Məhkəmə qərarları › İş №2(103)-8/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 07 mart 2016-cı il tarixli, 2(004)-1150/2016 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh7nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh5 Bakı şəhəri, Yasamal rayonu, Tolstoy küçəsi, ev 51-ə qeydiyyatlarının ləğv edilməsi və onların həmin mənzildən istifadə və yaşayış hüququna xitam verilməsi, Cavabdeh1 ilə bağlanılmış sosial kirayə müqaviləsnin ləğv edilməsi və həmin müqavilənin iddiaçı ilə bağlanılması, Cavabdeh1 əməllərinə hüquqi qiymət verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini dəyişdirirək, cavabdehlər Cavabdeh3 və Cavabdeh5 Bakı şəhəri, Yasamal rayonu, Tolstoy küçəsi, ev 51-ə qeydiyyatlarının ləğv edilməsi və onların həmin mənzildən istifadə və yaşayış hüquqlarına xitam verilməsi, Cavabdeh1 ilə 08 sentyabr 1979-cu il tarixində bağlanılmış sosila kirayə müqaviləsinin əvvəllər ləğv edildiyi nəzərə alınmaqla 02 aprel 2012-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tolstoy küçəsi, mənzil 51-ə dair bağlanılmış sosial kirayə müqaviləsinin ləğv edilməsi və həmin müqavilənin iddiaçı ilə bağlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 07 mart 2016-cı il tarixli, 2(004)-1150/2016 saylı qərardadı ilə iddiaçının “qeydiyyatın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı1 tərəfindən verilmiş şikayət məhkəmənin 23 may 2016-cı il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdr. Şikayət onunla əsaslandırılmışdır ki, pasport qeydiyyatından çıxarılma tələbi müstəqil tələb kimi irəli sürülməmişdir. Bu tələb cavabdehlər Cavabdeh3 və Cavabdeh5 Bakı şəhəri, Yasamal rayonu, Tolstoy küçəsi, ev 51-ə dair istifadə və yaşayış hüququna xitam verilməsi tələbinin bir hissəsi kimi verilmişdir və belə olduğuna görə bu tələblər birgə baxılmalı və onlara aid bir qərar qəbul edilməli idi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının vəkili, cavabdeh tərəfə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmənin iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti və mülki işin materiallarını birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk öncə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mülki iş apellyasiya icraatında olanda İddiaçı1 vəkili və nümayəndəsi X1 vəsatətlə məhkəmə kollegiyasına müraciət edərək bildirmişdir ki, iddiaçı İddiaçı1 Cavabdeh1 və Yasamal rayon 43 saylı MKİS-nə qarşı cavabdehlər arasında bağlanmış 02.04.2012-ci il tarixli, 12 saylı kirayə müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 18 iyul 2016-cı il tarixli qərardadı ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmiş və həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2016-cı il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin 18 iyul 2016-cı il tarixli qərardadı ləğv edilmiş və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxılması üçün mülki iş Yasamal rayon məhkəməsinə göndərilmişdir. Ona görə də, həmin iddiaya baxılıb qəbul edilmiş qərar qanuni qüvvəsini alanadək, hazırki işin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 sentyabr 2016-cı il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinin icraatında olan İddiaçı1 Cavabdeh1 və Yasamal rayon 43 saylı MKİS-nə qarşı cavabdehlər arasında bağlanmış 02.04.2012-ci il tarixli, 12 saylı kirayə müqaviləsinin etibarsız hesab edilməsi barədə mülki iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəsini alanadək hazırki iş üzrə icraat dayandırılmışdır. İddiaçı1 Cavabdeh1 və Yasamal rayon 43 saylı MKİS-nə qarşı cavabdehlər arasında bağlanmış 02.04.2012-ci il tarixli, 12 saylı kirayə müqaviləsinin etibarsız hesab edilməsi barədə mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyi üçün, hazırkı iş üzrə icraat təzələnmiş, işin baxılması 13 iyun 2018-ci il tarixə saat 14-35-ə təyin edilmişdir. 07.06.2018-ci il tarixdə İddiaçı1 vəkili və nümayəndəsi X1 vəsatətlə məhkəmə kollegiyasına müraciət edərək bildirmişdir ki, iddiaçı 13.03.2018-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən AR MPMnin 254.1.1-ci maddəsinə əsasən şəxs öldükdə məhkəmə icraatı dayandırılmalıdır. Ona görə də, iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 201-ci il tarixli qərardadı ilə İddiaçı1 Cavabdeh1 və qeyrilərinə qarşı sosial kirayə müqaviləsinin ləğv edilməsi, istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə icraat İddiaçı1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Bundan sonra ünvan 1 ünvanlanmış, sorğuya cavab olaran 43 saylı MKİS 24.07.2018-ci il tarixli məktubunda qeyd etmişdir ki, L.Tolstoy küçəsi 51 ünvanında paport qeydiyyatında olmuş İddiaçı1 13.05.2018-ci ildə vəfat etmişdir. Həmin ünvanda onun ailə üzvlərindən heç kim qeydiyyatda deyil. Mənzil yerli sovetə məxsusdur. Mənzilin kirayəçisi Cavabdeh1dır və ailə üzvləri ilə birlikdə yaşayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2018-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının 17 yanvar 2019-cu il tarixli iclasında İddiaçı1 vəkili X1 izahatında qeyd etdi ki, o, iddiaçının vəkili olaraq, iddiaçının hüquq varislərini müəyyən edə bilməmişdir. Bu istiqamətdə çalışır ki, iddiaçının hüquq varislərini müəyyən etsin. Şifahi vəsatət verərək, iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qərardadı ilə İddiaçı1 Cavabdeh1 və qeyrilərinə qarşı sosial kirayə müqaviləsinin ləğv edilməsi, istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə icraat İddiaçı1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2021-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat təzələnmişdir. Kollegiya qeyd edir ki, İddiaçı1 prosessual hüquq varisi müəyyən olunmamış, kollegiya işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının 12 yanvar 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 10-cu bəndinin a, b, c, ç, d, e, ə yarımbəndlərində, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməsi qeyd olunmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən çıxarılır. İş materiallarından isə iddiaçının cavabdehlərin mübahisəli mənzilindən qeydiyyatdan çıxarılmaları ilə əlaqədar Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi barədə heç bir məlumat yoxdur. Kollegiya hesab edir ki, şəxsin qeydiyyatdan çıxarılması, qeydiyyatla bağlı məsələlər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirildiyindən, iddiaçı həmin orqana deyil, məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəllənin 261.0.1-ci mаddəsinə əsasən, iş məhkəmədə bаxılmаlı deyildirsə, hаkim iş üzrə icrааtа xitаm verir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, icraata xitam verilməsi barədə qərardadın ləğv edilməsi üçün əsaslar olmadığından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 07 mart 2016-cı il tarixli, 2(004)-1150/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1, 402, 405.0.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Baki şəhəri Yasamal rayon Məhkəməsinin 07 mart 2016-cı il tarixli, 2(004)-1150/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar