Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7999/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Baki Şəhəri 15 saylı Dövlət Notariat Kontoru, Baki Şəhəri 11 saylı Dövlət Notariat Kontoru, Cavabdeh1 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Baki Ərazi İdarəsi olmaqla) “18 avqust 2001-ci il tarixli etibarnamənin, mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsinin və fərdi yaşayış evinin alqı-satqısına dair 06 noyabr 2002-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(007)-78/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 11 saylı Notariat ofisinə və Bakı şəhəri 15 saylı Notariat ofisinə qarşı “18 avqust 2001-ci il tarixli etibarnamənin, mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsinin və fərdi yaşayış evinin alqı-satqısına dair 06 noyabr 2002-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 15 saylı Notariat Kontorunun Dövlət notariusu İ.X.Mütəllimov tərəfindən təsdiq edilərək, reyestrdə 29-10031 nömrə ilə qeydə alınıb Cavabdeh1 adına verilmiş 18 avqust 2001-ci il tarixli etibarnamənin, Bakı şəhəri Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer №27) inşa edilmiş 9/27 saylı fərdi yaşayış evinə dair daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 19.04.2002-ci il tarixli, Seriya FM №012129 saylı Qeydiyyat Vəsiqəsinin və həmin fərdi yaşayış evinin alqı-satqısına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 06.11.2002-ci ildə Bakı şəhəri 11-ci Dövlət Notariat Kontorunda təsdiq edilərək reyestrdə 4Ə-295 nömrə ilə qeydə alınmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını, tərəflərin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olduğundan barələrində Xüsusi Qərardad çıxarılaraq Prokurora xəbər verilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 30 iyul 1997-ci il tarixli 716 nömrəli Sərəncamına əsasən ona Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə fərdi yaşayış evi tikintisi üçün 600 kv.metr torpaq sahəsi (yer № 27) ayrılmışdır. Torpaq sahəsinin ayrılmasına dair Nizami rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 14.08.1996-cı il tarixli 1114 nömrəli Sərəncamı əsasında verilmişdir. Həmin sərəncamda göstərilir: 1. Nizami rayon İcra Hakimiyyəti Başçısının 22.05.1996-cı il tarixli, 02/313 №li məktubu nəzərə alınaraq, Şərifli küçəsindəki 2593-cü məhəllədə fərdi yaşayış evlərinin layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılsın. 1.1. Fərdi evlərin tikintisi üçün ayrılacaq torpaq sahələrinin sənədləşdirilməsi Bakı İcra Hakimiyyəti ilə razılaşdırılmış siyahı əsasında aparılsın. Sərəncam əsasında ayrılmış torpaq sahəsi naturada ölçülərək ona təhvil verilmiş və tərəfindən hasara alınmışdır. Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının 30 iyul 1997-ci il tarixli 716 №li Sərəncamının əslinin nüsxəsi ondadır və sənədin əsli Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı Filialında saxlanılır. Dövlət Arxivinin Bakı filialından verilmiş 13.02.2019-cu il tarixli 357 nömrəli məktubla da həmin sənədin əslinin arxivdə saxlanıldığı təsdiq olunur. Mütəmadi olaraq torpaq sahəsinə baş çəkmiş və hər hansı bir problem olmamışdır. Torpaq sahəsinə dair mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin müraciətinə cavab olaraq daşınmaz əmlak üzərində hüquqların Dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 31.05.2019-cu il tarixli **********80 nömrəli bildirişdə göstərilir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 10.05.2019-cu il tarixli ərizənizə baxılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi digər torpaq sahəsi ilə ümumi daş hasar daxilindədir, ara sərhədləri metal torla ayrılmışdır. Həmçinin təqdim edilmiş sənədlərdə qeyd olunmuş torpaq sahəsinin mülkiyyət hüququna dair JN 1217 H saylı Şəhadətnamə əsasında digər ərazidə fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Məsələ ilə bağlı vəkillik qurumu tərəfindən aparılmış araşdırma və Dövlət Notariat Arxivindən alınmış Bakı şəhər 11 saylı Dövlət Notariat Kontorunda 06.11.2002-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə295 reyestr nömrəli notariat işində olan sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 19.04.2002-ci il tarixdə verilmiş 30-17056 qeydiyyat nömrəli seriya FM № 012129 saylı Qeydiyyat Vəsiqəsi ilə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsindən ibarət 9/27 saylı fərdi yaşayış evi onun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və onun tərəfindən Cavabdeh1 verilmiş və 15 saylı Bakı Notariat Kontorunda reyestrdə 29-10031 nömrə ilə qeydə alınmış 18 avqust 2001-ci il tarixli etibarnamə əsasında 06 noyabr 2002-ci ildə onunla Cavabdeh2 arasında bağlanılmış 169117 nömrəli müqavilə ilə sonuncuya satılmışdır. Notariat işində olan 18 avqust 2001-ci ildə 15 saylı Bakı şəhər Notariat Kontorunun notariusu Mütəllimov İ.X tərəfindən təsdiq edilmiş və reyestrdə 29-10031 nömrə ilə qeydə alınmış onun tərəfindən Cavabdeh1 verildiyi göstərilən etibarnamədəki imza ona aid deyildir. Həmin etibarnamə onun tərəfindən imzalanmamışdır, Cavabdeh1 adlı şəxsi heç vaxt tanımamış, onunla heç bir əlaqəsi olmamış və ona etibarnamə verməmişdir. Həmin etibarnamə əsassız və qanuna zidd olaraq verildiyindən onun əsasında aparılmış bütün hərəkətlər etibarsız hesab edilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, tərəfindən Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti Başçısının 30 iyun 1997-ci il tarixli Sərəncamına əsasən ona Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə fərdi yaşayış evi tikintisi üçün verilmiş 600 kv.metr torpaq sahəsində (yer № 27) heç bir tikinti işi aparmamış, ev tikməmiş və həmin evə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etməmişdir. Ehtimal edir ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 19.04.2002-ci il tarixdə verilmiş ******* qeydiyyat nömrəli seriya FM №012129 saylı Qeydiyyat Vəsiqəsi ilə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsindən ibarət 9/27 saylı fərdi yaşayış evi onun adına xüsusi mülkiyyət kimi yuxarıda qeyd edilən saxta etibarnamə əsasında qeydə alınmışdır. Ona görə həmin Qeydiyyat Vəsiqəsi də etibarsız hesab edilməlidir. Həmçinin, həmin etibarnamə əsasında qeyd edilən evin alqısatqısına dair Cavabdeh1 ilə atası Cavabdeh2 arasında bağlanılmış Bakı şəhəri Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki ona məxsus 600 kv.metr torpaq sahəsində inşa edilmiş 9/27 saylı fərdi yaşayış evinin alqı-satqısına dair 16.11.2002-ci ildə Bakı şəhəri 11-ci Dövlət Notariat Kontorunda təsdiq edilərək reyestrdə 40-295 nömrə ilə qeydə alınmış 169119 nömrəli Müqavilə də etibarsız hesab edilməlidir. Sərəncam əsasında ona məxsus olan torpaq sahəsində fərdi yaşayış evinin inşa edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və alqı-satqı vasitəsi ilə satılması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciətinə cavab olaraq daşınmaz əmlak üzərində hüquqların Dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 31.05.2019-cu il tarixli **********80 nömrəli bildirişdən məlumat almışdır. Tərəfindən verilməsi göstərilən 18 avqust 2001-ci il tarixli etibarnamənin Mülkiyyət hüququna dair 19.04.2002-ci il tarixli Qeydiyyat Vəsiqəsinin və 06 noyabr 2002-ci il tarixli 169117 nömrəli Alqı-satqı müqaviləsinin mövcud olmasından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin 13.06.2019-cu il tarixli 05/01-1-733/14 nömrəli məktubundan məlumat almışdır. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, tərəfindən hazırki iddianın qaldırılması və 18 avqust 2001-ci il tarixli etibarnamənin, Mülkiyyət hüququna dair 19.04.2002-ci il tarixli Qeydiyyat Vəsiqəsinin və 06 noyabr 2002-ci il tarixli 169117 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar mövcuddur. Həmçinin hesab edir ki, hazırda qaldırılan iddia ilə bağlı aparılmış sənədləşmə hərəkətlərində tərəflərin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır. Ona görə də məhkəmə tərəfindən həmin şəxslər barəsində xüsusi qərardad çıxarılmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək qeyd etmişdir ki, araşdırma prosesində iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 30 iyul 1997-ci il tarixli 716 nömrəli Sərəncamına əsasən İddiaçı Bakı şəhəri Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə fərdi yaşayış evi tikintisi üçün 600 kv.metr torpaq sahəsi (yer №27) ayrılmışdır. Torpaq sahəsinin ayrılmasına dair Nizami rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 14.08.1996-cı il tarixli 1114 nömrəli Sərəncamı əsasında verilmişdir. Sərəncam əsasında ayrılmış torpaq sahəsi naturada ölçülərək ona təhvil verilmiş və tərəfindən hasara alınaraq giriş qapısı quraşdırılmışdır. Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının 30 iyul 1997-ci il tarixli 716 №li Sərəncamının əslinin nüsxəsi iddiaçıdadır və sənədin əsli Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı Filialında saxlanılır. Dövlət Arxivinin Bakı filialından verilmiş 13.02.2019-cu il tarixli 357 nömrəli məktubla da həmin sənədin əslinin arxivdə saxlanıldığı təsdiq olunur. Mütəmadi olaraq iddiaçı tərəfindən torpaq sahəsinə baş çəkilmiş, hər hansı bir problem olmamış, maddi çətinlik səbəbindən torpaq sahəsindən fərdi yaşayış evi və ya digər tikili inşa edilməmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritə çəkmə Komitəsinin Bakı şəhər Şöbəsindən verilmiş JN-1217H (KOD ********) torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və həmin Şəhadətnaməyə əlavə edilmiş mülkiyyətə verilmiş torpaq sahəsinin yerləşdiyi yerin sxemi ilə də həmin torpaq sahəsinin İddiaçı mülkiyyətində olması təsdiq olunur. Torpaq sahəsinə dair mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müraciətindən imtina edilməsi barədə həmin İdarənin rəis müavini Fərid Bağırovun imzası ilə göndərilmiş 31.05.2019-cu il tarixli **********80 nömrəli bildirişdə göstərilir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 10.05.2019-cu il tarixli ərizənizə baxılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi digər torpaq sahəsi ilə ümumi daş hasar daxilindədir, ara sərhədləri metal torla ayrılmışdır. Həmçinin təqdim edilmiş sənədlərdə qeyd olunmuş torpaq sahəsinin mülkiyyət hüququna dair JN 1217 H saylı Şəhadətnamə əsasında digər ərazidə fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Məsələ ilə bağlı vəkillik qurumu tərəfindən aparılmış araşdırma və Dövlət Notariat Arxivindən alınmış Bakı şəhər 11 saylı Dövlət Notariat Kontorunda 06.11.2002-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-295 reyestr nömrəli notariat işində olan sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 19.04.2002-ci il tarixdə verilmiş 30 -17056 qeydiyyat nömrəli seriya FM №012129 saylı Qeydiyyat Vəsiqəsi ilə Bakı şəhəri Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsindən ibarət 9/27 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və onun tərəfindən Cavabdeh1 verilmiş və 15 saylı Bakı Notariat Kontorunda reyestrdə ******* nömrə ilə qeydə alınmış 18 avqust 2001-ci il tarixli Etibarnamə əsasında 06 noyabr 2002ci ildə Cavabdeh1 ilə atası Cavabdeh2 arasında bağlanılmış 169117 nömrəli müqavilə ilə sonuncuya satılmışdır. Həmin etibarnamənin onun tərəfindən imzalanmadığını göstərən iddiaçı Cavabdeh1 adlı şəxsi heç vaxt tanımadığını, onunla heç bir əlaqəsi olmadığını və ona etibarnamə vermədiyini, həmçinin fərdi yaşayış evi inşa etmədiyini qeyd edərək həmin etibarnamənin əsassız və qanuna zidd olaraq verildiyini, onun əsasında aparılmış bütün hərəkətlərin etibarsız hesab edilməli olduğunu bildirmişdir. Notariat işində olan 18 avqust 2001-ci ildə 15 saylı Bakı şəhər Notariat Kontorunun notariusu Mütəllimov İ.X. tərəfindən təsdiq edilmiş və reyestrdə 29-10031 nömrə ilə qeydə alınmış İddiaçı tərəfindən Cavabdeh1 verildiyi göstərilən etibamamədəki imzanın iddiaçıya aid olmaması mübahisələndirildiyindən məhkəmə tərəfindən məhkəmə Xəttşünaslıq Ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2019-cu il tarixli 29107 nömrəli Ekspert Rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş 18 avqust 2001-ci il tarixli, reyestrdə E29-10031 nömrəsi ilə qeydə alınan Etibarnamənin üz tərəfinin aşağı hissəsində “İmza” qrafasında olan imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə araşdırması zamanı zərurət yarandığından məhkəmə tərəfindən 19 iyun 2020-ci il tarixli Qərardadla Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Məhkəmə Tikinti-Texniki Ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspertlər qarşısında sual qoyulmuşdur ki, 06 noyabr 2020-ci il tarixli, 169117 saylı, reyestrdə 4Ə-295 nömrəsi ilə qeyd edilmiş müqavilə əsasında Cavabdeh2 mülkiyyətinə verilmiş ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi Nizami rayon İcra Hakimiyyətinin 30 iyul 1997-ci il tarixli 716 saylı Sərəncamı ilə JN-1217H nömrəli, KOD 00900003 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi əsasında İddiaçı mülkiyyətində olan ünvan 2 ünvandakı 600 kv.m olan torpaq sahəsində yerləşirmi, yerləşib-yerləşmədiyi müəyyən edilərkən torpaq sahəsi ilə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi arasındakı məsafə və onların koordinatları dəqiq göstərilsin. Məhkəmə Qərardadı əsasında Məhkəmə Ekspertiza Mərkəzinin eksperti və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən iddiaçı və cavabdehlərin iştirakı ilə tədqiqat obyektinə yerində baxış keçirilərək İddiaçı mülkiyyətində olan ünvan 2 ünvandakı 600 kv.m olan torpaq sahəsində hər hansı bir tikilinin olmaması müəyyən edilmişdir. 06 noyabr 2020-ci il tarixli, 169117 saylı, reyestrdə 4Ə-295 nömrəsi ilə qeyd edilmiş müqavilə əsasında Cavabdeh2 mülkiyyətinə verilmiş ünvan 2 ünvanda yerləşdiyi göstərilən fərdi yaşayış evi həmin ünvanda İddiaçı mülkiyyətində olan torpaq sahəsində deyil, digər ərazidəki torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Keçirilmiş ekspertizanın nəticəsi olaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən məhkəməyə daxil olmuş 30 dekabr 2020-ci il tarixli, 10/1836 nömrəli Ekspert Rəyində və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən məhkəməyə və Məhkəmə Ekspertiza Mərkəzinə daxil olmuş 15 dekabr 2020ci il tarixli Mütəxəssis Rəyində göstərilir: Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış JN-1217H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” vətəndaş İddiaçı adına tərtib olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin arxivində olan məlumata əsasən vətəndaş İddiaçı adına 600 kv.m torpaq sahəsinə JN1217H nömrəli Şəhadətnamə işlənərkən həmin torpaq sahəsinin üzərində 150 kv.m ərazidə yaşayış evi olmuşdur. MMC-nin arxivində olan və şəhadətnamə verilərkən mövcud olan vəziyyəti əks etdirən 335A nömrəli plan-xəritə materiallarında qeyd edilmiş 600 kv.m torpaq sahəsi koordinatları MMC-nin mühəndisi tərəfindən ölçülmüş 1294 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. Ekspert Rəyində fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsi arasında olan məsafə göstərilməsə də, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti '‘Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı Layihə-Tədqiqat İdarəsinin mühəndisi B.İsgəndərov tərəfindən tərtib edilərək Mütəxəssis Rəyinə əlavə edilmiş mübahisəli torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə görə sxemində torpaqlar arasında ara məsafəsi 99,1 metr göstərilir. Həmçinin, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 1294 kv.m, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 720 kv.m göstərilir. Məhkəmə daxil olmuş Ekspert Rəyi və Mütəxəssis Rəyi hissəvi olaraq real həqiqəti əks etdirmədiyindən iddiaçı tərəfin vəsatəti ilə məhkəmə tərəfindən proses iştirakçılarının iştirakı ilə mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə və İddiaçı mülkiyyətində olan torpaq sahəsinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin ‘'Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı LayihəTədqiqat İdarəsinin mühəndisi tərəfindən tərtib edilmiş sxem reallığı əks etdirir. Məhkəmə tərəfindən Mütəxəssis Rəyini imzalamış Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin aparıcı məsləhətçisi R.Heydərov və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı Layihə- Tədqiqat İdarəsinin mühəndisi B.İsgəndərov məhkəməyə dəvət edilərək verilmiş Mütəxəssis Rəyi onların iştirakı ilə araşdırılmışdır. R.Heydərov verilən sualları cavablandırmaqdan yayınsa da B.İsgəndərov tərtib etdiyi sxemi müdafiə etmiş və sxemdə göstərilən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının aparılmış ölçüyə uyğunluğunu bir daha təsdiq etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə tərəfindən dəvət edilmiş və məsələ ilə bağlı rəis müavinləri vəzifəsində 07.05.2019-ci il tarixli və 31.05.2019-cu il tarixli məktubları imzalamış Eldar Mirzəyev və Fərid Bağırov məhkəmə iclasına gəlməmişlər. Yuxarıda da qeyd edildiyi kimi Dövlət orqanının göstərilən vəzifəli şəxsləri tərəfindən imzalanmış məktublarda İddiaçı məxsus torpaq sahəsində fərdi yaşayış evinin olmaması, həmçinin torpaq sahəsinin sxemdə göstərilən ölçüsü öz təsdiqini tapmışdır. Belə ki, İddiaçı göndərilmiş, 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini Eldar Mirzəyev tərəfindən imzalanmış 07.05.2019-ci il tarixli məktubda göstərilir ki, təqdim etdikləri Sərəncam əsasında onun adına keçmiş DTXK tərəfindən 600 kv.m torpaq sahəsinin mülkiyyət hüququna dair Şəhadətnamə verilmişdir və fərdi yaşayış evi qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Həmçinin sənəd üzrə torpaq sahəsi 600 kv.m olsa da, faktiki 730 kv.m təşkil edir. Həmin İdarədən rəis müavini Fərid Bağırovun imzası ilə iddiaçıya göndərilmiş 31.05.2019-cu il tarixli məktubda göstərilir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 10.05.2019cu il tarixli ərizəyə baxılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi digər torpaq sahəsi ilə ümumi daş hasar daxilindədir, ara sərhədləri metal torla ayrılmışdır. Həmçinin təqdim edilmiş sənədlərdə qeyd olunmuş torpaq sahəsinin mülkiyyət hüququna dair JN 1217 H saylı Şəhadətnamə əsasında digər ərazidə fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Göründüyü kimi İddiaçı mülkiyyətində olan ünvan 4 ünvandakı 600 kv.m olan torpaq sahəsində fərdi yaşayış evi yoxdur, torpaq sahəsi daş hasar daxilində olmaqla digər torpaq sahəsindən metal torla ayrılmışdır və ayrıca giriş qapısına malikdir. Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış fərdi yaşayış evi isə digər torpaq sahəsində, İddiaçı məxsus torpaq sahəsindən 99,1 metr aralıda yerləşir. Yuxarıda qeyd olunanlardan müəyyən edilir ki, Cavabdeh1 tərəfindən İddiaçı məxsus olan ünvan 5 ünvanda 600 kvadrat metr torpaq sahəsində yerləşən 2001ci ildə tikilmiş ümumi sahəsi 403,1 kv.m, yaşayış sahəsi 156,3 kv.m, köməkçi sahəsi 246,9 kv.m olan 6 (6) otaqdan ibarət yaşayış evinin Cavabdeh2 satılmasına dair 06 noyabr 2002-ci il tarixdə Bakı şəhər 11-ci Dövlət Notariat Kontorunda bağlanılmış və reyestrdə 4Ə-295 nömrə ilə qeydə alınmış 169117 nömrəli Müqavilə həmin fərdi yaşayış evinin qeyd edilən torpaq sahəsində satılması hissəsində real həqiqətə uyğun deyildir və həmin müqavilənin və müqavilənin bağlanması üçün əsas olmuş 18 avqust 2001-ci il tarixli Etibarnamənin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar mövcuddur. Eyni zamanda İddiaçı həmin torpaq sahəsi üzərində hüquqları bərpa edilərək mülkiyyət hüququna dair maneələr aradan qaldırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və digərlərinə qarşı iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Şərh olunanlara əsasən, Bakı şəhəri 15 saylı Notariat Kontorunun Dövlət notariusu İ.X.Mütəllimov tərəfindən təsdiq edilərək, reyestrdə 29-10031 nömrə ilə qeydə alınıb Cavabdeh1 adına verilmiş 18 avqust 2001-ci il tarixli etibarnamənin, Bakı şəhəri Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer № 27) inşa edilmiş 9/27 saylı fərdi yaşayış evinə dair daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 19.04.2002-ci il tarixli, Seriya FM №012129 saylı Qeydiyyat Vəsiqəsinin və həmin ünvanda fərdi yaşayış evinin satılmasına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 06.11.2002-ci ildə Bakı şəhəri 11-ci Dövlət Notariat Kontorunda bağlanılaraq reyestrdə 4Ə- 295 nömrə ilə qeydə alınmış 169117 nömrəli Müqavilənin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi və mülkiyyət hüququna maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(007)-78/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri 15 saylı Notariat Kontorunun Dövlət notariusu İ.X.Mütəllimov tərəfindən təsdiq edilmiş və reyestrdə 29-10031 nömrə ilə qeydə alınmış Cavabdeh1 adına verilmiş 18 avqust 2001-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer № 27) inşa edilmiş 9/27 saylı fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 19.04.2002-ci il tarixli, Seriya FM № 012129 saylı Qeydiyyat Vəsiqəsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer № 27) inşa edilmiş 9/27 saylı fərdi yaşayış evinin satılmasına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 11-ci Dövlət Notariat Kontorunda bağlanılmış və reyestrdə 4Ə-295 nömrə ilə qeydə alınmış 06.11.2002-ci il tarixli 169117 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə 600 kv.metr torpaq sahəsi (yer № 27) üzərində İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi və mülkiyyət hüququna yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı iddia etdiyi və hazırda mübahisələndirdiyi torpaq sahəsinə onun tərəfindən dövlət qeydiyyatına alınmasında təşəbbüskar olmadığını bildirir. Belə ki, Bakı şəhəri Nizami rayon İcra hakimiyyəti Başçısı tərəfindən 14.08.1996-cı il tarixdə Bakı şəhəri Nizami rayonu Şərifli küçəsi 2593 məhəllədə iddiaçıya 600 kv.m torpaq sahəsi ayrılmışdır. 19.04.2002-ci il tarixdə həmin torpaq sahəsinə və üzərində inşa edilmiş tikiliyə mülkiyyət hüquqları iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Lakin iddiaçı bununla bağlı məlumatsız olduğunu bildirmiş və yalnız 2019-cu ildə özünə məxsus torpaq sahəsinə hüquqlarını qeydiyyata aldırmaq üçün müraciət etdikdə bu məsələ ilə üzləşmişdir. Belə çıxır ki, iddiaçı ümumiyyətlə ona ayrılmış torpaq sahəsində fərdi ev inşa etdirməmiş və torpaq sahəsi də bugünədək boş sahə olaraq qalmaqdadır. Onun bildirdiyi kimi, mütəmadi olaraq torpaq sahəsinə baş çəkmiş və hər hansı bir problem olmamışdır. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən cavabdehin mülkiyyətində olan tikilinin onun torpaq sahəsində inşa edilmədiyi iş üzrə aparılmış ekspertiza rəylərində öz təsdiqini tapır. Belə ki, 15.12.2020-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, İddiaçı məxsus 600 kv.m torpaq sahəsi ilə üzərində fərdi yaşayış evi yerləşən torpaq sahəsi üst-üstə düşmür və onların arasında 99,10 m. məsafənin olduğu təsdiq edilir. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilir ki, mübahisələndirilən qeydiyyat vəsiqəsində qeyd edilən fərdi yaşayış evi (yəni Cavabdeh2 məxsus) iddiaçıya məxsus olan torpaq sahəsində yerləşmir. Əqdin imzalanmasından 20 il müddətin keçməsi və bu günədək heç kim tərəfindən mübahisələndirilməməsi cavabdehin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını əsaslı edir. Faktiki olaraq mülkiyyət obyektinin iddiaçıda qaldığının və onun mülkiyyət hüququnun pozulmadığının şahidi oluruq. Beləliklə, bunlar iddiaçının cavabdehin mülkiyyətində olan torpaq sahəsinin və fərdi yaşayış evinin hüquqi mövcudluğunu mübahisələndirməyə subyektiv hüququnun olmamasına dəlalət edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmədiyindən kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********80 saylı 31.05.2019-cu il tarixli məktubundan görünür ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, müraciətdə göstərilən torpaq sahəsi digər torpaq sahəsi ilə ümumi daş hasar daxilindədir, ara sərhədləri metal torla ayrılmışdır. Həmçinin təqdim edilmiş sənədlərdə qeyd olunmuş torpaq sahəsinin mülkiyyət hüququna dair № 1217H saylı şəhadətnamə əsasında digər ərazidə fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bundan əlavə torpaq sahəsi yol tərəfdən hasar boyu keçən 35 kV-luq yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zolağına düşür. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir, torpaq sahəsi elektrik şəbəkəsinin mühafizə zonasına düşür. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin başçısının 14.08.1996-cı il tarixli 1114 saylı “Torpaq sahəsinin ayrılması haqqında” Sərəncamında göstərilmişdir ki: “1. Nizami rayon İcra Hakimiyyəti Başçısının 22.05.1996-cı il tarixli, 02/313 №li məktubu nəzərə alınaraq, Şərifli küçəsindəki 2593-cü məhəllədə fərdi yaşayış evlərinin layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılsın. 1.1. Fərdi evlərin tikintisi üçün ayrılacaq torpaq sahələrinin sənədləşdirilməsi Bakı İcra Hakimiyyəti ilə razılaşdırılmış siyahı əsasında aparılsın.” Sərəncam əsasında ayrılmış torpaq sahəsi naturada ölçülərək ona təhvil verilmiş və tərəfindən hasara alınmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin başçısının 30.07.1997-ci il tarixli 716 saylı Sərəncamından görünür ki, Torpaq sahəsinin ayrılmasına dair Nizami rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 14.08.1996-cı il tarixli 1114 nömrəli Sərəncamına istinad edərək, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə fərdi yaşayış evi tikintisi üçün 600 kv.metr torpaq sahəsi (yer № 27) İddiaçı ayrılmışdır. İş materiallarında olan torpağın mükiyyətə verilməsinə dair JN-1217H, Kod 00900003 saylı Şəhadətnamədən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 30.07.1997-ci il tarixli 716 saylı Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 06.11.2002ci il tarixli 169117 saylı notarial qaydada təsdiq edilmiş müqavilədən görünür ki, Cavabdeh119.04.2002-ci il tarixli, 30/17056 nömrəli (kit.№246, səh.№17056) qeydiyyat vəsiqəsinə və 19.06.2002-ci il tarixli, 30/1377 nömrəli arayışa əsasən İddiaçı məxsus olan ünvan 7 ünvanda 600 kv.m sahədə yerləşən 2001-ci ildə tikilmiş, ümumi sahəsi 403,1 kv.m, yaşayış sahəsi 156,2 kv.m, köməkçi sahəsi 246,9 kv.m olan 6 otaqdan ibarət yaşayış evini Cavabdeh2 satmışdır. Evin dəyəri 98.000 manat müəyyən edilmişdir. 15 saylı Dövlət notariat kontorunun Dövlət notariusu İ.X.Mütəllimov tərəfindən təsdiq edilmiş 18.08.2001-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh1 Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 716 saylı 30.07.1997-ci il tarixli sərəncamına əsasən ona məxsus olan Bakı şəhəri, 2593-cü məhəllədə 27 №-li, 600 kv.m sahədə evini (mənzilini, bağını, torpaq səhəsini) satmağı, bağışlamağı, dəyişməyi, bu barədə müqaviləni imzalamağı, pulunu almağı və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar edir. Həmin etibarnamə üzrə səlahiyyət başqa şəxslərə verilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin seriya FM № 012129 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.m torpaq sahəsindən də ibarət 9/27 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 246 saylı reyestr kitabında 17056 səhifəsində 30/17056 № ilə 19.04.2002-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayonu İcra hakimiyyəti başçısının 14.03.2002-ci il tarixli sərəncamından görünür ki, Şərifli küçəsi, ev № 9/27 ünvanlı fərdi yaşayış evi tikinti altındakı torpaq sahəsi 600 kv.m həddində qanuniləşdirilməklə, İddiaçı adına şəxsi mülkiyyət hüququndan keçirilməsi qərara alınmışdır. İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının 30 dekabr 2019-cu il tarixli 29107 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 18 avqust 2001-ci il tarixli reyestrdə E29-10031 nömrəsi ilə qeyd olunan etibarnamənin üz tərəfinin aşağı hissəsində “İmza” qrafasında olan imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********63 saylı 15.12.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, qərardadda mütəxəssis qarşısına qoyulmuş sualları cavablandırmaq məqsədilə tərəfin və mütəxəssisin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinə yerində baxış keçirilib torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma arxiv materiallarına, mülki iş materialına və elektron baza məlumatlarına əsasən aparılmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətindən verilmiş sorğulara cavab olaraq bildirilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış JN-1217H (kod ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” vətəndaş İddiaçı adına tərtib olunmuşdur. "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin arxivində olan məlumata əsasən vətəndaş İddiaçı adına 600 kv.m torpaq sahəsinə JN-1217H nömrəli Şəhadətnamə işlənərkən həmin torpaq sahəsinin üzərində 150 kv.m ərazidə yaşayış evi olmuşdur. MMC-nin arxivində olan və şəhadətnamə verilərkən mövcud vəziyyəti əks etdirən 335A nömrəli plan-xəritə materiallarında qeyd edilmiş 600 kv.m torpaq sahəsi koordinatları MMC-nin mühəndisi tərəfindən ölçülmüş 1294 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. Mübahisə predmeti olan torpaq sahəsi ilə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin koordinatları və onlar arasındakı məsafə təqdim edilən sxemdə öz əksini tapmışdır. Sxemdən görünür ki, sahəsi 1294 kv.m olan torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi ilə sahəsi 720 kv.m olan torpaq sahəsi arasında 99,10 metr məsafə vardır. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 30 dekabr 2020-ci il tarixli 10/1836 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 dekabr 2020-ci il tarixli, **********63 №-li mütəxəssis rəyində aşağıdakılar qeyd olunur: Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətindən verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış JN-1217H (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" vətəndaş İddiaçı adına tərtib olunmuşdur. “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin arxivində olan məlumata əsasən vətəndaş İddiaçı adına 600 kv.m torpaq sahəsinə JN-1217H nömrəli Şəhadətnamə işlənərkən həmin torpaq sahəsinin üzərində 150 kv.m ərazidə yaşayış evi olmuşdur. MMC-nin arxivində olan və şəhadətnamə verilərkən mövcud olan vəziyyəti əks etdirən 335A nömrəli plan-xəritə materiallarında qeyd edilmiş 600 kv.m torpaq sahəsi koordinatları MMC-nin mühəndisi tərəfindən ölçülmüş 1294 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə topaq sahələrinə dair baza məlumatları olmadığından və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatları əlavə edilmədiyindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Odur ki mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının 30 iyul 1997-ci il tarixli 716 nömrəli Sərəncamına əsasən, Bakı şəhəri Nizami rayonu Şərifli küçəsindəki 2593-cü məhəllədə fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi iddiaçı tərəfindən qəbul edilərək hasara alınmış və darvaza qoyulmuşdur. Torpaq sahəsi hal-hazıradək iddiaçının istifadəsindədir. Bu sahədə hər-hansı tikili olmamışdır və hazırda da mövcud deyildir. Qeyd edilən Sərəncamın əsasında həmin əmlaka dair İddiaçı adına torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Sonradan İddiaçı xəbəri və razılığı olmadan Bakı şəhəri Nizami rayonu İcra hakimiyyəti başçısının 14.03.2002-ci il tarixli sərəncamı ilə ünvan 8 ünvanlı fərdi yaşayış evi tikinti altındakı torpaq sahəsi 600 kv.m olmaqla, İddiaçı adına şəxsi mülkiyyət hüququndan keçirilməsi qərara alınmış və 19.04.2002-ci il tarixdə həmin torpaq sahəsində mövcud olmayan, Cavabdeh2 hal-hazırda istifadəsində olan yaşayış evinə dair Qeydiyyat vəsiqəsi verilmişdir. Həmçinin, 18 avqust 2001-ci il tarixdə İddiaçı adından Cavabdeh1 adına 15 saylı Notariat Kontorunda təsdiq edilmiş saxta etibarnamə (etibarnamənin saxta olması ekspert rəyi ilə təsdiq olunur) tərtib edilmiş, həmin etibarnamədə İddiaçı 716 saylı 30.07.1997-ci il tarixli sərəncama əsasən ona məxsus olan Bakı şəhəri, 2593-cü məhəllədə 27 №-li, 600 kv.m sahədə evin üzərində sərəncam verilməsi ilə bağlı bütün hərəkətləri etməyi Cavabdeh1 etibar etdiyi göstərilmişdir. Qeyd edilən etibarnamədən istifadə etməklə Cavabdeh1 İddiaçı adından çıxış edərək, 01.11.2002-ci il tarixdə həmin əmlakı digər Cavabdeh2 satmışdır. Bundan başqa, işin araşdırılan halları ilə iddiaçıya ayrılmış torpaq sahəsinin Cavabdeh2 istifadəsində olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən 99,10 metr aralıda yerləşdiyi müəyyən edilmişdir. İddiaçı həmin etibarnamədən, habelə ona aid torpaq sahəsinə dair sənədlərdən istifadə edilməklə torpaq sahəsinin özəlləşdirilməsindən və sonradan alqı-satqı yolu ilə özgəninkiləşdirilməsindən xəbərsiz olduğunu, bunlardan yalnız 2019-cu ildə özünə aid torpaq sahəsini özəlləşdirmək üçün müraciət edərkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən əmlaka mülkiyyət hüquqlarının qeyd alınmasından imtina edilməsinə dair 31.05.2019-cu il tarixli bildirişi aldığı zaman xəbər tutduğunu bildirmişdir. Cavabdehlər isə onların istifadəsində olan torpaq sahəsi və onun üzərində yerləşən evi torpaq alqı-satqısı ilə məşğul olan şəxsdən aldıqlarını, iddiaçının adından tərtib edilmiş etibarnaməni də həmin şəxsin onlara verdiyini bildirmişlər. İşin araşdırılan hallarından, o cümlədən iddiaçının adından verilmiş etibarnamənin saxta olmasını və onun tərəfindən imzalanmamasından bu qənaətə gəlmək olur ki, iddiaçının əmlakla bağlı mübahisələndirdiyi əqdlərdən 2019-cu ildə xəbər tutması barədə dedikləri əsaslıdır və işin həqiqi halını əks etdirir. Belə olan halda, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1 və 354.2-ci maddələri ilə müəyyən edilmiş müddət ötürülməmiş hesab edilməlidir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya ayrılmış və onun mülkiyyətində olan torpaq sahəsi üzərində yaşayış evinin mövcud olmadığı, habelə ekspert rəyi ilə iddiaçının torpaq sahəsi və cavabdehlərin istifadəsində olan yaşayış evinin faktiki olaraq ayrı-ayrı ərazilərdə yerləşdiyi məhkəmə araşdırması zamanı müəyyən edildiyindən, həmin evin iddiaçıya məxsus torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi kimi təqdim edilməklə, bu barədə dövlət reyestrində qeydiyyatın aparılması həmin torpaq sahəsinin mülkiyyətçisinin iradəsinə zidd olaraq həyata keçirilmişdir. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində mövcud olmayan daşınmaz əmlakla bağlı təqdim edilmiş sənədlər əsasında dövlət reyestrində qeydiyyat aparılmışdır. Bu qeydiyyatın aparılmasında məqsəd Cavabdeh1 istifadəsində olan özbaşına inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququna dair sənəd əldə edilməsi olmuşdur. İddiaçının mübahisələndirdiyi digər məsələ onun adından verilmiş saxta etibarnamə əsasında onun adından çıxış edən Cavabdeh1lə digər Cavabdeh2 arasında əmlakın alqısatqısına dair bağlanmış 01.11.2002-ci il tarixli müqavilə olmuşdur. Qeyd edildiyi kimi, həmin alqı-satqı İddiaçı adından tərtib edilmiş saxta etibarnamə əsasında, iddiaçının xəbəri və razılığı olmadan həyata keçirildiyindən bu müqavilənin bağlanması iddiaçının iradə ifadəsini əks etdirməmişdir. Həmçinin müəyyən edilir ki, iddiaçının özünə məxsus olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədləri əldə edə bilməməsi onun həmin torpaq sahəsi üzərində sərbəst şəkildə sərəncam vermək, həmin əmlakla bağlı əqdlər bağlamaq və digər mülki münasibətlərə daxil olmaq imkanlarını məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən mübahisə edilən əqd məhkəmə tərəfindən etibarsız sayılmasına görə etibarsız olan əqddir. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Mübahisə etmək hüququ maraqlı şəxsə mənsubdur. Mübahisə edilən əqdin etibarsız sayılması tələbini bu Məcəllədə göstərilən şəxslər irəli sürə bilərlər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Əhəmiyyətsiz əqdin etibarsızlığı nətiçələrinin tətbiq edilməsi tələbini hər bir maraqlı şəxs irəli sürə bilər. Məhkəmənin bu çür nətiçələri öz təşəbbüsü ilə tətbiq etmək ixtiyarı vardır. Həmin Məcəllənin 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.Həmin Məcəllənin 390.1-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2004-cü il tarixli Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Plenum qərarına əsasən “Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Konstitusiya Məhkəməsinin Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli digər qərarında Məhkəmə qeyd edir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Qeyd edilənlərə əsasən kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 30 iyul 1997-ci il tarixli 716 nömrəli Sərəncamına əsasən iddiaçıya ayrılmış Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə fərdi yaşayış evi tikintisi üçün 600 kv.metr torpaq sahəsində (yer № 27) heç bir tikinti aparılmamış, həmin torpaq sahəsi ilə bağlı heç kimə etibarnamə verilməmiş, 06.11.2002-ci il tarixli müqavilədə göstərildiyi kimi İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 2593cü məhəllədə 600 kv.metr torpaq sahəsində mövcud olmayan evinin alqı-satqısı üçün Cavabdeh1 heç bir hüquq verilməmiş, mübahisələndirilən qeydiyyat vəsiqəsində göstərilən fərdi yaşayış evi də iddiaçıya məxsus olan torpaq sahəsində deyil, başqa bir ərazidə, iddiaçının sahəsindən 99,10 metr məsafədə yerləşən torpaq sahəsində yerləşir. Nəticədə, qeydiyyat vəsiqəsində iddiaçıya məxsus olan əmlakın səhv qeydiyyata alınması nəticəsində iddiaçının hüquqları pozulmuş, onun əmlakında olmayan fərdi yaşayış evinin alqı-satqısı həyata keçirilmişdir və hazırda iddiaçı öz əmlakına müstəqil şəkildə sərəncam verə, mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən Bakı şəhəri Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer № 27) inşa edilmiş 9/27 saylı fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 19.04.2002-ci il tarixli, Seriya FM № 012129 saylı Qeydiyyat Vəsiqəsinin etibarsız hesab edilməsi, fərdi yaşayış evinin alqı-satqısına dair 06 noyabr 2002-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmçinin İddiaçı məxsus olan Bakı şəhəri Nizami rayonu, Şərifli küçəsində yerləşən 600 kv.metr torpaq sahəsindən (yer № 27) İddiaçı mülkiyyət hüquqları bərpa edilməsi və onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(007)- 78/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(007)-78/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7999/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7999/2021
11.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver