Məhkəmə qərarları › İş №2(103)-7998/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7998/2022

12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7998/2022 12.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3570/2022 saylı işi üzrə 20 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının adından cavabdeh ilə bağlanmış xx.xx.2021-ci il tarixli müddətli nisyə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və iddiaçının cavabdeh qarşısındakı öhdəliklərinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir.Vəsatətdə qeyd edilmişdir ki, iddiaçı cavabdehlə bağladığı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlardan sonra cavabdeh tərəfindən qanunvericiliyə uyğun olaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli. 2(060)-1187/2022 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, İddiaçı 75 1.40 manat əsas borc, 40 manat cərimə borcu olmaqla, cəmi 791.4 manat borc və ödənilmiş ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Cavabdeh MMC-yə ödənilməsi qərara alınmışdır. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1187/2022 saylı qətnaməsindən apellyasiva şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-1061/2022 saylı qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261 -ci maddəsinə əsasən hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa icraata xitam verir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3570/2022 saylı işi üzrə 20 sentyabr 2022-ci il tarixli qərardadı ilə (Mülki Prosesual Məcəlləsinin 153.2.2, 261.0.2-ci maddələrinə istinadən) vəsatət təmin edilmiş və iddiaçı X2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilmişdir. Qərarda qeyd edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(060)-1187/2022 saylı qətnaməsindən müəyyən olunur ki, cavabdeh İddiaçı 751,4 manat əsas borc, 40 manat cərimə borcu olmaqla, cəmi 791,4 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdehnə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-1061/2022 saylı qətnaməsindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(060)-1187/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhər Məhkəməsinin qətnaməsinin məzmunundan müəyyən olunur ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2021-ci il tarixli nisyə alqı- satqı müqaviləsinə əsasən “XİAOMİ POCO” markalı mobil telefonu cavabdeh İddiaçı satmış və cavabdeh İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı həmin məhsulun dəyərini 6 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə əsas borc məbləği 751,4 manat təşkil etmişdir. İddiaçının mübahisələndirdiyi və iş materiallarında olan xx.xx.2021-ci il tarixli müddətli nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh tərəfindən “XİAOMİ POCO” markalı mobil telefonu 6 ay müddətinə 751,4 manat məbləğə iddiaçıya satmışdır. Məhkəmə qətnamələrində göstərilən müqavilə ilə iddiaçının mübahisələndirdiyi müqavilənin tarixlərində fərq olsa da, hər iki müqavilə üzrə mobil telefonun markası, ödəniş müddəti və borc məbləği eynidir. Bundan əlavə, iddiaçı iddia ərizəsində, eyni zamanda məhkəmə iclasları zamanı tarixlərin fərqliliyini mübahisələndirməmiş, əksinə iddia ərizəsində məhkəmə qətnamələrinə istinad etməklə mübahisələndirdiyi müqavilənin həmin müqavilə olmasını təsdiq etmişdir. Qeyd olunanlardan göründüyü kimi iddiaçının mübahisələndirdiyi əqdə əsaslanan Cavabdeh İddiaçı qarşı iddiası üzrə qanuni qüvvəsini almış məhkəmə aktı olduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(006)- 3570/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadını ləğv etməklə iddia tələbi üzrə işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mən iddiaçı X4 cavabdeh 'İrşad Electronics" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli nisyə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və cavabdeh qarşısındakı öhdəliklərinə xitam verilməsi barədə qətnamə çıxarılmasım xahiş etmişdir. Məhkəmə mübahisə üzrə araşdırma aparmadığı üçün maddi normalara istinad etməmişdir.Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPMnin 9.1. maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. Belə ki, qarşı tərəfin məhkəməyə təqdim etdiyi vəsatətində mübahisə predmeti kredit müqaviləsi üzrə borcun tələbi olmuş və iddiaçı "xxxx" MMC ona qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, 751.4 manat əsas, 112.7 manat cərimə borcu olmaqla, cəmi 864.1 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli alqı-satqı müqaviləsinə əsasən guya o, aldığı “XİAOMİ POCO” marka mobil telefona görə 6 ay ödəniş cədvəli üzrə hər ay 126 manat olmaqla, cəmi 751.4 manat ödəməyi öhdəmə götürmüş,lakin müqavilənin şərtlərini pozaraq, heç bir ödəniş etməmiş və qalıq qalmış 751.4 manat borcu qaytarmamışdır. Məhkəmə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarmışdır. Məhkəmə həmin vaxt onun iştirakını təmin etməmiş və bu səbəbdən də o sübutlar təqdim etmək, qarşılıqlı iddia tələbi və vəsadətlər vermək imkanından məhrum olmuşdur. Bu səbəbdən də o, hazırki iddiada əvvəlki məhkəmə işində mübahisələndirilməyən bir iddianı qaldırmış və artıq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və onun öhdəliklərinə xitam verilməsini xahiş etmişdir. Lakin məhkəmə onun öhdəliklərinə deyil,onun iddia tələbi üzrə icraata xitam verilməsi qənaətinə gəlmiş və bunu onunla əsaslandırmışdır ki, guya eyni tərəflər arasında eyni predmet üzrə işə baxılaraq məhkəmə qərarı qəbul edilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. 3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. 5. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. 6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. 7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli 02/2022 №-li Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qərardadına əsasən: Məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 263, 264, 372, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3570/2022 saylı işi üzrə 20 sentyabr 2022-ci il il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar