Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-800/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh MTK-ya və X7 qarşı “pul” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2387/2021 saylı, 19.08.2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, tam sahəsi 158.4 kv.m olan mənzilin dəyəri olaraq X10 tərəfindən ödənilmiş 190.080 manat pul və 30 manat dövlət rüsumu xərcinin Cavabdeh MTK-dan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının mərhum anası X10 ilə Cavabdeh MTK arasında 05 avqust 2008-ci il tarixli 18 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə Cavabdeh MTK iddiaçının anasının payı (vəsaiti) hesabına ünvan 2 ünvanda 2-ci blok, 3-cü mərtəbədə yerləşən 3 otaqlı ümumi sahəsi 158.4 kv.m olan mənzili layihə sənədlərinə uyğun olaraq qüsursuz və dövlət tikinti komitəsi tərəfindən təsdiq olunmuş, tikinti norma və qaydalarına uyğun inşa etməli olmuşdur. Müqavilənin 3.2- ci bəndinə görə, iddiaçı cavabdehə tam ödəniş olaraq 190.080 manat pul ödəmişdir. Buna görə Cavabdeh MTK 05 avqust 2008-ci il tarixdə cavabdehə 0028 nömrəli kassa mədaxil orderinin qəbzini vermişdir. Qəbzdə təsdiq edilmişdir ki, 05 avqust 2008-ci il tarixli 18 nömrəli müqavilə üçün Cavabdeh MTK iddiaçının anası X5 190.080 manat qəbul etmişdir. İddiaçının mərhum anası Ella Abbasova dəfələrlə Cavabdeh MTK-dan mənzilin ona təhvil verilməsini xahiş etmişdir. Cavabdeh məktubla iddiaçının anasına bildirmişdir ki, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, A.Abbaszadə 17 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasında 05 avqust 2008-ci il tarixli müqavilə ilə X10 adına 2-ci blok, 3-cü mərtəbədə 158.4 kv.m sahəsi olan 3 otaqlı mənzil rəsmiləşdirilmişdir, hazırda həmin müqavilə mövcuddur və qüvvədədir. Şirkətdə yaranmış maliyyə çətinliyi ilə əlaqədar işlərin və binanın son təhvili müəyyən müddətə uzanmaqdadır. Cavabdeh müqavilə ilə müəyyən edilən öhdəliklərini icra etmədiyinə görə X10 Cavabdeh MTK-ya qarşı 05 avqust 2008-ci il tarixli, 18 nömrəli müqavilə ilə müəyyən edilən öhdəliyi tam icra etməklə ünvan 2 ünvanda 2-ci blok, 3-cü mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 158.4 kv.m olan mənzilin iddiaçı X8 təhvil verilməsinə dair qətnamə çıxarılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ilə X6 iddiası təmin edilərək Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, tam sahəsi 158.4 kv.m olan mənzilin Ella Abbasovaya təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi qət edilmişdir. İddiaçının anası X10 12 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı anasının vərəsəsi müəyyən olunmuşdur.
3. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikasının MPM-in 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək, MARS-A” MTK tərəfindən ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, tam sahəsi 158.4 kv.m olan mənzilə görə ödənilmiş 190.080 manat pulun, AR MM-nin 445.7-ci maddəsinə əsasən, həmin pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 114.048 manat faizlərin, AR MM-nin 449.1-ci, 449.2-ci maddələrinə əsasən, özgənin pul vəsaitlərindən qanunsuz faydalanmağa görə 142.560 manat faizlərin, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh MTK-dan və X2 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2387/2021 saylı, 19.08.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh MTK-dan 190.080 (yüz doxsan min səksən) manat pul vəsaiti, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 15.840 (on beş min səkkiz yüz qırx) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilçəsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (sədrlik edən: Aygün Həsənova).
5. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini, iddia üzrə pul tələblərinin tam təmin edilməsini xahiş etmişdir.
6. Həmin qətnamədən narazı qalan Cavabdeh MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri:
7. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan 05 avqust 2008-ci il tarixli, 18 saylı müqavilə ilə Cavabdeh MTK ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, tam sahəsi 158.4 kv.m olan mənzili X8 verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə ünvan 4 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 2-ci blok, 3-cü mərtəbəsində, ümumi sahəsi 158.4 kv.m olan mənzilin dəyəri olan 190.080 manatın payçı X10 tərəfindən cavabdehə ödənilməsi müəyyən edilmişdir. Cavabdeh MTK ilə X10 arasında mənzilə dair 05 avqust 2008-ci il tarixli müqavilə məhkəmə qaydasında etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, gecikdirilmiş vaxt üçün illik beş faiz tutulmasını əsassız olaraq iş üzrə sonuncu Azərbaycan Respublikasının Ali Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qərarı çıxarıldığı tarixdən sonarkı 1 il 8 ay müddət üçün hesablamışdır. Halbuki, tərəflər arasında müqavilə 05.08.2008-ci ildə bağlanmış və pul məbləği də iddiaçıya həmin tarixdə ödənilnildiyi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, gecikdirilmiş vaxt üçün illik beş faiz də həmin tarixdən sonra keçmiş 12 il müddət üçün hesablanmalı idi. Bundan başqa, məhkəmə iddianın Azərbaycan Respublikası MM-nin 449.1-ci, 449.2-ci maddələrinə əsasən, özgənin pul vəsaitlərindən qanunsuz faydalanmağa görə 142.560 manat faizlərin tutulması hissəsində təmin edilməməsini iddiaçının cavabdehin öhdəliyini gec icra etməsinin səbəbləri, yəni cavabdehin qərəzli olaraq öhdəliyi gec icra etdiyini, öhdəliyin icrasından yayınmasını, təqsirli olaraq hərəkətə (hərəkətsizliyə) yol verməsi kimi vacib olan halları sübuta yetirə bilməməsi və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməməsi ilə əsaslandırmışdır. Halbuki, iş materiallarına əsasən sübut olunur ki, iddiaçının mərhum anası X10 ilə Cavabdeh MTK arasında bağlanmış 05 avqust 2008-ci il tarixli 18 nömrəli müqaviləyə əsasən əldə edilmiş ünvan 2 ünvanda 2-ci blok, 3-cü mərtəbədə yerləşən 3 otaqlı ümumi sahəsi 158.4 kv.m olan mənzilə görə iddiaçı cavabdehə tam ödəniş olaraq 190.080 manat pul ödəmişdir. Lakin cavabdeh aldığı pulun müqabilində 12 il ərzində mənzili təhvil verməmiş və pulu da qaytarmamışdır. Əksinə eyni mənzili ikinci dəfə digər cavabdeh X1 və yenidən iddiaçıya məxsus olmuş mənzili satmaqla qanunsuz olaraq əsassız varlanmışdır. Həm də bu zaman qərəzli olmuşdur, belə ki, hər iki əqd zamanı, iş materiallarına əsasən, mübahisəli mənzil Azərbaycan Beynəlxalq Bankının ipotekasında olmuşdur, yəni iddiaçı həm eyni mənzili 2 dəfə müxtəlif şəxslərə satmış, həm eyni mənzili ipoteka qoyaraq kredit vəsaitləri də əldə etmişdir və bu zaman nə həmin alıcıların, nə də ki, bankın bu əqdlərdən xəbəri olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, gecikdirilmiş vaxt üçün illik beş faiz tutulmasını əsassız olaraq iş üzrə sonuncu Azərbaycan Respublikasının Ali Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qərarı çıxarıldığı tarixdən sonarkı 1 il 8 ay müddət üçün hesablamışdır. Halbuki, tərəflər arasında müqavilə 05.08.2008-ci ildə bağlanmış və pul məbləği də iddiaçıya həmin tarixdə ödənildiyi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, gecikdirilmiş vaxt üçün illik beş faiz də həmin tarixdən sonra keçmiş 12 il müddət üçün hesablanmalı idi. Məhkəmə iddianın AR MM-nin 449.1-ci, 449.2-ci maddələrinə əsasən, özgənin pul vəsaitlərindən qanunsuz faydalanmağa görə 142.560 manat faizlərin tutulması hissəsində təmin edilməməsini iddiaçının cavabdehin öhdəliyini gec icra etməsinin səbəbləri, yəni cavabdehin qərəzli olaraq öhdəliyi gec icra etdiyini, öhdəliyin icrasından yayınmasını, təqsirli olaraq hərəkətə (hərəkətsizliyə) yol verməsi kimi vacib olan halları sübuta yetirə bilməməsi və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməməsi ilə əsaslandırmışdır. Halbuki, iş materiallarına əsasən sübut olunur ki, iddiaçının mərhum anası X10 ilə cavabdeh "xxxx" MTK arasında bağlanmış 05 avqust 2008-ci il tarixli 18 nömrəli müqaviləyə əsasən əldə edilmiş ünvan 2 ünvanda 2-ci blok, 3-cü mərtəbədə yerləşən 3 otaqlı ümumi sahəsi 158.4 kv.m olan mənzilə görə iddiaçı cavabdehə tam ödəniş olaraq 190.080 manat pul ödəmişdir. Lakin cavabdeh aldığı pulun müqabilində 12 il ərzində mənzili təhvil verməmiş və pulu da qaytarmamışdır. Əksinə eyni mənzili ikinci dəfə digər cavabdeh X1 və yenidən iddiaçıya məxsus olmuş mənzili qanunsuz olaraq satmaqla əsassız varlanmışdır. Həm də bu zaman qərəzli olmuşdur, belə ki, hər iki əqd zamanı, iş materiallarına əsasən, mübahisəli mənzil Azərbaycan Beynəlxalq Bankının ipotekasında olmuşdur, yəni iddiaçı həm eyni mənzili 2 dəfə müxtəlif şəxslərə satmış, həm eyni mənzili ipoteka qoyaraq kredit vəsaitləri də əldə etmişdir və bu zaman nə həmin alıcıların, nə də ki, bankın bu əqdlərdən xəbəri olmamışdır.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin şikayət olunan qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MTK-dan 190.080 manat pul vəsaiti, gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 15.840 manat pul vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmışdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticləri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, almanları eynilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İş üzrə eyni tərəflər arasında yəni X3 cavabdeh “MARS-A" MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin işə baxılarkən cavabdeh “MARS-A" MTK iddia tələbinə etirazının dəlillərində iddiaçının nömrəsi olmayan mənzilə görə ona 190.080 manat məbləğində pul ödəməməsi, qarşılıqlı razılaşmaya əsasən həmin mənzili iddiaçının Neftçilər prospektində yerləşən yaşayış sahəsinin əvəzinə iddiaçıya verilməsi, sonradan iddiaçının sahəsi 250 kv.m olan qeyriyaşayış sahəsi əvəzinə sahəsi 95 kv.m olan yaşayış sahəsi, yəni mənzil verdiyini müəyyən etmələri, bununla bağlı yaranmış narazılıq nəticəsində iddiaçı aralarında yenidən razılaşmaya gəlmələri, həmin razılaşmaya əsasən iddiaçının adına olan hazırki işdə mübahisələndirilən sahəsi 158.04 kv.m olan mənzilə dair iddiaçıya 70.000 manat pul vəsaiti verməli olmalarının müəyyən edilməsi və həmin məbləğdən 7.000 manatını ödəmələri barədə dəlillər irəli sürmüşdür. Göründüyü kimi Məhkəmə AR Mülki Məcəlləsinin 337.5-ci maddəsini mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, bu maddənin tətbiq edilməsi ilə tərəflər arasında etibarsız hesab olunan əqd üzrə hər bir tərəfin digər tərəfə verdikləri ilə bağlı işin həqiqi halı müəyyən olunmaqla həmin maddə tətbiq edilməli idi. Məhkəmə mübahisəyə bu maddələri tətbiq elməməli olduğu halda tətbiq etmişdir. Belə ki, həmin maddələr AR Mülki Məcəlləsinin 22-ci fəslində nəzərdə tutulan öhdəliklərin icra edilməməsi, borclunun icranı gecikdirməsi, pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyəti nəzərdə tutur. İddiaçı ilə MARS-A MTK arasında mənzilin alqı-satqı müqaviləsi üzrə hər-hansı bir öhdəliyin yaranması və bu öhdəliyin icra edilməməsi halı mövcud olmamışdır. Çünki həmin əqd etibarsız əqd olmaqla, bağlandığı andan etibarsız hesab edilir və tərəflər üçün etibarsızlıqla bağlı nəticələr istisna olmaqla heç bir hüquqi nəticə yaratmır. Məhkəmə mübahisəni Konstitusiya Məhkəməsinin göstərilən qərarındakı hüquqi mövqeyinə uyğun həll etməli idi. Konstitusiya Məhkəməsinin həmin qərardakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, etibarsız əqdlər məhkəmədə mübahisələndirilməsindən asılı olmayaraq etibarsızdır və həmin əqdlər üzrə tərəflərin əqd üzrə verdiklərini bir-birindən tələb etməsinə əvəz edilən əşyalara münasibətdə bir illik iddia müddəti-yəni kəsici müddət tətbiq edilir. Qərarda göstərilir ki, mübahisə edilən əqdlər birtərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələriyaradır,digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Tərəflərin izahatları:
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyası iclasın vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
12. Kollegiya işin hallarını apellyasiya şikayətlərinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
13. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, tam sahəsi 158.4 kv.m olan mənzilin X8 təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh MTK-nin apelyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2019-cu il tarixli qərarı ilə Cavabdeh MTK-nın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi qərara alınmışdır.
14. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2019-cu il tarixli qərarı ilə həmin qətnamə qüvvədə saxlanılmışdır.
15. Mülki iş materiallarından görünür ki, 05 avqust 2008-ci il tarixli 18 saylı müqavilə ilə Cavabdeh MTK ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, tam sahəsi 158.4 kv.m olan mənzili X8 verməyi öhdəsinə götürmüşdür. Yuxarıda istinad edilən qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 2-ci blok, 3-cü mərtəbəsində, ümumi sahəsi 158.4 kv.m olan mənzilin dəyəri olan 190.080 manatın payçı X10 tərəfindən cavabdehə ödənilməsi müəyyən edilmişdir. Cavabdeh MTK ilə X10 arasında mənzilə dair 05 avqust 2008-ci il tarixli müqavilə məhkəmə qaydasında etibarsız hesab edilmişdir Hüquqi dəyərləndirmə:
16. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq, əqd etibarsız hesab olunduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) isə onun dəyərini pulla ödəməlidir.
17. İş materiallarından görünür ki, X10 vəfat etmişdir. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 06 yanvar 2021-ci il tarixli məktuba əsasən X6 vərəsəsi İddiaçı müəyyən olunmuşdur. Odur ki, İddiaçı hazırkı tələblə məhkəməyə iddiaçı qismində müraciət etməkdə haqlıdır.
18. Hazırkı iş üzrə iddiaçıya ipoteka ilə yüklü edilmiş mənzili satmaqla Cavabdeh MTK qanunvericiliklə alğı-satqı müqaviləsinə tətbiq olunan normaları pozmuş və eyni zamanda müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir.
19. Məhkəmə çəkişmələri nəticəsində iddiaçı ona müqavilə əsasında verilmiş yaşayış sahəsindən məhrum olmuş və uzun illərdir ki, nə ödədiyi pul geri qaytarılmamış, nə də ki, hər hansı mənzillə təmin olunmamışdır.
20. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, tərəflər arasında bağlanan müqavilənin etibarsız hesab edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması və belə olan halda müqavilə üzrə ödənilmiş pul vəsaitinin iddiaçıya geri qaytarılmasından ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
21. Kollegiya iddia tələbinin AR MM-nin 445.7-ci maddəsinə əsasən 114.048 manat faizlərin tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin həmin hissədə qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etməmişdir. Bundan başqa, Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
22. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
24. İş materiallarından görünür ki, 05 avqust 2008-ci il tarixli müqavilə bağlandıqdan sonrakı müddət ərzində hazırkı iş üzrə cavabdehlə mənzilə dair aralarında mübahisə yaranmış və məsələnin həlli məhkəmə müstəvisinə çıxmışdır. Belə ki, hər iki tərəf hüquqlarının pozulmasına istinad edərək məhkəməyə müraciət etmiş və qanunla qorunan mənafelərinin bərpasını istəmişlər. İş üzrə sonuncu məhkəmə qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qərarı olmuşdur. Həmin tarixədək tərəflər arasında məhkəmə məhkəmə çəkişmələri aparılmışdır.
25. Məhkəmə kollegiyası, işin hallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən belə qənaətə gəlir ki, iş üzrə çıxarılmış sonuncu məhkəmə qərarı 06 dekabr 2019-cu il tarixdə çıxarıldığından həmin tarixdən bu günədək gecikdirilmiş müddət 1 il 8 ay təşkil etdiyindən, əsas borcun illik 5% hesabı ilə həmin məbləğin 15.840 manat təşkil etməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur (190.080-in 5%i=9504. 1 illik 9.504 manat; 8 ay9.504:12x8=6.336 manat; 9.504+6.336=15.840 manat).
26. Kollegiya iddia tələbinin özgənin pul vəsaitlərindən qanunsuz faydalanmağa görə 142.560 manat faizlərin tutulması hissəsinə qiymət verərkən Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 09 iyul tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” qərarına istinad edilməsini zəruri hesab edir.
27. Həmin qərara görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama.
28. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər.
29. Bu baxımdan, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 449.1-ci maddəsi faizlərin tutulmasını pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridi kimi nəzərdə tutur. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır.
31. Kollegiya iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində yuxarıda qeyd edilən maddi hüquq normalarına istinad etmiş, lakin qanunvericiliyin tələblərindən irəli gələn halları sübuta yetirə bilməmişdir.
32. Belə ki, iddiaçı cavabdehin öhdəliyini gec icra etməsinin səbəbləri, yəni cavabdehin qərəzli olaraq öhdəliyi gec icra etdiyini, öhdəliyin icrasından yayınmasını, təqsirli olaraq hərəkətə (hərəkətsizliyə) yol verməsi kimi vacib olan halları sübuta yetirə bilməmiş və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir.
33. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.
36. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.
37. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, tam sahəsi 158.4 kv.m olan mənzilin X8 təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh MTK-nin apelyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2019-cu il tarixli qərarı ilə Cavabdeh MTK-nın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2019-cu il tarixli qərarı ilə həmin qətnamə qüvvədə saxlanılmışdır.
38. Göründüyü kimi, hazırki iddia tələbi sözügedən mənzilin X8 təhvil verilməsi vəzifəsinin MARS-A MTK-ya həvalə edilməsi ilə bağlı iddiaya hüquqi qiymət verilməsinə dair məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra verilmişdir. Bu da əqdin etibarsızlığı ilə bağlı Mülki Məcəllədə nəzərdə tutulmuş 1 illik müddətin axımının Ali Məhkəmənin qərarının qəbul edildiyi vaxtdan hesablanmasına əsas verir.
39. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
40. Cavabdeh həmçinin apellyasiya şikayətində iddiaçının nömrəsi olmayan mənzilə görə ona 190.080 manat məbləğində pul ödəməməsi, qarşılıqlı razılaşmaya əsasən həmin mənzili iddiaçının Neftçilər prospektində yerləşən yaşayış sahəsinin əvəzinə iddiaçıya verilməsi, sonradan iddiaçının sahəsi 250 kv.m olan qeyri-yaşayış sahəsi əvəzinə sahəsi 95 kv.m olan yaşayış sahəsi, yəni mənzil verdiyini müəyyən etmələri, bununla bağlı yaranmış narazılıq nəticəsində iddiaçı aralarında yenidən razılaşmaya gəlmələri, həmin razılaşmaya əsasən iddiaçının adına olan hazırki işdə mübahisələndirilən sahəsi 158.04 kv.m olan mənzilə dair iddiaçıya 70.000 manat pul vəsaiti verməli olmalarının müəyyən edilməsi və həmin məbləğdən 7.000 manatını ödəmələri barədə dəlillər irəli sürmüşdür.
41. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh qeyd edilənlərlə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir. Belə ki, iş materiallarında mənzilin iddiaçının Neftçilər prospektində yerləşən yaşayış sahəsinin əvəzinə ona verilməsini, sonradan iddiaçının sahəsi 250 kv.m olan qeyri-yaşayış sahəsi əvəzinə sahəsi 95 kv.m olan yaşayış sahəsinin verilməsi, iddiaçıya 70.000 manat pul vəsaiti verməli olmalarının müəyyən edilməsi və həmin məbləğdən 7.000 manatını ödəmələrini təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir.
42. Beləliklə kollegiya yuxarıda sadalananlara əsasən hesab edir ki, iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, tam sahəsi 158.4 kv.m olan mənzilə görə ödənilmiş 190.080 manat pulun, AR MM-nin 445.7-ci maddəsinə əsasən, həmin pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 15.840 manat faiz borcunun Cavabdeh MTK-dan tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
44. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
45. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı və cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı X9 və Cavabdeh MTK tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2387/2021 saylı, 19.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev