Məhkəmə qərarları › İş №2(103)-7985/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7985/2021

29.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7985/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(011)-3271/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş aktların ləğvinə, aktlar əsasında tətbiq edilmiş 1330,40 manatın hesab kodundan silinməsinə və əsassız olaraq yazılmış borca görə tutulmuş 294,17 manat pulun ona qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, 3-cü döngə 10 saylı ev üzrə **********00000 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. İddiaçının yaşadığı yaşayış evinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən sonuncu dəfə 24.02.2020-ci il tarixdə yenisi ilə əvəz edilmiş, bu barədə ******* saylı akt tərtib edilmişdir. İddiaçıya məxsus abonent saldosunun “qalıq və aktlar” bölməsində onun borcunun 957,60 manat olması əks olunmuş, həmçinin iddiaçının adına olan saldonun (GASREP) “borca görə tutulma” bölməsində 2019-cu ilin yanvar ayından başlayaraq 2020-ci ilin fevral ayınadək cəmi sayğaca etdiyi ödənişlərdən 294,17 manat pul borca tutulmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. 06 avqust 2012-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən ünvan 2 ünvanına GPG 12108841 № li sayğac quraşdırılmış və **********00000 № li abonent kodu verilmişdir. 09 oktyabr 2016-cı il tarixdə cavabdehin əməkdaşları tərəfindən ünvan 2 ünvanıda köhnə sayğacı yoxlamaq məqsədi ilə smart, G-4 markalı, 1602AZ**********61 № li sayğacla əvəz edilmiş, 04180140 № li plomb vurulmuşdur. 30 noyabr 2016-cı il tarixdə cavabdehin əməkdaşları tərəfindən ünvan 2 ünvanıda smart, G-4 markalı, 1602AZ**********61 № li sayğac, yeni G-4 markalı, smart tipli, 1602AZ**********45 № li sayğacla əvəz edilmiş, 04279915 № li plomb vurulmuş, sayğacın çıxış plastmas borusunda deşik aşkar edilməsi barədə və "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında ******* № li AKT tərtib edilmişdir. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini və qaz xəttlərini yoxlamaq məqsədi ilə 01.02.2018-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulması səbəbindən 29 avqust 2018-ci il tarixdə G4 markalı, smartkart tipli, 1602AZ**********45 № li sayğaca texniki baxış keçirilmiş, qüsur aşkar edilməmiş, 1602AZ**********45 № li sayğac təkrar yerinə quraşdırılmış, 05854077 № li plomb vurulmuş və “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı lıaqqmda'lexniki baxış barədə ******* № li AKT tərtib edilmiş, onun iştirakı olmadan sayğaca texniki baxış keçirilmişdir. 24 fevral 2020-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən ünvan 2 ünvanına quraşdırlmış qaz sayğacına yenə də abonentin iştirakı olmadan baxış keçirilmiş, heç bir qüsur aşkar edilməmiş, 1602AZ**********45 № li sayğacı ELSTER tipli, G-4T DİAFRAQMA mexaniki, 11467500 № li, smart mexaniki sayğacla əvəz etmiş, 10214679 № li plomb vurulmuş, "Qaz sayğaclarının çıxarılınası, quraşdırılması və istismarı haqqında” əvəzlənməsi barədə ******* № li AKT tərtib edilmiş, «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamış, lakin iddiaçı cavabdehə tərtib edilmiş və abonent tərəfindən imzalanmamış müvafiq aktlar barədə heç bir məlumat verilməmişdir. İddiaçı tərəfindən nə sayğaca, nə də ki, küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Sayğac və qaz xətti küçədə yerləşdiyindən sayğaca və qaz xəttinə edilmiş müdaxilə (əgər belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) abonent tərəfindən edilməsi belə aşkarlanmamışdır. Əraziyə nəzarət edən cavabdehin əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə hər ay baxış keçirilir və sayğaclarda elektron tablodakı göstəricilər cavabdehin bazasına ötürülür. Dəfələrlə keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış “müdaxilə" inandırıcı deyildir. Ən azından sayğaca müdaxilə edilməsi üçün plomb qırılmalıdır və ya da ki, küçədəki qaz xətti deşilməli idi. Halbuki, plombun qırılması və ya qaz xəttinin deşilməsi barədə heç bir qeydiyyat yoxdur. Məhkəməyə təqdim olunmuş foto-şəkillərin ünvan 2 ünvana aid olması şübhə yaradır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2021-ci il, tarixli 2(011)-3271/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən İddiaçı hesablanmış 663,43 manat məbləğində borcun silinməsi, borca görə tutulmuş 294,17 manat pul Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq İddiaçı qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi 30 (otuz) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3271/2021 saylı iş üzrə 20.05.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, İddiaçı mənzilində quraşdırılmış qaz sayğacı Cavabdeh İB-nin nümayəndələri tərəfindən çıxarılmış və dövlət yoxlamasından keçirilməsi üçün göndərilmişdir. Yoxlamanın rəyinə əsasən sayğaca müdaxilə edilməsi müəyyən edilmişdir. Ona görə də 1330,40 manat məbləğində dəymiş ziyanın ödənilməsi istehlakçıdan tələb edilmişdir. “Qazdan istifadə Qaydaları'nın 4.8-ci bəndinin (fiziki şəxs olan istehlakçıların ma sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır) tələblərinin yerinə yetirilməsinin mümkünsüzlüyü böyük problemin və sui-istifadə hallarının yaranmasına səbəb olur. Belə ki, Qaydaların 4.8-ci bəndinə münasibətdə təhlil edilmiş çoxsaylı məhkəmə qətnamələrindən də göründüyü kimi, “saxlanılması" anlayışı “qorunması", “mühafizə edilməsi" vəzifəsi kimi qiymətləndirilir. Yerinə yetirilməsi real olmayan şərtlərin tərəflərdən birinin üzərinə qoyulması münasibətlərin tənzimləyicisi olar hüququn ədalətlilik, obyektivlik və bərabərlik kimi prinsiplərinə ziddir. Bundan başqa sayı artmaqda olan yeni yaşayış massivlərində, çoxmərtəbəli binalarda smart tipli sayğaclar isthlakçının xüsusi mülkiyyəti sayılan mənzilinin balkonunda yerləşdirilir ki, bu da onun qaz paylayıcısı tərəfindən saxlanılmasını istisna edir. Hətta qaz sayğaclarına əlçatımlılıq təmin olunsa belə, onların işlək vəziyyətdə saxlanılmasına (mühafizəsinə) qaz paylayıcısı obyektiv olaraq cavabdehliyi aşağıdakı səbəblərdən daşıya bilməz birincisi sayı 2 milyondan çox olan və artmaqda davam edən sayğacların mühafizəsi böyük maliyyə vəsaitlərinin və işçi qüvvəsinin cəlb edilməsini tələb edir ki, bu xərclər də Tarif Şurası tərəfindən müəyyən edilən təbii qazın dəyərində nəzərə alınmayıb ikincisi, həmin sayğaclara bəzi hallarda ən azından qaz paylayıcısının nümayəndələri ilə istehlakçının əlçatımlığı var, digər hallarda isə, yalnız istehlakçının. Maliyyə vəsaitinin, zəruri maddi-texniki bazanın və işçi qüvvəsin çatışmazlığı səbəbindən Azərbaycan Respublikasının Energtika Nazirliyi istehlakçıların qaz qurğularına texniki baxış keçirilməsi vəzifəsini yerinə yetirə bilmir. Göründüyü kimi, iqtisadi səmərəlilik, zəruri təminat və icra mexanizmi olmadıqda normativ-hüquqi aktlarla müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi mümkün olmur. Beləliklə, qeyd olunan səbəblərdən irəli gələrək, Qaydaların 4 8-ci bəndi ilə müəyyən olunmuş tələbin təhlilindən göründüyü kimi, qaz paylayıcısı fiziki şəxs olan istehlakçının istifadəsinə verilmiş qaz sayğacın işlək vəziyyətdə olmasına görə cavabdehlik daşıya bilər. Məhkəmə qətnaməsində qeyd edir ki, Cavabdeh İB inzibati orqan olmadığı üçün cərimə tətbiq etmək səlahiyyəti yoxdur. Eləcə də itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması hər hansı qanun və ya qayda ilə tənzimlənmədiyi üçün iddiaçının iddia tələbi təmin olunmalıdır. Bildirirlər ki, sahə üzrə münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda, (bundan sonra Qanunda) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları'nda (bundan sonra Qaydalarda) və həmin Qaydalara əlavədə nümunəvi forması verilən qazın alqı-satqı müqaviləsində sayğaca müdaxilə, qaz xəttinə qeyri-qanuni qoşulma nəticəsində talan olunmuş qazı" dəyərinin müəyyən edilməsinə dair müddəa təsbit olunmamışdır. Sahə üzrə müvafiq dövlət hakimiyyəti orqanları tərəfindən analoji sənəd qəbul edilənədək, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi üzrə ona verilmiş səlahiyyətləri çərçivəsində SOCAR tərəfindən qəbul edilmiş “istehlakçılar tərəfindən təbii qazda istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasın hesablanması qaydaları”n və “Neftqazelmitədqiqatlayihə” institutu tərəfindən hazırlanmış “Sayğa ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair metodiki tövsiyələrin tətbiqi qanuna zidd olmadığı üçün məcburi xarakter daşımalıdır. Məhkəmə qətnaməsində göstərilir ki, istehlakçının sayğaca müdaxilə ilə bağlı təqsirini təsdiq edər hər hansı sübut “Azəriqaz" İB-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmədiyindən iddiaçının iddia tələbi təmin olunmalıdır. Məsələyə hüquqi qiymət verilərkən yalnız "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinin, Qaydaların 4.9-cu (zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir) bəndinin rəhbər tutulması, neqativ halların hərtərəfli araşdırılmasına, geniş yayılmasının qarşısının alınmasına və ədalətli qiymətləndirilməsinə imkan yaratmır. Belə ki, iddialarının böyük əksəriyyətində qaz sayğacına müdaxilə nəticəsində dəymiş ziyanın ödənilməsi tələb olunsa da, hakimlər qaz sayğacına müdaxilə olunmasında istehlakçının təqsiri sübuta yetirilmədiyi üçün qaz paylayıcısının iddialarını təmin etmirlər. Lakin məlumdur ki, təqsirli tərəfin müəyyən edilməsi ilə əlaqədar təhqiqatın aparılması “Azəriqaz" istehsalat Birliyini funksiyalarına aid deyil. Əsasən qaldırılmış iddiaların mahiyyəti sayğaca müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil (təbii bu da vacibdir) təsbitlənmiş (foto şəkili sayğacın dövlət yoxlanılmasının rəyi, protokollar, aktlar və s.) müdaxilə nəticəsində qeyriqanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş küllü miqdarda ziyanın ödənilməsidir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan mötəbər hallara qiymət verilməməsi və qeyd etdikləri qanunun və qaydaların tələblərinin tətbiq edilməməsi maddi hüquq normalarım pozulması kimi qiymətləndirilməlidir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsinin işin düzgün həlli üçün əhəmiyyəti vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İBnin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Bundan başqa, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından iddiaçı borcun silinməsi barədə iddia qaldırmaqda haqlıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı 1330,40 manat borcun silinməsini tələb etsə də, iddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində tərtib edilmiş aktlar əsasında onun 957,60 manat borcun olması göstərilmişdir. İddiaçı isə 1330,40 manat borcun silinməsinə əsas ola biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçıya məxsus GASREP saldosundan görünür ki, iddiaçı tərəfindən aparılmış ödənişlərdən borca görə 294,17 manat məbləğində pul tutulmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən 663,43 (957,60 - 294,17 = 663,43) manat borcun silinməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi borca görə iddiaçının hesabından silinən 294,17 pulun qaytarılması hissəsində də əsaslıdır. Həmçinin, iş materiallarında olan abonent saldosundan (GASREP) görünür ki, 2019-cu ilin yanvar ayından başlayaraq 2020-ci ilin aprel ayı da daxil olmaqla, iddiaçının ödədiyi pulun bir hissəsi, cəmi 294,17 manat məbləğində pul onun borcu hesabına silinmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci maddəsinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Qeyd edilən müddəaya əsasən məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, qüsurun aşkar edilməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş pul vəsaitindən borca görə tutulmuş 294,17 manat pul iddiaçının özünə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən təbii qazdan istifadə qaydaların pozulması haqqında tərtib edilmiş aktların ləğvinə dair hissədə də əsassızdır. Belə ki, iddiaçı iddia tələbində cavabdeh tərəfindən tərtib olunmuş hansı aktların ləğv edilməsini dəqiq göstərə bilrməmişdir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə məhkəmə kollegiyası hesab edir ki, iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən İddiaçı hesablanmış 663,43 manat məbləğində borcun silinməsi, borca görə tutulmuş 294,17 manat pul Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq İddiaçı qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə Kollegiya qeyd edir ki, göstərilən dəlillər iddia tələbi ilə eyni məzmunlu olmaqla yuxarıda onlara qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, iddia məbləği 2000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 404-.1-ci maddəsinə əsasən (Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 404.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(011)-3271/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar