərhum anası X31 ayrılmış və burada yerləşən 2 mərtəbəli ev anasına ayrılmış 10000 manat ssuda ilə tikilmişdir. Onun iddia etdiyi 400 kv.m torpaq sahəsində yerləşən 2 mərtəbəli evdir və bu evin yerləşdiyi 400 kv.m torpaq sahəsidir ki, mütəxəssis burada olarkən onu içəri buraxmayıblar və buna şərait yaradılmayıb. Bakı şəhəri Orconikidze RXDS İK-nin xx.xx.1954-cü il tarixli 51 Ne-li clasının Protokolunda qeyd olunan Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, tikinti aparılan sahə N°40-a da 20X20=400 kv.m fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsi və burada inşa olunmuş, 2 mərtəbəli ev Əmircan qəsəbəsi, Nefçi küçəsi, Dalan 2, ev 3 ünvanı ilə eyni ünvandır. Yuxarıda qeyd olunduğu kimi mərhum anası tikdirdiyi bu evdə 1973-cü ilədək o isə gəlin köçənədək yaşamışdır. Cavabdeh tərəfindən dəvət olunmuş şahid X32 ifadə verərək bildirmişdir ki, o, Xeyransa ilə birlikdə işləmiş və 1965-ci il tarixdə o, həmin küçəyə gəlin köçmüşdür. Belə ki, hazırda mübahisələndirilən ev Xeyransanın həyat yoldaşı Yaqub Meybalı oğlunun adına olub. Həmin ünvanda Xeyransa və üç qızı yaşayırdı. İş üzrə şahid X33 ifadə verərək bildirmişdir ki, o, Axundov küçəsi 2 ünvanına 1972-ci il tarixdən gəlin köçmüşdür. Belə ki, həmin mübahisəli evdə Xeyransa üç qızı ilə birlikdə yaşayırdı. Onun qayınanasının dediyinə görə evi Yaqub Meybalı oğlu tikmiş və Xeyransa isə üç qızla orada yaşayırdı. Şahidlərin verdikləri ifadələr məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz, belə ki, şahidlərin ifadələri ancaq burada yaşayan şəxslərin kim olduğuqlarını təsdiq edir. Eyni zamanda həmin vaxtdan uzun müddətin 50 il keçdiyindən bunlar qəbul edilməməli, təqdim edilmiş sübutlar araşdırlmalıdır. Həmçinin hazırkı iş yaşamaq faktını deyil torpağa mülkiyyətlə bağlı mübahsədən ibarətdir. Apellyasiya icraatında müəyyən edilən hallar və proses iştirakçılarının izahatları:

4. Cavabdeh X4 nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin icraatı zamanı mövcud halların ətraflı araşdırıldığını, İnzibati Məhkəmənin qanuni qüvvəsini almış qərarının mövcud olduğunu, sərəncamda qeyd edilən ünvan və mübahisələndirilən ünvanların ayrı-ayrı ünvanlar olduğunu, Suraxanı Rayon Məhkəməsinin icraatı zamanı işə mütəxəssis cəlb edildiyini və mütəxəssisin rəyində iddiaçı tərəfindən sənəd təqdim edilməməsinin qeyd edildiyini, sənədlərin cavabdeh X7 mövcud olduğunu, çünki mübahisəli torpaq sahəsinin cavabdehin atasına məxsus olduğunu və cavabdeh X4 onun varisi olduğunu bildirmişdir.

5. Cavabdeh X15 iddiaçıya hazırda yaşadığı torpaq sahəsini anası və üç bacısı ilə birlikdə razılığa gələrək verdiklərini, lakin buna baxmayaraq onlara məxsus torpaq sahəsindən də pay tələb etdiyini, bu iki ünvana dair sənədlərin ayrı olduğunu, eynilik təşkil etmədiyini bildirmişdir.

6. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, iddianın əsasının Daşımaz Əmlakın Dövlət Reyestrində torpaq sahəsinə Yaqub Meybalı oğlunun adına əsassız qeydiyyatın aparılaraq çıxarış verildiyini, hazırki işdə sənədlərin deyil ünvanların mübahisələndirildiyini, mübahisəli mənzilin iddiaçının anası Pikəxanım adlı şəxs tərəfindən tikilməsi ilə bağlı şahidləri dəvət etdiklərini, torpağın ilkin ayrılmasına dair bütün sənədlərin onlar tərəfindən təqdim edildiyini, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, 40a sahəsində həmin mənzilin inşa edildiyini, 2012-ci il tarixində İnzibati Məhkəmədə həmin mübahisə ilə bağlı işə baxıldığını və həmin qərarın ləğv edildiyini, İnzibati Məhkəmədə Əmircan qəsəbəsi, M.F.Axundov 40 a sahəsində yerləşən torpaq sahəsinə cizgi plan lahiyəsinin hazırlanması vəzifəsinin İcra Hakimiyyətinin üzərinə qoyulması ilə bağlı qərar qəbul edildiyini, sonradan iddia verilən zaman Neftçilər küçəsi, dalan 2, ev 3 ünvanı ilə bağlı plan cizginin verilməsi ilə bağlı olduğunun müəyyən edildiyini,bu səbəblə ünvanlar düzgün qeyd edilmədiyindən İnzibati Məhkəmənin qərarının ləğv edildiyini bildirmişdir.

7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: təqdim olunmuş sübutlar əsasında, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Mülki Məcəllənin 140-cü maddəsinə əsasən: Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

10. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli 4-№-li qərarına əsasən diqqətə çatdırılmalıdır ki: “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. Misal üçün, yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə əsasən qeyd edilməlidir ki: 4.16.3.müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; 4.16.6. torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək; 4.16.7. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq məhkəmədənkənar qaydada həll olunmalı torpaq mübahisələrini həll etmək kimi səlahiyyətlər yerli icra hakimiyyətlərinə verilmişdir.

12. Belə növ səlahiyyətlərin məcrası bir sıra digər inzibati orqanlarına da aiddir ki, bu orqanlar məhz torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi, tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar müvafiq hüquq və vəzifələrə malikdirlər.

13. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə görə: İİİ. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur; - məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. İV. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

14. Hazırki mübahisə üzrə diqqətə çatdırılmalıdır ki, iddianın əsasını Daşımaz Əmlakın Dövlət Reyestrində torpaq sahəsinə Yaqub Meybalı oğlunun adına əsassız qeydiyyatın aparılması təşkil edir və tələbin digər hissələri bundan irəli gəlir. Bu baxımdan qeyd edilməlidir ki, tərəflərin sübyektiv hüquq və vəzifələri baxımından iddia edilən pozuntunun ehtimal edilən məzmunu iş üzrə cavabdeh kimi qeyd edilən prosess iştikçılarına münasibətdə sübuta yetirilməsə də, iddiaçının inzibati orqanın aktından, hərəkətlərindən və ya hərəkətsizliyindən müvafiq səlahiyyətlərə malik inzibati orqanlara inzibati icraat qaydasında (və ya nəticəsindəndən asılı olaraq inzibati prosessual qaydada inzibati məhkəmələrə) müraciət etmək hüquqları vardır. Belə ki, Azərbaycan Respublikasının İnzibati İcraat haqqında qanununun 81.3-cü maddəsinə əsasən: İnzibati orqan inzibati aktın icrası ilə bağlı şəxsin hansı hərəkətləri etməli olduğunu dəqiq müəyyənləşdirməyə borcludur.

15. İddiaçının diqqətinə çatdırılmalıdır ki, apellyasiya instansiyasında mülki icraat zamanı bilvasitə olaraq mübahisənin əsasının inzibati səciyyəsi barədə izahlar verilsə də, iddia tərəfin işin baxılmasında israrlı olduğundan, habelə tərəflərin subyektiv tərkibi və biləvasitə tələbləri mülki icraat həddində baxılmasına yönəldiyindən, kollegiya işin mahiyyəti üzrə araşdırmaq məcburiyyətindədir. İşin mahiyyəti üzrə isə tələblər mütəxəssis və ekspert rəyləri ilə, habelə digər mötəbər sübutlarla təsdiq edilmədiyindən apellyasiya şikayətlərin təmin edilməsinə də əsaslar yaranmır. İzah edilməlidir ki, müvafiq qeydiyyatlara cavabdehlik daşıyan səlahiyyətli icra hakimiyyəti orqanlarına müraciət edilərək verilmiş sənədlər üzrə araşdırma aparılması məhz onların vəzifələrini əhatə edir, hazırki iş üzrə isə Daşımaz Əmlakın Dövlət Reyestrində torpaq sahəsinə Yaqub Meybalı oğlunun adına qeydiyyatlar və onlardan irəli gələn hərəkətlər müvafiq prosedur çərçivəsində mübahisələndirilmədiyindən, mülki mühakimə səlahiyyətlərinə aid olmayan mülkiyyət hüquqlarına əsassız müdaxilə hüquqlardan sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Belə ki, mütəxəssis və ekspert rəyləri müəyyən edilən hallar (ziddiyyətlər) məhz müvafiq icra hakimiyyətinin səlahiyyətlərin əhatə edir.

16. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyası 13, 29; Mülki Məcəllənin 139-158, 385-388, 560; Mülki Prosesual Məcəllənin 2, 8-14, 76, 77, 80-82, 106.2, 217.4, 372, 385-390 -ci maddələrinəvə iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, baxış həddi üzrə araşdırılan hissədə qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qeyd edlən dəlillərə müvafiq qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Apellyasiya şikayəti yoxlanılan hissədə əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxslərə aid edilməlidir.

17. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-406-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-23/2022 saylı işi üzrə 12 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar