Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8008/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, Cavabdeh, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinin nümayəndəsi X5 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “kompensasiya ödəməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair Bakı şəhəri Xətai rayon Мəhkəməsinin 2(011)- 177/2020 saylı iş üzrə qəbul etdiyi 11 mart 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizələri ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun ailə üzvləri X2, X4, X7 və X9 ünvan 1 ünvanında yerləşən 4 saylı evin 2 saylı mənzilindən 10.000 manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildə Cavabdeh qarşı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Kislotnı küçəsi, 4 saylı evin 2 saylı mənzilindən çıxarılmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Kislotnı küçəsi, 4 saylı evin 2 saylı mənzilində Cavabdeh 1989-cu ildən ailə üzvləri ilə yaşayır və belə olan halda onların həmin mənzilə istifadə hüquqları yaranmışdır. Ona görə də onun Cavabdeh və onun ailə üzvlərinə Bakı şəhəri, Xətai rayonu, Kislotnı küçəsi, 4 saylı evin 2 saylı mənzilinə olan istifadə hüquqlarının əvəzinə kompensasiya təklif etmədən onların mənzildən çıxarılmalarını tələb etməsini məhkəmə mülkiyyətçinin mənzilə istifadə hüquqları olan şəxslərin mənzil hüquqlarına müdaxilə kimi qiymətləndirib iddia ərizəsini əsassız hesab edərək təmin etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Turşu küçəsi, 4 saylı evin 2 saylı mənzilinə dair “Azərneftkimya” İstehsalat Birliyinin 05 mart 1986-cı il tarixli 25 saylı sərəncamına əsasən iddiaçı ilə Xətai rayonu, Kislotnı küçəsi, 4 saylı evin 2 saylı mənzilinə dair kirayə müqaviləsi bağlanmış, bundan sonra X14 Zavodunun 28 noyabr 2002-ci il tarixli 64 saylı qərarı ilə 4 saylı evin 11 saylı mənzili həmin evin 2 saylı mənzilinə birləşdirilmiş, daha sonra Xətai rayonu, Kislotnı küçəsi, 4 saylı evin 2, 11 saylı mənzillərinə dair onunla kirayə müqaviləsi bağlanmışdır. Həmin qətnamədə qeyd olunur ki, Əhli Həbiyevin 1989-cu ildən yaşadığı mənzilə dair iddiaçı ilə hələ 1986-cı ildən bağlanmış kirayə müqaviləsi olmuşdur. Qeyd edilən məhkəmə qətnaməsi və qərardadı ilə tamamilə sübuta yetirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Kislotnı (Turşu) küçəsi, 4 saylı evi 2, 11 saylı mənzilləri tam həcmdə iddiaçının mülkiyyətindədir. Bakı şəhəri Xətai rayon Мəhkəməsinin 2(011)-177/2020 saylı iş üzrə qəbul etdiyi 11 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh və onun ailə üzvləri-X2, X4, X7 və X9 ünvan 1 ünvanında yerləşən 4 saylı evin 2 saylı mənzilindən 10.000 (on min) manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh və onun ailə üzvləri-X6, X8, X11 və X9 ünvan 1 ünvanında yerləşən 4 saylı evin 2 saylı mənzilindən çıxarılmaları və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının onaqarşı evdən çıxarılmasına dair verdiyi iddia tələbinin təmin edilməməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16.02.2015-ci il tarixli, 2(011)-198/2015 saylı qətnaməsini, onda qeyd edilən faktları, yəni yaşadığı evin ona Neft Şirkəti tərəfindən işçisi olduğuna görə verildiyi məhkəməyə arayış təqdim etdiyini nəzərə almadan, mübahisəli evin iddiaçının təqdim etdiyi sənədlərdə göstərilən ev olubolmamasını dəqiqləşdirmədən, öz evində yaşayış yerindən istifadə hüquqlarının olduğunu nəzərə almadan onun məhkəmədə hakimin evə baxış keçirməsi barədə verdiyi və sair vəsatətlərə baxmadan, o cümlədən çoxsaylı maddi və prosessual qanun pozuntularına yol verməklə çıxarmışdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən sübut olaraq təqdim etdiyi həmin evə dair sənədlərlə onun evinin quruluşunun tamamilə uyğun olmamamasına, iddiaçının evinin 2 mərtəbəli, onun evinin isə 1 mərtəbəli olmasına, onun evə dair sənədində evin nömrəsində kobud rəqəm düzəlişi olduğunu, iddiaçının evinin 14 kv.m, onun evinin 260 kv.m olmasına diqqət etməmişdir. Digər tərəfdən iddiaçı həmin evdə heç vaxt yaşamamış, əksinə 1989-cu ildən indiyə kimi orada öz ailəsilə yaşamış, iddiaçı illər sonra saxta sənədlərlə evə dair çıxarış əldə etmişdir. Apellyasiya baxışı zamanı Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, əlavə olaraq bildirdi ki, onun yaşadığı ev bir mərtəbəli olmaqla 1925-ci ildən tikilib, 1989-cu ildən isə həmin evdə yaşayır. İddiaçının evi isə tamam başqa evdir. Həmçinin iddiaçıya məxsus ev sökülüb. Məhkəmə iclasında iştirak edən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinin nümayəndəsi X10 izahatında bildirdi ki, mübahisəli mənzil hal-hazırda İradə İbrahimovaya məxsusdur. İddiaçı ilə cavabdehə məxsus evlər başqadır. İddiaçıya məxsus mənzilə görə 220 000 manat ödənilmiş, cavabdehə isə 125000 manat vəsait ayrılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-198/2015 saylı 26 fevral 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Kislotnı küçəsi, 4 saylı evin 2 saylı mənzilindən çıxarılmasına dair iddia ərizəsi rədd edilmiş, Cavabdeh İddiaçı və X1rşı Azneftyağ İB-nin 28 noyabr 2002-ci il tarixli 64 nömrəli qərarının və İddiaçılə 4 saylı MİS arasında bağlanmış kirayə müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2846/2015 saylı 19 may 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh və onun ailə üzvlərinin Bakı şəhəri, Xətai rayonu, Turşu küçəsi, 4 saylı evin 2 saylı mənzilinə istifadə hüquqlarının yaranması Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 fevral 2015-ci il tarixli 2(011)-198/2015 saylı qətnaməsi ilə təsbit edilmişdir. Həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma barədə iddia tələbi rədd edilmiş, İddiaçı cavabdehə kompensasiya təklif etməklə onların mənzildən çıxarılmalarını tələb etməsi hüququ izah edilmişdir. Hazırda iddiaçı, Cavabdeh və onun ailə üzvləri X2, X4, X7 və X9 ünvan 1 ünvanında yerləşən 4 saylı evin 2 saylı mənzilindən 10.000 manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İş materialları ilə həmçinin müəyyən edilir ki, DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ********** saylı qeydiyyat nömrəsinə əsasənhazırda mübahisələndirilən mənzil 20.02.2020-ci il tarixdən X3 məxsusdur. Həmçinin Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinin 214 saylı, 27 avqust 2021ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 10 iyun 2013-cü il tarixli, 225 saylı sərəncamının icrası ilə əlaqədar olaraq köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödəniməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai rayon İcra Hakimiyyətinin Başçısımım sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Bununla bağlı olaraq da Cavabdeh hesabına 125674 manat məbləğində vəsait köçürülmüşdür. Göründüyü kimi iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki iddiaçı Xətai rayonu, Turşu (Kislotnı) küçəsi ünvanında yerləşən 4 saylı evin 2 saylı evdən cavabdehlərin çıxarılmasını xahiş etsə də, iş materiallarından sözügedən evin İradə Mikayılovanın mülkiyyətində olduğu müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu mənada kollegiyanın qənaətinə görə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə, həmin şəxsdə subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ yaranmadığına görə, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhvə yol vermişdir. Kollegiya onu da qeyd edir ki, iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə olan halda birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 228.2-ci maddəsinə istinad etməsi düzgün olmamışdır. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Normanın tələbindən göründüyü kimi istifadə hüququna xitam verilməsi yalnız mülkiyyətçinin tələbi ilə mümkündür. Hazırki işdə isə mübahisəli mənzil İddiaçı mülkiyyətində olmamışdır. Göstərilən maddi hüquq normalarının hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticə səhvdir. Odur ki, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, qətnamə ləğv edilməli və ilkin iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai rayon Мəhkəməsinin 2(011)-177/2020 saylı iş üzrə qəbul etdiyi 11 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh «Cavabdeh və onun ailə üzvləri X2, X4, X7 və X9 ünvan 1 ünvanında yerləşən 4 saylı evin 2 saylı mənzilindən 10.000 manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılmaları»na dair iddiası təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə dair dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8008/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8008/2021
22.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver