Məhkəmə qərarları › İş №2(103)-7982/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7982/2020

04.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7982/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2695/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qəradadından iş üzrə iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı «ümumi yığıncağın protokolunun, həmin protokol əsasında tərtib edilmiş bütün sənədlərin, bütün qeydlərin etibarsız hesab edilməsi və cəmiyyətin fəaliyyətinin bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda İddiaçı məhkəməyə iddianın təmini tədbiri barədə ərizə ilə müraciət edərək, hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək "Cavabdeh1" ASC-nin ləğvi ilə bağlı müraciətin və qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsinin “Cavabdeh1" ASC-yə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə, səhmlərin dövriyyədən çıxarılmasının isə Azərbaycan Respublikası Mərkəzi Bankına qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-2695/2020 saylı qərardadı ilə İddiaçı iddianın təmini tədbirinə dair ərizəsinin təmin edilməsi, mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək "Cavabdeh1" ASC-nin ləğvi ilə bağlı müraciətin və qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsinin “Cavabdeh1" ASC-yə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə, səhmlərin dövriyyədən çıxarılmasının isə Azərbaycan Respublikası Mərkəzi Bankına qadağan edilməsi qərara alınmışdır. Daha sonra Cavabdeh1 ASC-nin Ləğvetmə komissiyasının sədri X1 Rayon Məhkəməsinin 2(006)-2695/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, iddianın təmin tədbirinə dair verilən ərizənin təmin edilməməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2695/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilmişdir. İddiaçının həmin qəradaddan verdiyi şikayət məhkəmənin eyni saylı, xx xxxxxxxx 2020-ci il tarixli qəradadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı şikayətindən imtinaya dair ərizə yazdığını bildirdi və qərardaddan verdiyi şikayətindən imtina edərək, apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının şikayətindən imtinaya dair ərizələrini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddiaçının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2695/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından verdiyi şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində yazılı formada ondan imtina edə bilər. Qeyd olunan Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin şikayətdən imtina etməsi birinci instansiya məhkəməsi qərardadının tanınmasına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2695/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından verdiyi şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» xx xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının..., işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2695/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilən şikayətdən imtina qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar