Məhkəmə qərarları › İş №2(103)-796/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-796/2025

13.04.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-796/2025 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 İddiaçı iddiaçı1, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı “mirasın qəbul edilməsi müddətinin üzrlü hesab edilərək bərpa edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: ünvan 15 ünvandakı ev 1963-cü ildə X5, yəni iddiaçıların nənəsinin adına rəsmiləşdirilmişdir. X5 iddiaçıların X2nun anası, onların isə nənələri olubdur. Nənələri X5 ##.##.1981-ci ildə vəfat etmişdir. Onun ölüm şəhadətnaməsi iş materiallarına əlavə edilir. X5 vəfat edəndən sonra həmin evdə onun oğlu, yəni ataları X20 və əmiləri yaşamaqda davam etmişlər, evin faktiki sahibi olmuşlar. Sonradan onlara məlum olmuşdur ki, nənələrinə məxsus əmlak hazırda iş üzrə olan cavabdeh-əmilərinin nəticəsi Cavabdeh adına rəsmiləşdirilmişdir. Bakı şəhəri * saylı notariat ofisinin notariusu Nizami Tağıyev tərəfindən iddiaçı1 ünvanlanmış ##.##.2024-cü il tarixli ** saylı məktubdan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, X5 ##.##.1981-ci il tarixdə vəfat etməsi ilə əlaqədar Cavabdeh ərizəsi əsasında ##.##.2022-ci il tarixdə Bakı şəhəri * saylı notariat ofisində vərəsəlik işi açılmış və ona ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu səbəbdən vərəsələrin dairəsi müəyyən edilərək mərhum X5 miras qalmış əmlaka dair Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi (Əzizbəyov VVADQ) tərəfindən verilmiş II JQ seriyalı ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ##.##.1981-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində vəfat etmişdir. Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ##.##.2008-ci il tarixdə ölmüşdür. Ölümün qeyd edilməsinə əsas Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon Məhkəməsinin ##.##.2008-ci il tarixli *-***/**** saylı qətnaməsi olmuşdur. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi (Əzizbəyov VVADQ) tərəfindən verilmiş İ İE seriyalı ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ##.##.1939cu il tarixdə doğulmuşdur. Onun atası Əzimov Əbdülmanaf, anası X5r. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi (Əzizbəyov rayon VVADQ) tərəfindən verilmiş II-JQ seriyalı ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ##.##.1967-ci il tarixdə doğulmuşdur. Onun X2, anası X9r. * saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2024cü il tarixli **** saylı arayışın surətindən görünür ki, iddiaçı2 ##.##.1967-ci il tarixdə doğulmuşdur. X2, anası X15, əri X31, bacısı iddiaçı1, qızı X16 və oğlu X1r. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi (Əzizbəyov rayon VVADQ) tərəfindən verilmiş V-JQ seriyalı ****** saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X21 nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında ##.##.1985-ci il tarixdə 345 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Zeynalov, arvada Zeynalova soyadı verilmişdir. Azərbaycan Respublikası ƏMDK DƏDKR publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 5 (yeni qaydalarla ünvan 3) ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət əsasında Cavabdeh adına qeydiyyatdan keçirilmişdir. Bakı şəhəri * saylı Notariat Ofisindən əldə edilmiş vərəsəlik işinin təsdiq edilmiş surətində olan qanun üzrə vərəsəlik hüququ haqqında ##.##.2022-ci il tarixli şəhadətnamədən görünür ki, Cavabdeh Əbdülmanaf oğlunun vərəsələri Əzimov Azad Fərrux oğlu olmuş, lakin onun ##.##.2005-ci il tarixdə ölməsi ilə əlaqədar nəvəsi Cavabdehdur və o, miras əmlakdan 1/4 hissədə pay almalıdır. Digər vərəsə mərhumun gəlini X10r və o, miras əmlakdan 1/4 hissədə pay almalıdır. Digər vərəsə nəvəsi X3r və o miras əmlakdan 1/4 hissədə pay almalıdır. Digər vərəsə nəvəsi X17r və o, miras əmlakdan 1/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK DƏDKR publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışa əsasən Cavabdeh Əbdülmanaf oğlunun adına qeydiyyatdan keçirilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48,85 kv.m olan yaşayış evindən və mülkiyyətdə olan 0,050680 ha torpaq sahəsindən ibarətdir. ##.##.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, vərəsələr X17, X3 və Cavabdeh miras əmlakdan onlara düşən hissələrini X10 bağışlamışlar. Bakı şəhəri * saylı Notariat Ofisindən əldə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında ##.##.2022-ci il tarixli şəhadətnamədən görünür ki, ##.##.1981-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi Bakı, Xəzər rayonu, Şüvəlan qəsəbəsİ, A.Sultanova qəsəbəsi, dalan 2, ev 1 ünvanında qeydiyyatda olan nəticəsi Cavabdeh və o miras əmlakdan tam hissədə pay almalıdır. ##.##.2022-ci il tarixdə X5 verilmiş çıxarışa əsasən ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 43.6 kv.metr olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0,0482 ha torpaq sahəsindən ibarətdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar iddiaçı1 və iddiaçı2 ünvan 12 ünvanda yerləşən miras evin qəbul edilməsi müddətinin bərpa edilərək uzadılması, ünvan 1 ünvanda yerləşən evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh adına ünvan 12 ünvanda yerləşən evə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 11 ünvandakı evdə ataları X20 yaşayırdı. İş materiallarına əlavə edilmiş Bakı şəhər icra hakimiyyətinin Evlər idarəsi üzrə texniki invertarizasiyanın ev sahibliyinin kartoçkasından görünür ki, Şüvəlan qəsəbəsində S.Vurğun küçəsi 28 ünvandakı ev 1963-cü ilin iyun ayında X5 adına verilmişdir. X5 X2nun anası, onların isə nənələri olubdur. Nənələri X5 ##.##.1981-ci ildə vəfat etmişdir. Onun ölüm şəhadətnaməsi iş materiallarına əlavə edilir. X5 vəfat edəndən sonra həmin evdə onun oğlu, yəni ataları X20 öz ailəsi ilə yaşamaqda davam etmiş və evin faktik sahibi olmuşdur. 2002-ci ildə ataları X20 itkin düşmüşdür. Atasının ikinci həyat yoldaşı Lətifə Əzimova ##.##.2020-ci ilə qədər, yəni vəfat edənə qədər həmin evdə yaşamışdır. Lətifə Əzimova sonsuz olub, uşaqları olmayıb. Lətifə Əzimova sağ ikən ona bacısı qızı X18 baxırdı və qulluq edirdi. Ona görə də evin telefon nömrəsi də (***-**-** nömrəli telefonu) atasının 2-ci həyat yoldaşının bacısı qızı X22 adındadır və Rəsulova Səbiyə həmin evdə qeydiyyatdadır. Bundan başqa, evin sənədindən də görünür ki, X20 qızları olaraq onların mayaları da həmin evdə bağlanmışdır və iddiaçılardan iddiaçı2 Sabir qızının həmin evdə qeydiyyatda olduğu və həmin evə aid olması aydın olur. Onlar ailəliklə o evdə yaşamışlar. Cavabdeh Cavabdeh nə atalarının sağlığında, nə də Lətifə Əzimova vəfat edəndən sonra miras əmlakla heç bir bağlılığı və əlaqəsi olmayıb. Miras əmlakın idarə olunmasında qətiyyən iştirak etməyib. Lətifə Əzimova vəfat edəndən sonra onlar planlaşdırırdılar ki, vərəsəlik işinin açılması üçün həmin ərazidə yerləşən yerli notariat ofisinə müraciət edələr və qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə edələr. Sadəcə Mülki Məcəllədə 6 aylıq müddəti ötürdüklərindən fikirləşirdilər ki, vərəsəlik işinin açılması üçün onlara uyğun vaxtda Xəzər Rayon Məhkəməsinə müraciət edələr. Çünki işləri ilə əlaqədar məzuniyyət götürüb məhkəməyə cari ilin yayında, yəni iyun ayında müraciət etməyi planlaşdırırdılar. Lakin bu yaxınlarda rəhmətlik atalarının yaşadığı evə gedəndə evin həyət qapısının sökülərək daşla hörüldüyünün şahidi olmuşlar. Dərhal qonşuluqda yaşayan əmisi oğlu Cavabdeh Azad oğlu ilə əlaqə saxlamış və nə baş verdiyini dəqiqləşdirmək istəmişdir. Cavabdeh dedi ki, ünvan 19 ünvandakı evi artıq öz adına sənədləşdirmiş, evə mülkiyyət hüquqlarını əldə etmişdir. Buna görə də onlar dərhal Bakı şəhərində * saylı notariat ofisinə ərizə ilə müraciət etdilər ki, nənələri X5 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alalar. Lakin * saylı Notariat Ofisinin ünvanladığı ** nömrəli ## ##### 2024-cü il tarixli məktubu ilə onlara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Sözügedən notarius imtinanı onunla əsaslandırmışdır ki, ünvan 11 ünvandakı nənələri X5 miras qalmış əmlaka dair Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh nənələri X5 nəvəsi deyil, nəticəsidir. Eyni zamanda cavabdeh Cavabdeh Əzimov Sabirin oğlu deyildir, o, sadəcə X5 nəticəsidir. Hesab edirlər ki, * saylı Notariat ofisi də Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərini pozmaqla 14 il keçdikdən sonra məhkəmənin qərarı olmadan mirasın qəbulu ilə bağlı vərəsəlik işini açmış və Cavabdeh vərəsəlik şəhadətnaməsi vermişdir. Buna görə də o, Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Çünki Cavabdeh Babayeva Pikənin nəticəsi olduğundan və onlara bildirmədən qanun üzrə digər vərəsələrin dairəsini * saylı Notariat ofisindən gizlətməklə evi ələ keçirtmiş və mülkiyyət hüquqlarını pozmuşdur. Onlar cavabdehdən fərqli olaraq nəvələrdirlər və həmin ev və həyətyanı torpaq sahəsi nənələri X5 tərəfdən pay olaraq ataları Əzimov Sabirə verilmişdir. Tarixi fakt və həqiqət belədir ki, iddiaçının ulu nənəsi olmuş X5 öz sağlığında həyətini bölüb, yarısını öz kiçik oğlu, yəni X8 Abdülmanaf oğluna, digər yarısını isə cavabdehin babası Cavabdeh Abdülmanaf oğluna, yəni ataları Sabirin qardaşına vermişdir. Buradan bəlli olur ki, cavabdeh Cavabdeh X5 nəticəsi olaraq öz babası Cavabdeh (adları eynidir) öz payını əldə edib və bu gün də orada yaşıyır. ünvan 19 ünvandakı evin ayrıca darvazası, ayrıca giriş qapısı var idi, cavabdeh Cavabdeh yaşadığı ev isə iddiaçıların atasının evi ilə eyni həyətdə olmayıb, aralarında hasar olub. Özlərinin də ayrıca darvazası və giriş qapısı olub. Cavabdeh Cavabdeh nənələrindən atasına qalmış evi öz adına onlardan xəbərsiz sənədləşdirmiş, ondan sonra atalarının darvazasını və giriş qapısını daşla hörmüş və ayrıca olan giriş qapısını bağlamışdır. Bununla da onların o evə sərbəst girişlərinə maneə yaratmışdır. Yuxarıda qeyd etdiyi kimi, indiyə qədər o evin ***-**-** nömrəli telefonu atasının 2-ci həyat yoldaşının bacısı qızı X22 adındadır. Son ödəniş qəbzləri əlavə edilir. Yəni o evin cavabdehə heç bir aidiyyatı və bağlılığı olmayıb. Cavabdehin yaşadığı və qeydiyyatda olduğu ünvan Şüvəlan qəsəbəsi Ayna Sultanova 4 ünvanda qeydiyyatdadır və yaşayır. Bu gün mübahisə olunan evin faktik sahibi olmuş X23 2002-ci ildə itkin düşəndən sonra evin faktik sahibi 2-ci arvadı Lətifə Əzimova olubdur. Sonsuz olmuş Lətifə Əzimova vəfat edəndən sonra onlar Sabirin qızları, yəni X5 nəvələri olaraq evin qanun üzrə vərəsələridirlər. İş üçün əhəmiyyətli olan tarixi faktlar: Bakı şəhər icra hakimiyyətinin Evlər idarəsi üzrə texniki invertarizasiyanın ev sahibliyinin kartoçkasından görünür ki, Şüvəlan qəsəbəsində S.Vurğun küçəsi 28 ünvandakı ev 1963-cü ilin iyun ayında X5 adına verilmişdir. Bundan başqa, evin sənədindən də görünür ki, X20 qızlarından iddiaçı2 də həmin evdə qeydiyyatda olubdur və onlar orada yaşamışlar. Bundan başqa, * saylı Bakı “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin verdiyi ##.##.2024-cü il tarixli **** nömrəli arayışdan görünür ki, iddiaçı1 və iddiaçı2 X20 qızlarıdır, yəni X5 nəvələridirlər. Qanunvericilik təmsil etmə hüququ üzrə vərəsə olan şəxslərin dairəsini çox ciddi şəkildə məhdudlaşdırır. Onlar miras qoyanın yalnız nəvələri və nəticələri ola bilər. Nəvələr bir neçə nəfər olduqda, onlar vəfat etmiş valideyinininə çatmalı olan payı bərabər bölüşdürür və birinci növbəli digər vərəsələrlə bərabər vərəsə olurlar. Cavabdeh Cavabdeh cavan adamdır və 1992-ci ilə anadan olub. Cavabdeh Fərruxun babası Fərrux kişinin (adları eynidir) ayrıca evi olubdur və cavabdehin atası da orada yaşayıb, cavabdeh də orada dünyaya gəlib. Cavabdehin babası Fərrux kişi Sabir Əzimovun ölümündən 7-8 il qabaq rəhmətə gedib. Demək, cavabdehin babasının ölümü atalarının yaşadığı ev üçün vərəsəlik işinin açılması üçün əsas ola bilməzdi. Həm də axı onların o evə heç bir aidiyyatı olmayıbdır. Bundan başqa, cavabdehin babası öləndən sonra cavabdehin atası Azad Əzimov atasının miras əmlakına sahib olmuşdur. Cavabdehin atası Azad Əzimov isə Sabir Əzimovun itkin düşməsindən bir neçə il sonra rəhmətə getmişdir. Cavabdehin atası Azad Əzimov öləndən sonra cavabdeh atasının miras əmlakına sahib olmaq hüququnu qazanmışdır. X8 rəhmətə gedəndə cavabdeh Fərruxun atası sağ olub və cavabdeh nəvə olaraq vərəsəliyə iddia edə bilməzdi. X8 dünyasını dəyişəndə onlar övladları olaraq və eyni zamanda Pikə Babayevanın nəvələri olaraq vərəsələr sayılırlar. Səməd Vurğun küçəsi 28 ünvandakı ev miras əmlak olaraq onlara aid olmalıdır və həmin ev üzərində onlar məhkəmənin qətnaməsi ilə mülkiyyət hüquqlarını bərpa etməlidirlər. Evin ilkin sənədlərindən də görünür ki, cavabdehin nə babasının, nə atasının adı həmin sənədlərdə olmayıb və hətta bu baxımdan da cavabdeh bu evə iddia edə bilməz. Belə olan halda Cavabdeh onlara çatası evə qanun üzrə vərəsəlik şəhadətnaməsi alaraq mülkiyyət hüquqlarını pozmuşdur. Cavabdeh Sabirin oğlu deyildir, X5 nəticəsidir, onlar isə Babayeva Pikənin nəvələridirlər. Buna baxmayaraq cavabdeh Cavabdeh vərəsəlik açaraq onlardan xəbərsiz evi öz adına keçirtmişdir. Belə ki, cavabdeh Cavabdeh Azad oğlu nənəsinin və atasının ölüm şəhadətnamələrinin surətlərini, habelə digər sənədləri, o cümlədən evin texniki pasportunu ələ keçirərək onları mülkiyyətlərindən məhrum etmişdir. Buna görə də onlar Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər ki, mülkiyyət hüquqlarını bərpa edələr. Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsi, 28 ünvandakı evin bütün kommunal xərclərinin ödənilməsində Cavabdeh heç vaxt iştirak etməyib. Belə ki, telefon pulu, işıq pulu və digər kommunal xərclərin ödənilməsində iştirak etməyib. Onlar iddiaçı olaraq evin bütün xərclərinin ödənilməsində iştirak etmişlər. Bütün bu faktiki mülahizələr onu deməyə əsas verir ki, onlar evə faktiki sahibliyi həyata keçirmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli evin mülkiyyətçisi X5 ##.##.1981-ci il tarixdə vəfat etmişdir. Nənə vəfat etdikdən sonra həmin evdə onun oğlanları yəni iddiaçıların atası və əmisi yaşamışlar. İddiaçıların X2 isə 2002-ci il tarixdən itkin düşmüşdür. Onun vərəsələri iddiaçı1 və iddiaçı2 vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən nə üç ay ərzində, nə də altı ay ərzində miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə verməmiş, nə də mirası faktiki qəbul edəcək hərəkətlər etməmişdir. Belə ki, işin mübahisəsiz və cavabdeh tərəfindən də qəbul edilən halıdır ki, iddiaçıların X2 mərhum X5 vəfatından sonra miras əmlakda yaşamağa davam edərək mirası faktiki olaraq qəbul etmişdir (1981-ci il tarixdə). 2000-ci il sentyabr ayının 01-dək qüvvədə olan Mülki Məcəlləyə əsasən X20 miras əmlakı faktiki qəbul etməsi məhkəmədə təsdiq edilmişdir. Lakin, iddiaçıların X20 ölmüş elan edilməsindən sonra ondan miras qalan həmin fərdi yaşayış evindən ibarət miras kütləsini faktiki qəbul etmələri məhkəmədə təsdiq edilməmişdir. Belə ki, iddiaçıların valideynləri ilə araları yaxşı olmamış, onlar nənələrinin vəfatından sonra həmin evdə az-az hallarda olmuşlar. iddiaçı1 1985ci ildə, iddiaçı2 isə 1989-cu il tarixdə ailə həyatı quraraq həmin evdən köçüb getmişlər. Atalarının 2002-ci il tarixdə itkin düşməsindən sonra isə onlar evə getməmiş, miras əmlakı faktiki qəbul edəcək hərəkətlər etməmişlər. Bununla da onlar öz subyektiv vərəsəlik hüququnu həyata keçirməmişlər. İddiaçıların iddia ərizəsində qeyd etdikləri cavabdehin başqa ünvanda qeydiyyatda olması və yaşaması faktına münasibətdə məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan ünvan 4 ünvanındakı fərdi yaşayış evinin ünvanı yeni qaydalarla ünvan 3 ünvanıdır. Yəni, cavabdehin mülkiyyətində olan ünvan 3 ünvanı mübahisə predmeti olan evlə eynidir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçıların formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı “mirasın qəbul edilməsi müddətinin üzrlü hesab edilərək bərpa edilməsi və sair” tələblərinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Həmin qətnamədən narazı iddiaçı iddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bacısı iddiaçı2 (Əzimova) Sabir qızı X18 ilə birlikdə miras evə faktik sahibliyi həyata keçirdiklərindən və miras evə faktik sahibliyə nail olduqlarından iddia tələbi təmin olmalı və cavabdehin adına verilmiş çıxarış ləğv edilməli idi. Xəzər rayon məhkəməsi isə bunu nəzərə almamışdır. Cavabdeh miras evə dair faktik sahibliyi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyi halda məhkəmə qətnaməni qanunsuz olaraq onun xeyrinə çıxarmışdır. Növbəti qanun pozuntusu budur ki, məhkəmə miras evin ünvanının cavabdeh Cavabdeh ata yurdunun (evinin) ünvanı ilə fərqli olması kimi hüquqi bir faktı nəzərə almamışdır. Bu fakt onu deməyə əsas verir ki, cavabdehin mübahisə olunan miras əmlakla heç bir bağlılığı olmamışdır. Məhkəmə qətnaməsinin 6-cı səhifəsinin 4-cü abzasından bəlli olur ki, cavabdeh Cavabdeh Səməd Vurğun küçəsi 28 ünvandakı ata evini ələ keçirmək üçün ##.##.2022-ci ildə babası Cavabdeh Əbdülmanaf oğlundan miras qalan və Şüvəlan qəsəbəsi Ayna Sultanova küçəsi dalan 2 ev 1 ünvandakı 48.85 kv.m olan yaşayış evindən və 0.050680 ha torpaq sahəsindən ona çatmalı olan paydan təcili olaraq və bilərəkdən imtina etmiş və X10 bağışlamışdır. Çünki cavabdeh bilirdi ki, Cavabdeh Əbdülmanaf oğlundan miras qalan evdən və torpaq sahəsindən ona çatacaq paydan imtina etməsə, ata yurdu üzrə qanun üzrə vərəsəlik şəhadətnaməsi ala bilməyəcəkdir. Bu hərəkəti məhz ##.##.2022-ci ildə etməsi də onu deməyə əsas verir ki, cavabdeh Cavabdeh makler vasitəsilə mübahisəli miras əmlakın X50 adında olmaması barədə məlumat əldə edəndən sonra X50 aldadaraq evə dair sənədləri ulu nənəsinin ölüm kağızını və digər şəxslərin ölüm şəhadətnamələrini və evin sənədini əldə edərək * saylı notariat ofisinə ərizə yazmış, özünü tək vərəsə kimi təqdim etmiş, miras əmlakın faktik sahibi olmadığı təqdirdə, digər vərəsələrin dairəsini bilərəkdən gizlətmiş və qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etmişdir. Məhkəmə isə bu fakta da hüquqi qiymət verməmişdir. Göründüyü kimi, miras açıldığı gündən altı ay keçməsini nəzərə almayan * saylı Notariat ofisi də Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərini pozmaqla 14 il keçdikdən sonra məhkəmənin qərarı olmadan cavabdeh Cavabdeh ərizəsi əsasında mirasın qəbulu ilə bağlı vərəsəlik işini açmış və Cavabdeh vərəsəlik şəhadətnaməsi vermişdir. Məhkəmə də bu fakta və maddənin tətbiqinin düzgün olub-olmamasına hüquqi qiymət verməmişdir. O və bacısı ailə quduqlarına görə ər evində yaşasalar da, Səbiyə xanım Rəsulova da təsdiq edə bilər ki, o həmin evdə yaşarkən daim ora gedib-gəlmişlər, birlikdə evin cari təmir işlərində iştirak etmişlər, bayramlarda evin divarlarını rəngləmişlər, həyət yanı sahəni təmizləmişlər, həyətdəki ağaclara və güllərə qulluq etmişlər, suvarmışlar, belləmişlər, yeni güllər əkmişlər, evin kommunal xərclərinin ödənilməsində Səbiyə xanım Rəsulovaya köməklik göstərmişlər və Səbiyə Rəsulova ilə bərabər evin faktik sahibləri olmuşlar. Həmin dövrdə cavabdeh Cavabdeh Azad oğlunun yaşadığı evin ünvanı da fərqli olubdur. Belə ki, onun yaşadığı evin ünvanı Şüvəlan qəsəbəsi, Ayna Sultanova küçəsi 4 olmuşdur. Yəni cavabdehin evinin giriş qapısı Ayna Sultanova küçəsi tərəfdən olubdur, onların ünvanı isə Şüvəlan qəsəbəsi Səməd Vurğun küçəsi 28 ünvanda olubdur. Göründüyü kimi, ayrı-ayrı ünvanlar olubdur. Sadəcə cavabdeh evi öz adına keçirdəndən sonra bütün evlər üçün bir ünvan götürmüş, onların evin Səməd Vurğun küçəsi tərəfdən qapısını daşla hörmüşdür. İş materiallarının içində bunu əks etdirən foto-şəkillər vardır (foto-şəkillər əlavə olunur). Demək olar ki, həftə sonları atasının yurduna gedirdi. Əslində Mülki Məcəllədə nəzərdə tutulmuş 6 aylıq müddəti ötürdüyündən fikirləşirdi ki, miras əmlakla bağlı vərəsəlik işinin açılması üçün ona uyğun bir vaxtda müddətin bərpası ilə əlaqədar Xəzər rayon Məhkəməsinə müraciət etsin. Lakin buna baxmayaraq, axırıncı dəfə Şüvəlan qəsəbəsində Səməd Vurğun küçəsi 28 ünvanda olan miras evə 2022-ci ilin dekabrında gedərkən görmüşdür ki, Səməd Vurğun küçəsi tərəfdən evin darvazası sökülüb, yerində divar tikilib, həyətə giriş qapısı da sökülərək divar hörülmüşdür. Bu barədə məlumat əldə etmək üçün qonşuluqda yaşayan əmisi oğlu Cavabdeh evin qapısını döyəndə, onu evdən qovdu və dedi ki, bütün bu evlər artıq onun mülkiyyətindədir. Həmin ərəfədə Səbiyə Rəsulova da bir həftəlik qızının evinə gedibmiş və Səbiyə Rəsulova da həmin evdə olmayanda cavabdeh bir günün içində evin giriş qapısını sökmüş və daşla hörmüşdür. O və bacısı Məhəbbət miras əmlakın faktik sahibi olmalarına baxmayaraq, məhkəmə cavabdehi faktik sahib kimi göstərmiş, lakin bununla belə heç bir sübuta istinad etməmişdir. Halbuki, cavabdeh miras əmlakı nə faktik idarə etmiş, nə də faktik sahiblik etmişdir. Çünki onlar olan yerdə cavabdeh evə nə faktik sahiblik, nə də evi faktik idarə edə bilərdi. Ataları rəhmətə gedib deyə, cavabdeh və ya qeyrisi gəlib evə qanunsuz olaraq notariusun vasitəsi ilə sahib çıxmalıdırmı. Onların icazəsi olmadan kim cavabdehə ixtiyar verə bilərdi ki, hasardan keçib gəlsin evi idarə etsin və ya bir hissəsinə sahiblik etsin. Xəzər rayon məhkəməsi hansı əsasla cavabdehin miras əmlakın bir hissəsinin faktik sahibi olması və ya miras əmlakı idarə etməsi barədə mülahizə yürütmüşdür. Belə ki, Məhkəmə onun və bacısı X5 nəvəsi, cavabdehin isə onun nəticəsi olması faktına hüquqi qiymət verməmiş və beləliklə də Mülki Məcəllənin 1160-cı maddəsini tətbiq etməmişdir. Həmin maddəyə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Belə ki, qanunvericilik təmsil etmə hüququ üzrə vərəsə olan şəxslərin dairəsini çox ciddi şəkildə məhdudlaşdırır. Onlar miras qoyanın yalnız nəvələri və nəticələri ola bilər. Nəvələr bir neçə nəfər olduqda, onlar vəfat etmiş valideyinininə çatmalı olan payı bərabər bölüşdürür və birinci növbəli digər vərəsələrlə bərabər vərəsə olurlar. Lakin qətnamədən də görünür ki, məhkəmə X19 faktıdan istifadə edib həqiqətin müəyyən olunmasını təmin etməli idi lakin etmədi. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə olunması qərara alınmış, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026ci il tarixli, *-**-**/*-****/**** nömrəli məktubu ilə ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumat daxil olmuş və icraata təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəf Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə apellyatora münasibətdə yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: (mirasın açıldığı vaxt qüvvədə olan) 1145 və 1146. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1 və 1151.2. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1252. Əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir. 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Notariat haqqında” Qanun:

57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.

58. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir.

59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.

G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli qərarı

Mülki Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

` Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə Kollegiyası qeyd edir ki, işin faktiki hallarına əsasən müəyyən edilir ki, mübahisəli evin mülkiyyətçisi X5 ##.##.1981-ci il tarixdə vəfat etmişdir. İddiaçının nənəsi vəfat etdikdən sonra həmin evdə, yəni S.Vurğun küçəsi 28 olan evdə onun oğlanları, yəni iddiaçının atası və əmisi, iş üzrə cavabdehin babası yaşamışlar. İddiaçının X2 2002-ci il tarixdən itkin düşmüşdür. 2008-ci ildə ikinci nikahda olduğu həyat yoldaşının ərizəsi əsasında Xəzər Rayon Məhkəməsinin # ##### 2008-ci il tarixli qətnaməsi ilə ölmüş elan edilmişdir. İkinci nikahda olduğu həyat yoldaşı X11 isə 2020-ci ildə vəfat etmişdir. Lakin onun vərəsəsi, hazırki iddiaçı iddiaçı1 vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən nə üç ay ərzində, nə də altı ay ərzində miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə verməmiş, nə də mirası faktiki qəbul edəcək hərəkətlər etməmişdir. Belə ki, işin mübahisəsiz və cavabdeh tərəfindən də qəbul edilən haldır ki, iddiaçının X2 mərhum X5 vəfatından sonra miras əmlakda yaşamağa davam edərək mirası faktiki olaraq qəbul etmişdir (1981-ci il tarixdə). 2000-ci il sentyabr ayının 01-dək qüvvədə olan Mülki Məcəlləyə əsasən X20 miras əmlakı faktiki qəbul etməsi məhkəmədə təsdiq edilmişdir. Lakin, iddiaçının X2nun ölmüş elan edilməsindən sonra ondan miras qalan həmin fərdi yaşayış evindən ibarət miras kütləsini faktiki qəbul etməsi məhkəmədə təsdiq edilməmişdir. Bununla yanaşı kollegiyanın iclasında iddiaçı1 izahatı ilə müəyyən edilmişdir ki, iddiaçılar hələ azyaşlı olarkən həmin evdən anaları ilə köçüb getmişlər. Atalarının 2002-ci il tarixdə itkin düşməsindən sonra isə onlar miras əmlakı faktiki qəbul edəcək hərəkətlər etməmişlər. Bununla da onlar öz subyektiv vərəsəlik hüququnu həyata keçirməmişlər. Apellyasiya şikayətində iddiaçı tərəf miras əmlakın faktiki qəbul etdiyini bildirsə də, miras əmlaka sahiblik etməsinə dair mötəbər sübutlar təqdim etməmiş, eyni zamanda həmin dəlillər iş materialları ilə sübut edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, mirasın qəbul edilməsi üçün iddiaçı tərəfindən müddət buraxılmış, irəli sürdüyü tələblə əlaqədar heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddiaçı mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddət ərzində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə ilə müraciət etməmiş, miras əmlaka sahiblik etməmiş və həmin əmlakı faktiki olaraq idarə etməmişdir. Bununla yanaşı hazırda iddiaçı tərəf isə həmin ünvanların ayrı-ayrı olmaqla fərqli evlərin də olmasını bildirir. Apellyasiya baxışı zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 14 ünvanına dair Cavabdeh adına verilmiş ##.##.2022-ci il tarixli çıxarışa əsas olmuş müvafiq sənədlərin təsdiq edilmiş surətlərini, həmçinin Bakı şəhəri ünvan 17 ünvanı ilə də bağlı texniki pasportlar təqdim edilmişdir. ünvan 10 ünvanındakı fərdi yaşayış evinin ünvan 6 ünvanı ilə eyni olub-olmamasının müəyyən edilməsi hazırki iş üzrə əhəmiyyətlidir. Belə ki, iddiaçı tərəf həmin ünvan üzrə faktiki olaraq mirası qəbul etdiyini bildirir və tələbində məhz S.Vurğun küçəsi 28 yerləşən evin miras əmlak olmasını da qeyd edir. Başqa sözlə, iddiaçı məhz həmin ünvan üzrə vərəsəlik hüququnun olmasını mübahisələndirir. Belə olan halda apellyasiya baxışı zamanı iddiaçının dəlillərinin qiymətləndirilməsi, eləcə də iş üzrə obyektiv nəticəyə gəlmək üçün qeyd edilən xüsusat mübahisə predmeti olan ünvanla bağlı məhkəmə tikinti-texniki ekspertizanın keçirilməsi yolu ilə araşdırılması qərara alınmışdır. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026-ci il tarixli, *-**-**/*-****/**** nömrəli məktubu ilə tədqiqat obyekti söküldüyündən baxış keçirilməsi və ölçü aparılması mümkün olmadığından ekspertizanın aparılmasından imtina edilmişdir. Digər tərəfdən iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 14 (yeni qaydalarla: Bakı şhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ayna Sultanova küçəsi 4) xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. Eyni zamanda iş materiallarında olan ## ###### 2024-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Səməd Vurğun küçəsi ev 28 (yeni qaydalarla: ünvan 7) ünvanında yerləşən torpaq sahəsi Cavabdeh tərəfindən X3 bağışlanmışdır. Cavabdehin adına verilmiş ##.##.2022-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, o miras əmlakı birbaşa özünün və iddiaçıların nənəsindən, yəni, S.Vurğun küçəsi 28 ünvanında olan, yəni iddiaçının mübahisələndirdiyi ünvandakı evi miras əmlak kimi əldə etmiş, bu şəhadətnamə əsasında isə onun adına ##.##.2022-ci il tarixdə çıxarış verilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Səməd Vurğun küçəsi ev 28 və ünvan 7 eyni ünvandır. ünvan 9 isə ayrı ünvandır,ayrı evdir. Ünvanlar eyni olmuş olsa idi belə, iddiaçının özünün bildirdiyi kimi S.Vurğun küçəsi 28 ünvanında olan mirası qəbul etmə müddətini üzrlü səbəblərdən ötürmüş və bu müddətin uzadılmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, iddiaçı tərəf S.Vurğun küçəsi 28 ünvanında olan miras əmlakı faktiki qəbul etmiş olsa idi, belə olan halda özünün göstərdiyi kimi mirası qəbul etmə müddətini üzrlü səbəblərdən ötürməsi səbəbindən bu müddətin uzadılmasını xahiş etməsinə dair hazırki iddianı qaldırmazdı. Başqa sözlə, Mülki Məcəllənin “Mirasın qəbul edildiyi müddət” başlıqlı 1246-cı maddəsi miras açılan qüvvədə olduğu üçün bu baxımdan həmin normanın tələblərinin hazırki mübahisəyə tətbiq edən kollegiya qeyd edir ki, iddiaçı tərəf mirası faktiki qəbul etmiş olduqları halda Mülki Məcəllənin 1248-ci maddəsinin tələbləri baxımından deyil, mirası faktiki qəbul etmə faktının müəyyən edilməsi tələbini irəli sürərdilər. Lakin iddiaçı tərəf mirası qəbul etməsinə dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə Kollegiyası iddia tələbinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumu 2023-cü il ## ###### tarixli Qərarında Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyinəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar. Bu cür tənzimləmənin əsas və ən vacib şərti isə müvafiq normaların Konstitusiyaya uyğunluğudur. Bu şərt Konstitusiyanın 149-cu maddəsinin III hissəsindən irəli gəlir ki, həmin maddəyə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır. Həmçinin də kollegiya qeyd edir ki, iddiaçı tələb etdiyi S.Vurğun küçəsi 28 ünvanında olan evin miras əmlak olmasını göstərsə də, A.Sultanova küçəsi, dalan 2, ev 1 ünvanında yerləşən ev hazırki iddianın predmeti deyildir. Başqa sözlə, iddiaçının miras əmlaki kimi vərəsəlik hüququnlarını mübahisələndirdiyi S.Vurğun küçəsi ev 28 hazırki qaydalarla A.Sultanova 4-dür və iddianın predmeti də məhz həmin ünvandır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,

Qət etdi: İddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar