Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7978/2020 06.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-400/2020 saylı, xx xxxxxx 2020ci il tarixli, qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “xxxxxxx” Kompani MMC və Cavabdeh2 qarşı müqavilənin etibarsızlığı, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçi İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli mənzilin ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən birgə qaydada iddiaçının ünvan 1 1156 ünvanda yerləşən 3 saylı yaşayış kompleksindəki ümumi sahəsi 157,6 kv.metr təşkil edən üçotaqlı 45 saylı mənzilə görə ödədiyi 100200 (bir yüz min iki yüz) manat pulun, həmin pulun illik 5 (beş) faizi olan 5010 (beş min) manatın, təmirə çəkilmiş 42 000 (qırx iki min) manat xərclərin, 50 000 (əlli min) manat mənəvi zərərin, cəmi 147 210 (bir yüz qırx yeddi min iki yüz on) manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-nin rəhbərinin əməlində Azərbaycan Respeblikası Cinayət Məcəlləsinin 178.3-cü maddəsinin tərkibi mövcud olduğu üçün onlar barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-400/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli mənzilin ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Cavabdeh2 100.200 manat mənzilə görə ödənilmiş pul İddiaçı xeyrinə tutulması, 31.000 manat təmir xərci cavabdeh xxxxxxx” Kompani MMC-dən İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinə dəftərxana vasitəsilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixli sorğu daxil olmuşdur. Sorğuda bildirilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş İddiaçı cavabdehlər “xxxxxxx” Kompani MMC və Cavabdeh2 qarşı müqavilənin etibarsızlığı, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(005)-400/2020 saylı mülki iş xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. “xxxxxxx” Kompani MMC tərəfindən verilmiş müddətin bərpasına dair ərizəyə baxılması məqsədilə 2(005)-400/2020 saylı mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəblərini bildirmədən kollegiya iclasında iştirak etməmişlər. Kollegiya onların iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, sorğuda göstərilən “xxxxxxx” Kompani MMC tərəfindən verilmiş müddətin bərpasına dair ərizəyə baxılması məqsədilə mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 364-cü maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı cavabdehlər “xxxxxxx” Kompani MMC və Cavabdeh2 qarşı “müqavilənin etibarsızlığı, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7978/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7978/2020
06.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver