Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8058/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbi”nə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2993/2020 saylı işi üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Kreditor İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək (iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək) Cavabdeh 372,74 ABŞ dolları və 20 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . Birinci instansiya məhkəməsinin icraatı zamanı: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015- ci il tarixli, N° 00-xx-xx-010497 saylı kredit müqaviləsi (səh.5), İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayış (səh.4), 00-xx-xx-010497 saylı kredit müqaviləsinə 1 saylı əlavə (səh.11), 24.011 2015-ci il tarixli akt (səh.14), xx.xx.2015-ci il tarixli bildiriş (səh.15), xx.xx.2015-ci il tarixli ərizə (səh.17), xx.xx.2015-ci il tarixli ödəniş tapşırığı (səh.18) sübut qismində tədqiq edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2993/2020 saylı işi üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 372,74 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, (Azərbaycan Respublikası MPM-nin 8.1, 9.1, 9.2, 9.3, 14.1, 97.1, 385-ci maddələrinə istinadən) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsini ləğv edərək, iddia tələblərinin təmin edilməməsi barədə yeni Qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə bildirmişdir ki, Apelyasiya baxışı zamanı etdiyi ödənişlər nəzərə alınıb hesablanmalı, bu halda banka heç bir borcunun olmadığı, hətta bankın ona borclu olduğu öz təsdiqini tapacaqdır. Çünki dollarla kredit götürdüyü zaman manat kursu bir, ondan sonra isə bir başqa olmuşdur. Ödənişlə bağlı onda olan sənədləri məhkəməyə təqdim etməyə hazırdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, dolların qiyməti qalxdıqdan sonra ödəniş etməkdə çətinlik çəkdiyini, 2880 manat pensiyasından tutulduğunu, 1600 manat ona ödənilmiş konpensasiya məbləğindən və 800 dollar isə özü tərəfindən ödəniş edildiyini, bununla da borcun tam ödənildiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı ASC-nin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin MM-in 324, 385.1, 425.1, 427.3, 439- 449, 467, 470-477, 522, 551-554, 560,739, 741, 743, 744; MPM-in 14.2, 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit və zaminlik müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə qarant olduğu borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərini sübuta yetirən və ya ona dəlalət edən sübutlar habelə ekspertizaını təyin edilməsi üçün əsaslar müəyyən edilmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2993/2020 saylı işi üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-8058/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8058/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver