Məhkəmə qərarları › İş №2(103)-804/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-804/2021

16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-804/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlu (sədrlik edən və məruzəçi), Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X5, maraqlı şəxs “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehna qarşı "müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1786/2017 saylı, xx xxxxx 2017-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən məhkəmə aktı hüquq və vəzifələrinə toxunan ASC “xxxx” tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2009-cu il tarixli müqavilə əsasında ünvan 1ünvandakı Cavabdehna məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 64 kv.m olan 7 saylı dükana görə ödədiyi 112.500 ABŞ dolları və 10.000 manat məbləğində pul vəsaitin, həmin məbləğə bu illər ərzində hesablanmış bank faiz dərəcəsinin, 70.000 ABŞ dolları məbləğində əldən çıxmış faydanın və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdehndan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh direktoru M.B.Bəşirovun şəxsində xx xxxx 2009-cu il tarixdə ünvan 2 ünvanında inşa edulən Cavabdehna məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 64 kv.m olan 7 saylı dükanın 1 kv. metrinə 2000 manat ödəməklə alqı-satqı müqaviləsi bağlamışlar. Müqavilədə nəzərdə tutulmuş 128 000 manatın 112 500 məbləği ABŞ dolları şəkilində, 10 000 məbləği isə manat şəkilində tərəfindən tam olaraq ödənilmişdir. Bu barədə ona xx xxxxxx 2009-cu il tarixli kassa mədaxil arayışı da təqdim edilmişdir. Həmin müqavilənin 3.2-ci bəndində obyektin 2010-cı ilin 1-ci kvartalında tikinti şlərini yekunlaşdıraraq, onun istifadəsinə və mülkiyyətinə veriləcəyi vəd edilsə də bu günə kimi birmənalı şəkildə müqavilə öhdəlikləri pozularaq, ona aid dükanın ona təhvil verməkdən imtina edilir. Qeyd etdiyi kimi, müqavilədə nəzərdə tutulan tikintitamamlama şləri bu günə kimi başa çatdırılmamışdır. Bu bir daha təsdiq edir ki, "Cavabdeh” firmasının direktoru M.B.Bəşirov üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək istəmir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Göründüyü kimi cavabdeh "Cavabdeh” firmasının direktoru M.B.Bəşirov müqavilədə göstərilən öhdəliklərini icra etməmişdir. Əgər həmin öhdəliklərin icrası obyektiv səbəblərdən mümkün deyilsə, 7 il bundan öncə ödənilmiş 112 500 ABŞ dolları və 10 000 manat məbləğində vəsait və həmin məbləğə hesablanmış bank faiz dərəcələri ilə ona qaytarılmalıdır. Yuxarıda qeyd etdiyi kimi, "Cavabdeh” firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 64 kv.m olan 7 saylı dükana görə müqavilədə nəzərdə tutulmuş 112 500 ABŞ dolları və 10 000 manat tərəfindən tam olaraq ödənilmişdir. Cavabdeh isə müqavilənin 3.2-ci bəndinə əsasən obyektin 2010-cı ilin 1-ci kvartalında tikinti işlərini yekunlaşdıraraq, onun istifadəsinə və mülkiyyətinə verəcəyini vəd etsə də bu günə kimi birmənalı şəkildə müqavilə öhdəliklərini pozaraq, yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2009-cu il tarixli müqavilə əsasında ödədiyi 128.000 manat məbləğində pul vəsaitinin əvəzi kimi Bakı şəhəri, S.Vurğun küçəsi 120 ünvandakı “Mars- M” firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 64 kv.m olan 7 saylı jükanın istismara tam hazır vəziyyətdə onun istifadəsinə və sahibliyinə verilməsi vəzifənin Cavabdeh” firmasına həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1786/2017 saylı, xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh tərəfindən ünvan 3 ünvanında inşa edilən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 64 kv. m.-dən ibarət olan 7 saylı mağazanın (qeyri-yaşayış sahəsinin) istismara hazır vəziyyətdə İddiaçı istifadəsinə və sahibliyinə verilməsi vəzifəsinin Cavabdehna həvalə edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (sədrlik edən: Fuad Abdıyev). Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən məhkəmə aktı hüquq və vəzifələrinə toxunan “xxxx” ASC tərəfindən apelyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi və apelyasiya şikayətinin verilməsinə görə 15 manat məbləğində ödənilmiş dövlət rüsumunun Bankın xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə birbaşa olaraq ASC «Xalq» Bankının (Bank) xx.xx.2015-ci il tarixli **********58815/SİM №-li Sonrakı İpoteka müqaviləsindən irəli gələn hüquqlarına toxunur. Belə ki, Bank ilə “Cavabdeh" firması (Borc alan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815 №-li Kredit xətti müqaviləsi üzrə “Cavabdeh" firmasının öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə Bank ilə “Cavabdeh" firması arasında sonuncuya mülkiyyət hüququ əsasında məxsus ünvan 4 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 (beş) mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasının (bundan sonra - «ipoteka predmeti») ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********58815/SİM №-li Sonrakı İpoteka müqaviləsi (bundan sonra - “İpoteka müqaviləsi") bağlanmışdır. İpoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC “Xalq” Bankına AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* №-li Çıxarış verilmişdir. Qeyd edilən əmlak üzərində Bankın İpoteka müqaviləsindən irəli gələn ipoteka hüququnun mövcud olmasına və iddiaçının iddia tələblərinin Bankın maraqlarına toxunmasına baxmayaraq Bank qeyd edilən iş üzrə icraata cəlb edilməmiş və nəticədə birbaşa Bankın hüquq və mənafelərinə toxunan qətnamə qəbul edilmişdir. Yuxarıda qeyd edilənlərlə yanaşı, qeyd edilən Qətnamə qəbul edilərkən ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi haqqında artıq məhkəmə qətnaməsi mövcud idi. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2-2(81)- 1096/2016 №-li qətnaməsi ilə ilkin iddiaçı Cavabdeh ASC «Xalq» Bankına qarşı tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit xətti və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsi barədə iddiası təmin edilməmiş, Bankın qarşılıqlı iddiası isə tam təmin edilərək Cavabdehndan cəmi 19,400,119.08 ABŞ dollarının və xx.xx.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin ickliaçt ASC «Xalq» Banknın xeyrinə tutulması, tutmanın xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdehna məxsus ünvan 5 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 (beş) mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi qət edilmişdir. İddiaçı Cavabdeh 1 saylı Bakı İnziba.i-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2-2(81)-1096/2016 №-li qətnaməsinin tamamilə ləğv edilməsi, ilkin iddianın tam təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsinə dair apelyasiya şikayəti ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət etmişdir. Apelyasiya baxışı zamanı Azərbaycan Respublikasının vətəndaşları Ağa-X10 və X4 (bundan sonra birlikdə - «3-cü şəxslər») xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin ipoteka predmetinin 2-ci mərtəbəsində yerləşən 56,6 kv.m və 24,6 kv.m-dən ibarət olan sahələrinin ipotekası hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddia ərizələri ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət etmişlər. Məlum olmuşdur ki, qeyd edilən ipoteka müqaviləsi bağlanmazdan əvvəl ipoteka predmeti barəsində Cavabdeh» firması ilə X4 arasında xx.xx.2011-ci il tarixli İlkin müqavilə, Ağa-X10 arasında isə xx.xx.2009-cu il tarixli, MAA/19-09 saylı müqavilə bağlanmışdır. Qeyd edilən müqavilələr daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bu səbəbdən, ipoteka predmeti ipoteka ilə yüklü edildiyi zaman həmin əmlaka üçüncü şəxslərin hüquqları barədə daşınmaz əmlakın dövlət reyestrində heç bir məlumat aşkar edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin (hakim E.Vəliyeva) xx xxxxx 2017-ci il tarixli 2-2(103)-14/2017 №-li qətnaməsi ilə xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin 3-cü şəxslərə məxsus ümumi sahəsi 81,2 kv.m olan qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilməsi qət edilmişdir. Məhkəmə Kollegiyası formal mülahizələrə əsaslanaraq belə qənaətə gəlmişdir ki, qeyd edilən müqavilələr (ilkin müqavilə və alqı-satqı müqaviləsi) mahiyyət etibarı ilə podrat müqaviləsidir və bu səbəbdən xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi 81,2 kv.m olan qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilməlidir. Bununla da Məhkəmə Kollegiyası faktiki olaraq etibarsız olan, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış müqavilələrə əsaslanaraq mülki qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmış ipoteka müqaviləsini etibarsız hesab etmişdir. AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2- 2(102)^366/17 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsindən həm Bank, həm də Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. Bank tərəfindən AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarından xx.xx.2018-ci il tarixdə AR Konstitusiya Məhkəməsinə şikayət verilmişdir. AR Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Miilki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, işə konstitusiya məhkəməsinin qərarında əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. AR Ali Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarı və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin (hakim Vidadi Məmmədov) xx.xx.2019cu il tarixli 2-2(103)- 6/2019 M-li qətnaməsinə əsasən Bankın yuxarıda qeyd edilmiş iddiasına təkrarən baxılması nəticəsində Bankın iddiasının təmin edilməsi, Cavabdeh apelyasiya şikayətinin, üçüncü şəxslərin, onlara "məxsus” ticarət sahələri hissəsində ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməsinə dair iddialarının rədd edilməsi barədə xx.xx.2019-cu il tarixli qətnamə qəbul edilmişdir. Həm Cavabdeh, həm də qeyd edilən üçüncü şəxslər tərəfindən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. AR Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə hər iki tərəfdən verilmiş kassasiva şikayəti təmin edilməmişdir. Tərəflərin izahatları: Kollegiyanın iclasında iştirak edən Bankın nümayəndəsi Y.Məmmədov apelyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili C.Əhmədov apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh (nümayəndə) kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilədən müəyyən olunur ki, satıcı Cavabdeh MMC dəyəri 128.000 manat həcmində müəyyən edilmiş ünvan 3 ünvanda yerləşən Cavabdehna məxsus obyektin 1-ci mərtəbəsində “Satıcı”ya məxsus ərazidə inşa edilən 64 kv.m mağazanın tamamlayıb alıcıya təhvil verməyi (Müqavilənin 2.1.1-ci bəndi), alıcı İddiaçı isə ümumi məbləğin 80.000 manatı əvvəlcədən, qalan 48.000 manatı müqavilə ilə razılaşdırılmış müddətdə “Satıcf’ya ödəməyi öhdəsinə götürmüşdür (Müqavilənin 2.2.2 və 2.2.3-cü bəndləri); İş materiallarında olan xx xxxx 2009-cu il tarixli Cavabdeh arayışdan görünür ki, İddiaçı tərəfindən mübahisəli mağaza üçün Cavabdehna 100.000 -ABŞ dolları məbləğində vəsait əvvəlcədən ödənilmişdir; İş materiallarında olan Cavabdeh xx xxxxxx 2009-cu il tarixli maliyyə arayışlarından müəyyən olunur ki, İddiaçı həqiqətən, ünvan 3 ünvanda inşa edilən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 64 kv.m ibarət olan 7 saylı mağazanın tam dəyərini ödəmişdir. Hüquqi dəyərləndirmə: Apelyasiya şikayətinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti müqaviləsinin təminatı olaraq Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququnun qeydiyyata alınmasına dair “xxxx” ASC-yə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən x xxxx 2015-ci il tarixli çıxarış verilmişdir. Göründüyü kimi, iddia predmeti olan qeyri-yaşayış sahəsi “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh “xxxx” ASC-yə qarşı iddia qaldıraraq, aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti və xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh “xxxx” ASC də iddiaçı Cavabdehna qarşı qarşılıqlı iddia qaldıraraq, xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və iddiaçıya məxsus ünvan 6 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına tutmanın yönəldilməsini və xx.xx.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə iddiaçının cavabdeh qarşısında 17.000.000 ABŞ dolları məbləğində əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə cərimə, cəmi 19.400.119,08 ABŞ dolları və xx.xx.2016-cı il tarixdən başlayaraq cavabdehin tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin iddiaçıdan cavabdehin xeyrinə tutulmasını, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 26.000.000 manat məbləğində təyin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamə maraqlarına toxunan Ağa-X10 və X4 xx.xx.2016-cı il tarixli qətnamədən apellyasiya şikayətləri verərək, ləğv edilməsini, “xxxx” ASC-nin iddiasının rədd edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İİK-nin xx.xx.2016-cı il tarixli qərardadı ilə apellyasiyalar mümkün hesab edilmiş, K.Hacıyeva və A.Ağa-Zadə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. xx.xx.2017-ci tarixdə üçüncü şəxslər K.Hacıyeva və A.Ağa-Zadə hər bir ayrı-ayrılıqda cavabdehlər “xxxx” ASC-yə və Cavabdehna qarşı ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməsi tələbinə dair iddia ərizələri ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişlər. Bakı Apelyyasiya Məhkəməsi İİK-nin xx.xx.2017-ci il tarixli qərardadı ilə üçüncü şəxslərin iddia ərizələri Azərbaycan Respublikası MPM-nin 372.5-ci maddəsnə əsasən icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İİK-nin 2-2(103)-14/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh, müstəqil tələb irəli sürən üçüncü şəxslər Ağa-X10 və X2 apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qismən – qarşılıqlı iddianın xx.xx.2016-cı il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, tutmanın xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və iddiaçıya məxsus ünvan 6 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 26.000.000 manat müəyyən edilməsi tələblərinin təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia həmin hissədə qismən təmin edilmiş, tutma xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və iddiaçıya məxsus ünvan 6 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına, üçüncü şəxslər Ağa-X7 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26,4 kv.m sahəsi olan 1 nömrəli mağaza və həmin mərtəbədə yerləşən 30,2 kv.m qeyri-yaşayış sahəsi, X3 məxsus obyektin 2- ci mərtəbəsində yerləşən 24,6 kv.m sahəsi olan 18 saylı qeyri-yaşayış sahəsi istisna olmaqla yönəldilmiş, qeyri-yaşayış binasının (üçüncü şəxslər AğaX7 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26,4 kv.m sahəsi olan 1 nömrəli mağaza və həmin mərtəbədə yerləşən 30,2 kv.m qeyri-yaşayış sahəsi, X3 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m sahəsi olan 18 saylı qeyri-yaşayış sahəsi istisna olmaqla) ilkin satış qiyməti 38.473.040 manat müəyyən edilmiş, “xxxx” ASC-nin qarşılıqlı iddiası xx.xx.2016-cı il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması hissəsində rədd edilmiş, qətnamə qalan hissələrdə - iddiaçı Cavabdehndan xx.xx.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğində əsas borcun, 2.388.957,46 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulunun, cəmi 19.400.119,08 ABŞ dollarının, 30 manat məbləğdə dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğidə çəkilmiş xərclərin “xxxx” ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmış, müstəqil tələb irəli sürən üçüncü şəxsər Ağa-X6 və X2 cavabdehlər Cavabdehna və “xxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.m olan 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin Ağa-X7 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26,4 kv.m sahəsi olan 1 nömrəli mağaza, həmin mərtəbədə yerləşən 30,2 kv.m qeyri-yaşayış sahəsi, X3 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m 18 saylı qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı və cavabdeh ondan kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nin 2-1(102)- 366/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra cavabdeh “xxxx” ASC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nin xx.xx.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respblikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarı ilə Cavabdeh “xxxx” ASC-yə qarşı kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nin xx.xx.2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası MPM-nin 416,418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13-2(102)-1(k)/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nin iş üzrə xx.xx.2017-ci il tarixli 2-2(102)-366/17 nömrəli qərarı, onunla bağlı Bakı Apellyasiya Məhkəməsi İİK-nın xx.xx.2017-ci il tarixli 2-2(103)-14/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iş mahiyyyəti üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2(103)- 6/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər Ağa-X10 və X2 apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı Cavabdeh “xxxx” ASC-yə qarşı aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması tələblərinə dair ilk iddiasının təmin edilməməsi; qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdehndan xx.xx.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğində əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğdə kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.400.119,08 ABŞ dolları (ödəniş gününə AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üçün çəkilmiş xərcin “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdehna məxsus ünvan 7 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən Cavabdehndan “xxxx” ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan Cavabdehna məxsus ünvan 7 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 38.600.000 manat müəyyən edilməsi, qarşılıqlı iddianın xx.xx.2016-cı il tarixdən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin Cavabdehndan “xxxx” ASC-nin xeyrinə tutulması hissəsində təmin edilməməsi, üçüncü şəxs Ağa-X6 Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56,6 kv.m-dən ibarət qeyriyaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, üçüncü şəxs X2 Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m-dən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respblikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarında aşağıdakılar qeyd olunmuşdur: “… Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir… Qeyd edilməlidir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 140 və 271.1-ci maddələrini düzgün şərh etməmiş, ipoteka müqaviləsini hissəvi etibarsız hesab etməklə yüklülük hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ipoteka saxlayanın - iddiaçının məhdud əşya hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası isə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərə almadan, maddi hüquq normalarının pozulması ilə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Bununla da ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində təsbit olunmuş hüququ pozulmuşdur.” Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Eyni müddəa “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsində öz əksini tapmışdır. Həmin Qanunun 66.2 və 63.4-cü maddələrinə əsasən Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, bu qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli, 688 - İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir.» Nəticə: Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi nəticəyə gələrkən “xxxx” ASC-yə münasibətdə daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərə almamışdır. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəldiyindən, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsinə görə, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119-cu maddəsinin tələblərinə uyğun olaraq, Kollegiya hesab edir ki, apelyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 15 manat iddiaçı A.Hüseynovdan tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1786/2017 saylı, xx xxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdehna qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Apelyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 15 (on beş) manat İddiaçı tutularaq “xxxx” ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar