Məhkəmə qərarları › İş №2(103)-7969/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7969/2021

10.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7969/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin nümayəndəsi Rəşad Əliyevin iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərzəsində tələb olunub ki, Xəzər rayonu, Binə qəsəbəsi, 2 nömrəli sahədə yerləşən 118 nömrəli mənzildə (abonent kodu **********00000) itirilmiş qazın bərpası üzrə cavabdeh tərəfindən iddiaçıya hesablanmış 2.367,6 manat borc silinsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, itirilmiş qazın bərpası üzrə hesablanmış 2.367,6 manat borc silinsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Rəşad Əliyev apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Həmin borc ona görə hesablanıb ki, iddiaçı qazdan sayacdankənar istifadə edib. İddiaçı həmin borcun hesablanmasını qanunsuz hesab edir, qazdan qeyri-qanuni istifadə etmədiyini və ya sayğaca müdaxilə etmədiyini bildirir. Cavabdeh iddiaçının qazdan qeyri-qanuni istifadə etdiyini və ya sayğaca müdaxilə etdiyini təsdiq edən sübut təqdim etməyib. Cavabdeh aktlara istinad etsə həmin aktlar cavabdehin əməkdaşları tərəfindən tərtib olunub, ona görə də hazırkı mübahisənin həllində mötəbər sübut sayıla bilməz. Cavabdeh fotoşəkillər təqdim etsə də fotoşəkillərin iddiaçının evinə aid olduğu təsdiq olunmur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1092, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar