Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8046/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), Əsgərov Qürbət oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Cavabdehlər Cavabdeh3 və X2 və onun nümayəndəsi-vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(010)-983/2020 saylı qərardadından cavabdeh X1 şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yaqub Meybalı oğlunun adına DƏDRX-dən verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, 4 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən Cavabdeh2 ilə Sədaqət Meybəliyeva arasında xx.xx.2019-cu il tarixində bağlanmış 4ə-429 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında DƏDRX-dən verilmiş çıxarışın ləğv olunması, Cavabdeh3 ilə Cavabdeh1 arasında 4 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən bağlanmış xx.xx.2019-cu il tarixli 4ə-774 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında DƏDRX-dən verilmiş çıxarışın ləğv olunması və torpağın və evin ilkin vəziyyətdə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(010)- 983/2020 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və rəy alınanadək mülki iş üzrə icraat dayandırılmışdır. Qərardaddan cavabdeh Sədaqət Meybəliyeva tərəfindən şikayət verilmişdir. Cavabdeh şikayətində qərardadın icraatın dayandırılması hissəsində ləğv edilməsi və mülki işin icraatının təzələnməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətə görə qərardad əsassızdır, icraatın dayandırılmasına zərurət yoxdur. Belə ki, məhkəmə qərardadında, hər yerdə iddiaçının anasına ayrılmış torpaq sahəsinin yerləşdiyi M.F.Axundov küçəsinin indiki Neftçi küçəsi olduğu qeyd edilmişdir, halbuki, iş materiallarında bunu təsdiq edəcək hər hansı sübut yoxdur. Məhkəmə bu halı yalnız iddiaçının irəli sürdüyü mülahizə əsasında müəyyən etmişdir. Eyni zamanda ekspertiza təyin edilərkən cavabdehlərin prosessual hüquqları pozularaq, onların ekspert qarşısında suallar qoymaq hüququndan istifadə etmələri üçün şərait yaradılmamışdır. Cavabdeh S.Meybəliyevanın şikayəti məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiyanın iclasında iştirak edən cavabdeh S.Meybəliyevanın nümayəndəsi-vəkili şikayəti müdafiə etdiyini, ekspertiza təyin edilərkən cavabdehin hüquqlarının pozularaq onun əlavə suallar təqdim etməsinə şərait yaradılmadığını bildirməklə qərardadın icraatın dayandırılması hissəsində ləğv edilməsi və mülki işin icraatının təzələnməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Sədaqət Meybəliyeva və Cavabdeh3 şikayətin məzmununa uyğun izahat verməklə onun təmin edilməsini xahiş etdilər. İddiaçı və nümayəndəsi-vəkili şikayətin dəlillərinin əsassız olduğunu, icraatın haqlı olaraq dayandırıldığını bildirməklə, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, kollegiya məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası izahatları dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 255.0.5-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə məhkəmə tərəfindən ekspertiza təyin edildikdə iş üzrə icraatı dayandıra bilər. Göründüyü kimi, qanunvericilikdə ekspertiza təyin olunduğu halda iş üzrə icraatın dayandırılması imkanı nəzərdə tutulmuşdur. Hazırki iş üzrə isə məhkəmə ekspertiza təyin edildiyindən icraatın dayandırılmasının zəruri olması qənaətinə gəlmişdir. Məhkəmə Kollegiyası icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün əsas tapmır. Şikayətdə isə icraatın dayandırılması barədə qərardadın ləğv edilməsini zəruri edən hər hansı əsas göstərilməmişdir. Şikayətdə qeyd olunan səbəblər qərardadın ləğvi üçün əsas ola bilməz. Beləliklə, Kollegiya hesab edir ki, şikayət əsaslı deyil, qərardad qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Cavabdeh X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(010)- 983/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-8046/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8046/2020
02.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver