Məhkəmə qərarları › İş №2(103)-8045/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8045/2020

17.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8045/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi (vəkili) X11, Cavabdeh X6 nümayəndəsi (vəkili) X7 iştirakı ilə, İddiaçı Cavabdeh1, X8, Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «müqavilənin ləğvi, çıxarışların etibarsız hesab edilməsi, tikililərin sökülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)-613/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və X12 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, X8, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «müqavilənin ləğvi, çıxarışların etibarsız hesab edilməsi, tikililərin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, Ləhiş bağ massivində yerləşən X4 və İstismarı Birliyi BTKnın xx.xx.1989-cu il tarixli orderi ilə mərhum atası X15 verilmiş 4727/12 nömrəli 0.12 ha Bağ sahəsinə dair X4 və İstismarı Birliyi ilə X19 arasında bağlanmış xx.xx.2001-ci il tarixli 30573 nömrəli icarə müqaviləsinin ləğv olunması, həmin icarə müqaviləsi və Dövlət torpaq və xəritəçəkmə Komitəsinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 27152 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi əsasında xx.xx.2012-ci il tarixdə X13 adına olan mülkiyyət hüququnun ilkin qeydiyyatının, həmin bağ torpaq sahəsinin 0.05 ha hissəsinə dair Bakı şəhər 39 saylı Notariat Kontorunun xx.xx.2014-cü ildə 4Ə-100 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına və 0.07 ha hissəsinə dair Bakı şəhəri 39 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixdə 4Ə-99 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən xx.xx.2015-ci ildə X6 adına qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindəki mülkiyyət hüquqlarının qeydiyyatının ləğv olunması, həmin qeydiyyatlar əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və həmin bağ sahələrində tikilmiş bağ evlərinin və köməkçi tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4727/12 nömrəli 0.12 ha sahəsi olan Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 9/549 nömrəli qərarına əsasən X4 və İstismarı Birliyi BTK-nin xx.xx.1989-cu il tarixli orderi ilə iddiaçının mərhum atası X15 verilmişdir. Həmin torpaq sahəsi uzun illər ailələrin istifadəsində olmuşdur. Atası xx.xx.1997-ci ildə vəfat etmişdir. İddiaçı qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Bakı şəhəri 2 saylı notariat kontoruna müraciət etmiş, bundan sonra iddiaçı reyestrdən çıxarışın verilməsi ilə bağlı DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Notarian kontorunun bu barədə DƏDRX-nin Bakı şəhər Ərazı İdarəsinə məktubu olmuşdur. Cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, torpaq sahəsi mübahisəlidir. Cavabdeh imtinasında mübahisənin nədən ibarət olduğunu göstərməmişdir. Ona görə də iddiaçı həmin bağ sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə uzun müddətli məhkəmə araşdırmasından, alınmış ekspert rəyindən, cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərə və dövlət reyestri xidmətinin elektron baza məlumatlarına əsaslanaraq xx.xx.2012-ci il tarixdə X13 adına qeydiyyatdan keçməsi və bu barədə ona çıxarış verilməsi, sonradan isə o həmin bağ sahəsinin 0.05 ha hissəsi Bakı şəhəri 39 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə 4Ə-100 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən X6 adına xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alındığına görə ərizəsi təmin edilməmişdir. Hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 9/549 nömrəli qərarına əsasən X4 və İstismarı Birliyi BTK-nin xx.xx.1989-cu il tarixli orderi ilə mərhum atası X15 verilmiş 4727/12 nömrəli 0.12 ha olan bağ sahəsi xx.xx.2012-ci ildə X13 adına qeydiyyatdan keçməsi və bu barədə ona çıxarış verilməsi, sonradan isə həmin bağ sahəsinin 0.05 ha hissəsinin Bakı şəhəri 39 saylı notariat kontorunda xx.xx.2014-cü ildə 4Ə-99 reyestr nömrəsi il qeydə alınmış alqısatqı müqaviləsinə əsasən X6 adına xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydlər qanunsuz olduğuna görə ləğv edilməlidir. Belə ki həmin mübahisəli bağ sahəsinin orderlə iddiaçının mərhum atasına verildiyi və bu barədə DƏDRX-nin arxivində və elektron bazasında məlumat olduğu halda hansı əsasla başqa şəxslərin adına qeydiyyatdan keçirilir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təimn olunması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)- 613/2019 saylı qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia təmin edilərək, Ləhiş bağ massivində yerləşən X4 və İstismarı Birliyi BTK-nın xx.xx.1989-cu il tarixli orderi ilə X15 verilmiş 4727/12 nömrəli 0,12 ha bağ sahəsinə dair X4 və İstismarı Birliyi ilə X19 arasında bağlanmış xx.xx.2001-ci il tarixli 30573 nömrəli icarə müqaviləsinin ləğv olunması, həmin icarə müqaviləsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 27152 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi əsasında xx.xx.2012-ci il tarixdə X13 adına olan mülkiyyət hüququnun ilkin qeydiyyatının, həmin bağ torpaq sahəsinin 0,05 ha hissəsinə dair Bakı şəhər 39 saylı Notariat Kontorunun xx.xx.2014-cü ildə 4Ə-100 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına və 0,07 ha hissəsinə dair Bakı şəhəri 39 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixdə 4Ə-99 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən xx.xx.2015-ci ildə X6 adına qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindəki mülkiyyət hüquqlarının qeydiyyatının ləğv olunması, həmin qeydiyyatlar əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və həmin bağ sahələrində tikilmiş bağ evlərinin və köməkçi tikililərin onların öz vəsaitləri hesabına sökülməsi qət olunmuşdur. Cavabdehlər Cavabdeh1 və X12 tərəfindən qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər apellyasiya şikayətini – qətnamənin onlara aid hissələrdə əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi, işin tam, hərtərəfli və obyektiv araşdırılmaması, mübahisəli torpaq sahələrini alqı-satqı müqavilələri əsasında qanuni əsaslarla almaları, iddiaçını tanımamaları, vicdanlı alıcılar olmaları, torpaq sahələrində fərdi yaşayış evləri inşa edərək orada yaşamaları və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndələri ayrı-ayrılıqda apellyasiya şikayətlərini müdafiə edərək, orada göstərilən dəlillərə və əvvəllər verdikləri izahatlarına uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, həm Cavabdeh1, həm də X12 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən müvafiq olaraq 0,05 ha və 0,07 ha torpaq sahələrini 2014-cü il tarixdə alqı-satqı müqavilələrinə əsasən X10 almışlar və həmin vaxtı torpaq sahəsi ilə bağlı hər hansı mübahisənin olub-olmamasını bilməmişlər. Çünki, torpaq sahələri satıcı X13 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınmış, adına çıxarış olmuşdur. Bundan sonra, cavabdehlər həmin torpaq sahələrində tikinti işləri aparmış, hazırki məsələdən isə yalnız birinci instansiya məhkəməsinin qətnaməsi icraya yönəldikdən sonra icra zamanı məlumatlı olmuşlar. Çünki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərinə zidd olaraq onları icraata cəlb etməmiş, işə onların iştirakı olmadan baxmışdır. İddiaçının atasının torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmamış, iddiaçı 2000-ci ildən etibarən torpaq sahəsinə getməmiş, ora ilə maraqlanmamışdır. Torpaq sahəsi 2001ci ildə X16 icarəyə verilmiş, sonra isə mülkiyyətinə keçmişdir. Torpaq qanunvericiliyinə əsasən əgər şəxs torpaq sahəsindən bir-neçə il ərzində istifadə etmirdisə, torpaq sahəsi ondan alınaraq başqa şəxslərə verilə bilər. Bununla yanaşı, hətta torpaq sahələrinə dair əvvəllər iddiaçının atasının adına müvafiq order olmuşsa belə, cavabdehlər qanuni əsaslarla, yəni notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqavilələrinə əsasən torpaq sahələrini əldə etmişlər və həmin vaxtı hər hansı mübahisənin olub-olmamasını bilməmiş, vicdanlı alıcı olmuşlar. Birinci instansiya məhkəməsi isə cavabdehlərin vicdanlı alıcı olmasını ümumiyyətlə araşdırmamış, bu hala hüquqi qiymət verməmişdir. Həmçinin hesab edirlər ki, iddiaçı alqı-satqı müqavilələrini mübahisələndirməkdə bir illik kəsici müddəti də ötürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətlərinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, əvvəllər atasına məxsus 0,12 ha torpaq sahəsinə gedib-gəlsə də, təqribən 2000-ci ildən etibarən üzrlü səbəblərdən torpaq sahəsinə getməmişdir. Bundan istifadə edərək, torpaq sahəsi X13 adına keçirilmiş, sonuncu da həmin torpaq sahəsini 0,05 ha və 0,07 ha olmaqla cavabdehlərə satmışdır. O, cavabdehlər Cavabdeh1 və X9 əvvəllər tanımamış, onlarla tanışlıq münasibətləri olmamışdır. Eyni zamanda cavabdehlərin də torpaq sahəsinin əvvəllər onun atasına məxsus olmasını bilmələrini zənn etmir. Çünki, cavabdehlər torpaq sahəsini X10 alqı-satqı müqavilələrinə əsasən almışlar. Hesab edir ki, torpaq sahəsinin məhz X13 adına keçirilməsi zamanı qanun pozuntusuna yol verilmişdir. Bu səbəbdən də cavabdehlərə aid sənədlər də etibarsız sayılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi təmin olunmuş, lakin qətnaməni cavabdehlərdən Cavabdeh1 və X12 mübahisələndirməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası məhz həmin cavabdehlərin apellyasiya şikayəti həddində (qətnamənin onlara aid təmin olunmuş hissələrində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəni və izahatları dinləyib, apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın cavabdehlər Cavabdeh1 və X8 aid təmin olunmuş hissələrində ləğv edilməli, iddia həmin hissələrdə rədd olunmalıdır. Belə ki, işdə olan sənədlərə əsasən - Bakı şəhər X18 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarı ilə X4 və İstismarı Birliyinin xx.xx.1989-cu il tarixli orderi əsasında Ləhiş bağ massivində 0,12 ha torpaq sahəsində yerləşən 4727/12 saylı bağ sahəsi X17 ayrılmışdır. X20 iddiaçının atası olmuş, xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. X20 vəfat edənək torpaq sahəsi üzərində əmlak hüquqlarını dövlət qeydiyyatına aldırmamışdır. Həmçinin, işdə olan digər sübutlara əsasən - X19 ilə X4 və İstismarı Birliyi arasında bağlanmış xx.xx.2001-ci il tarixli, 30573 saylı «bağın icarəyə verilməsi» haqqında müqavilə ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha sahəsi olan bağ sahəsi Ə.M.Həsənova xx.xx.2011-ci ilədək icarəyə verilmiş, 2011-ci ildə həmin torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuş, 2012-ci ildə isə qeyd edilən torpaq sahəsi üzərində Ə.M.Həsənovun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına daşınmaz əmlakın dövlət reyestrdən çıxarış (**********31 reyestr nömrəli, ********** qeydiyyat nömrəli) verilmişdir. X19 həmin torpaq sahəsini 2014-cü ildə 0,05 ha və 0,07 ha olmaqla Cavabdeh1 və X1, sonuncuların mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq adlarına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlar verilmişdir. İddiaçı atasının vəfatından sonra vərəsə kimi mirasın qəbulu məqsədilə notariat orqanına müraciət etmişdir. Bakı şəhəri 2 saylı DNK-nun xx xxxx 2013-cü il tarixli məktubu ilə Bakı şəhəri, Ləhiş bağ massivində 4727/12 saylı bağ evinin tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsinə çıxarış verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazisinə müraciət olunmuş, lakin çıxarışın verilməsindən imtina edilmişdir. Belə ki, işdə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazisinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, torpaq sahəsinə hüquqların qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi» barədə iddia tələbi təmin olunmamışdır (məhkəmə iddianı rədd edərkən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələb olunan torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olmasına, inzibati orqanın imtinasının qanuni olmasına əsaslanmışdır). Bundan sonra, iddiaçı hazırki iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən - mübahisəli torpaq sahəsinə dair iddiaçının atasına xx.xx.1989-cu il tarixdə verilmiş orderin qüvvədə olmasına, belə olan halda həmin bağ sahəsinə dair X4 və İstismarı İdarəsi ilə X19 arasında xx.xx.2011-ci ildə müqavilə bağlanmasının qanunvericiliyin tələblərinə zidd olmasına, iddiaçının vərəsə kimi tələb hüququnun mövcudluğuna əsaslanmış, lakin iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, xüsusilə cavabdehlər Cavabdeh1 və X6 torpaq sahələrini əldə edən zamanı vicdanlı alıcı olub-olmamalı ilə bağlı məsələyə hüquqi qiymət verilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən tərəflərə mübahisənin barışıq yolu ilə həll olunması istiqamətində müraciət olunsa da, tərəflər barışığa gələ bilmədiklərini bildirmiş, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası işin faktiki hallarını, işdə olan sübutları nəzərə alaraq, mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də alqı-satqı müqaviləsidir. Alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. (MM-nin 646-cı mad.) Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir (M.Şahverdiyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı). Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarı). Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış sahəsinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. İşdə olan sübutlardan görünür ki, cavabdehlər Cavabdeh1 və X12 ilə X19 arasında 2014-cü ildə bağlanmış alqı-satqı müqavilələri notariat qaydasında təsdiqlənmiş, həmin vaxtı satılan torpaq sahələri üzərində X13 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, reyestrdə olan həmin qeydə hər hansı etiraz daxil olmamışdır. Həmçinin, qeyd edilməlidir ki, MM-nin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. MM-nin 140-cı maddəsinin tələbinə görə isə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. MM-nin 182-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. MM-nin 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Qanunvericiliyin qeyd edilən normalarından mənasından göründüyü kimi, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmcinin qeyd edilməlidir ki, mulkiyyət hüququna dair reyestrdəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mulkiyyətcisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların muəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir («S.N.Məmmədovanın şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi). «Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən isə, əldə edənin əmlakı onu ozgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mulkiyyətciyə nisbətdə daha üstün hüquqi movqeyə çıxarır. Eyni zamanda, «H.Cəfərovun şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mubahisəli əşya uzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mulkiyyətci ilə yanaşı digər şəxslərə də mənsub olduqda mulkiyyət hüquqlarının dovlət mudafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər uzrə muxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mulkiyyətciyə nisbətdə onun daha üstün hüquqi movqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli suruldukdə və bu cür mubahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu muəyyən edildiyi halda MM-in 337.5-ci maddəsi ilə muəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. «Qladışevanın Rusiyaya qarşı» işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xx xxxxxx 2011-ci il tarixli qərarında göstərmişdir ki, mənzil üzərində mülkiyyət hüququnun əldə edilməsinin qanuniliyinə nəzarət edən orqan mövcud olduğu halda ərizəçi və yaxud mənzili alan hər hansı digər şəxs bunun üçün xüsusi olaraq nəzərdə tutulmuş prosedur qaydaların icrası zamanı aradan qaldırılmalı olan, lakin aradan qaldırılmayan səhvlər üzündən mülkiyyət hüququndan məhrum olunmaq təhlükəsini əvvəlcədən görməli deyillər. Orqanın diqqətsizliyi gələcəkdə mübahisəli əmlakı vicdanlı əldə edən şəxsin cəzalandırılması üçün əsas olmamalıdır. İşdən, həmçinin apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, yuxarıda qeyd edilmiş alqı-satqı müqavilələri üzrə alıcılar (cavabdehlər) torpaq sahələrini əvəzi ödənilməklə almış, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Buna gorə də hazırki işin hallarından, mülki qanunvericiliyin vicdanlı alıci ilə bağlı normalarından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqavilələri üzrə alıcılar vicdanlı əldə edən olduğundan, mübahisə obyekti olan torpaq sahələrinin əldə edilməsi ilə bağlı bağlanmış alqı-satqı muqavilələri əsasında verilmiş çıxarışlar (reyestrdəki qeyd) etibarsız hesab edilə bilməz. İddiaçı tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatında da cavabdehlərin vicdanlı alıcı olmalarını istisna etməmiş, sadəcə torpaq sahəsinin ilkin olaraq X13 adına sənədləşdirilməsinin qanunsuz olmasını, məhz bu səbəbdən də cavabdehlərə aid sənədlərin də etibarsız olmasını bildirmişdir. Eyni zamanda, iş materiallarında da torpaq sahələrini əldə etmiş şəxslərin müvafiq əqdlər bağlanan zamanı vicdanlılığını istisna edən hər hansı mötəbər sübut mövcud deyildir. Alqı-satqı müqavilələri bağlanan zamanı satıcının (X13) torpaq sahələri üzərində mülkiyyət hüquqları dövlət qeydiyyata alınmış vəziyyətdə olmuş və reyestrdə hər hansı yüklülük halı qeydə alınmamışdır (əksinə, iddiaçının atasının adına torpaq sahəsinə dair order verilsə də, sağlığında mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır). Qeyd edilməlidir ki, torpaq və mülki qanunvericilik daşınmaz əmlak kimi torpaq sahələrinə hüquqların yaranması üçün bir-neçə hüquqi əsas (torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsi, planı və ölçüsünün tərtib edilməsi, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanması, dövlət qeydiyyatından keçirilməsi və s.) eyni vaxtda mövcud olmalıdır. Belə ki, Torpaq Məcəlləsinin 67-ci maddəsinin tələbinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almamış, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, nəticədə cavabdehlər Cavabdeh1 və X6 mülkiyyətçi kimi hüquqları pozulmuşdur. Bununla yanaşı, işə baxılarkən cavabdehlər Cavabdeh1 və X6 məhkəmə iclaslarında iştirakları təmin olunmamış, onlar rəsmi qaydada məlumatlandırılmamışlar. Bu hal prosessual hüquq normalarının tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, qətnamə yoxlanılan hissədə qanuni və əsaslı sayıla bilməz, apellyasiya şikayətlərinə əsasən qismən ləğv olunmalı, iddia həmin hissədə təmin olunmamalıdır. Həmçinin qeyd edilməlidir ki, iddia tələbi yuxarıda qeyd edilən hissədə əsassız olduğundan, cavabdehlərə məxsus torpaq sahələrində inşa edilmiş tikilələrin sökülməsi hissədə də təmin oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki halları və qanunvericliyin qeyd edilən normalarına əsasən hesab edir ki, iddia cavabdehlər Cavabdeh1 və X8 münasibətdə tam əsassızdır. İddiaçı həmin hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «X3rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən (apellyasiya şikayətləri qətnamənin tam ləğvinə yönəldiyindən) təmin olunmalı, qətnamə qismən, yəni iddianın cavabdehlər Cavabdeh1 və X8 aid təmin olunmuş hissələrində ləğv olunmalı, iddia həmin cavabdehlərə münasibətdə təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı Cavabdeh1, X8, Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «müqavilənin ləğvi, çıxarışların etibarsız hesab edilməsi, tikililərin sökülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)-613/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və X12 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)- 613/2019 saylı qətnaməsi qismən, yəni iddianın cavabdehlər Cavabdeh1 və X8 aid təmin olunmuş hissələrdə (yəni, «həmin bağ torpaq sahəsinin 0,05 ha hissəsinə dair Bakı şəhər 39 saylı Notariat Kontorunun xx.xx.2014-cü ildə 4Ə-100 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına və 0,07 ha hissəsinə dair Bakı şəhəri 39 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixdə 4Ə-99 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən xx.xx.2015-ci ildə X6 adına qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindəki mülkiyyət hüquqlarının qeydiyyatı ləğv olunsun, həmin qeydiyyatlar əsasında verilmiş çıxarışlar etibarsız hesab edilsin və həmin bağ sahələrində tikilmiş bağ evlərinin və köməkçi tikililər onların öz vəsaitləri hesabına sökülsün» hissələrdə) ləğv edilsin, iddia həmin cavabdehlərə münasibətdə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar