Məhkəmə qərarları › İş №2(103)-8050/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8050/2021

30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8050/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İlham Kərimlidən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 QSC, Cavabdeh1 və Yasamal Rayon İcra Şöbəsinə qarşı “hərracın etibarsız hesab olunması barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 11.06.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə məhkəmə qətnaməsində əsasən ipoteka predmetinin satılması üçün keçirilmiş hərrac etibarsız hesab olunsun. İddia ərizəsi məhkəmənin icraatındadır. İddiaçı “iddianı təmin etmə tədbirinin görülməsi barədə” ərizə verərək xahiş edib ki, işə mahiyyəti üzrə baxılıb qurtaranadək ipoteka predmetinin özgəninkiləşdirilməsi qadağan edilsin. Nərimanov RM-nin 11.06.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, ərizə təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun və “iddianı təmin etmə tədbirinin görülməsi barədə” ərizə təmin olunsun. Şikayət əsassızdır. Belə ki, ipoteka predmetinin hərracda satılması məhkəmə qərarının icrasının tərkib hissəsidir: məcburi icra tədbiridir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icrasının dayandırılması, icra hərəkətlərinin təxirə salınması və digər bu kimi tədbirlər “İcra haqqında” Qanunda müəyyən edilmiş hallarda və qaydada həyata keçirilə bilər. Məhkəmə qərarlarının icrası qaydaları və şərtlərini “İcra haqında” Qanun müəyyən edir. Həmin Qanunun göstərişləri nəzərə alınmadan məhkəmə qərarının icrasına mane olan hər hansı tədbirin “iddianı təmin etmə tədbiri” kimi görülməsi Konstitusiyanın 129-cu maddəsinin tələbinin pozulması kimi qiymətləndirilə bilər. Beləliklə, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 11.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar