Məhkəmə qərarları › İş №2(103)-8/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8/2020

04.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X7, Cavabdehin nümayəndəsi X6, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi X11, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Səbail Rayon MKTB-nin nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-15/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh X3 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, M.Muxtarov 7, mənzil 21-də ümumi istifadədə olan və cavabdeh tərəfindən yerində tikilmiş özbaşına tikilinin, yükdaşıyan divarlar istisna olmaqla, sökülməsi, cavabdeh tərəfindən sökülmüş pilləkənin və əvvəlki vəziyyətin cavabdehin hesabına bərpa edilməsi, iddiaçının mülkiyyətində olan mənzildən istifadəsinə cavabdeh tərəfindən yaradılmış maneələrin cavabdehin hesabına aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.(İddia ərizəsi dəqiqləşdirilmişdir) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-15/16 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4008/16 saylı, xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə iddiaçının vəsatəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2012-ci il tarixli sərəncamın rəsmi şəkildə verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi bağlı yekun məhkəmə aktı qəbul edilənədək hazırkı iş üzrə icraat dayandırılmışdır. İddiaçının ərizəsinə əlavə edilmiş İddiaçı cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2012-ci il tarixli sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1762/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçının şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-72/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmişdir. Həmin qərardan üçüncü şəxsin verdiyi kassasiya şikayəti Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-356/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə kassasiya mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir. Daha sonra, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qərradadı ilə hazırkı mülki iş üzrə icraat təzələnmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi E.Səlimov apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili T.Əlirzayev apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi V.Əliyev hazırkı mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Səbail Rayon MKTB-nin nümayəndəsi A.Babayev hazırkı mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Apellyasiya şikayəti üzrə icraatın təzələnməsi ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh və müstəqil tələb sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən verilmiş xx.xx.1997-ci il tarixdə qeydiyyata alınmış Seriya MH 061285 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Səbail rayonu, M.Muxtarov küçəsindəki 7 saylı yaşayış evinin 21 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən M.Muxtarov küçəsi, 7 saylı evin 21 saylı mənzilinə dair verilmiş xx.xx.1997-ci il tarixli şəxsi mülkiyyətdə olan mənzilin texniki pasportunun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, sözügedən mənzilin ümumi sahəsi 41,5 kv.m, yaşayış sahəsi isə 27,5 kv.m təşkil edir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş MH seriyalı ******* №-li hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmmuş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Murtuz Muxtarov küçəsində istifadədə olan 0,10043 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 3 mərtəbəli binada 82.kv.m ümumi, 59.5 kv.m yaşayışsahəsindən ibarət 3 otaqlı 22 nömrəli mənzil tam mülkiyyət hüququ üzrəX2 adına daşınmaz əmlakın dövlət reyestrində 351nömrəli reyestr kitabının 32813 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən M.Muxtarov küçəsi, 7 saylı evin 22 saylı mənzilinə dair verilmiş xx.xx.2005-ci il tarixli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportunun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, sözügedən mənzilin ümumi sahəsi 82.0 kv.m, yaşayış sahəsi isə 59.5 kv.m, köməkçi sahəsi 22.5 kv.m təşkil edir. Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyətinin Başçısının 119 saylı, xx xxx 2012-ci il tarixli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, həmin X1 mülkiyyətində olan, M.Muxtarov küçəsi 7 saylı evin 22 saylı mənzilinin, birinci mərtəbədə yerləşən mövcud yaşayış sahəsi daxil olmaqla, altı otaqlı, yaşayış sahəsinin 128,4 kv.m, köməkçi sahəsinin 17,95 kv.m, ümumi sahəsinin 146,35 kv.m olduğu təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14193 saylı, xx xxxxxxx 2015-ci il tarixli ekspert rəyində Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov küçəsindəki 7 saylı evin Cavabdeh məxsus 22 saylı mənzilinin daxilindəki tikililərin ümumi sahəsinin 147,1 kv.m, o cümlədən yaşayış sahəsinin 86,3 kv.m və yardımçı sahənin 60,8 kv.m olduğu müəyyən edilir. Cavabdehə məxsus mənzilin mövcud vəziyyətinin və ölçülərinin Cavabdeh adına Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, reyestr nömrəsi **********13-**********5 olan Çıxarışda və xx.xx.2005ci il tarixli, inventar nömrəsi 1943-5 olan texniki pasportda göstərilən ölçülərdən, yəni ümumi sahədən 65,1 kv.m, o cümlədən yaşayış sahəsindən 26,8 kv.m və yardımçı sahədən 38,3 kv.m artıq olmaqla, həmin mənzilin ölçülərinin və tikililərin planlı yerləşməsinin texniki pasportda göstərilən göstəricilərə uyğun olmadığı müəyyən edilir. Eyni zamanda qeyd olunur ki, texniki pasportda mənzilin yerləşmə mərtəbəsinin 2 olduğu göstərilməsinə baxmayaraq, faktiki olaraq cavabdehə məxsus tikililərin binanın 1 və 2-ci mərtəbələrində, eləcə də həmin mərtəbələr arasındakı hissədə yerləşdiyi müəyyən edilir. Sökülməsi tələb olunan dəmir beton konstruksiyadan düzəldilmiş dördmarşlı pilləkənin ümumiyyətlə texniki pasportlarda nəzərdə tutulmadığı və pilləkənin dəhlizə daxil olan hissəsinin texniki pasportlarda ümumi istifadədə olan bağlı şüşəbənd kimi qeyd olunduğu müəyyən edilir. Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov küçəsindəki 7 saylı evin İddiaçı məxsus 21 saylı mənzilin ümumi sahəsinin 55,7 kv.m, o cümlədən yaşayış sahəsinin 39,1 kv.m və yardımçı sahəsinin 16,6 kv.m olduğu müəyyən edilir. Cavabdeh tərəfindən sıxlaşdırılmış mənzillər daxilində aparılmış rekonstruksiya işləri nəticəsində iddiaçıya məxsus tikililərə ziyan dəyməsi müəyyən edilməsə də, tərəflərin ümumi istifadəsində olan dəhlizin şüşəbənd hissəsinin söküldüyü və oradan giriş-çıxış yolunun açıldığı, eyni zamanda həmin dəhlizin və əvvəllər mövcud olmuş pilləkən (hazırda ləğv olunub) qəfəsinin cavabdeh tərəfindən bağlanaraq istifadə olunması nəticəsində iddiaçının texniki pasportda göstərilən pilləkəndən istifadəsi mümkünsüz olmuşdur. Rayon məhkəməsi tərəfindən tərəflərin və onların nümayəndələrinin iştirakı ilə mübahisəli əraziyə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsi, 7 saylı evin 21 saylı və 22 saylı mənzilləri sıxlaşdırılmış mənzillər olmaqla üç mərtəbəli binanın ikinci mərtəbəsində yerləşir. Hər iki mənzilə giriş tərəflərin ümumi istifadəsində olan dəhlizdəndir. Binanın daxili həyətindən həmin dəhlizə qalxmaq üçün betondan dördmarşlı pilləkən quraşdırılmışdır. Həmin pilləkənlə tərəflərin ümumi istifadəsində olan dəhlizə daxil olmaq mümkündür. Pilləkənlə dəhlizə daxil olduqda görünür ki, dəhlizin sağ hissəsində tikili inşa edilmişdir. Tərəflərin izahatlarından məlum olur ki, həmin tikili Cavabdeh tərəfindən tikilmişdir. Bundan başqa tərəflərə aid mənzillərə məxsus texniki pasportlarda göstərilmiş pilləkənin mövcud olmadığı təyin edilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsində yerləşən 7 saylı evin İddiaçı məxsus 21 saylı mənzilinə və Cavabdeh məxsus 22 saylı mənzilinə aid texniki pasportlarda tərəflərin ümumi istifadəsində olan dəhlizə daxil olmaq üçün nəzərdə tutulmuş pilləkən Cavabdeh tərəfindən sökülmüş, pilləkənin tərəflərin ümumi istifadəsində olan dəhlizə daxil olan hissəsi cavabdeh tərəfindən bağlanılaraq, həmin dəhlizdə cavabdeh tərəfindən tikili inşa edilmişdir. Bundan başqa dəhlizə daxil olmaq üçün cavabdeh tərəfindən qeyd olunan mənzillərin texniki pasportlarında nəzərdə tutulmayan və dəhlizə daxil olan hissəsinin texniki pasportlarda ümumi istifadədə olan bağlı şüşəbənd kimi göstərilmiş hissəsində dəmir beton kostruksiyadan dördmarşlı pilləkən düzəldilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-72/2018 saylı, xx xxxx 2018-ci tarixli qərarı ilə İddiaçı cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2012-ci il tarixli sərəncamın ləğv edilməsi” tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1762/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qərarı ilə təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş və iddiaçının iddia tələbi təmin edilərək, Səbail Rayon İcra Hakimiyyətinin xx xxx 2012-ci tarixli, 119 saylı sərəncamı ləğv edilmişdir. Həmin qərardan üçüncü şəxsin verdiyi kassasiya şikayəti Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-356/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə kassasiya mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1762/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qərarı qanuni qüvvəyə minmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iş üzrə alınan məhkəmə-texniki ekspertizasının xx xxxxxxx 2015-ci il tarixli rəyi ilə cavabdehə məxsus mənzilin mövcud vəziyyətinin və ölçülərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış və texniki pasportda göstərilən ölçülərdən fərqli olduğu müəyyən olunmuşdur. Bundan əlavə,qeyd olunur ki, texniki pasportda mənzilin yerləşmə mərtəbəsinin 2 olduğu göstərilməsinə baxmayaraq, faktiki olaraq cavabdehə məxsus tikililərin binanın 1 və 2-ci mərtəbələrində, eləcə də həmin mərtəbələr arasındakı hissədə yerləşdiyi, cavabdeh tərəfindən sıxlaşdırılmış mənzillər daxilində aparılmış rekonstruksiya işləri nəticəsində tərəflərin ümumi istifadəsində olan dəhlizin şüşəbənd hissəsinin söküldüyü və oradan giriş-çıxış yolunun açıldığı, eyni zamanda həmin dəhlizin və əvvəllər mövcud olmuş pilləkən (hazırda ləğv olunub) qəfəsinin cavabdeh tərəfindən bağlanaraq istifadə olunması nəticəsində iddiaçının texniki pasportda göstərilən pilləkəndən istifadəsinin mümkünsüz olduğu müəyyən edilmişdir. Eyni zamanda, Kollegiya qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-72/2018 saylı, xx xxxx 2018-ci tarixli qərarı ilə İddiaçı cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2012-ci il tarixli sərəncamın ləğv edilməsi” tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1762/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qərarı ilə təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş və iddiaçının iddia tələbi təmin edilərək, Səbail Rayon İcra Hakimiyyətinin xx xxx 2012-ci tarixli, 119 saylı sərəncamı ləğv edilmişdir. Həmin qərardan üçüncü şəxsin verdiyi kassasiya şikayəti Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-356/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə kassasiya mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1762/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qərarı qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məcəllənin 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, Kollegiya hesab edir ki, qətnamə qanuni və əsaslı apellyasiya şikayətinin dəlili isə əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehlərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-15/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar