Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8044/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər-Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətini nəzərdən keçirib, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 Cavabdeh1 və qeyrilərinə qarşı müqavilənin etibarsız hesab olunması tələbinə dair iddiası təmin olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. İş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, qətnamədən verilən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində imza edən şəxsin Cavabdeh1 nümayəndəsi və vəkili Dünyamin Novruzov adlı şəxs olması qeyd edilmişdir. Lakin iş materiallarından görünür ki, (1-ci cild səh-97) Cavabdeh1 Dünyamin Novruzova verdiyi etibarnamənin etibarlıq müddəti 25.02.2021-ci il tarixdə bitmişdir.Beləliklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 adından apellyasiya şikayətini imzalayarkən Dünyamin Novruzovun buna səlahiyyəti olmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.1-ci maddələrinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 366.1 və 366.2-ci maddələrinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366, 400 və 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin geri qaytarılması üçün iş materialları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-8044/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8044/2021
29.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver