Məhkəmə qərarları › İş №2(103)-7954/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7954/2021

13.10.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7954/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(005)-3368/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçı X1 xeyrinə 3336,31 (üç min üç yüz otuz altı manat otuz bir qəpik) manat əmək haqqı, 3791.25 (üç min yeddi yüz doxsan bir manat iyirmi beş qəpik) manat istifadə edilməmiş əmək məzuniyyəti əvəzi pul və 29222.34 (iyirmi doqquz min iki yüz iyirmi iki manat otuz dörd qəpik) manat məbləğində ödənc (ödənişin gecikdirilməsinə görə kompensasiya) ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(005)-3368/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) hesablanaraq ödənilməsi "xxxx" MMC-nin üzərinə vəzifə kimi qoyulması qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya baxışı zamanı tərəflər məhkəməyə barışıq sazişi təqdim etdilər. Barışıq sazişinin predmetinə görə: Cavabdeh MMC İddiaçı 5000 manat məbləğində əmək haqqı və məzuniyyət ödənişini ödəməyi üzərinə öhdəlik götürür və İddiaçı aldığı 5000 manatı qəbul edir və iddia tələbindən tam şəkildə imtina edir. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən... tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə idə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(005)-3368/2021 nömrəli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 52.5, 191.1, 191.2, 261.0.5, 263, 264, 370, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı və Cavabdeh MMC-nin təqdim etdiyi barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: Cavabdeh MMC İddiaçı 5000(beş min) manat əmək haqqı və məzuniyyət ödənişini ödəməyi öhdəsinə götürür; İddiaçı isə 5000(beş min) manatı qəbul edir və iddia tələbindən tam şəkildə imtina edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(005)-3368/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar