Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7953/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İlham Kərimlidən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoru, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh6, Cavabdeh7, X1, Cavabdeh8 və Naxşıvan MR DİN X3 İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin, vərəsəlik hüququ haqqında şəhadətnamənin və nəqliyyat vasitəsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi, miras payların müəəyyən olunması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh8 ərizəsi təmin edilsin, hazırkı iş üzrə Nərimanov RM-nin 29.06.2018-ci il tarixli qərardadı ilə “Mercedes Benz” markalı, **-BG-*** (əvvəlki **-CP-***) dövlət qeydiyyat nişanlı və “Nissan Navara” markalı, **-BA-*** (əvvəlki **-CM-***) dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə iddianı təmin etmə tədbiri kimi qoyulmuş qadağa götürülsün. Şikayətdə tələb olunub ki, qərardad “Nissan Navara” markalı, **-BA-*** (əvvəlki **-CM-***) dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə ləğv edilsin. Şikayət əsassızdır. Belə ki, hazırkı iş üzrə Nərimanov RM-nin 12.04.2019-cu il tarixli qətnaməsində avtomobillə bağlı pul tələbi barədə iddia qaldırmaq hüququ izah olunub, avtomobilin özü barədə hər hansı göstəriş qət edilməyib. Qətnamə qanuni qüvvəyə minib. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 162-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, Nərimanov RM düzgün olaraq “Nissan Navara” markalı, **-BA-*** (əvvəlki **-CM- ***) dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə iddianı təmin etmə tədbirini ləğv edib. Qərardad digər avtomobilə aid hissədə mübahisələndirilmədiyinə görə həmin hissədə qərardadın əsaslılığı yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7953/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7953/2021
30.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver