Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8051/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Ərizəçi, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-97/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Əliyev X5 İşlər Nazirliyini maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyəti olan döyüş əməliyyatlarında iştirak faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1992-ci ilin avqust ayının axırlarından 1992-ci ilin noyabr ayına kimi X6 uğrunda gedən döyüşlərdə iştirak etməsinə dair faktın təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-97/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə Ərizəçi “hüquqi əhəmiyyətli olan döyüş əməliyyatlarında iştirak faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Ərizəçi xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə şikayətverərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-97/2020 saylı, xx xxxx 2020-ci il tarixli qəqardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki,ərizəçinin qeyd etdiyi döyüş əməliyyatları Laçın rayonunda aparılmış, ərizəçi həmin rayonun polis şöbəsində xidmət aparmaqla yanaşı döyüşmüşdür. Həmin rayon ermənilər tərəfindən işğal olunduğuna görə müəyyən olunması xahiş olunan fakt barədə mötəbər sənədləri əldə etmək imkan xaricindədir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-97/2020 saylı, xx xxxxxxx 2020-ci il qərardadı ilə qərardadı ilə, şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili X3 şikayəti müdafiə etdi, həmçinin bildirdi ki, ərizəçi torpaq uğrunda döyüşüb. DİN vətəndaşın döyüşlərdə iştirak etməsi statusunu təsdiq edən sənəd vermir. Sənədlər isə Laçın şəhərində qalıb. İtirilmiş sənədlər olduğundan xüsusi icraat qaydasında baxılmalıdır. Məhkəmə iclasında Ərizəçi şikayətin təmin ounmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, apellyasiya instansiya məhkəməsi hesab edir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. Hazırki iş üzrə ərizəçinin müəyyən edilməsini istədiyi faktla bağlı işdə Daxili işlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin ərizəçiyə ünvanladığı çoxsaylı imtina məktubları mövcuddur. Belə ki, həmin məktublarda qeyd edilir ki, Ərizəçi şəxsi işi DİN-in arxivində aşkar edilmədiyindən Komissiya tərəfindən ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi qüvvədə olan qanunvericiliyə əsasən mümkün olmamış, polis əməkdaşı işləməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda döyüş əməliyyatlarında iştirak etməsi barədə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2, həmçinin Laçın rayon Polis Şöbəsində heç bir məlumat aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, ərizəçinin son olaraq istəyi və arzusu ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinə nail olmaq və bununla da müharibə veteranı statusuna malik olan şəxs kimi güzəşt və imtiyazlardan, o cümlədən pensiya və müavinət almaq hüququndan istifadə etməkdir. Ərizəçinin bununla bağlı müraciətinə isə Daxili işlər Nazirliyi tərəfindən imtina edilmişdir. Ərizənin məzmunundan da görünür ki, orada qoyulan məsələ inzibati orqanın hərəkəti yaxud hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və ya inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aid olduğundan həmin məsələyə aidiyyət qaydaları üzrə ümumi məhkəmədə deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-97/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı Ərizəçi şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-97/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8051/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8051/2020
26.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver