Məhkəmə qərarları › İş №2(103)-8041/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8041/2020

02.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8041/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh1, 3-cü şəxs Bakı şəhəri Cavabdeh2nə qarşı daş hasarın üzərində qanunsuz tikilən evin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4463/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 tərəfindən ünvan 1 saylı ünvanda aralarında qəzalı vəziyyətdə olan daş hasara bitişik bir mərtəbəli tikilinin üzərində inşa edilən qanunsuz evin tikinti və şəhərsalma qanunvericiliyinin tələblərinə uyğun olmadığından cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 saylı ünvanda aralarında qəzalı vəziyyətdə olan daş hasarın üzərində cavabdeh tərəfindən qanunsuz tikintinin aparılmasının dərhal dayandırılması və orada tikinti işlərinin aparılmasının Cavabdeh1 qadağan olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4463/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə (MPM-in 157-159-cu maddələrinə istinadən) ərizə təmin edilmiş, mülki iş üzrə mübahisə predmeti olan ünvan 2 saylı ünvanda tərəflər arasında qəzalı vəziyyətdə olan daş hasarın üzərində Cavabdeh1 tərəfindən qanunsuz tikinti işlərinin aparılması dərhal dayandırılması və orada tikinti işlərinin davam etdirilməsi cavabdehə qadağan edilməsi qərara alınmışdır. Cavabdeh1 nümayəndəsi X5 qərardaddan şikayət verərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 4463/2020 nömrəli qərardadının ləğv edilməsi və iddiaçı tərəfindən verilmiş iddianın təmin tədbiri barədə ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 163, 267-269-cu maddələrinə istinadən qeyd edilmişdir ki, qərardadda yalnız iddiaçı tərəfindən təqdim edilmiş qeydiyyat vəsiqəsinə istinad edilmiş və işin faktiki halları araşdırmadan tərəfimdən aparılmış tikinti işlərinin qanunsuz olduğu qənaətinə gəlmiş, bununla da gələcəkdə qəbul ediləcək yekun məkhəmə aktının obyektivliyinə və qərəzsizliyinə şübhə doğuracaq halların yaranmasına səbəb olmuşdur. Gələcəkdə iddianın təmin olunacağı təqdirdə belə qətnamənin icrasının çətinləşdirəcək hər hansı bir hal mövcud deyildir. Lakin hazırda iddianın təmin tədbirinin tətbiq edilməsi mənim hüquqlarımı pozur. Belə ki, tikinti işləri tam qanuni aparılır və FHN X1 Dövlət Agentliyi “Azərdövlətsənayelayihə” DLİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli texniki rəydən də görünür ki, tikinti işlərinin aparılmasının səbəbi həmin tikilinin qəzalı vəziyyətdə olmasıdır. Qeyd olunan texniki rəydə tikinti işlərinin aparılmasının zəruri olması öz əksini tapmışdır. Hazırkı vəziyyətdə iddianın təmin tədbirinin tətbiq edilməsi gələcəkdə qəbul ediləcək qətnamənin icrasında yaranacaq hər hansı bir halın aradan qalxmasının qarşısını almamaqla yanaşı cavabdeh tərəfin hüquqlarını kobud formada pozur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4463/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı daş hasarın üzərində qanunsuz tikilən evin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)-4463/2020 №-li qərardadından cavabdehin nümayəndəsi X5 tərəfindən verilmiş şikayət əsassız hesab edilərək baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 şikayəti müdafiə edərək, evin üstünün açıq olduğunu, tavanının damdığını, evə edilən təmirin sıradan çıxdığını, çəkdikləri xərcin batdığını bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayəti qəbul etməyərək, mübahisəli evi alan zaman Xalidin orada təmir aparmaması barədə notarial qaydada ərizə verdiyini, sonradan sökərək ikinci mərtəbə tikdiklərini bildirmiş və qərardadın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, 3-cü şəxs Bakı şəhəri Cavabdeh2 nümayəndəsinin iştirakını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb və MPMnin 157,-164, 372, 385, 387, 397.2-ci maddələrinə əsasən hesab edir ki, mülki prosessual qanunvericilik heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını ehtiva edir. Şikayətin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə müvəqqəti səciyyə daşıyır, iddiaçının hüquqlarının təminatına yönəlmişdir. İşdən göründüyü kimi, mənzil paylı mülkiyyət hüquqlu olmaqla hər iki tərəfin, o cümlədən digər iki nəfər payçının mülkiyyət hüquqlu mövcuddur. Diqqətə çatdırılmalıdır ki, gələcəkdə iddia tələbinin təmin edilmədiyi halda cavabdehin iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməkdə haqlıdır, bununla da, müvəqqəti məhdudlaşdırılması ehtimal edilən hüquqları bərpa etmək imkanı saxlanılmaqdadır. Qeyd edilənlər nəzərə alınmaqla qərardadın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 159, 263, 266 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 nümayəndəsi X3 şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4463/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar