Məhkəmə qərarları › İş №2(103)-7965/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7965/2020

13.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7965/2020 13.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Emin Mehdiyevdən barət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin nümayəndəsi Mirağa Ağamirovun iştirakı ilə, İddiaçı Cavabdeh QSC-nə qarşı “müqavilənin etibarsız hesab olunması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı (kredit alan) ilə cavabdehin (kredit verənin) arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 03L000000357 nömrəli əsas kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli, 03R000025839 nömrəli əlavə kredit müqaviləsi etibarsız hesab edilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirdi. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Apelyasiya şikayəti əsassızdır. Belə ki, iddia tələbi və apelyasiya şikayəti onunla əsaslandırılıb ki, iddiaçı krediti manatla almaq istəmiş, lakin müqavilədə kreditin dollarla verilməsi yazılmışdırş Göründüyü kimi, iddiaçı müqaviləni aldatma nəticəsində bağlanıldığını iddia edir. Lakin mülki işdə iddiaçının aldadıldığını təsdiq edən heç bir sübut yoxdur. Digər tərəfdən, kreditin dollarla verilməsi yalnız kredit müqaviləsində deyil, digər bank sənədlərində də göstərilmiş, iddiaçı həmin sənədləri imzalamışdır. İddiaçının bir neçə sənədi aldadılma nəticəsində imzalaması inandırıcı deyil. Ona görə də məhkəmə Mülki Məcəllənin 339-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar