Məhkəmə qərarları › İş №2(103)-7922/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7922/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7922/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4200/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə «iddianın təmini tədbiri»nə dair ərizə ilə müraciət edərək, Cavabdeh məxsus 2011 -ci il buraxılışlı, tünd göy metallik rəngli, ** RP *** qeydiyyat nişanlı, Hyundai Sonata minik markalı və 2018-ci il buraxılışlı, ağ rəngli, ** FD *** qeydiyyat nişanlı, GAC GA8 minik markalı nəqliyyat vasitələrinin üzərinə həbsin qoyulması və cərimə meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-42002020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadıilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «iddianın təmini tədbiri»nə dair ərizəsi təmin edilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-159, 163-cü maddələrinə; Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” qərarınaistinadən qeyd edilmişdir ki, iddiaçının tələbi cavabdehdən ümumilikdə 436,26 manat məbləğində tutulması ilə bağlıdır. Belə olan halda, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə cavabdehin mülkiyyətində olan və dəyəri dəfələrlə artıq əmlak üzərinə həbs qoyulmasını məhkəmə mütənasib hesab etmir. İddiaçı Açıq Səhmdar Cəmiyyət qərardaddan şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 4200/2020 saylı qərardadının ləğv edilərək, Cavabdeh məxsus 2011 -ci il buraxılışlı, tünd göy metal lik rəngli, ** RP *** qeydiyyat nişanlı, Hyundai Sonata minik markalı, Cavabdeh məxsus 2018-ci il buraxılışlı, ağ rəngli, ** FD *** qeydiyyat nişanlı, GAC GA8 minik markalı nəqliyyat vasitələrinin üzərinə həbsin qoyulması və cərimə meydançasına yerləşdirilməsi barədə müvafiq qərar qəbul edilməsi, həmin qərardadın icrasını Azərbaycan Respublikası DİN BDYPİ-nə və Azərbaycan Respublikasının müvafiq İcra və Probasiya Şöbəsinə həvalə edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəllənin 370.2; Azərbaycan Respublikası MPM-nin 157-160; 267-269-cu maddələrinə istinadən qeyd edilmişdir ki, qanunvericiliyin də tələblərinə əsasən hakimin qəbul etdiyi iddianın təmin tədbiri barədə qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4200/20 saylı işi üzrə xx.xx.2020ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4200/20 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24, 80, “X5 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 15, 77, 88, 157-164, 386, 388, 397.2, 398; “İcra haqqında” Qanunun 26 və 45-ci maddələrinə əsasən hesab edir ki, mülki prosessual qanunvericilik heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını ehtiva edir. Həbsin əmlak üzərinə qoyulması lüzumsuz məhdudiyyətlərə səbəb olsa da, nisbi tarazlığı qorumaqla əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulması və ya sair iddia təmini tədbirinin həyata keçirilməsi gələcəkdə məhkəmə tərəfindən nəzarət etməli olan qətnamənin icrasına və məcburi icra tədbirlərinin həyata keçirilməsinin mümkünlüyünə təminatdır. Diqqətə çatdırılmalıdır ki, gələcəkdə iddia tələbinin təmin edilmədiyi halda cavabdehin iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməkdə haqlıdır, bununla da, müvəqqəti məhdudlaşdırılması ehtimal edilən hüquqları bərpa etmək imkanı saxlanılmaqdadır. İşə əlavə edilmiş sənədlərin nüsxələrindən avtonəqliyyat vasitələrinin rəsmi qeydiyyatları barədə məlumatlar məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlər nəzərə alınmaqla qərardadın dəyişdirilmədən saxlanılması üçün əsaslar mövcud deyildir. Məhkəmə nəzərə almalıdır ki, mütənasiblik meyarları əmlakın dəyər nisbətində tələbin qiymətinə münasibətdə müəyyən edilir ki, işdə əmlakların dəyəri barədə sübutlar və hazırki tələbin icra qaydasında əmlaka yönəldilməsi mərhələsi mövcud deyildir. Ümumiyyətlə, mütənasiblik prinsipi iddianın həcmi baxımından onun təmin edilməsinə dair əmlakların mümkün seçilməsinə yönəlmiş, onun bütövlükdə rədd edilməsi isə suiistifadəyə şərait yaradan amil kimi yolverilməzdir. Şərh edilənlər nəzərə alınmaqla, birinci instansiya məhkəməsi ərizəyə yenidən baxmalı və mütənasiblik prinsipinə müvafiq iddia təmin edilmə tədbirinin növü və yönəlməli olduğu əmlakı müəyyən etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 159, 263, 266 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4200/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin və iddianın təmini barədə ərizəsinə yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar