Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8049/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsilə İkram Sabir oğlu Şirinov, X1 ibarət tərkibdə Əliyeva Aytən Rafayel qızının katibliyi, Ərizəçinin nümayəndəsi X2 iştirakı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1689/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1689/2020 saylı xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsi ilə Ərizəçi maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi təmin edilməmişdir. Qeyd olunan qətnamədən Ərizəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1689/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1689/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Ərizəçi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1689/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və apelyasiya şikayətinin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxan kollegiya şikayətin dəlillərini müzakirə edib, şikayətini müdafiə edərək təmin olunasını xahiş edən ərizəçinin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmalı, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1689/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən Ərizəçi apellyasiya şikayət verilməsi müddəti buraxılmamış hesab edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi ərizəçinin apellyasiya şikaytəinin qaytarılmasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-1689/2020 saylı qətnaməsini ərizəçi rəsmi qaydada xx.xx.2020-ci il tarixdə almış, lakin apelyasiya şikayəti xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Ərizəçi tərəfindən müddətin bərpasına dair ərizə verilməmişdir. Buna görə də apelyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kollegiyası birinci instasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarına əlvə edilmiş poçt qəbzindən və zərfin surətindən(səh79-80) görünür ki, apelyasiya şikayəti xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olsada, ərizəçi tərəfindən şikayət poçt vasitəsilə xx.xx.2020-ci il tarixində göndərmişdir. Kollegiya hesab edir ki,ərizəçi Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-1689/2020 saylı qətnaməsini rəsmi qaydada xx.xx.2020-ci il tarixdə almasını qeyd olunan qətnamədən verdiyi apelyasiya şikayətini poçt vaitəsilə vaxtında, yəni xx.xx.2020ci il tarixində qanunla müəyyən edilmiş bir aylıq müddətdə göndərdiyindən, qeyd olunan qətnamədən verdiyi apellyasiya şikayətinin verilməsi müddəti buraxılmamış hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Belə olan halda Kollegiya hesab edir ki, Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməli, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1689/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən Ərizəçi apellyasiya şikayət verilməsi müddəti buraxılmamış hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya QƏ RARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1689/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən Ərizəçi apellyasiya şikayət verilməsi müddəti buraxılmamış hesab edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8049/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8049/2020
05.11.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver