Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7932/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X38 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi,Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 13 saylı Notariat Kontoruna, Cavabdeh1 qarşı "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasa vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin cavabdeh notariat kontoruna həvalə edilməsi” tələbinə dair Nəsimi Rayon Məhkəməsinin 2(006)-968/2021 saylı işi üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, X2 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi, 54 ünvanında, 0,0255 ha torpaq sahəsində yerləşən 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 kv.metr yaşayış sahəsindən, 65.3 kv.metr köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsini onun yeganə vərəsəsi olaraq qəbul etməyi faktı müəyyən edilməsi və həmin miras paya vərəsəlik hüququ tanınması, ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh 13 saylı Notariat Kontorunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: Bakı şəhəri 13 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 27 yanvar 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 08 sentyabr 2009-cu ildə vəfat etmiş X5 vərəsəsi - ünvan 1 ünvanında qeydiyyatda olan əri - İddiaçıdur və o bu miras əmlakdan irs almalıdır; İddiaçı ilə X17 arasında 12 sentyabr 2006-cı il tarixdə nikah bağlanaraq bu barədə Nəsimi rayon Qeydiyyat Şöbəsinin akt qeydləri kitabında 492 saylı qeyd aparılmışdır; Ağayeva X63 01 noyabr 2016-cı il tarixdə ölüb və bu barədə sahibsiz ölüm kimi, 356 №-li qeydiyyat aparılmış AZ-İ, 809278 №-li, 10 dekabr 2016-cı il tarixli şəhadətnamə verilib; İddiaçı ilə X46 arasında 29 aprel 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən özünə məxsus 3/12 hissəni K.Çobanzadəyə bağışlamışdır; Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 iyul 2014-cü il tarixli 2-1(81)- 2756/2014 saylı qərarını ilə Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsindəki 54 saylı evin 3/12 hissəsinə dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın (Forma №1) İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 30 iyun 2016-cı il tarixli 2-1(103)-1290/2016 saylı qərardadı ilə, üçüncü şəxs Ağayeva X44 apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin hazırki iş üzrə 2inz(81)-2019/2013 №-li, 11 iyul 2013-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna qarşı mirası qəbul etmə müddətinin uzadılması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariat kontoruna həvalə edilməsi barədə iddia tələbi mümkün sayılmamışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 iyul 2013-cü il tarixli 2inz(81)-2019/2013 saylı qərarı ilə İddiaçı 08 sentyabr 2009-cu il tarixdə vəfat etmiş arvadı X3 miras qalmış, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsində istifadədə olan 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 m2 yaşayış sahəsi, 65.3 m2 köməkçi sahədən ibarət olan nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə V tikilidən 3/12 hissəsinə dair İddiaçı tərəfindən qəbul edilməsi müddətinin uzadılaraq həmin hissəyə dair İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri 13 saylı notariat kontoruna həvalə edilmiş, Bakı Apellyasiya Məhkəməsi 02 noyabr 2012-ci il tarixli qərarı ilə şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin 11 iyun 2012-ci il tarixli qətnaməsi ləğv edilib. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasnın 27 aprel 2012-ci il tarixli 2(102)- 1350/12 saylı qərarı ilə, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə 27 yanvar 2012-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 06 dekabr 2016-cı il tarixli 2-1(102)-1658/2016 saylı qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2016-cı il tarixli, 2- 1(103)- 1290/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır; Nərimanov rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli 2(005)- 2246/2019 saylı qətnaməsi ilə, iddia təmin edilmiş cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında 07 fevral 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış, X28 adına verilmiş 29 aprel 2015-ci il tarixli 186712 nömrəli bağışlama müqaviləsi və bunun əsasında verilən 05 iyun 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış etibarsız hesab edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli 2(103)-10993/2019 saylı qətnaməsi ilə, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2246/2019 saylı iş üzrə 14 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Bakı Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 03 fevral 2009-cu il tarixli 2(103)-178/2009 saylı qətnaməsi ilə, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 07 iyul 2008-ci il tarixli qətnaməsi ilə, iddiaçılar X47 və qeyrilərinin cavabdehlər X11 və qeyrilərinə qarşı miras mülkdən payların müəyyən edilməsi, miras payların naturada bölünüb verilməsi, mirasın qəbulu müddətinin buraxılmış hesab edilməsi, həyətdən istifadə qaydasının müəyyən edilməsi, otaqdan çıxarılma, otağa köçürülmə, yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılması tələbinə dair ilkin iddia ərizəsi, iddiaçı X33 cavabdehlər X16 və qeyrilərinə qarşı birinci növbəli vərəsələrin müəyyən olunması, xüsusi mülkiyyətin hüquqi qeydiyyat vəsiqəsinin dəyişdirilməsi, ümumi mülkiyyətdə payın ayrılması və mülkdə istifadə qaydasının müəyyən edilməsi barədə ilkin iddia ərizəsi və X13, X39 cavabdehlər X54 və qeyrilərinə qarşı faktiki qəbul edilmiş əmlaka vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi, cavabdehlərin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və onların evdən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin olunaraq, X47, X40, X33, X9, X21 və X14 hər birinin ünvan 3 ünvanda yerləşən tərəflərə aid olan və miras kütləsinə daxil olan ümumi sahəsi 92.6 kv.metr təşkil edən evə 1/2 hissədə, X13 və X39 isə hər birinin 3/12 hissədə vərəsəlik hüququnun tanınması və onlara qeyd edilən paylarına uyğun olaraq mülkiyyət hüququna dair reyestrdən çıxarışların verilməsi vəzifəsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi, X41, X55, X56, X29, X48, İsmayılova Xuraman Sabir qızının, X34, X42, X30, İddiaçı, X4 və X22 ünvan 3 ünvanda yerləşən evə istifadə hüquqlarının itirilməsi və onların həmin ünvandan pasport qeydiyyatından çıxarılmaları qət edilmişdir. Apellyasiya şikayəti təmin edilməmiş Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin hazırki iş üzrə olan 07 iyul 2008-ci il tarixli 2(006)-11/2008 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2009-cu il tarixli 2(102)-1560/09 saylı qərarı ilə, cavabdeh X.İddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 fevral 2009-cu il tarixli qətnaməsi Xuraman İsmayılovaya münasibətdə ləğv edilmiş, işin bu hissəsinə yenidən baxılması üçün iş üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 13 oktyabr 2009-cu il tarixli 2(103)-3689/2009 saylı qətnaməsi ilə, cavabdeh İsmayılova Xuraman Sabir qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 iyul 2008-ci il tarixli qətnaməsi cavabdeh Xuraman İsmayılovaya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 26 fevral 2010-cu il tarixli 2(102)-382/10 saylı qərarı ilə, cavabdeh İsmayılova Xuraman Sabir qızı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2(103)-3689/2009 nömrəli 13 oktyabr 2009-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qərar qəbul edilmiş, cavabdeh İsmayılova Xuraman Sabir qızının ünvan 3 ünvanda yerləşən evə istifadə hüquqlarının itirilməsi və həmin ünvandan pasport qeydiyyatından çıxarılması tələbinə dair iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 oktyabr 2010-cu il tarixli 2(102)-382/10 saylı qərarı ilə, cavabdeh İsmayılova Xuraman Sabir qızının Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-382/2010 nömrəli iş üzrə 26 fevral 2010-cu il tarixli qərarının izah edilməsi barədə ərizəsi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2016-cı il tarixli 2-1(103)-1290/2016 saylı qərardadın surətindən görünür ki, üçüncü şəxs Ağayeva X44 apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin hazırki iş üzrə 2inz(81)-2019/2013 №-li, 11 iyul 2013-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna qarşı mirası qəbul etmə müddətinin uzadılması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariat kontoruna həvalə edilməsi barədə iddia tələbi mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 yanvar 2019-cu il tarixli 2-1(102)-219/2019 saylı qərarın surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2467/20148 saylı iş üzrə 11 oktyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-2467/2018 saylı iş üzrə 11 oktyabr 2018-ci il tarixli qərardadın surətindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 avqust 2018-ci il tarixli 2-1(81)-2756/2014 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 oktyabr 2014-cü il tarixli 2-1(81)-2756/2014 saylı qərardadın surətindən görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 iyul 2014-cü il tarixli 2-1(81)-2756/2014 saylı qərarı, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən, X12 adına əmlakın qeydə alınmasına əsas olmuş məhkəmə qətnaməsinin ləğv olunması, bununla da, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsindəki 54 saylı evin 3/12 hissəsinə dair X12 hüququnun olmaması nəzərə alınmaqla, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsindəki 54 saylı evin 3/12 hissəsinə dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın (forma 1) İddiaçı verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması kimi izah edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2017-ci il tarixli 2-1(103)-15/2017 saylı qərardadın surətindən görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2756/2014 saylı qərarı ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsindəki 54 saylı evin 3/12 hissəsinə dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (Forma №1) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2012-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Maraqlı şəxs Ağayeva X44 qanuni nümayəndəsi Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmişdir.MAPS şöbəsinin arayışına əsasən İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. (iş.səh.6, 7, 8, 43, 44, 45, 9, 12, 15, 18, 20, 23, 32, 58, 62, 76, 84, 93, 101, 104, 109, 116,120, 123,157, 216). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-968/2021 saylı işi üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Bakı şəhəri 13 saylı Notariat Kontoruna, Cavabdeh1 qarşı "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasa vərəsəlik hüququnun alınması, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin cavabdeh notariat kontoruna həvalə edilməsi tələbinə” dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 82.3; «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur . İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(006)-968/2021 №-li qətynaməsi ləğv edilsin və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 217.1, 217.3, 217.4, 385, 386, 387.1, 390, 1159.1-ci və 1159.1.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, arvadı X18 09 sentyabr 2009-cu il tarixdə vəfat edib. Həmin vaxtdan da paylı mülkiyyət hüququ ilə ona məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi, 54 ünvanında, 0,0255 ha torpaq Sahəsində yərləşən, 3 (üç) ədəd bir mərtəbəli, 6(oltı) otaqlı, 97 kv.metr yaşayış sahəsindən, 65,3 kv.metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsinə vərəsəlik açılıb. Arvadının dəfni, hüzn mərasimi və sairlə əlaqədar, eləcə də həmin miras əmlakla əlaqəli müxtəlif məhkəmə mübahisələr səbəbindən miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat ofisinə gec müraciət etmişdir. Gecikməyə digər səbəblərdə olub ki, həmin səbəblərdən biri də miras əmlakın yüklülüyü barədə arayışı vaxtında ala bilməməyi olub və bunun təqsirkarı da DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin qanunsuz hərəkətləri olub ki, həmin hərəkətlərdən müdafiəyə dair iddiaya məhkəmədə baxılıb və iddia tələbi təmin olunub.Forma 1 arayışını aldıqdan sonra da aidiyyəti notariat ofisi tərəfindən, gətirdiyi arqumentlərə baxmayaraq, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilib və imtinaya səbəb kimi də vərəsəliyin qəbulu üçün nəzərdə tutulmuş müddəti ötürdüyü göstərilib.O, həmin imtinanı əsassız hesab etdiyindən 1 saylı Bakı İnzibatilqtisadi Məhkəməsinə (hazırkı Bakı İnzibati Məhkəməsinə) müraciət edərək cavabdeh notariusun (13 saylı NK) imtinasının əsasız hesab edilməsini, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılmasının zəruri sayılmasını və tələbinin icrasının cavabdeh noratiusa həvalə olunmasını xahiş etmidir. İddiaya məhkəmədə 2inz(81)-201/2013 №-li iş olaraq baxılmış və tələbinin təmin olunması barədə 11 iyul 2013-cü il tarixli qərar qəbul edilmişdir. Həmin 11 iyul 2013-cü il tarixli qərar onunla əsaslandırılıb ki, aravadı X2 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi, 54 ünvanında, 0,0255 ha torpaq ahəsində yerləşən, 3 (üç) ədəd bir mərtəbəli, 6(altı) otaqlı, 97 kv.metr yaşayış sahəsindən, 65,3 kv.metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsinə yüklülüyə dair dövlət reyestrindən forma 1 arayışını xidməti idarənin imtinası səbəbindən əldə edə bilməməyi, buna görə də arayışın alınmasına nail ola bilməyi üçün məhkəməyə müraciət etməyi və müraciətinin məhkəmə tərəfindən təmin edilməsindən sonra ona belə bir arayışın verildiyi, habelə mirası qəbul etdiyi ilə əlaqədar məhkəməyə müraciət etməyi mirası qəbul etdiyini şəksiz nümayiş etdirdirməyini və mirası qəbul etdiyini təsdiq edir. Bütün bu məhkəmə mübahisələndikdən sonra əldə etdiyi sənədlər (vərəsəlik hüququ haqqındaiş №-si V-17/2015 olan, 27 yanvar 2015-ci il tarixli şəhadətnamə və sair sənədlər) əsasında qeyd olunan miras, olan fərdi yaşayış evinin 3/12 hissəsini, adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata aldırmış və ona buna dair RX seriyalı, ******* №-li, 20 noyabr 2012-ci il tarixli çıxarış verilib. Həmin çıxarış əsasında da adına keçirdiyi həmin payı bacının oğlu, X35 hədiyyə etmiş və bu barədə də 03 saylı notariat kontorunda, 4Ə-157 reyestr №-li, 29 aprel 2015-ci il tarixli bağışlama müqaviləsi bağlanıb.Həmin bağışlama müqaviləsinə əsasən də paya hüquq X28 adına dövlət reyestrində qeydiyyata alınıb və buna dair RX seriyalı, ******* NQ-İİ, 05 iyun 2015-cı il tarixli çıxarış verilib. Bu müddət ərzində arvadının bacısı olan maraqlı şəxs Ağayeva X63, mirası qəbul etməyi faktına dair, eləcə də həmin miras əmlaka mülkiyyət hüququnun tanındığı və bu barədə daşınmaz əmlakın dövlət reyestrində adına müvafiq qeydiyyat aparılmaqla müvafiq sənədin (çıxarışın) verilməsinin cavabdeh Ərazi İdarəsinə həvalə olunması barədə 11 iyun 2012-ci il tarixli məhkəmə aktından apellyasiya şikayəti vermiş və apellyasiya instansiyasının (Bakı Apellyasiya Məhkəməsi) 02 noyabr 2012-ci il tarixli qərardadı ilə şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin 11 iyun 2012-ci il tarixli qətnaməsi ləğv edilib. Qərardad onunla əsaslandırılıb ki, .-müəyyən olunması tələb olunan fakt üzrə mübahisə olduğundan faktın müəyyən olunması barədə ərizə baxılmamış saxlanılmalıdır. Apellyasiya instansiyasının həmin 02 noyabr 2012-ci il tarixli qərardadından verilmiş kassasiya şikayəti də təmin olunmayıb, 27 yanvar 2012-ci il tarixli qərarla apellyasiya instansiyasının 02 noyabr 2012-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılıb.Eləcə də maraqlı şəxs Ağayeva X63 tərəfindən 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin (hazırkı Bakı inzibati-iqtisadi Məhkəməsi) 2inz(81)-201/2013 №- li, 11 iyul 2013-cü il tarixli qərarından apellyasiya şikayəti verilmiş və şikayətə 2-1(103)- 1290/2016 Ns-li iş olaraq baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası özünün 30 iyun 2016-cı il tarixli qərardadı ilə şikyəti qismən təmin edərək 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2inz(81)-201/2013 Ns-li, 11 iyul 2013-cü il tarixli qərarını ləğv etmiş və iddiamı mümkün saymamışdır.Həmin 30 iyun 2016-cı il tarixli qərardad onunla əsaslandırılmışdır ki, iddiaya ümumi məhkəmələrdə baxılmalı olduğu halda inzibati məhkəmədə baxılıb ki, buda işlərə baxılmada məhkəmə aidiyyətin pozulmasının yolverilməzliyi baxımından mümkün sayıla builməz. Həmin 30 iyun 2016-cı il tarixli qərardad da yuxan instansiyada mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının (indiki inzibati kollegiyanın) 2-1 (102)- 1658/2016 №-li, 06 dekabr 2016-cı il tarixli qərarı ilə apellyasiya instansiyasının qeyd olunan 2-1(103)-1290/2016 saylı, 30 iyun 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılıb.Ağayeva X63 01 noyabr 2016-cı il tarixdə ölüb və bu barədə sahibsiz ölüm kimi, 356 Ns-li qeydiyyat aparılmış AZ-İ, 809278 Ns-li, 10 dekabr 2016-cı il tarixli şəhadətnamə verilib.Ağayeva X44 hüquqi varisi Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinə, ona və bacısı oğlu X35, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və 13 saylı NK-na qarşı, hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dan çıxarışların və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət edib. İddia ərizəsinə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsində 2(005)-2246/2019 №-li mülki iş olaraq baxılıb və iddia təmin edilərək 14 iyun 2019-cu il tarixli qətnamə ilə adına verilmiş RX seriyalı, ******* №-li, 20 noyabr 2012-ci il tarixli çıxarış, X28 adına olan 29 aprel 2015ci il tarixli bağışlama müqaviləsi və həmin bağılama müqaviləsi əsasında verilmiş RX seriyalı, ******* Ns-li, 05 iyun 2015-ci il tarixli çıxarış etibarsız hesab edilib. Arvadından qalan mirasa vərəsəlik hüququnun tanınması ilə Ağayeva X44 hüquqi varisi Cavabdeh1 razılaşmır. O isə arvadı X6 09 sentyabr 2009-cu il tarixdə vəfatı ilə əlaqədar paylı mülkiyyət hüququ ona məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi, 54 ünvanında, 0,0255 ha torpaq sahəsində yerləşən, 3 (üç) ədəd bir mərtəbəli, 6(altı) otaqlı, 97 kv.metr yaşayış sahəsindən, 65,3 kv.metr köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsinə vərəsəlik hüququnun olduğuna iddialıdır və bu iddiada haqlı olduğunu yuxarıda göstərdiyi hallar və faktlar təsdiq edir.Ona görə də cavabdeh Asf Ağayevlə arasında bu məsələ mübahisə doğurduğundan mübahisəli miras payı vərəsə olaraq faktiki qəbul etdiyi faktının müəyyən olunması, mirasa vərəsəlik hüququnun tanınması və vərəsəlik hüquq haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh notariusa həvalə olunması tələbləri barədə hazırkı iddia irəli sürür. İddia ərizəsi Bakı şəhəri Nəsimi rayon Məhkəməsində icraatında 2(006)-968/2021№-li mülki iş olaraq baxılıb və 01 aprel 2021 -ci il tarixli qətnamə ilə iddia rədd edilib. Aşağıda qeyd edəcəklərinə əsasən, hesab edir ki, qeyd olunan 01 aprel 2021-ci il tarixli qətnamə ləğv edilməli iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir.Belə ki, işin həqiqi halları, bu tərəflər arasında əvvəllər qəbul edilmiş, hazırkı iş üçün preydusal əhəmiyyətə malik, özünün qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmiş faktlar ona, qəbul edilmiş 01 aprel 2021-ci il tarixli qətnamənin, barmaqarası münasibətdə qəbul edildiyini göstərir.Fikir verin: birinci instansiya məhkəməsi, iddia üzrə Cavabdeh1, iddianı qəbul etməyərək verdiyi etiraz ərizəsində göstərdiyi:.... “İddiaçı, yəni arvadının dəfnini, hüzn mərasimini keçirməyi ilə və sairlə əlaqədar, eləcə də həmin miras əmlakla əlaqəli məhkəmə mübahisələri səbəbindən miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notarial ofisinə gec müraciət etməyi səbəbləri tamamilə yalan və uydurmadır guya o, 2006-cı ildən bu günə kimi mübahisə predmeti ilə bağlı keçirilən heç bir məhkəmə çəkişmələrində iştirak etməmiş, uzun müddətdir ki, ölkə ərazisində yaşamır və adından bütün məhkəmələrdə bacısı Xuraman İsmayılova iştirak edir (qəribədir bacısının bəzi hallarda məhkəmədə təmsil etməsinə irad tutur özü hansı ki, anasının adından qanuni nümayəndəsi olaraq çıxış edir) dəlillərinə həqiqi hallar kimi qiymət verərək anasının cəsədinə belə sahib çıxmayan (ölüm haqqında şəhadətnaməsində sahibsiz ölü olaraq yazılır) bu “şəxs”in barəsində dediklərini araşdırmaması bir tərəfə məhkəməyə təqdim olunmuş məhkəmə aktları ilə gəlinmiş nəticələri belə düzgün qiymətləndirməyib. Birinci instansiya məhkəməsi iş üzrə nəticəsini görün daha hansı hallarla əsaslandırır və həmin hallar hansı faktlarla (məhkəmə aktları ilə) təkzib olunur: Birinci instansiyanın nəticəsi üzrə bir əsası: Miras qoyan X18 08.09.2009-cu il tarixdə vəfat etmişdir.Miras qoyanın sağlığında onun İddiaçı ilə (yəni onunla) evliliyi olmamışdır. Bu əsası təkzib edən fakt:Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 aprel 2012-ci il tarixli, 2(102)-1350/12 №- li qərarında göstərilir ki,:Ərizəçi Ağayeva X44 qanuni nümayəndəsi, Cavabdeh1 mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair anasının adından ərizə ilə Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, qanuni nümayəndəsi olduğu anası Ağayeva X63 X7 doğma bacısıdır və onların hər ikisinin mübahisəli evdə 3/12 hissələrdə mülkiyyət hüquqları var.X19 08 sentyabr 2009-cu ildə vəfat etmişdir.O, heç vaxt ailə qurmamış, onun əri və uşaqları olmamışdır.G.Baladadaşova özünə məxsus mirasa dair vəsiyyətnamə qoymamışdır.Onun qanun üzrə vərəsələri içindən alnız Ağayeva Çimnaz X58 və o, yeganə vərəsədir. Ağayeva X63 həmin ünvanda yaşamaqla mirası faktiki idarə etməklə qəbul etmişdir.Lakin mirasın açıldığı tarixdən qanunvericiliklə müəyyən edilmiş müddətdə miras əmlaka miras hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat orqanına müraciət etməmişdir. Ona görə də qeyd olunan miras əmlaka onun vərəsəlik hüquq əsasında payının tanınması və həmin hüquqlar əsasında miras əmlaka müvafiq pay həcmində mülkiyyət hüququnun dövlət qeydiyyatının həyata keçirilməsi vəzifəsinin müvafiq orqanın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 19 oktyabr 2010-cu il tarixli, 2(006)-3678/2010 №-li qətnaməsi ilə Ərizəçi Ağayeva X44 qanuni nümayəndəsi, Cavabdeh1 ərizəsi təmin edilmişdir. Həmin qətnamədən maraqlı şəxs olaraq mən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayətinin dəlilləri olaraq göstərilmişdir ki, X19 ilə 12 sentyabr 2006-cı il tarixdə ailə qurmuşlar. 08 sentyabr 2009-cu ildə arvadı vəfa r.Nəsimi rayon Məhkəməsinin qətnaməsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi, ünvanında yerləşən 54 saylı ev bölünmüş, evin 3/12 hissəsinə arvadının mülkiyyət hüququ tanınmışdır. Ağayeva X63 məhkəməni aldadaraq arvadının yeganə vərəsəsi kimi özünü göstərmiş onun varlığını məhkəmədən gizlətmişdir.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasında şikayətinə baxılaraq qismən təmin edilmiş və 27 yanvar 2012-ci il tarixli qərardadla Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 19 oktyabr 2010- cu il tarixli, 2(006)-3678/2010 №-li qətnaməsi ləğv edilmiş Ərizəçi Ağayeva X44 qanuni nümayəndəsi, Cavabdeh1 ərizəsi baxılmamış saxlanılmışdır.Bu qətnamə ilə razılaşmayan Ağayeva X44 qanuni nümayəndəsi, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2012-ci il tarixli qərardadlından kassasiya şikayəti vermişdir. Ağayeva X44 qanuni nümayəndəsi, Cavabdeh1 kassasiya şikayətinə baxan Ali Məhkəmənin Mülki Kollegiyasının qənaəti belə olmuşdur ki,: X19 ilə İddiaçı olu arasında 12 sentyabr 2006-cı il tarixdə rəsmi nikah qeydə alınıb. 08 sentyabr 2009-cu ildə X19 vəfat edib və onun vəfatı ilə əlaqədar ondan qalmış mirasa dair miras açılmışdır. lş üzrə toplanmış sübutlar apellyasiya instansiyasında araşdırılarkən müəyyən edilmişdir ki, maraqlı şəxs, yəni İsmayılov mirasa vərəsəlik hüuqunun rəsmiləşdirilməsi üçün aidiyyəti orqanlara müraciətlər etmiş və mirası qəbul etdiyi məhkəmələr tərərfindən təsdiqini tapıb. Artıq məhkəmələr tərəfindən müəyyən edilmiş həmin faktların isə sonradan həmin tərəflər arasında başqa məhkəmələrdə mübahisələndirilməsi Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin tələbinə əsasən yolverilməzdir.Ali Məhkəmə bu qənaətdən çıxış edərək özünün 27 aprel 2012-ci il tarixli qərarı ilə Ağayeva X44 qanuni nümayəndəsi, Cavabdeh1 kassasiya şikayətini təmin etməmişdir.Bu təkzib onu təsdiq edir ki, başqa birisinə məxsus əmlakı mənimsəmək istəyən anasının ölüsünə belə sahib çıxmayan Cavabdeh1dur. O, arvadından qalan mirasa sahibdir. Məhkəmə isə buna göz yumub.Birinci instansiyanın nəticəsi üzrə digər bir əsası:Yenə də Cavabdeh1 həqiqəti əks etdirməyən sözlərinə istinad olunaraq bildirilir ki,:— Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 07.08.2008-ci il tarixli 2(006)- 11/2008 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı və onun ailə üzviləri, X49, İsmayılzadə Həcər xanım Soltan qızı və X1 ünvanda ünvan 5iyyatda olmuş və X6 həmin şəxslərə qarşı isdifadə hüquqlarının itirilməsi və qeydiyyatlarının ləğv edilməsi tələbinə dair iddiası təmin edilmişdir.Həmçinin, məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı və onun ailə üzvləri həmin ünvanda qeydiyyatda olsalar da uzun müddətdir ki, Özbəkistan Respubilkasında yaşamışlar və onların göstərilən ünvanda qeydiyyatları formal xarakter daşıyır. İddiaçı etibarnamə üzrə nümayəndəsi İsmayılova Xuraman Sabir qızı məhkəmə qətnaməsindən apellyasiya və kasassiya şikayətləri versə də, məhkəmə qətnaməsi həmin hissədə qüvvədə qalmış, şikayətlər təmin edilməmişdir. Qeyd edir ki, X18 vəfat edərək İddiaçı bir gün də olsa hüzn mərasimlərində iştirak etməmişdir.Bu faktı həmin ünvada yaşayan və X86 dəfinin təşkil edən qohumları və qonşuları təsdiq edə bilələr. Miras qoyan X17 ilə İddiaçı nikahda olmaları uydurma və saxta olmaqla yalnız İsmayılova Xuraman Sabir qızının əsasız varlanmaq niyyətində olmasıdır. Bundan başqa, İddiaçı Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna qarşı miras qəbul etmə müddətinin uzadılması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəsifəsinin notariat kontoruna həvalə edilməsini tələbinə dair iddiası 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 13 iyul 2013- cü il tarixli 2inz(81)-2019/2013 saylı qərarı ilə təmin edilmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 30 iyun 2016-cı il tarixli 2-1 (103)-1290/2016 saylı qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna qarşı miras qəbul etmə müddətinin uzadılması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariat kontoruna həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respubilkası Ali Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli 2-1(102)-1658/2016 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş. Bakı Apellyasiya Məhkəməsinin 30 iyun 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Arvadı arasında nikah qeydi var və bu həqiqidir.Uydurma deyil.Birinci instansiyanın qətnamə üzrə nəticəsinin digər yuxarıda qeyd olunan nəticə əsasını təkzib edən fakt: birinci təkzib əsasında da göstərir ki, və G.Baladadaşova rəsmi nikahlı arvadı olub. Onun ondan qalan mirası qəbul etməyi üçün mücadiləsi (forma 1 arayışı alınması, notariusa müraciətləri və sair) məhkəmələr tərəfindən müəyyən edilib və mirası qəbul etməyi faktı kimi tanınıb Həmin qətnamələrin sonradan mümkünsüz sayılması yalnız məhkəmə aidiyyətinin pozulması səbəbi ilə olub və həmin məhkəmələrin müəyyən etdikləri hallara (o hallar ki, mirası qəbul etməyi faktını tanıyıb) aid edilməyib. Məhz inzibati məhkəmənin qətnaməsinin aidiyyət baxımından mümkünsüz sayılması səbəbi ilə ləğv edilməsi həmin məhkəmə qətnaməsi əsasında əldə edilmiş çıxarışların sonradan etibarsız sayılmasına səbəb olub. Lakin bunların heç biri arvadından qalan mirasa vərəsə olmağına kölgə sala bilməz və kimsə uydurma nikahda günahlandıra bilməz. Bunu edən şəxsin özünü məhkəməni saxta məlumatlarla yanlış istiqamətə yönləndirilməkdə günahlandırılmalıdır.Və bu belədir. Çünki Birinci instansiya məhkəməsi, iddiaya, məhz iddia üzrə Cavabdeh1 yalanları üzərindən qiymət verib. İş üzrə təqdim edilmiş sübutları demək olar ki, oxumayıb, onları araşdırmayıb. Birinci instansiya Məhkəməsi Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 07.08.2008- ci il tarixli 2(006)- 11/2008 saylı qətnaməsi ilə müəyyən edilən hallar əsaslanır lakin həmin qətnaməni qüvvədə saxlayan apellyasiya qətnaməsinin Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən ləğv edildiyini görmür. Eləcə də həmin iş üzrə qarşılıqlı iddianın predmetində cavabdehlər sırasında ümumiyyətlə adı yoxdur və bundan əlavə adı olmayan lakin barəsində fikir yürüdən həmin məhkəmə məhkəmədə iştirakını təmin etmədən ona aid hüquq və vəzifələr aid bir məsələni həll edərkən aşkar prosessual normanın tələbini (MPM-nin 385-ci maddəsinin tələbini) kobud surətdə pozduğunu belə görməyib. O, miras qoyan X6 nikahlı əridir və bu barədə rəsmi sənəd olan nikah qeydi, şəhadətnamə var.Sual olunur.Həmin sənədin varlığı nədə inkar olunur ki, onun etibarsızlığına dair hər hansı məhkəmə aktı mövcuddurmu ki, birinci instansiya məhkəməsi Cavabdeh1 saxta sözlərinə əsaslanaraq belə bir qətnamə qəbul edir.?. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə edilmiş sorğuya 11.10.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsi, 54 saylı ev tarixsiz olaraq X97, X64, X80, X81, X51, Xədicə Ələsgər qızının, X104 və X98 adlarına ilkin qeydiyyatdan keçmişdir.1 saylı DNK-nın 2 KN “N”-3256 reyestr nömrəli qanun üzrə vərəbəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin 1/16 hissəsi X65 adına qeydiyyatdan keçmişdir. 1 saylı DNK-nın 2KN “N”-3257 reyestr nömrəli qanun üzrə vərəşəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin 1/16 hissəsi X65 adına qeydiyyatdan keçmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-11/2008 saylı 07.07.2008-si il tarixli qətnaməsinə əsasən evin V tikilisindən 1/12 hissəsi X47, V tikilisindən 1/12 hissəsi X40, V tikilisindən 3/12 hissəsi üzrə vərəsəlik X33, V tikilisindən 1/12 hissəsi X9, V tikilisindən 1/12 hissəsi X23, V tikilisindən 1/12 hissəsi X15, V tikilisindən 3/12 hissəsi X13 və V tikilisindən 3/12 hissəsi X39 adlarına qeydiyyatdan keçmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-3678/2010 saylı 19.10.2010-cu il tarixli qətnaməsinə əsasən evin V tikilisindən 3/12 hissəsi X32 adına qeydiyyatdan keçmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-1614/2010 nömrəli 02.08.2012-oi il tarixli icra vərəqəsinə əsasən evin A və B tikilisindən 4/6 hissəsi X65 adına adına qeydiyyatdan keçmişdir. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81 )-2756/2014 saylı 27,11.2014-cü il tarixli qətnaməsinə əsasən evin V tikilisindən 3/12 hissəsi X13 adına qeydiyyatdan keçmişdir. 13 saylı DNK-nın 2V-15 reyestr nömrəli 27.01.2015-ci il tarixli qanun hüququ haqqında şəhadətnaməsinə əsasən evin V tikilisindən 3/12 hiss|əsi İddiaçı adma qeydiyyatdan keçmişdir. 3 saylı NK-nın 4Ə- 157 reyestr nömrəli29.04.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən evin V tikilisindən 3/12 hissəsi X28 adına qeydiyyatdan keçmişdir. Nərimanov rayon Məhkəməsinin 2(005)-2246/2019 nömrəli 14.06.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı və X31 adlarına verilmiş çıxarışlar etibarsız hesab edilmişdir. 13saylı DNK-nın 2V- 40 reyestr nömrəli 27.03.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin V tikilisindən 3/12 hissəs Cavabdeh1 adma qeydiyyatdan keçmişdir. 14saylı notariat ofisinin 4Ə-310 reyestr nömrəli 27.03.2020-ci il taixli alqı-satqı müqaviləsinə əsasən evin V tikilisindən 1/24 hissəsi X50, V tikilisindən 1/24 hissəsi X36 adına qeydiyyatdan keçmişdir. 14 saylı notariat ofisinin 4Ə-669 reyestr nömrəli 30.06.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin V tikilisindən 1/24 hissəsi X24 adına qeydiyyatdan keçmişdir. 14 saylı notariat ofisinin 4Ə-741 reyestr nömrəli 17.07.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin V tikilisindən 1/12 hissəsi X25 adına qeydiyyatdan keçmişdir. 14 saylı notariat ofisinin 4Ə-967 reyestr nömrəli 31,08.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin V tikilisindən 1/24 hissəsi X26 adına qeydiyyatdan keçmişdir. 14 saylı notariat ofisinin 4Ə-1151 reyestr nömrəli 05.10.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin V tikilisindən 1/12 hissəsi X10 adına qeydiyyatdan keçmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-1929/2020 saylı 09.10.2020-ci il tarixli qətnaməsinə əsasən evin A və B tikililəri X65 adına qeydiyyatdan keçmişdir. 29 saylı notariat ofisinin 46-325 reyestr nömrəli 12.03.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən evin V tikilisindən 1/24 hissəsi X27 adına qeydiyyatdan keçmişdir. Hazırda Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsi, 54 saylı evirı V tikilisindən 1/12 hissəsi X40, V tikilisindən 1/12 hissəsi X33, V tikilisindən 1/12 hissəsi X9, V tikilisindən 1/12 hissəsi X23, V tikilisindən 1/12 hissəsi X15, V tikilisindən 1/12 hissəsi X47 adına, V tikilisindən 3/12 hissə (açıq qalır) X8, V tikilisindən 1/12 hissəsi Cavabdeh1, V tikilisindəı X37, V tikilisindən 1/12 hissəsi Qulammirzə; Misir qızının, A və B tikililəri X65, V tikilisindən 1/24 hissəsi X27 mülkiyyətlərindədir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, işin dəfələrlə Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsinin icraatında baxıldığını, iddiaçının Bakıda yaşamadığını, nə iddiaçı nə də onun arvadının mübahisəli mənzildə yaşamadığını, həmin ərazidə onu tanıyan olmadığını bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq,İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Notariat Kontoru iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə və Mülki Məcəllənin 140, 1243, 1246-1248, 1272-1273-1, 1302; Mülki Prosessual Məcəlləsinin 372, 385, 386, 388, 390-cu maddələrinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Mübahisə edilən daşınmaz əmlak (payı) üzrə vərəsəlik hüquqlarının tanınması üçün və mirası qəbulu faktının təsdiqi üçün onun ötürülməsinin üzrlü hesab edilməsi gərəkdir ki, bu növ tələb iddianın baxış predmeti olmadığından onun müzakirəsi də prosessual cəhətdən yuolverilməzdir. Bundan əlavə, sorğu edilmiş ünvanda müxtəlif insanların mülkiyyət hüquqları olan şəxslərin vərəsəlik dairəsinə (miras kütləsinə) aidiyyətinə aydınlıq gətirmədən və onlar iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmədiyindən, habelə tələb üzrə cəlb edilmiş hər bir cavabdehin mülki hüquq məsuliyyətinə yönəlmiş xüsusatlar müəyyən edilmədiyindən onun prosessual mahiyyəti aydın deyildir. Mahiyyəti üzrə isə iddiaçı mirası qəbul etmək faktının təsdiqinin hansı əsasla müəyyən edilməsini əks etdirməyərək buna dair sübutlar (vəsatətlər) təqdim etməmişdir. Apellyatorun şikayətində qeyd etdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına istinad etməsi isə əsassızdır. Belə ki, onun məxsusi olaraq faktiki hallarla bağlı istinad etdiyi məhkəmə aktları qanuni qüvvəyə minməmiş, yuxarı məhkəmələr tərəfindən ləğv edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası mübahisə edilən dəlillərə münasibətdə iddianın təmin edilməsi üçün, habelə birinci instansiya məhkəməsi qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Şərh olunanları nəzərə alaraq, Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, kollegiya :q ə t e t d i İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-968/2021 saylı işi üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7932/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7932/2021
20.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver